Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə119/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   115   116   117   118   119   120   121   122   123

 
360
kimi də çözmək icazəli.  Əjdər Fərzəlinin “Dədə 
Qorqud yurdu” kitabına müraciət edək: “Qatun”, “Xatın” 
və “Qadın” sözlərindəki “tun”, “tın” və “dın” 
komponentləri “Tanrı” sözünün baş komponenti “Tan”ı 
əks etdirir, ananın – qadının tanrı olduğunu 
göstərir”.

Qa-rı enerjisi tükənmiş qadındır. 
“Qat” kəlməsi “qa”nın miqdar çoxluğuna bir işarə 
kimi çözülür.  
Qa-pı  hər  şeydən  əvvəl ləzzətlər dünyasının 
qapısıdır: qapı evə açılır, rahatlığa, toxluğa, 
əyləncəyə, cənnətə açılır. Qapı olan yerdə yaşayış 
var, enerji var, “qa” var. 
Uçurumlar,  ənginliklər qapısızdır və orada “qa” 
da yoxdur, qapı da. 
Modern Azərbaycan folklorunun  leksikonumuza 
yenicə “atdığı”,  əlavə etdiyi “qaqaş” (qaqa+ş) sözü 
“qaqa” və “qardaş” sözlərinin semantikasında bir 
şəbəkəvarilik əmələ gətirir. 
Qa-rındaş (qardaş)  ananın “qa” enerjisinə, yəni 
yeməyə ortaq olan, şərik olan insandır, potensial 
rəqibdir.  
Qa-rış ölçü vahididir, olsun ki, bir vaxtlar 
həmin bu kəlmə “qa”nın miqdarını bildirib. Qarışmaq 
isə bir-birində  əriyib itmək deməkdir ki, bu da 
enerjinin xassəsidir. Yəni yalnız enerji elə qarışır, 
bir haldan o biri hala elə keçir ki, mövcud ola-ola 
görünməz olur. 
Qav-rayış (qavramaq) “qa”nı almaq, “qa”nı 
mənimsəmək kimi düşünülür. “Qav” fars dilində inək 
kimi anlaşılır. 
Qa-marlamaq  “qa”nı  ələ keçirməkdə xüsusi səy, 
cəhd, güc, cəldlik göstərmək kimi mənalanır. 
Qa-rışqa 
mütəmadi 
şəkildə “qa” daşıyan 
həşəratdır. 
Qa-sırğa  “qa”nı yox edən, tükədən küləkdir. 
Diqqəti yönəldirəm “qısır” sözünə...  
Qa-bırğa  “qa”nın yerləşdiyi, “qa”nın qorunduğu 
səbət qismində yozulmaq ehtimalını özündə saxlayır.  
Qarpız yer enerjisinin təzahür gerçəkliyidir, 
“qa” enerjisinin yumrulaşmış, pırpızlaşmış  təzahür 
formasıdır. 


 
361
Qarğa” sözünün “ruzisiz, nemətsiz quş”, 
“qa”dan məhrum quş”, permanent “ac quş”, “acgöz quş” 
mənalarının fonetik təcəssümü, fonetik şifrəsi kimi 
qavramaq mümkündür.   
Qa-zımaq “qa” enerjisini axtarmaq, onu tapmaq, 
ona çatmaq əməlini dil qatında konkretləşdirən bir 
sözdür (məsdərdir).   
Qa-zı “qa” enerjisini cəmiyyətdə tarazlığa 
gətirən, bu enerjinin paylanmasını nizamlayan hakim 
kimi anlaşıla bilməzmi, yahu?                
“Qa”  Azərbaycan xalqının etnik mədəniyyəti 
müstəvisində, onun folklorunda, mifologiyasında 
varlığın enerji cövhəri, həyat cövhəri kimi çözülüb, 
yozulub götürülə bilər.  
İndi də “qu” kəlməsini çək-çevir eləyək 
dilimizdə bulunan bir sıra sözlər arasında. 
Haradan ki “qu” (su enerjisi) çəkib çıxardırlar, 
ora  quyu deyirlər, harada ki “qu” qurtarır, ora quru 
sayılır. 
Türk mifologiyasında  “qut”
6
 (qu+t) bərakədir, 
ilahi, ruhsal, saf, pak enerjidir, yuxarı, sakral 
dünya enerjisidir. Əgər  qat  horizontalı bildirirsə, 
qut – vertikalı işarələyir. Qat üfqi istiqamətdə üst-
üstə çinlənmiş  təbəqələrdir,  qut isə bu təbəqələrin 
hamısını dəlib keçə bilir, onların hamısı ilə təmasda 
bulunur, statik, ölü formaları yaşayış formalarına 
transformasiya eləyir. Bir sözlə, qut qata can verir, 
həyat verir.  
“Qu” sözü Azərbaycan dilində yumşaqlığı, 
çəkisizliyi, hava kimiliyi rəmzləşdirir. 
Quş (qu+ş) uçan “qu”dur. 
Quşların  ən gözəlinə azərbaycanlılar  “Qu” 
deyirlər. 
Qum hərəkətdə olan, “uçan”, yerini dəyişə bilən, 
qu kimi yüngül, hətta barmaqlar arasından axıb 
süzülən, rahatca küləyə qovuşub küləyə dönə bilən 
dənəciklərdir. 
“Qu-zu” 
kəlməsi “əzizlənən, sevilən qu” 
mənasında qavranıla bilər.  Əslində, “quzu” sözü 
yeyiləcək  əti dil müstəvisində fonetik işarəyə 
çevirir. Bu isə o deməkdir ki, quzunun “qa” 
enerjisinə, yəni yer enerjisinə yaxınlığı daha çoxdur. 
Amma həqiqət bu ki, heç kim quzuya qıymaq istəmir: 


 
362
hətta insanların böyük əksəriyyəti gördükləri, 
oxşatdıqları quzunun ətini yeməkdən imtina edirlər.  
Çünki quzu qu kimi yumşaq, qu kimi zərifdir: haradasa 
Qu kimi olanı bildirir.       
Yeməklərin  ən zərifinə, tül pərdə kimi bir 
üzündən o biri üzü görünəninə azərbaycanlılar  “qutab” 
deyirlər. “Qutab” həyat verən, can verən cövhər kimi 
anlaşılmaq şansına malikdir. “Quşt” və ya “guşt” sözü 
isə fars dilində  “ət” mənasında işlənilir və güman 
etmək mümkün ki, türkün “qut” sözündən törəmədir. 
Qu-durmaq (eynilə  də “quduz” kəlməsi)  “qu”nun 
ifrat dərəcəsinin təzahür gerçəkliyini dil içində 
əyaniləşdirir. 
Qul  iş (“qu”) enerjisinin yiyəsi kimi çözülmək 
şansına malikdir. 
Qu-maş “qu” zənginliyinə, “qu” bolluğuna bir 
eyhamdır. 
Qu-mar  zəhərə dönmüş, havadan düşmüş, havayı 
düşmüş “qu” (yəqin ki “yüngül gəlir”) mənasında 
anlaşılır. Fars və türk dillərinin qəribə bir simbiozu 
da görünür burada. Tamamən bilinqvistik situasiya: 
nədən ki, “mar” sözü farsca ilan deməkdir. İlan xtonik 
canlıdır, mistikdir, sehri böyükdür, ilğımvaridir, 
aldanışlar dünyasının rəmzidir. Bu mənada qumar 
“qu”nun ilanlaşması, zəhərə çevrilməsi prosesini 
eyhamlaşdıran bir sözdür. 
Qusmaq  (ya da qaytarmaq) geriyə göndərilmiş, 
mənimsənilməmiş enerjidən qurtulmağı, yüngülləşməyi 
bildirir. 
Qu-laq  bədənin mikromodelidir, Göy enerjisinə 
açıqdır.  Əbəsdən Ortaçağ risalələri demirdilər ki, 
“dərketmə qulaqdadır”. Farslarda “səmavi” adlanan 
fellər var ki, onların kökünü tapmaq üçün heç bir 
xüsusi qayda müəyyənləşdirilməyib. Həmin felləri, 
sadəcə,  əzbərləmək gərəkir: nədən ki, onların kökünü 
yalnız eşitməklə 
dəqiqləşdirmək olar. Məsələn, 
“qoftən” (demək) məsdərinin kökü “qu”dur və bu kökü 
tapmaq üçün bilgidən heç bir kar aşmır; yəni 
əzbərləməsən bilməyəcəksən ki, nə  nədir: ondan ötrü 
ki, “qoftən” səmavi feldir, qaydalar dışında 
növbələşən feldir. O da maraqlıdır ki, fars dilində 
qulağa  “quş”  və ya “guş”  deyirlər. Beləliklə, dairə 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə