Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə116/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   112   113   114   115   116   117   118   119   ...   123

 
351
qılıncı kimi qoltuğuna vurub özüylə  gəzdirir
kəfənini çalma eləyib başına qoyur. Sən zərrəsən və 
kainatsan: rahatlıq tap; çalış ki, səni qıcıqlandıran 
fikirləri (şeytanı) özündən qovasan. İnsan kainat kimi 
boş, sərbəst və sakit (fikirsiz, düşüncəsiz) olanda 
xoşbəxtdir. Avropada isə bunun tam əksidir. Beləliklə, 
təzədən gəlib çıxdıq Dekarta, yəni maarifçilərin 
fundamental fəlsəfi tezisinə: “Mən düşünürəmsə (və ya 
fikirləşirəmsə), deməli, yaşayıram”. Ona görə modern 
həmişə  Qərbdədir;  Şərq isə  həmişə klassikadır; Qərb 
şeytandır, vampirlərlə doludur; Şərq isə tanrıdır, 
mələklərlə doludur.  
        Maarifçilik  Qərb yaşam tərzinin təzahürüdür, 
Qərb düşüncəsinin inkişaf metodologiyasıdır və 
razılaşaq ki, bugünki texnosivilizasiyanın, Böyük 
Hadron Kollaydəsinin müəllifi maarifçilikdir.   
        Maarifçilik 
səlib yürüşlərinin fikir 
müstəvisində gerçəkləşən invariantıdır.   
        Faktiki 
olaraq 
maarifçilik 
Aristoteldən 
başlayır.  
        Düzü,  gürcü  M.Mamardaşvili iddia edirdi ki, 
məhz Platon Avropa mədəniyyətinin təməl prinsiplərini
6
 
müəyyənləşdirib. Ancaq gürcü Mamardaşvili ya səhv 
eləyirdi, ya da, olsun ki, Platon öyrətisini yanlışa 
yozurdu. Platon öyrədirdi ki, “hər hansı bir 
dəyişiklik 
şərdir, dinclik isə 
şahanədir”.
7
 
Maarifçiliksə deyir ki, dəyişmək proqres əlamətidir, 
inkişafın stimuludur, xeyirdir. Platon mifləri də bir 
o qədər sevmirdi. Miflər isə maarifçiliyin 
rudimentlərilə dolu idi. Ona görə  də Avropa 
mədəniyyətinin və maarifçiliyinin atası Aristoteldir 
ki, var.  Mən elə hesab edirəm ki, “Avropa 
mədəniyyəti” anlayışının müasir eksport versiyası ilə 
“maarifçilik” analmının içi bir-birinə müsavidir. Bu 
baxımdan fransız Bernar Anri Levi yazanda ki, “Avropa 
məkan deyil, ideyadır”, yüzdə yüz məsələnin 
mahiyyətini lakonik bir tərzdə  bəlirtirdi. Ona görə 
mən də deyəndə ki, Avropa mədəniyyətini mədəniyyət 


 
352
eləyən elə maarifçilikdir, tam haqlıyam. Aristotel 
isə maarifçilikdən öncə maarifçi idi və bilgi 
dünyasında bir nizam, bir sahman, bir bilgi bazası 
yaratmağa çalışırdı. Bilgilər toplamağın sonu yoxdur. 
Amma ruslar  deyir, yüzil yaşa, yüzil öyrən, fərqi 
nədi, axırda axmaq kimi öləcəksən. O zaman ki, 
Aristotel bilgiləri bir-birinin üstünə çinləyirdi, 
qədim çinlilər söyləyirdilər ki, “dərk etmək 
iddiasından əl çək və sən xoşbəxt olarsan”.  Bu fikir 
necə də Platonun söyləntisilə baxışır. 
       Mən insanlar görürəm ki, onlar bilgi 
toplamaqdan  şişib-şişib rezin şara dönüblər. Bu, 
maarifçiliyin formalaşdırdığı insanlardır, 
maarifçiliyin törətdiyi toplumdur. Məhz maarifçilik, 
və onun ən bariz təzahürü elm və  təhsil, insanları 
dəhşətli ölüm vasitələrilə silahlandırıb. Bugün məhz 
maarifçiliyin komfortla bağlı idealları ətraf mühiti o 
dərəcədə zibilləndirib ki, təbiət bizləri yaşada 
bilmir. Yediyimiz zəhərdir, udduğumuz hava - zəhər, 
içdiyimiz su - zəhər.  İnsan da səhərdən axşama qədər 
işdə: ona görə ki, yaşayış komfortunu ideala çatdırmaq 
istəyir. Hər uçan təyyarənin, hər gedən maşının, mən 
hələ bomba və raketləri, süni peykləri demirəm, 
təbiətə  və bizə vurduğu ziyan ölçüyə  gəlməzdir. 
Təbiətin enerji resursları isə bir əsrə çata, ya 
çatmaya.  İnsanlar isə, və  ələlxüsus da biz, bunu heç 
cür dərk edə bilmirik.  
       İnsanlığı bu ərəfəyə  nə  gətirdi?  Əlbəttə ki, 
maarifçilik. Heç mən özüm də yazdığıma inanmaq 
istəməzdim. Amma nə etməli ki, məntiq də, deduktiv 
metodla analiz də bunları diktə eləyir. Niyə  mən 
maarifçiliyi suçlayıram? Gəlin, müəyyənləşdirək ki, 
nədir bu maarifçilik? Bir az əvvəl söyləmişdim ki, 
ingilislər buna “inlaytment” deyir, yəni aydınlatma. 
Nəyi aydınlatma? Prosesləri, dünyanı. Aydınlatmanın 
əsasını isə bilgi, bilgi sistemləri təşkil edir. Bilgi 
toplamasan, heç nəyə çata bilməyəcəksən, rahatlıq əldə 
etməyəcəksən, enerji itkisini minimal səviyyəyə 


 
353
endirməyəcəksən. Bilgi eyni zamanda insanın, 
təbiətin  əleyhinə  işləyən bir sistemdir. Maarifçilik 
insanı  gətirib o yerə  çıxarır ki, insan təbiəti ram 
etmək ideyası ilə yaşayır və bununla da özü öz əlilə 
öz məhvinə imza atır. Bax, absurd elə bu məqamda bir 
hörümçək kimi hər şeyin üstünə tor çəkir. Axilles heç 
vədə tısbağanı ötüb keçə bilməyəcək. Yaydan buraxılmış 
ox hər zaman statikadadır (Zenon).  İnsan nə qədər çox 
komforta, bolluğa can atsa, bir o qədər öz işini 
çətinə salacaq, bir o qədər öz sağlamlığına zərbə 
vuracaq. 
     Ona 
görə 
Şərqdə bütün idrak modelləri 
konsentrikdir, Qərbdə isə - spiralvari. Bütün 
spiralların içindən isə mütləq şəkildə bir ox keçir və 
bu ox irəliyə doğru, inkişafa doğru istiqamətlənib. Bu 
ox maatifçiliyin oxudur, aydınlatmanın oxudur. Şərq 
isə aydınlatmaya, anlamağa, dərk etməyə yox, qəfil 
nurlanmaya meyllənir. Nurlanmaq üçünsə sən gərək bütün 
kitablardan, bilgilərdən, dərk etməkdən imtina edib 
dünyanı 
qəlbinlə, duyğularınla görəsən, dünya 
boşluğunu görəsən və biləsən ik, Hüseyn Cavid 
demişkən, “heç təlaş etməyinə  dəyməz.  Əgər dünyanın 
zərrə  qədər dəyəri olsaydı”... Nurlanma ruhsal 
kamillikdir. Nurlanma yoxdursa, təhsilin də qara 
qəpikcə qiyməti yoxdur. Nurlanma için ovqatıdır. Onsuz 
savad, təhsil insana gərəkməz. Kamil insansa bilir ki, 
dünya ilə tam harmoniyada yaşamaq, Allahı bulub onunla 
bir olmaq, boş olmaq, istəklərdən, tanrı olmaq, əbədi 
olmaq arzularından  əl çəkmək maksimal komfort və 
xoşbəxtlikdir. Nurlanmış insana dərk etmək önəmli 
görünmür; bilgi toplamış, savadlanmış insan isə elə 
hey nəyisə anlamağın, dərk etməyin həşirindədir. Bilgi 
ona hər zaman azlıq edir. Nurlanma ilə hər şeyə çatmaq 
və dünyada “ərimək”, dünya olmaq mümkündür. Əgər sən 
nurlanmısansa, sənin heç nəyə ehtiyacın yoxdur və 
sənin nurun digər fərdlərə  də  işıq salacaq. Əslində, 
insanlığın  şüarı belə olmalı idi: yaşa və heç nəyi 
dəyişmə, başqalarına da yaşamağa imkan ver! Çünki 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə