Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə120/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   115   116   117   118   119   120   121   122   123

 
363
əməllicə qapanır:  “qu”nun səma ilə  əlaqəsinə, Göy 
enerjisi olmasına heç bir şübhə qalmır. 
“Qu-ran” sözü müqəddəs kitabın birbaşa səmadan 
endiyinə  işarədir. Düzdür, ərəbcə “Quran” avazla 
oxumaq, avazla qiraət etmək mənalarında başa düşülür. 
Lakin heç fərq eləməz:  əvvəlcədən söylədiklərimiz 
bunun da izahını verir. O mənada ki, qu vasitəsilə, 
qulaq vasitəsilə, eşidilmə yolu ilə  dərketməni özündə 
qapsayır. 
Qur-bağa mütəmadi  şəkildə “qu” enerjisilə 
dolanan və yağışla müstəqim ilişkidə bulunan canlıdır: 
ayaqları torpaqda və ya suda olub başı ilə  həmişə 
Göylərə istiqamətlənmiş məxluqdur. 
“Qurd”  sözü (diqqəti onun “quar” // “quər” 
kəlməsilə səsləşməsinə yönəldirəm) də türkün əcdadının 
Göylərdən endiyinə şahidlik edir. Qurd da yerlə gəzir
amma ki, ulayanda mütləq  şəkildə başını Göylərə 
qovzayır, Günəşə sarı, quta sarı dönür. 
“Biz “quar”
7
 söz-adının birinci hissəsinin hər 
iki variantını da “qu” // “ku” // “kü” // “küy” qəbul 
edirik, “qu” // “ku” //  “kü” // “küy”ün bir çox türk 
dillərində 
əsasən “yanmaq”, “səs”, “bağırtı”, 
“gurultu”, “mahnı”, “mahnı oxumaq”, “danışmaq”, 
“şöhrət” mənalarına rast gəlirik... H.Zərnizadə “səs”, 
“qışqırıq”, “nərə” mənasını verən  “qu”  sözünü Səfəvi 
dövlətindən  əvvəl fars dilinə keçmiş Azərbaycan sözü 
sayır”
8
. Burası, aydın. Şübhə yox ki, “qu” səmadandır, 
Göylərlə ilişiklidir. Odur ki, bu mənada qu+laq “qu”ya 
köklənmiş və ya “qu”nu tutan lokator kimi mənalanır.         
Yenidən Azərbaycan mifik təfəkkürünün “atası” 
kimi  şərəfləndirə biləcəyim Mirəli Seyidovun irsinə 
müraciət edək:  “Quar” // “kuər” // “küər” söz-adının 
ikinci hissəsi “ar” // “ər”dir... “Ar” // “ər” həm də 
feldən isim düzəldən şəkilçidir. Onda quar – “yanan”, 
“bağıran” deməkdir. “Ər”in bir çox türk dillərində, o 
sıradan Azərbaycan dilində  də  əskidən tutmuş bugünə 
kimi kişi mənası  və  həmin sözlə  əlaqədar “qoçaq”, 
“igid”, “qorxmaz” məna çalarları vardır... Deməli, 
quar // kuər // küər səsli, hayqıran, yanan ər – kişi 
deməkdir... Deməli, Tanqrixan (Tanqrıxan), Quar // 
kuər ad-sözlərində dörd Azərbaycan sözü işlənmişdir. 
Tanqrixan // tanqrıxanda “tanqrı” (göy, səma), “xan”, 


 
364
“quar” // “kü” + “ər”lə “ku” // “kü” // “küy” (od, 
səs, ər, kişi, igid) sözləri işlənmişdir”.
9
 
Sitatdan birinci nəticə:  Quər səma kişisidir, 
tanrıdır, kişi başlanğıcının obrazıdır, yağışı  təhrik 
edən göy gurultusudur, odu, səsi  şərtləndirən sakral, 
kosmik substansiyadır. 
Nəticə iki: “Tanqrı” (tenqri) sözü, yəni türkün 
ulu tanrısının adı özündə  “qarın” sözünün bütün 
samitlərini qapsayır. 
Nəticə üç:  hunlar // qunlar qədim türk 
tayfaları oluban “qu” adamlarının, yəni Göy 
enerjisini, “qu” enerjisini daşıyan insanların 
tayfaları kimi yozulurlar. 
Nəticə dörd: ərəblərin Allaha müraciətən 
işlətdikləri  “Hu” (yəni “O” əvəzliyi) kəlməsi elə 
həmən “qu”dur ki var: nədən ki,  hu // qu // ku  
keçid-transformasiyaları dildən dilə olan sıçrayışları 
asanlaşdırır. “Hu” “O”dur, səmada, kainatda, kosmosda, 
Göydə olandır, “qu” enerjisinin islamdakı dini 
konkretliyidir. Hunlar hu // qu adamlarıdır. “Müqəddəs 
“HU” səsi qırtlaqdan üfürülən külək kimidir və ŞÜA ilə 
oxşarlııq tapır”. Musiqişünas Sevil Fərhadovanın bu 
fikri mənim “qu” səsini Göy enerjisinin türk dilindəki 
işarəsi kimi götürməyimə bəraət  qazandırır.  
Bunu adi təsadüf sayıb üstündən adlamaq olarmı? 
Əsla, yox və mən bu sayaq düşünməkdən çox uzağam. 
Bu elmi improvizə  və  gəzişmələr dil, folklor, 
mifik təfəkkür qatında belə bir qənaəti aktuallaşdırır 
ki, Azərbaycan mifik təfəkküründə, mifoloji qatda “qa” 
qadın başlanğıcıdır,  “qu”  –  kişi başlanğıcı. Bu 
kontekstdə onları yapon mədəniyyətilə müqayisə eləmək 
mümkün: nədən ki, bunlardan biri “in”dir, o birisi – 
“yan”; biri torpaqdır, digəri – su; biri qara 
enerjidir, biri – ağ. Yadınıza salın, “Məlikməmmədin 
nağılı”nda ağ  və qara qoçu. Onlar bu iki enerjinin 
vizuallaşmış, konkretləşmiş  təzahürləri kimi oxunur. 
Ağ qoç işıqlı dünyaya, ağ enerjiyə, Göyə doğru aparır, 
qara qoç – qaranlıq dünyaya, yeraltı səltənətə. Bütün 
bunlar onu isbatlayır ki, “Qa” Yer enerjisidir, “qu” –  
Göy enerjisi. Onların birgəliyindən isə Azərbaycan 
mifologiyasında kosmos yaranır. 
Məhz  “qa”  və  “qu”  Məlikməmmədin quyuda tapdığı 
enerji formaları idi ki, sonucda onun işıqlı dünyaya 


 
365
yetişməsini mümkünləşdirdi.  Qaranlıqdan işığa, 
xaosdan kosmosa “qa” və “qu” enerjisilə: 
“Məlikməmmədin nağılı” Azərbaycan xalqının mifik 
təfəkkürünə güzgü tutur.            
Əslində, bu iki başlanğıc, yəni  “qa”   “qu”, 
bir-birinin içinə elə sirayət eləyir ki, onları 
ayırmaq, fərqləndirmək çətinləşir. Məsələn, quyu 
torpaqda olduğu üçün, dərin olduğu üçün, sulu olduğu 
üçün qadın kimi qavranılır, yağış isə göydən gəldiyi 
üçün kişi kimi obrazlaşdırılır. Halbuki o da, bu da su 
görkünün reprezentasiyasıdır.   
Qarın torpaq və su başlanğıclarını, yəni 
Azərbaycan etnik mədəniyyəti müstəvisində “qa” və “qu” 
kimi bildirilən xalis, saf enerjiləri bir araya 
gətirir, materiyanı, həyatı, yaşam enerjisini istehsal 
edib çoxaldır, nəsil artımının ardıcıllıq silsiləsini 
sahmanlayır.  
Bununla belə... və hər halda...  
...burada ilişib yubanmayım, mən mesajlarımı 
göndərdim – linqvistlərə, etnoqraflara və  hətta 
türkoloqlara: kimə lazımdısa, dəyərini o, bilər; mənsə 
indi yol alıram düz məqalənin fəlsəfi-estetik 
mətləbinə  və bir də kütləvi bilincdə “qarın” 
anlayışının törətdiyi saysız məna cingiltilərinə 
doğru, əlbəttə ki, yazdıqlarımdan bəhrələnə-bəhrələnə. 
Əgər mən başlasam, izah etməyə ki, “tvitter” və 
ya “tuittə” nədir, bütün İnternet istifadəçiləri mənə 
çəpəki baxarlar. Yəni hacət varmı bunu xırdalamağa? Bu 
sözün açıqlaması aydın: cikkildəmək, çərənləmək, 
laqqırtı vurmaq mənalarını özündə qapsayır. (“Quql”da 
axtarsanız, asanca tapacaqsınız. Elə bu “quql” sözünün 
strukturunda da “qu” lokomotivi çox güclü, çox 
küylüdür. Burada da onu Göy enerjisinə bir işarə kimi 
götürmək mümkün. Axı “Quql”da da bilgilər, xəbərlər 
sanki göydən yağış yağan kimi yağır bizim iç 
dünyamıza. Hər halda bu fərziyyədir, fantaziyadır və 
elmi sübutlardan məhrumdur.) Amma “tvitter”in 
çoxlarına məlum olmayan bir mənası da mövcud: bu 
termin “işə salan mexanizm”, “dövriyyəyə buraxan 
mexanizm” anlamına uyğun gəlir. Yəni tvitter hər hansı 
bir xəbəri və ya bilgini sitəyə atır və o, virus kimi 
zəncirvari  şəkildə, öz-özünü hər dəfə  təzədən 
törədərək şaxələnir, aləmə yayılır. İndi mənim məqaləm 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə