Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə95/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   91   92   93   94   95   96   97   98   ...   123

 
286
     Piyalə, qədəh  şərab içilən qabdır, günəş, 
yağış, torpaq, tənək və üzümlə insan arasında unikal 
bir ötürücüdür. Bədən isə ruh üçün süzülən meyin 
badəsidir. Bu keyfiyyət dışında  əyyaşlıq dayanır. 
Çünki mey ruhun istəyilə içilir, bədənin bura dəlaləti 
yox. Əks təqdirdə, insan öz ruhunun düşməni olur. 
     “Ver  badə, mürüvvət eylə, saqi”. Klassik Şərq  
poeziyası az qalır ki, badəni bütə çevirsin, onu 
ilahiləşdirsin:  “Nə gördü badədə bilməm ki, oldu 
badəpərəst”. Bunun da kökü, şəcərəsi uzaq-uzaq 
mədəniyyətlərdən gəlir, sadəcə,  şərh etmək gərək.  İş 
bu ki, badə (piyalə, kasa, masqura, qədəh, bardaq, 
cam) arxaik təfəkkürdə qadın başlanğıcını bildirən 
vizual obrazdır. Heç kəs inkar etməz ki,  piyalə və ya 
kasa öz forması etibarı ilə qadın döşünü, qadın 
bətnini xatırladır. Torpaq yaş (nəm,  şehli,  şirəli) 
olmazsa,  əbədi Yaranış silsiləsinə nöqtə qoyular. 
Qadın da torpaq kimidir, Yaranışın qabıdır, 
piyalasidir, badəsidir; “islanmasa”, “dolmasa” həyat 
tükənər.  İçinə mey (su, şərbət, doşab,  şərab) 
damızdırılan BADƏ (dulusçuluq nümunəsi) və ya CAM 
(misgərlik örnəyi) “vəhdət  əl-vücud”un, “in” və “yan” 
birgəliyinin, Yaranış aktının məkani formalar 
müstəvisində  rəmzi görkəmidir. Arxaik mədəniyyətlərdə 
badədən “içmək”, “dadmaq” qadına sahib olmaq, qadının 
dişi varlığını “kəşf etmək”, ali idraka çatmaq kimi 
mənalandırılır. Badə (bardaq, qədəh, piyalə, kasa, 
masqura, kuzə, dolça, küp) və ya cam (parç, abgərdən, 
çömçə, çuxur, qazan) təbiətin dörd ünsürünün, - 
torpaq, su, od, hava, - sintezindən törənəndir. Dörd 
ünsürün tanrısı dulusçudur, bir də misgər. Mifoloji 
təfəkkür onları doğma  əkiz qardaş, təmiz, pak 
enerjinin daşıyıcısı, soyu ilahi dünyaya bağlı qutlu 
sənətkar eləyib. Bir sıra xalqların miflərində, 
nağıllarında insanla badənin “qohumluğu” (kuzənin bir 
zamanlar cavan bir insan olduğunu söyləməsi) dönə-dönə 
vurğulanır və islam mədəniyyəti kontekstində  
sufilərin fəlsəfi paradiqmasının son dərəcə ifadəli 


 
287
bir obrazına çevrilir. Onda təsadüfdürmü ki, 
klassik  Şərq poeziyası badəni insanla büt arasında 
qərarlaşmış bir mərtəbəyə yüksəldir?  Əsla. Yoxsa 
Nəsimi dilinə  gətirməzdi ki“gəl  ənəlhəqq sirrini 
meyxanədə meydən eşit”.  Odur ki, mey “vəhdət  əl-
vücud”un təzahürlər dünyasında simvolik obrazıdır, 
onun vizual plastik konkretliyidir.    
     Şərq dünyasında mey və insan münasibətləri 
çoxsaylı 
əxlaqi qaydalar, normalar, şərhlər, 
göstərişlər və teatral təmtərağı olan məclislər 
(mərasimlər) yolu ilə  tənzimlənir. Mərasimlər və ya 
məclislər içrə yaşayıb xoşhallanmaq  müsəlmanın həyat 
tərzinin qayəsidir.  Şərqli üçün mey içmək də  mərasim 
kimi bir şeydir, məclisdir.  Əsrlər boyunca Şərq 
aləmində içki kultunun, mey məclislərinin 
mövcudluğunun təminatçısı şəhər meyxanələri olub... 
     MEYXANƏ (meyxana) fars dilindən tərcümədə “mey 
evi” anlamına gəlir.  Şərab dükanına, qəlyanaltıya da 
“meyxanə” deyərlər. Burada gözəl  şərablardan dadıb 
ləziz xörəklər yemək, dincəlmək, musiqi dinləmək, 
mütrib rəqslərinə tamaşa eləmək, nağılçıya qulaq 
asmaq, xor-xor qəlyanın  tüstüsünə uymaq, fəlsəfi 
söhbətlərdə bulunmaq mümkündür. Ortaçağ müsəlman 
mədəniyyətində kef, nəşə simvolu meyxanədir. Məhz 
həmən bu meyxanə, yəni mey evi islam mədəniyyəti 
kontekstində  məscidin yeganə qarşıdurumudur. Eynən 
Nəsiminin buyurduğu kimi: 
 
         “Çünki bir şəhrin içində məscidü meyxanə var, 
          Əhli həq fərq eyləməz məscidləri meyxanədən”. 
 
     Füzuli məsələni bir az da zilə çəkər: 
 
          “Möhtəsib, tanrı üçün gəl mənə vermə əzab, 
           Meyli-məscidmi edər meykədələr övbaşı.” 
 
     Və ya: 
 


 
288
 
          “Ey əsiri-dami-ğəm, bir guşeyi meyxanə tut, 
          Tutma zöhhadın müxalif pəndini, peymanə tut”. 
 
     Meyxanə  məscid və  fərdin  şəxsi mülkündən fərqli 
olaraq tam azad bir zonadır. Burada heç bir qanun
yasaq, qadağa (mənəvi imperativin zəif impulslarından 
başqa) “işləmir”; pul verib dad alırlar, kef alırlar, 
əyləncə alırlar. Ona görə yalan, riya asanlıqla aradan 
götürülür, həqiqətin yolu təmizlənir. Meyxanə 
güzgüdür; qısa bir vaxt ərzində, daha doğrusu, elə ki 
dodağa mey dəyər, insanın batini zahirə  çıxıb aşkar 
olar, necə varsa, o cür də görünər. Yəni mey insanın 
mənəvi-əxlaqi keyfiyyətlərinin, düşüncələrinin 
katalizatorudur meyxanə içində.  Heç bundan da sufi 
şairləri imtina edərdilərmi?  
     XIX  yüzilin  son  rübündən etibarən iqtisadi 
proseslərin nəticəsində müsəlman 
şəhərlərində 
meyxanələr  şəbəkəsi meydana gəlir, yəni mey evlərinin 
sayı artır. Bu mey evləri müsəlman məmləkətlərində 
haradasa karvansara əvəzidir, onun mikromodelidir. 
Azərbaycan da bu siyahıdan istisna edilmir. 
     Meyxanə (meyxana) müsəlmandan ötrü maqnit 
cazibəsinə malik bir məkandır. Müsəlman meyxanə 
böyründən heç vaxt laqeyd ötüb keçə bilmir. o Bununla 
belə onun meyxanəyə münasibəti həmişə ikili olub. 
Səbəb də bu ki, şəriət meyxanəni  şəhərin urvatsız, 
haram, məkrə,  şərə ürcah bölgəsi hesab edir. Digər 
tərəfdən isə meyxanə müsəlman üçün ənənəvi kef, 
əyləncə dünyasıdır.  İslam aləmində meyxanəyə getmək 
mənəvi qadağanı pozmaq deməkdir. 
 
          “Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid, 
           Bumudur əql ki, tərki-meyi-gülgun etdin?” 
 
     Təbii ki, heç bir dini yasaq bu fəlsəfi məntiqə 
tablamır. Nəticə isə bütün vəziyyətlərdə  cəmiyyətin 
həyatına birmənalı şəkildə mənfi təsir göstərir. Çünki 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə