Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə112/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   108   109   110   111   112   113   114   115   ...   123

 
339
mən bununla barışmıram: öz düşüncə özgürlüyümü 
itirməmək üçün barışmıram. Barışmıram ona görə ki, 
Rəhman Bədəlovun bəyan etdiyi həqiqətlərdə bir 
çarəsizlik, bir fiasko, bir təslim sindromu görürəm. 
150 il bundan əvvəl də Seyid Əzim elə oxşar bir şey 
demişdi... Və məsələ bu şəkildə,  yəni mismar taxtaya 
yeridilən kimi beyinlərə yeridiləndə  əlacsızlar yazıq 
olur. Nədən ki, əlacsız boyun əymək məcburiyyətində 
qalır. Hər bir məcburiyyət isə azadlığa təcavüzdür və 
zülm (“məcburiyyət” sözünün kökü cəbrdir) formasıdır. 
       Bundan  o  yana  fikirlərim, olsun ki, kimlərisə 
şaşırtsın, kimlərisə şoka salsın: hərçənd əksi də ola 
bilir. 
       Artıq neçə  əsrdir ki, maarifçilik dünyaya 
seytnot vəziyyətini yaşadır: ləngimə, tez ol, inkişaf 
elə; yubanmaq fəlakətdir, vaxt itkisidir, uduzmaqdır, 
ölümə bərabərdir. Və ya bu tezisin başqa variantı: ara 
vermədən işdə ol, işlə ol, işlək ol ki, dişləyəsən. 
İnsan dünyaya işləmək və dişləmək üçün gəlib. Burada 
“iş” “ov”un əvəzləyicisi kimi götürülə bilər. Bir 
zamanlar bir türk mahnısında oxuyurdular: “insanıq 
biz, insanıq biz, ən ağıllı heyvanıq biz”. Qəribəsi 
ondadır ki, iş maarifçilik üçün də məqsəddir. Belə ki, 
iş maarifçilərin “qazdığı” dünya tunelində adamları 
“yedi”. 
       İslam VII yüzildən başlayan maarifçilikdir
Şərq maarifçiliyinin özünəxas təzahür formasıdır: amma 
heç kim İslama maarifçilik kimi baxmır.  İslam Avropa 
maarifçiliyini, yuvarlaq götürsək, on əsr qabaqlamış 
maarifçilikdir. Fransua-Mari de Aruenin, yəni Volterin 
Muhamməd peyğəmbəri öyrənmək, onun missiyasını təhlilə 
çəkmək, tənqid etmək azartı  əbəs deyildi. Üstəgəl 
məxfiləşdirilmiş aqressiya və ateist pafos. Şübhəsiz 
ki, Volter İslamda maarifçi tendensiyasını, 
maarifçiliyin elementlərini və 
hətta yayılma 
tendensiyasını görürdü, amma onu maarifçilik adına 
yazmaqdan çəkinirdi. Hərçənd bunu elə-belə maraqlı bir 


 
340
fikir seqmenti kimi ortalığa atıram,  məqsədimsə 
tamam ayrıdır. 
       Əslində fakt bu ki, indən beləsinə  mənim 
məqaləmdə maarifçilik fəlsəfəsinin (ideologiyasının, 
qavrayış  tərzinin, düşüncə modusunun!?) reviziyası 
start götürür. Amma bu məsələdə  mən birinci deyiləm. 
Teodor Adorno, Maks Horkhaymer, Karl Yaspers, Karl 
Popper, Yurgen Habermas
1
 kimi bir sıra Avropa 
filosofları 
məndən 
əvvəl maarifçiliyi əməllicə 
suçlayıblar, onu “repressiv ağıl” kimi qınaq obyektinə 
çeviriblər. Lakin maarifçiliyin tənqidi adətən 
Qərbdən, Avropadan olub, Şərqdə isə nədənsə bu tənqid 
heç vədə aktuallaşmayıb. Çünki şərqlilərə maarifçilik 
həmişə Şərqin, Şərq adamının yeganə çıxış yolu, xilas 
yolu kimi təqdim və  təlqin edilib, nişan verilib, 
tanıtdırılıb. Yəni maarifşilik nədi, bəyənmədiyin 
nədi? İslamı at, Şərqi tulla bir kənara və marifçiliyə 
gəl. Professor Rəhman Bədəlov da “Azərbaycanın Avropa 
seçimi” deyəndə elə bunu deyir və filosof Niyazi 
Mehdilə az qala repressiv tonallıqda danışaraq başqa 
invariant mövcudluğu barədə, maarifçiliyi semantik 
bolluğa salmaq barədə diskussiya aparmağı beləH 
lüzumsuz sayır.
2
 Bu dəfə  də dalğa həmin dalğadır; 
koordinat da əvvəlki kimi dəyişməzdir. Avropa, 
maarifçilik yenə podiumda bizlərə  dəb göstərir. Məhz 
bu modern dəb, model, nümunə, etalon axtarışı o yerə 
gətirib çıxarıb ki, şərqli qavrayışında maarifçilik 
(artıq maarifçilik bərabərdir Avropaya, və  əksinə) 
gəlib dialektika ilə yan-yanaşı dayanıb, bir-birinə 
müsavi götürülüb, hətta maarifçilik dialektikanın 
(sosial inkişaf mənasında) səbəbi kimi anlaşılıb. Əgər 
biz Avropanın  ətəklərindən yapışırıqsa, maarifçi 
oluruq, xoşbəxtliyə qovuşuruq; yox, uçuruma yuvarlanıb 
gedirik, “müsəlman” adlandırılıb döyülürük. Məsələyə 
bir qədər fərqli yanaşaq və professor Niyazi Mehdi 
demişkən, semantik bolluğa çıxaq. Doğrusu, 
maarifçiliyin tənqid və çözümünü permanent şəkildə 
avropalılar səsləndirdiyi üçün Şərqdə onun məğzinə


 
341
mahiyyətinə vara bilməyiblər, maarifçiliyə 
ideologiya kimi, sosial proqram kimi, silahsız 
aqressiv basqın metodu, qarət, zəbt planı, səlib 
yürüşlərinin variantı kimi yanaşmayıblar.  
       “Maarifçilik  nədir?” sualına mən konkret cavab 
bula bilmədim. Mənbələrin
3
  hərəsi bir şey söylədi. 
Maarifçilik nə  fəlsəfədir, nə ideologiyadır, nə 
siyasətdir, nə yaşam üslubudur, nə  bədii cərəyandır, 
nə  də  təhlil metodologiyası. Hərçənd bunların hamısı 
bir yerdə olanda olur maarifçilik. Amorfdur, 
anlamsızdır. Bəlkə bir az xırdalayaq və  təkrarən bir 
də soruşaq axı “nədir bu maarifçilik”? Ona ingilislər 
(təbii ki, fransızların definisiyasından sonra) 
“enlightment” (inlaytment), yəni “işıqlandırma”, 
“aydınlatma” deyirlər. Ruslar da, maarifçiliyi 
almanlardan öyrənə-öyrənə, götürüb bu ifadəni öz 
dillərinə doğru-dürüst tərcümə eləyiblər; elə  tərcümə 
eləyib, elə  mənimsəyiblər ki, hadisənin özü praktiki 
surətdə bir rusluq qazanıb, ruslaşıb və rus 
versiyasında Rusiya imperiyasının tərkibində yaşayan 
xalqlara eksport edilib. O xalqlar da aydınlatmanın, 
maarifçi işığının məhz qonşu Rusiyadan gəldiyinə 
inanıblar; “inanıblar” nədir, bu hadisəyə valeh 
olublar, aşiq olublar, onu özlərinə  əlac bulublar. 
Ruslar ingilisin “işıqlandırma”sına tam adekvat bir 
söz tapıblar: “просветительство” (prosvetitelstvo). 
İfadə “svet-it-sya” məsdərindən alınmadır,  kökündə 
“svet” (işıq) anlayışı dayanır. Ruslar orijinala, yəni 
qərbli məfkurəsinə, maksimal dərəcədə yaxınlaşıblar. 
Deməli, maarifçilik həm Qərb, həm rus versiyasında 
nəyisə  işıqlandırıb aşkara çıxarmaq, qaranlığı, 
dərinliyi aydınlatmaq, görükdürmək mənasını özündə 
qapsayır. Sən  əgər korsansa, sənə  işıq lazım deyil. 
Yox, əgər görürsənsə, işığı özün tapacaqsan. 
       Şərq (Azərbaycan, 
İran, Asiya ölkələri) 
variantında isə maarifçilik anlamının içi bir qədər 
daha konkretdir. Maarifçi elmli və bilikli adamı, 
elmə, biliyə, mədəniyyətə xidmət edən adamı, savad, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə