Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə121/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   115   116   117   118   119   120   121   122   123

 
366
üçün də  “tvitter” sözünün məhz bu konkret mənası 
önəmlidir. 
Qarın təbiətdəki və  cəmiyyətdəki zəncirvari 
proseslərin (kosmik, sosial-iqtisadi, siyasi, 
ideoloji) tvitteridir: “torpaq – torpaq” sistemində 
çalışan mühüm mexanizmdir, sistemin həyatını 
nizamlayan, tənzimləyən mexanizmdir. “Qa”  və  “qu” 
qarından keçib yaşadıcı enerjiyə dönür və sonradan bir 
daha gübrə  şəklində (qarın çürüntü zavodu kimi) 
təbiətə qayıdıb yeni həyat zəncirinin tvitteri, 
dövriyyəyə rəvac verən mexanizmi olur, növbəti “Qa” və 
“qu” silsiləsi üçün xammal hazırlayır.  
Mədəniyyət 
şəbəkəsində qarın düşüncə 
təhrikçisidir, vizual bədii obrazların təhrikçisidir, 
emosional rəngarəngliyin təhrikçisidir. Bu da asanca 
izahediləsi bir məqamdır. İnsanın fikirlərinin bir ucu 
həmişə qarnına bağlıdır. Doymaq gündəmə düşməyən, 
rəsmiləşdirilməmiş daimi aktuallıqdır. Hamı, yəni 
canlı məxluqların hamısı, hər gün doymaq həşirindədir, 
doymaq  əziyyətindədir. Elə ki doyur insanlar, həşir 
unudulur və  təqribən bu mətndə xorla (mərasim 
rudimenti) oxu başlanır:  “hamı yeyir, biz də 
yeyirik”.
10
 
“Hə, nə olsun: bu ki adi insan tələbatıdır”, 
deyib problemi yavaşca qapatmaq mümkün. 
Amma və lakin... sübuta ehtiyacı olmayan bir 
həqiqətdir ki, 
... yemək gün ərzində  dəfələrlə    təkrarlanan 
mini bayramdır. Yemək göz qabağında olanda insanlar 
daha rahat olurlar, bolluğu görüb onun minimal 
yaxınlığından arxayınlaşırlar. Arxayınlaşırlar ki, ac 
qalmaq təhlükəsi yoxdur. Çünki insan bir yeyir, bir də 
sabahın fikrini çəkir. 
Hər bir bayram mütləq  şəkildə çoxlu yeyib-
içməklə müşayət olunur. 
Bazarlar... Marketlər... Qəlyanaltılar... 
Restoranlar... Toylar... Yaslar...  Orda yemək, burda 
yemək... 
“Gördün yemək, daha nə demək”. Yemək önündə 
danışıq bitir, dialoqlar, monoloqlar qurtarır, 
fikirlər ovxalanıb  sınır, süfrəyə düşüb uzaqlaşır.          
Yeyib-içmək kultu bütün mədəniyyətlər üçün 
xarakterik bir təzahürdür, təqribən eynitipli bir 


 
367
təzahürdür. Qədim yunan mədəniyyətində ölüb-dirilən 
məhsuldarlıq tanrısı Dionisin (Zevs və Semelanın oğlu) 
şərəfinə düzənlənən bayramlarda insanlar trans 
vəziyyətinə, dəliliyə düşəcək qədər yeyib-içib 
əylənirdilər,  şərabçılıq tanrısının özünə oxşamağa 
çalışırdılar. Ona görə ki, miflərdə Dionis (divanə 
Vakx) və onun əshabələrinin (satirlər, panlar)  özləri 
də huşlarını itirənədək kef məclislərində 
bulunurdular. 
Miflərdə  və gerçəklikdə kiməsə qonaqlıq, yəni 
bolluca yeyib-içmək vermək son dərəcə pozitiv, 
təqdirediləsi  əməl sayılır.  İslamda Hatəm peyğəmbər 
variantı. Mif məntiqi yeyib-içməyi və ya qonaqlıq 
düzəltməyi bir sınaq, bir imtahan kimi də ortaya atır.
 
11
 
İndinin özündə  də azərbaycanlılar (xüsusilə, 
kişilər xoşlayır bu sayaq epitetləri) el içində birini 
tərifləmək istəyəndə qürurla bəyan eləyirlər ki, bəs 
filankəs yaxşı yeyib-içən oğlandır. Dostluğun, 
tanışlığın, qohumluğun təməli qoyulanda yeyib-içmək 
hər zaman mərasim statusu qazanır. 
Dastan qəhrəmanı da hər  şeydən öncə öz yeyib-
içmək vərdişi, yeyib-içmək mədəniyyətilə  və qarnının 
çoxlu qida tutmaq imkanları ilə hamını heyrətləndirir 
və 
təəccübləndirir. Onun yediklərinin miqdarı 
qəhrəmanlığı ilə daim düz mütənasibdir. 
Epos parametrlərində  qəhrəman və onun dostları 
üçün aşırı yeyib-içmək pozitivdə qavranılır: çünki 
qəhrəman xeyirxah işdən ötrü yediyi qədərincə də güc, 
enerji sərf edib qalibiyyət qazanır. Koroğlu buna bir 
görk: bir oturma Təpəgöz qədər yueyib durur. Və ya 
Oğuz bəyləri: hamısı yeməkdə usta. 
Dünya xalqlarının  əksər qəhrəmanlıq dastanları 
bu belədir: hesab edirəm ki, aşırı sadalanmasına bir 
gərək yox. 
Elə ki mif, dastan, nağıl, hədis, hekayət 
sistemində personaj yeyib-içdiyinə layiq fəaliyyət 
göstərə bilmir, enerji itirməkdən qorxur, qarınqulu, 
tənbəl kimi tanıtdırılır.  Bu halda personajın qidaya 
aşırı  həvəsi neqativdə götürülür, onun yeyib-içmək 
həşirində bulunması, acgözlüyü lağa qoyulur. 
Amma epos qəhrəmanı nə qədər basıb yesə də, yenə 
acgöz sayılmır. Çünki nəfsi, tamahı yoxdur, sərvət 


 
368
torplamağa iddiası yoxdur; əgər olsa, ondan 
qəhrəman olmaz. 
Odur ki, adam, yəni hər hansı bir kimsə  və ya 
hər hansı bir qəhrəman, igid, mərd, kişi öncə yeyib-
içməyindən tanınır. 
Yeyib-içmək, ilk baxışda,  ən rahat, ən asan 
sınaqdır, yarışdır, sadə  əzələ nümayişinə  bərabər bir 
şeydir. Hərçənd bu “imtahan” həm də  mənəvi-əxlaqi 
keyfiyyətlərin yoxlanılmasıdır.           
Ortaçağ müsəlman mədəniyyətində  təsəvvüf adi 
qavrayışda həməncə zahidliklə bağlanır. Lakin 
sufilikdə zöhdün alternativi də olub. Məsələn, mövləvi 
qardaşlığının dərvişləri hər dəfə cümə axşamından 
cüməyə keçən gecə düzənlədikləri səma törənindən sonra 
yaxşıca yeyib-içmək məclisi də qurarlarmış.
12
  
Bektaşiliyin mürşidi Hacı 
Vələd islam 
kontekstində orucu qadın və kişi orucu kimi bir-
birindən ayırır. Bunun ondan, onun da bundan nə ilə 
fərqləndiyini bektaşi dərvişindən soruşanda deyir ki
qadın orucu 40 gün yeyib-içməyi yasaqlayır; kişi 
orucunda isə  gərək sən hər gün bir öküzü yeyib 
durasan.
13 
Hacı  Vələdin yanına məsləhətə  gəlmiş 
adamların hamısı  səhər qadın orucu tutur. Professor 
Niyazi Mehdi bunu qeyri-rəsmi mədəniyyətdə davranış 
tipologiyası ilə  əlaqələndirir, mənə isə bu sufi 
hədisi Ortaçağ müsəlman aləmində bir yeyib-içmək görkü 
kimi lazımdır. 
Müsəlmanlar da qədim yunanların, romalıların 
ardınca yeyib-içməyi estetik zövq hadisəsinə 
çevirmişdilər. Kef məclisləri islam mədəniyyəti 
şəbəkəsində permanent aktual idi. Burada kef əhli 
olmaq sanki əlavə bir peşədir, əlavə bir statusdur. 
Qafqazda yeyib-içmək həmişə igidin hünərlərindən 
biri sayılıb: burada yeyib-içmək hünər variantıdır. 
Uyqarlıqlar yeyib-içməyi zövq hadisəsi kimi 
təqdim edir, etnik mədəniyyətlər çərçivəsində isə bu, 
adətən, qəhrəmanlıq, xeyirxahlıq nişanəsi kimi diqqətə 
çatdırılır. 
Avropa mədəniyyətinin müxtəlif dönəmlərində biz 
yeyib-içmək kultunun təzahürləri və ya rudimentlərilə 
təkrar-təkrar rastlaşırıq. 
Harada və necə, və  hətta kiminlə yeyib-içmək 
məsələsi  ətraf mühitin, ekologiyanın, sonucda isə 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə