Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə113/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   109   110   111   112   113   114   115   116   ...   123

 
342
elm, təhsil təbliğçisini bildirir. Burada “arif” 
sözü “maarifçilik” ifadəsinin məna planetidir
“ürfan”, “maarif” sözlərisə onun peykləridir. 
Çağımızda maarifçi xalqı  ağ günə  çıxarmaq istəyən və 
bu yolda çabalar yapan bir ziyalı tipi kimi, demokrat 
ziyalı tipi kimi definisiya olunur və bu bizi bir daha 
“inlaytment” sözünün mahiyyətinə sarı  çəkib aparır. 
Qısa bir haşiyə çıxıb onu da xatırlatmağı əhəmiyyətli 
sayıram ki, “ziyalı” sözünün də işıqla, aydınlatma ilə 
müstəqim ilişkisi var: farsca da “ziya” işıq deməkdir. 
Anadolu türkləri də ziyalıya “aydın” deyəndə 
“maarifçilik” adlı nişangahın mərkəzini yüzdə yüz 
vururlar. 
       Lakin  bu  izahlar  “maarifçilik  (inlaytment, 
prosvetitelstvo) nədir” sualını birbaşa 
cavablandırmır, amma məsələnin həndəvərini qəşəngcə 
ornamentləşdirir.  Maarifçilik bir nöqtə  ətrafında 
çətirvari və ya spektral təsir dairəsi, enerji sahəsi 
yaratmış sosial-kulturoloji hadisədir. Maarifçilik 
Avropa mədəniyyətinin toplumların başı üstündə açdığı 
ağıl və borc  çətiridir. Bu çətirin cızdığı sfera 
dışında emosiyanın, ehtirasın, nəfsin və azadlığın 
xaos formasının toruna düşmək qorxusu mövcuddur. Onun 
(xəyali çətirin) mərkəzindəki (xəyali) yumru isə 
“borc” ideyasını  işarələyir. Borc duyğudur, ağıl isə 
borca nəzarətdir. Ağıl borcdan yüksəkdə dayanıb və 
deyir ki, insanın öz bədəninə,  əcdadlarına, xalqına, 
vətəninə, topluma borcu var: bu borcdan qaçmaq və ya 
bu borca qarşı etinasızlıq bütün variantlarda 
mənəviyyatsızlıq ayağına yozulur. Hərçənd ağılsızlığın 
borcu olmur: ağıl itəndə borc da itir. Dəlilər heç 
nəyə borclu deyillər. Dəlilərin dini və borcu yoxdur. 
Əgər belə isə, onda dinin tənqidi kimi tarix meydanına 
atılan maarifçilik dindir, dinsizlik barəsində dinən 
dindir. Daha doğrusu, borc maarifçiliyə dinin 
paltarını geyindirir, ağıl isə onu elmin mantiyasına 
bürüyür.  


 
343
       Borc  maarifçi  çətirin çənbəri hüdudlarında 
elmi aktivləşdirir və  ağıldan xahiş edir ki, onunla 
eyni müstəvini bölüşsün və elmi (birbaşa maarifin 
özünü) idarə eləsin. Maarifçilik öyrətmədir, dərsdir, 
savadlandırmadır, başqasının başına ağıl qoymaqdır. 
Sən bilgi qazanmağa və öz bilgilərinlə bölüşməyə 
borclusan, çünki toplumun vətəndaşısan. Əlbəttə ki, bu 
yöndən baxanda maarifçilik elmdir. Hətta demək də olar 
ki, maarifçilik fəlsəfədir (dünyanı izah etməyə 
çalışır), tarixdir (hadisələr determinizmini təhlilə 
çəkir), estetikadır (öz bədii qanunlar sistemini 
ortaya qoyur), dindir (bir mənəviyyat  şəbəkəsi kimi 
insanları  əxlaqa çağırır),  əl-kimyadır (dünyanı  və 
insanları xilas etmək missiyasını boynuna götürür). 
       Və bütün bunlarla yanaşı maarifçilik 
(inlaytment) nə odur, nə budur, nə  də üçüncüsü. 
Maarifçilik  sistemdir  və bu sistemdə (bu çətirin 
altında) hər nə desən bulunur. O, XVII əsrin intellekt 
pandemiyası olub və davamlı  şəkildə yayılaraq gəlib 
yalnız XX yüzilin sonuncu rübündə qismən “sönüb”. Belə 
ki, dindən (kilsədən, xavradan və ya məsciddən) 
ayrılanlar maarifçiliyi özlərinə 
din 
biliblər. 
Maarifçiliyi mən sosial selə bənzədərdim və bu sel öz 
içində  həm dini, həm ateizmi, həm elmi yaxşıca bir-
birinə qarışdırıb  şəhərlərdən, kəndlərdən “axıdırdı”. 
Bu gündən tarixə boylananda məndə belə bir təəssürat 
oyanır ki, maarifçilik geniş sosial proqram kimi 
ortaya atılıb, səlib  yürüşlərinin yeni versiyası  və 
modifikasiyası kimi ortaya atılıb. Qərb  Şərqi 
maarifçiliklə  tələsdirib və onu özünə oxşatmaq
oxşadıb yararlanmaq məqsədində bulunub. Səlib 
yürüşlərinin edə bilmədiyini maarifçilik bacardı. 
Maarifçilik Avropanın  ən alicənab  agenti idi, 
Avropanın darısqallıqdan genişliyə 
çıxardığı 
“interaktiv” desant idi. Rus mütəfəkkiri Nikolay 
Berdyayevin bir fikrini indi oxuculara heç də əbəsdən 
xatırlatmıram: “Batıda darısqallıqdır, hər nə varsa, 
cızığa salınıb, kateqoriyalaşdırılıb, düzümdədir 


 
344
(maarifçiliyin çabaları  nəticəsində - kursiv A.T.) 
və ona görə  də uyqarlığın gəlişməsi üçün əlverişli 
təhsilə özül yaradıb. Rusiya isə azman məkandır və rus 
qutunda bu azmanlığın sınırsızlıq etgisi var. Rus 
qutunun görüntüsü rus torpaqlarının görüntüsünə 
uyğundur, orada da eyni sınırsızlıq var. Demək olar 
ki, rus ulusu rus torpaqlarının sınırsızlığının, təbii 
stixiyasının qurbanı olub. Düzümə salmaq, biçimləmək 
ruslara çox baha başa gəlir”.
3
 Batı darısqallığı, 
yaşamın cızığa salınması, təhsilin (təhsil  ən böyük 
borcdur, maarifçiliyin təməlidir) özül kimi 
götürülməsi elə maarifçiliyin Avropa üçün açdığı 
çətiri işarələyir. Məhz çətirin altında məkan 
çevrələnir, darısqallaşır, dünya çızığa düşür. 
Demokratiya həmişə maarifçiliyin çətiraltı 
demokratiyası olub. Düzdür, Nikolay Berdyayev burada 
rus qutunun təhlilini verir: amma bu təhlildən 
maarifçilik və Rusiya görünür. Maarifçilik qədəm-qədəm 
Avropanı  gəzib Rusiyanı  və arxasınca bütün Şərqi 
yavaş-yavaş öz çətirinin altına gətirdi. Rusiya 
lokomotiv olub  Şərqi Avropaya, maarifçiliyə sarı 
“sürüklədi”. Beləliklə, Batı maarifçiliyi dünyanı 
“darısqallaşdırdı”, başqalarının özgür və özəl olmaq 
imkanını  əlindən aldı. Maarifçilik hamının  əvvəlcə 
düşüncəsini, sonra yemək və geyimini, daha sonra isə 
görkəmini (I Pyotr rus boyarlarının  ətəklərini və 
saqqallarını tutub kəsdi) bir-birinə 
bənzətdi. 
Maarifçilik “sönsə” də, bu proses hələ də davamlıdır. 
       Totalitar  olmaq  maarifçiliyin  mayasındadır.
5
 
Deməli, burada bir məcburiyyət gizlənib. Maarifçilik 
total təhsilin müəllifidir. O, bütün mümkün 
rezervlərini işə salaraq, bütün imkanlarını 
aktivləşdirərək təhsili kütləviləşdirir
savadlandırılmış kütlə sindromu yaradır: təhsil  şərəf 
və  ləyaqət olmaq, imtiyaz olmaq statusunu itirib 
vətəndaşlıq borcuna çevrilir. Hamı  təhsil ala bilər. 
Kütlələrə - savad, maarif! Kütlə azman energetik 
gücdür, instinktiv gücdür. O, savadlananda daha 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə