Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə114/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   110   111   112   113   114   115   116   117   ...   123

 
345
qorxulu və daha eybəcər olur. Kütləvi savadlanma 
kürəsəlləşməyə doğru maarifçi canatımıdır. Maarifçilik 
təhsili konveyer üsulu ilə “istehsal edir” və sonucda, 
təhsilin qiyafəsindən bir faşistlik yağmağa başlayır: 
çünki kütləviləşmiş təhsil dünyaya bədheybətlər doğur. 
Heç də şoka düşməyin! Bunu məndən öncə də söyləyiblər 
və  ən müxtəlif variantlarda söyləyiblər. Hətta mənim 
fikrimin gerçəkliyini vizual şəkildə görmək üçün 
İnternetdə  İngiltərənin art-rok üslubunda işləmiş 
qruplarından biri  “Pink Floyd”un saytına girin. 
Onların 1980-ci ildə buraxdıqları “Divar” rok-
operasından (albom) “Divarda daha bir kərpic” adlı 
sinqlə qulaq asın və bu sinqlə  çəkilmiş kliplərə 
baxın. Maarifçilik adamları çeynəyir, konveyerə düzüb 
onları cilalayır, ütüləyir, dezinfeksiya eləyir,  ət 
çəkən maşından (yəni təhsil konveyerindən, partalar 
arxasından) buraxıb (faşizm) eyniləşdirir. 
Savadlanmaq, kitabxanalarda əyləşib bilgi toplamaq nə 
qədər darıxdırıcı, yorucu və  bıkdırıcıdır. Maarifçi 
dünyanı seçdiyimizə görə heç kim bunu boynuna 
almayacaq. Tozlu, cansıxıcı kitabxanalarda, arxivlərdə 
keçən ömür, boğulan cavanlıq. Maarifçilər bədənlərini 
ağıllarına qurban verən missionerlərdir. Bilirsiniz 
şou-biznes niyə ölmür? Çünki orada heç kim savadlanmaq 
üçün yaşamır. Savad kütləni bezdirəndə onun ağlı 
pozulur və o, şou-biznesə  tərəf qaçıb özünü unutmaq 
istəyir, ləngimədən cənnətə düşmək istəyir; o yerə ki, 
orada təhsil, iş yoxdur. Elə isə bu situasiyadan necə 
qurtulmalı? Əlbəttə ki, inert İnternet: orada hər şey 
var; dünya isə fiksiyadır, aldanışdır, illyuziyadır. 
Biz  İnternet  şəbəkəsini dolaşan cansız ağıllı 
kölgələrik.  
       Kürəsəlləşmə (qloballaşma) Avropa 
maarifçiliyinin keçdiyi yolun məntiqi nəticəsidir. 
Avropa maarifçiləri qloballaşmanın təməlini XVII-XVIII 
yüzillərdə hazırlamışdılar. Belə ki, maarifçiliyin 
çətiri altına gəlmək elə  qloballaşmağa doğru atılmış 
ilk addım deməkdir.  Əslində, kürəsəlləşmə super 


 
346
maarifçilikdir və 
maarifçiliyin aqoniyasının 
əlamətidir. Çünki qloballaşma maarifçiliyin tükəndiyi 
məqamdır. Başqa cür desək, qloballaşma total 
maarifçiliyin təntənəsidir. Maarifçilik Qərb aləmində 
meydana gəlmiş  ən ideal zəbt, qarət, istila planı 
olub, yüzilliklərə hesablanmış sosial proqram olub və 
Avropanın, yəni qoca sinyoranın, dünya ağalığını, 
dünya hakimliyini asanlaşdırıb, dünyanı günbəgün, 
məntəqə-məntəqə kürəsəlləşməyə doğru sürükləyib. Elə 
ona görə 
də burjuaziyanın təlim-tərbiyəsilə, 
ideolojisilə maarifçiliyin özü məşğul oldu və özünü 
onlara bir alət kimi, bir metodologiya kimi təslim 
etdi.  Sən savadlandır, və onlar məktəbi bitirən kimi 
özləri gəlib sənin çətirinin altına girəcəklər, qlobal 
topluma çevriləcəklər. 
       Maarifçilik ölkələri aydınlatdı (tanımaq, 
işarələmək mənasında), yəni onları  xəritəyə saldı, 
insanları savadlandırdı, onları  məktəbdə “yondu”, 
“daradı”, kim “yonulmadısa”, onu türməyə  və ya 
kazarmaya atdı. “Yonulmuşlar” isə gözlərini aşağı 
dikib sürü kimi “cuma-cuma” bir çətirin altına 
girdilər. Bununla da dünyada problemsizlik dövrü 
başlanmalıydı əslində. Əvəzində nə baş verdi? Əvəzində 
o baş verdi ki, mənəviyyat, ünsiyyət sferası  şaqren 
dərisi kimi anbaan kiçilir, dünyanı intihar dalğası 
bürüyür, insan fobiyalar və sosial psixozlar, 
stresslər içində yaşayır, günün hər dəqiqəsində 
harasa, nə üçünsə  tələsə-tələsə yaşayır, daim 
dolanmaq, qarnını doydurmaq, yəni pul qazanmaq 
qayğıları ilə yaşayır,  əgər yaşamaq istəyirsə.  İnsan 
belə ritmlərlə yaşaya-yaşaya, bilgisayarın içinə 
“dürtülüb” yaşaya-yaşaya adi düyməyə  və ya mexanizmə 
çevrilir. 
       İndi də maarifçiliyin çətiri Yer kürəsi 
üzərində açılıb. Səni kosmosdan görürlər: sən 
permanent nəzarətdəsən. Azad insan “Yer” adlı çox 
nəhəng bir türmənin sakinidir. Salam olsun Şekspirə! 
Maarifçiliyin dəstəklədiyi elmin kəşfləri Yer kürəsini 


 
347
kosmos içrə gedən təbii proseslərdən, ulduzlardan, 
meteoritlərdən, kometalardan, tozlardan qoruyur və hər 
bir insanın hər bir addımını izləyir. Sən daim 
gözəgörünməz kamera qarşısındasan...  yəni aktyorsan, 
və ya agentsən, ya da potensial əskərsən. Məhz müasir 
elmin müəllifi maarifçilik dünyanı bu cür qəddar, 
amansız və  rəhmsiz eləyib. Heç kim insan haqqında 
düşünmür, hamı insanlığı fikirləşir. Elm Yeri 
klonlaşdırmağa, insanı Allah eləməyə çalışır. Amma heç 
nə alınmır. Dünyanın  ən iri eksperimental qurğusu 
Böyük Hadron Kollaydəsi maarifçi elmin növbəti 
supercəhdi deyilmi? Mikrohissəciklər (protonlar və 
ağır ionlar) uzunluğu 26 km.-dən artıq ellepsvari 
sürətləndirici cihazın içində toqquşmalar nəticəsində 
partlayışlar yaradıb kainat barəsində daha nələrisə 
aydınlatacaqmı? İnsan bunu da bilib xoşbəxt olacaqmı?  
       Mən düşündüklərimin həqiqətə maksimal dərəcədə 
oxşadığını vurğulamaq üçün gündəmin mühüm və  ağrılı 
məsələlərindən danışacağam. Belə ki, maarifçilik 
gətirib dünyanı (sənaye toplumunu, istehsal 
cəmiyyətini, yemək maşınını)  enerji dalanına çıxarıb
bir az daha kobud desək, dünyanı  gətirib enerji 
dalanına soxub: elə bir dalana ki, oradan Yer kürəsi 
və insanlar nə geri dönə bilirlər, nə  də labüd 
sonucdan (fəna olmaqdan, nihil olmaqdan, Axirəti 
yaşamaqdan) yaxa qurtarırlar. Və bu labüd sonuc yalnız 
irəlidədir. Necə inkişaf ediriksə, hara gediriksə, 
fırlanan dünya bizi yenə Ora (Axirətə) aparıb çıxarır. 
Dayanmaq isə mümkünsüzdür. Biz hamımız idarə olunmayan 
qatarla həmin sonuca yaxınlaşırıq. Soruşacaqsınız ki, 
burada maarifçiliyin günahı  nə? Mən də deyəcəyəm ki, 
necə  yəni nə: məgər  maarifçilik resursların fərdi 
istismarını konveyer üsullu kütləvi istismar kimi 
təşkil etmədimi? Siz yenə maarifçiliyi müdafiə edib 
söyləyəcəksiniz ki, o ki tələbatı ödəmək məqsədini 
güdürdü və  məramında humanizm tərkibi vardı. Mən də 
bəyan eləyəcəyəm ki, əslində bu, maarifçiliyin yanlış 
addımı idi. O, çoxaltmaq, artırmaq, insanların 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə