Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə97/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   93   94   95   96   97   98   99   100   ...   123

 
292
gözlənilməz yozmalar kimi, Bakı haqqında rəsmi 
mədəniyyətdə fiksə edilmiş 
şeirlərə, mahnılara 
özünəməxsus bir kontrapunkt kimi qiymətlidir. 
     Meyxana  Orta  çağlardan XX yüzilə  əprimiş, 
sozalmış, fağırlaşmış bir görkəmdə  gəlib çıxan 
meyxanələrin (qəlyanaltıların) qoca dünya ilə kişiyana 
zarafatıdır. 
     MEYXANA  qəzəlin astar üzüdür, başqa yöndən 
yanaşsaq, qəzələ karikaturadır, onun nisbətən 
cavanyana, asan, lakin kobud, köntey və aqressiv, 
“dalaşqan” variantıdır; bir çox təzahürlərində isə 
həcvdir, hədyandır; kimə istəsən öcəşər, nəyi desən 
lağa qoyar, qorxmaz, çəkinməz, boynunu büküb dayanmaz. 
Çünki meyxana ustad sənətkarlardan savayı avtoritet 
tanımır. Odur ki, Azərbaycanda meyxana təkcə  ədəbi 
deyil, həm də sosial hadisədir. 
     Qəzəl muğamata söykənir, meyxana diringəyə. Biri 
janrın zadəganıdır, digəri - cüvəllağısı. 
     Sonucda  isə sual yenə  əvvəlkidir: MEYXANA 
Azərbaycanda nə idi? Sosial və mənəvi basqılara qarşı 
yönəlmiş 
sərxoş etirazın hap-gopu, qədeşyana 
ədabazlığı; meyi əvəzləmiş arağın məzəli hikkəsi; 
keflənib yumşalmış qəzəbin lotuyana romantikası; avaz, 
çırtma və nağara diringəsiylə “rəndələnən”  əruz; 
toyxanaların bir torba pulla vəznlənmiş zarafatı; 
dünyanın və  həyat olaylarının seksual-fantasmaqorik 
təsviri; qafiyələnmiş söyüş  və  təhqir çələngi; ideal 
primitivliyin sevinci; içkidən “dumanlanıb” valaylanan 
mübarizə, höcət; müştüklü “Kazbek”in tüstüsü arasından 
görükən padşahlıq iddiası; bekar və  qədeş  məhəllə 
uşaqlarının “misralanmış” cığallığı, müasirliyin Kosa 
və Keçəl deyişməsi; Çənbərəkənd cayıllarının qeyri-
rəsmi himni; meydanın söz pəhləvanlarının spirt 
qoxuyan sadəlövh fəlsəfəsi və  təkəbbürlü istehzası; 
qəzəlin topal qardaşı;  şəhər teatrının atmaca 
dialoqlar üzərində qurulmuş ucuz variantı; Ortaçağ 
Şərq poeziyasının XX əsr gerçəkliyində yaşamaq cəhdi. 


 
293
       Bəs indi meyxana kimindi və  nəmənədi? 
Meyxana məşq edənindir; çünki əvvəldən axıracan 
qəlpdi, qəlibdi. Kim daha çox əzbərlədi, meyxana 
onundur: yəni çevir tatı, vur tatı. Meyxana bugün 
ekrana möhtacdır; ona görə dili qısadır. Nədən ki, 
rəsmiləşmək istəyir,  şou-biznesə qatılmaq istəyir, 
varlanmaq istəyir, gündəmdə qalmaq istəyir. Belə 
getsə, çox az bir müddətdə  hər üç azərbaycanlıdan 
ikisi meyxana ustadı kimi tanınacaq. İndi Azərbaycanda 
o qədər meyxanaçı var ki, rahatcana bir meyxana 
kolleci açmaq mümkündür... Mən bir çox məqamlarda 
görürəm ki, bugün camaatın özünüidentifikasıyası, yəni 
özünütanıması, özünübilməsi teatrda yox, meyxanada (və 
ya aşıq məclislərində) baş verir. Meyxana kütləviləşir 
(milli mədəniyyətdə isə klassik musiqinin, təsvir 
sənətinin, operanın, baletin, teatrın mövcudluq 
çərçivəsi daralır): və  hətta belə  də demək olar ki, 
kütləviləşib müasir Azərbaycan  ədəbiyyatını “yeyir”. 
Niyəsini xırdalamaqdan ötrü mən gərək başqa bir məqalə 
yazım. Bəlkə meyxana muğama və  qəzələ (milli sənət 
genotipinə) bir refleksiya olduğu üçün bu belədir? Və 
bəlkə  də ona görə ki, meyxana susqun çoxluğun qan 
yaddaşındadır? Və bəlkə də ol səbəbdəndir ki, birinci: 
meyxana xalqın anladığı dildə danışır; ikincisi: 
meyxanada xalq danışır. XXI əsrin əvvəlində meyxananın 
“intibahı” dövrün, zəmanənin 
ən təzadlı 
paradokslarından biridir. Bu barədə düşünməyinə dəyər, 
cənablar! Çoxluq yazıçını,  şairi, ziyalını yox, 
meyxanaçını tanıyır, meyxanaçını seçir və deməli, ona 
inanır... Ola bilərmi ki, bu, Azərbaycanda gedən 
urbanizasiya prosesinə passionarlığın bir reaksiyası 
kimi qeydə alınsın? Ola bilərmi ki, meyxana dünyanı 
məhəlli aspektdə qavramaq tərzi, öz məhəlləndə xoşbəxt 
olmaq tərzi kimi yozulsun? Hər halda qəribə  və 
təəccüblüdür: bir yanda İnternet, bir yanda meyxana; 
bir yanda rəqəmsal sənət, bir yanda... yenə meyxana
bir yanda super bulvar, super fontanlar, bir yanda... 
yenə meyxana... Bu milli özünüdərkin, milli 


 
294
təfəkkürün, milli ruhun, milli mədəniyyətin XXI 
əsrdə pozitividir, yoxsa neqativi? Birmənalı cavabım 
yoxdur. Fakt bu ki, meyxana artıq ictimai sosial, 
ruhsal və kulturoloji hadisə statusunda bütün 
Azərbaycanı iri addımlarla dolaşır. 
 
                      2000-2010-cu illər
     
 
 
 
                                                                             
                                                                    
EROTİKA  VƏ  HƏYA, 
yaxud 
ŞƏHƏRDƏ  AVANQARD 
(elmi-kulturoloji partitura) 
     
     Erotika məkrdir; məkrli olan nə varsa, hamısı 
erotikdir. Bu fikrin müəllifinin kim olduğunu, 
şübhəsiz ki, həmin adam avropalıdır, artıq unutmuşam. 
Ancaq bir məsələni dəqiq bilirəm ki, mənim sərbəst 
tərcüməmdə orijinalın ruhu, mənası bütün dolğunluğu və 
ekspressivliyilə saxlanılıb. 
    Mənəviyyat və  əxlaq sanır ki, erotika İblisdir; 
İblis isə erotikliyin ideal obyektidir. Mefistofel 
dünya  ədəbiyyatının  ən erotik obrazıdır. Apokalipsisi  
şərtləndirən səbəblərdən biri, və  bəlkə  də birincisi, 
erotikadır. Elə məhz erotika əxlaqı diz üstə çökdürür. 
Erotika neqativ enerjinin təzahürüdür. Sevgi erotika 
zamanı mənfi işarəli olur. 
   Mədəniyyətin içi isə  həmişə erotika ilə doludur: 
çünki mədəniyyət basqıların modifikasiya olunmuş 
gerçəkliyidir, şəklidir, obrazıdır. 
    Xaos...  Apokalipsis...  erotika...  mən onları bir-
birinə bərabər görürəm. Onların hər üçü kosmosun sona 
yetdiyinə bir işarə... Xaos qorxu və  təhlükə 
sahmansızlığıdır. Erotika isə qorxu və  təhlükə ilə 
qapıbir qonşudur.  Seksin teatral “qurğu”suna o zaman 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə