Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə118/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   115   116   117   118   119   120   121   122   123

 
357
Ondan ötrü ki, qarın materiyanın permanent 
enerji və gübrə istehsalçısıdır: materiyanı bir 
formadan başqa bir formaya salır, transformator 
funksiyasını yerinə yetirir, onun hərəkətinin 
təminatçısı olur. Qarın canlı materiyanın varlıq 
iksirini, varlıq cövhərini içinə topladığı yemək və 
mayelərdən hasil edir. 
Vallah ki, qarın əsl əl-kimyaçıdır. 
Hələlik təzə heç nə söyləməmişəm, amma 
söyləyəcəyəm. Bunun üçün Azərbaycan türkcəsində 
“qarın” sözünün qapsadığı ilkin mənaya doğru yol alaq, 
bu sözün semantik çənbərinə varaq: görək, tutalım, elə 
Dədə Qorqudun özü, onun simasında isə bütün türk 
elatı, niyə qarına torba, kisə  və ya çuval deməyib,  
qarın deyib.           
Qarın  qapalıdır: topa bənzəyir, yumrudur; 
yarılmayınca içi görünməz. 
Qarın qarpız kimidir. 
Qarın pırpız forma alanda qarpız olur. 
“Qarpız” sözünün mənasını  əksəriyyət “qar” və 
“buz” anlamlarının birgəliyi müstəvisində aramağa 
meyllidir.  Əgər elə isə onda “yarpız” “yar” və “buz” 
kimi çözülməlidir? Yox, məncə.. Hərçənd mən elə 
fikirləşirəm ki, qarpız  pırsımış, pırpızlaşmış, 
dəbərmiş,  şişmiş qarın  obrazının semantikasında öz 
adını tapıb. Qarpız giləmeyvələrin pırpızıdır. 
Bədəndə pırpızlaşan nəsnə həmişə qarındır.  
Kəndirdən yapışan kimi dildən yapışıb söz 
quyusunun dərinliklərinə enək: o yerdə ki mifoloq 
Mirəli Seyidov dayanmışdı, bax, ondan da o yana gedək, 
arxaik düşüncə müstəvisində 
mənaların səslərə 
hopmasını, səslərdə kodlaşmasını, söz olmasını, sözə 
çevrilməsini izləyək.       
Azərbaycan türkcəsində 
“qarın” 
kəlməsinin 
semantik çənbərində “bədən üzvü” anlamından savayı 
daha nələr gizlənir? Bu söz necə peyda olub, necə dilə 
gəlib, necə dilə ilişib dildə qalıb? 
“Qarın” sözünün küylü lokomotivi “qa”dır. Vurğu 
da həmin bu “qa” hecasının üstünə düşür. Təsadüf? 
Dilin qanunu? Yoxsa mənanı qabartmaq, aktuallaşdırmaq 
cəhdi?  Məncə, üçüncü daha produktiv gümandır. 


 
358
Nədir belə bu “qa”?!  Haradan zühur eləmiş  və 
nəyi açıqlamış ola, yahu? Bəlkə Süleymanın bildiyi quş 
dilidir bu?      
Kiçik bir xatırlatma, anons: gündəmdə Azərbaycan 
folklorudur – “Məlikməmmədin nağılı”. Həmin nağılın 
qısa bir fraqmentindən bilinənlər: Simurq quşu 
Məlikməmmədi xilas eləyib qaranlıq dünyadan işıqlı 
dünyaya apararkən ona tapşırır ki, havada mən sənə 
“qa” desəm,  ət verərsən,  “qu”  desəm, su. Ət 
qurtaranda, Məlikməmməd naəlac qalır, öz budundan bir 
tikə  kəsib quşa atır,  əvəzində xilas olur, işıqlı 
dünyaya çatır. 
Nağıl kontekstində “qa” (torpaq başlanğıcı) əti, 
“qu” (su başlanğıcı)  isə suyu bildirən nida 
sözləridir.  Amma onlara bir enerji kimi də yanaşmaq 
mümkün. “Qa”  “qu” olmasa, Simurq uçmur, Məlikməmməd 
qaranlıq dünyadan (xaosdan) qurtulmur və nağıl 
alınmır. 
Azərbaycan mifologiyasında “qa”   “qu” enerji 
baçlanğıclarını dil qatında simvollaşdırır.  “Qa” Yer 
enerjisini, “qu” Göy enerjisini rəmzləşdirir:  onların 
birgəliyi harmoniyanın  atributudur. 
Dadlı  nə varsa həyatda, biz onları körpələrə 
“qaqa” (və ya “qaqqa”) kimi tanıdıb anladırıq. 
Körpələrlə ünsiyyətdə nağıl dili, mif dili aktivləşir: 
biz körpələrlə  təmas quranda, onları dindirəndə 
sözlərin ibtidasına dönürük, sözü konfet kimi soyub 
onun energetik cövhərini balaca cocuqlara təqdim 
edirik. Bu fikir bucağından məsələyə yanaşanda  “qaqa” 
sanki xalis, saf enerjinin“qa” enerjisinin iki misli 
kimi öz mahiyyətini bəyana gətirir. 
“Qab” sözünün də  əsasında yenə  həmin  qa” 
dayanır: yəni “qa”nı tutan, “qa”nın bir yerdən başqa 
bir yerə aparılmasını təmin edən bir nəsnəni bildirir 
bu söz.       
Qaşıq (tələffüzdə: “qaşığ” və ya “qaşıx”) enerji 
ötürücüsüdür:  “qa”  bədəni yaşadandır, bədənin işığı 
ilə, aurası ilə ilişiklidir: “qa”nı içəri ötürməyə 
yardımçı olur. Qaşıq bədənə “qa”nın  enerjisini 
daşıyır.       
Qayıq  (tələffüzdə: “qayığ” və ya “qayıx”)  “qa” 
və  “yığ” kimi oxunanda məna həməncə aydınlaşır: yəni 
qayıq dənizdən, çaydan, göldən  “qa” (balıq, dadlı, 


 
359
yeməli bir şey) toplamaq, enerji toplamaq üçün 
vasitəni nişan verir. 
Qatıq (tələffüzdə “qatığ” və ya “qatıx”), 
əslində, “qa”nı tıx deməkdir. Nə üçün bu xüsusda “qa” 
aşağılanıb “tıx” felinin əmr formasına ürcah 
olmalıdır? Azərbaycan folklorunda biz belə bir fikir 
oynatması ilə üzləşirik: “Get bazara, can (ət) al, 
gətir, can (yəni  ət) olmasa, yarımcan (yumurta) al, 
gətir, yarımcan (yəni yumurta) olmasa, badımcan al, 
gətir, badımcan olmasa, zəhrimar (qatıq) al, gətir”. 
Bu fraqmentdən bəlli olur ki, xalq arasında qatıq 
aşağılanmış nemətdir. Mümkündür ona görə ki, yeməli, 
doyduracaq bir “qa” kimi, bir “qa” statusunda qatığın 
kolorisi, enerjisi çox azdır.   
“Qan”  sözü axan enerjini, yəni  “qa”nın mütəmadi 
dövr elədiyini eyhamlaşdırır. “Qan” qapalı “qa” 
sistemidir, “qa” dövriyyəsidir. Qan qarındakı “qa”nın 
cövhəridir.  
“Qam”
2
  (şaman)  əski oğuzlarda “qa” müqəddəs 
enerjisinin sahibi mənasını gündəmə  gətirir.  Bayaq 
ərz etdiyim kimi “qa” enerjisi Yer mənşəlidir: 
şamanlar isə həmişə yeraltı dünya ilə kontakt yaradan 
adamlar sayılıblar.
3
   
“Qağan – Xaqan – Xan”
4
  sözü “qa” enerjisinə 
sahib başçını, rəhbəri tanıdır.        
Qa-nad “qa” enerjisinin göylərə qaldırmaq, 
pərvazlandırmaq gücünün konkretliyi qismində qavranıla 
bilər. 
Qa-nun tamamlanmış, bütöv “qa” sistemidir. 
Qarın  “qa” üçün qazandır: “qa”nı (yeməli nə 
mövcudsa, hamısını) material kimi üyüdüb onu eyniadlı 
enerjiyə çevirir.        
“Qaz”, “qa-zan”, “qa-zanc” sözləri də “qa” 
enerjisini müxtəlif mövcudluq modifikasiyalarında 
sərgiləyir. 
Qar 
göydən tökülən nemətdir, ruzidir, 
bərəkətdir: insanların sabahını “qa” ilə təmin edir. 
Qa-ra böyük enerji zonasıdır: azman enerji 
məkanını fikir selində kodlaşdırır. 
Qa-la “qa”nı qoruyub saxlayan yer mənasında 
anlaşılır. 
Qa-dın törəyən materiyadır, “qa” enerjisinin 
dövriyyə  mərkəzidir. Bu sözü həmçinin “qa” tanrısı 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə