Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə117/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   113   114   115   116   117   118   119   120   ...   123

 
354
nəyisə  dəyişmək sonucda insanın xeyrinə olmur. 
Təbiətə müdaxilə edilməyəndə, təbiət özü hər  şeyi 
tənzimləyir. Belə ki, insanın ağlı nə “doğursa”, yəni 
nə kəşf eləyirsə, sonucda onun öz əleyhinə yönəlir. 
       Hərçənd mənim bu söylədiklərimin bir zərrə 
qədərincə dəyəri və əhəmiyyəti yoxdur. Nədən ki, bəşər 
Şərqin  nurlanma  yolunu yox, Qərbin aydınlatma yolunu 
seçib, dərk etməni seçib, Avropanı, maarifçiliyi 
seçib. Elə isə yaşamaqda davam edin, cənablar! Onsuz 
da geriyə qayıtmaq mümkünsüz! Mənim fikrimcə, 
insanlığın keçdiyi yol səhv olub... İnsanı geriyə, 
“təbiətə tərcümə etməyin”

vaxtı da ötüb. Biz artıq çox 
gecikmişik! Dünya, yəni mən, sən, o və biz hamımız 
boynumuza almaq istəmədiyimiz bir əlacsızlıq sindromu 
içində. Böyük Hadron Kollaydəsi də heç Allah deyil! 
 
 
Ədəbiyyat: 
 
1
 Yaspers K. Smısl i naznaçenie istorii. – M.: Politizdat, 
1991 (rusca); Horkxaymer M., Adorno T. Ponyatiye 
prosveşeniya / Dialektika prosveşeniya. Filosofskiye 
fraqmentı. – Medium. Yuventa, M., S-P 6, 1997. – s.16-60 
(rusca); Xabermas Yu. Demokratiya. Razum. Nravstvennost. – 
M.: Nauka, 1992 (rusca). – ISBN 5-901574-43-5; Popper 
R.K.Otkrıtoye obşestvo i yeqo vraqi v 2-x tt. / T.2: Uçeniye 
ljeprorokov: Gegel, Marks i druqiye orakulı; per. s anql. 
V.N.Sadovskoqo. – M.: Feniks, 1992. – 528 s.     

 Bu haqda daha ətraflı bax: Kultura.az portalında Rəhman 
Bədəlovla Niyazi Mehdinin    məqalələrinə. 
3
 Kant İ. Soçineniya v 6-i tt. – M.: Hauka, 1963-1966 
(Filosofskoye naslediye); Subbotin A.L. Frensis Bekon. – M.: 
Mısl, 1974. – 175 s.; Melejik İ.N. Ponyatiye, proisxojdeniye 
i priroda qosudarstva v politiçeskom uçenii T.Qobbsa // 
Aktualnıye problemı istorii politiçeskix i pravovıx uçeniy. 
– M.: 1990. – S.104-122; Rikuperati Dj. Çelovek prosveşeniya 
// Mir prosveşeniya. İst. slovar. – M.: 2003. - S.15-29.    

Berdyayev N.A. İstoki i smısl russkoqo kommunizma. - M.: 
Nauka, 1990. - s.8. - sitatın tərcüməsi Niyazi Mehdinindir.
 
 


 
355
5
 BaxHorkxaymer M., Adorno T. Ponyatiye prosveşeniya / 
Dialektika prosveşeniya. Filosofskiye fraqmentı. – Medium. 
Yuventa, M., S-P 6, 1997. – s.19 (rusca);       
6
 Mamardaşvili M., Pyatiqorski A. Soznaniye i simvol. – 
Estetiçeskiye issledovaniya: metodı i    kriterii.M.: Nauka, 
1996. – s.348     
7
 Popper R.K. Otkrıtoye obşestvo i yeqo vraqi v 2 tt. / T.1: 
Çarı Platona. – M.: Feniks, 1992. – s.69. 
8
 Nitşe F. Po tu storonu dobra i zla // Soçineniya. T:2. – M., 
Mısl, 1990. – s.352. 
 
 
 
 
YER VƏ GÖY ENERJİSİNİN BİLDİRİCİLƏRİ: 
“in” və “yan” başlanğıclarının türk variantı 
(olumla ölüm arasında permanent gülüş torbası) 
 
 
Öncə məqalənin adı ilə bağlı müəyyən mesajlar.  
Yəni ki...  biz də haradasa bir Həllac olub 
sözləri didək, diddikcə onların cövhərinə, ilkin 
mənasına yaxınlaşaq.  
Ayrı cür söyləyim fikrimi: gəlin, sözlərin 
qaranlığını  işığa tutaq, onları yumurta kimi sındırıb 
görək ki, batində gizlənmiş o məna-arxetip bizə 
nələrdən danışır.  
Sözün  əslinə, həqiqətinə qayıdaq, semantik 
çənbərinə varaq. Çünki bir də baxırsan ki, sözdə məna 
itib-batıb və söz olub teyxa işarə, bildirici, eyham. 
Mənim bu dəfəki yazımın predmeti, nə  qədər 
gözlənilməz səslənsə belə,  qarındır. Təbii ki, 
fizioloji aspekt hədəfdə deyil. Məni maraqlandırır: 
sözün arxaikası, semantikası və mədəniyyət şəbəkəsində 
“qarın” anlayışı ilə ilişikli qurulan paradiqmalar; 
məsələn, əməl və qarın, qavrayış və qarın, təcəssüm və 
qarın... 
Zöhdü, sufiliyi, fəlsəfəni, ideoloji mesajları 
qoyuram bir kənara. 
Qarın hər şeydən birincidir, hər şeydən əfzəldir 
və növbədə dayanmır, növbə tanımır, növbə gözləmir, 


 
356
vaxtı, saatı  və  hətta  ən ali qanunları, yasaqları 
istədiyi kimi poza bilir. Onun “hökmləri” növbəsiz 
icra edilir.  
“Yox” qarın üçün yoxdur. Qarın yoxla üzləşəndə 
insan tələf olur. 
“Qarın” deyəndə hamı  bədənin  əzalarından birini 
düşünür. Düşünür ki, qarın olmasa, heç-zad olmaz. Və 
sonra da heyfsilənib bir də təzədən düşünür ki, qarın 
olmasaydı, hər şey yaxşı olardı, dava-dalaş, vəhşilik, 
müharibə-filan olmazdı. Bu sayaq düşünüşün nəticəsi də 
gün kimi aydın: günahların hamısı qarındadır. 
Beləliklə, həyat bərabərdir qarın. Başqa sözlə, qarın 
elə həyatın özüdür və ya həyat qarın üstündə qurulub. 
Dünyada (həyatda) mövcud bütün günahların mayasında o, 
durur. 
İnsanın cəmi iki həqiqi problemi mövcud: yemək 
və çoxalmaq. Hər iki aktın məramı fani dünyada öz 
ömrünü, öz hüceyrələrinin ömrünü uzatmaqdır. Bunun 
yolu isə qarından keçir. Ağıl bu məqamda yetərli 
korrektə aparmağa acizdir. 
Simvollar aləmində insan (aləm-i səğir) 
makrokosmun (aləm-i kəbir) xəritəsidir, kiçik 
modelidir, kainatın, kosmosun güzgüsüdür. Ezoterik 
bilgilərin təhlil cədvəllərində qarın Yer kürəsinə tay 
tutulur. Orta çağların sufi risaləsi “Afaqnamə” də 
birbaşa  bəyan eləyir ki, qarın mikrokosmda şir 
bürcünün təmsilçisidir.
1
 
Şir də, təbii ki, sultan kimi qavranılır;  şir-
adam isə Sfinksdir: bədəni və quyruğu torpağa 
yaxındır, sarı, pırtlaşıq yalı isə  –  Günəşə. Qarın 
Yer kürəsidir, torpaqdır və “günəş  kələfi” qarın 
boşluğunun üstündə  bədənin akkumulyativ əzələsi kimi 
çalışır. Bundan da belə  nəticə  çıxır ki, qarın Günəş 
və Yer birgəliyini bir sistem kimi özündə  təcəssüm 
etdirir və qarın bədənin sultanıdır. Sultandırsa, biz 
onun əmrinə tabeyik. 
“Mən” qarnı inkar eləyəndə, ideyanı 
müqəddəsləşdirib, ilahiləşdirib qarına yuxarıdan aşağı 
baxanda, onun tələbatları ilə hesablaşmayanda qəhrəman 
olur və... ölür. Çünki qarın ciddiliyi, qüruru, 
qəhrəmanlığı, üsyanı, təhqiri, təkəbbürü sevmir və 
ləngimədən urvatlını urvatsız eləyib qəhrəmandan öc 
alır. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə