Microsoft Word lord talibzadeh doc


ehtiyac yaranır ki, sevgi adiləşib, sevgi ölüb və



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə98/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   94   95   96   97   98   99   100   101   ...   123

 
295
ehtiyac yaranır ki, sevgi adiləşib, sevgi ölüb və 
obyektə pozitiv təsir enerjisini itirib. O yerdə ki, 
toplumun yaşamaq enerjisi tükənir, həyat daha intensiv 
şəkildə mərasimləşir, teatrallaşır. 
    Mədəniyyət yenidən kosmosa dönmək, kosmosu bərpa 
etmək uğrunda son cəhddir. 
    Uyqarlıq ölüm ayağında ikən erotikanı  şəhər 
meydanına kütlə üçün bir yal kimi tullayır. Elə  məhz 
bu məqamda həya toplumun əxlaq “gündəliyində” aparıcı 
mövqedə  qərarlaşdırılır. Toplumun mənəvi dəyərləri 
erotika ilə  həyanı qarşıdurumlar kimi götürür, 
gerçəklikdə isə onlar əl-ələ verib yanaşı gəzirlər. 
    Mədəniyyət həya ilə erotikanı bir arabaya qoşub 
özünə bazar düzəldir. 
    Şəhər kübarlarının seksual oyunbazlığı erotikanı 
mədəniyyətdən ötrü aktuallaşdırır. 
    Kənddə erotika yaşamır. 
    O  zaman  ki  ş(s)into məbədgahının kahinəsi O-kuni 
şəhər küçələrinə  çıxıb erotik rəqslər göstərməyə 
başladı, yapon Kabuku teatrının təşəkkülü üçün zəmin 
hazırlandı.  
    Erotika  əyninə  həmişə  həya paltarı geyinir. Onun 
akkumulyativ nüvəsi həyadır. Həya permanent olaraq 
maneədir.  İnsan bu maneəni daim adlamağa çalışır ki, 
özünü tam rahat və sərbəst hiss eləsin. Lakin həyanın 
sərhədindən o yana tanrısızlıq və ruhun depressiyası 
başlayır. 
    Eros ruhu divanələşdirir. Bunu qədim yunanlar belə 
yazıblar. Onlar onu da yazıblar ki, eros dağıdıcı 
stixik qüvvədir, qasırğa kimi bir şeydir, ilan 
xislətlidir. Bunun ardınca  əski romalılar da yazıblar 
ki, eros sevgini yox, təbiətin ölümünü, əziyyəti, 
qışı, soyuğu, qürubu, ayrılığı, harmoniyanın 
pozulduğunu bildirir. 
    Di gəl ki, bununla yanaşı... 
    ... qədim yunanların mifoloji təfəkküründə Eros və 
ya Erot tanrıdır. Anası  məhəbbət ilahəsi Afroditadır. 
Bəs atası kim olsa yaxşı? Heç inanılası deyil ki, bu, 


 
296
müharibə tanrısı Aresdir. Əbəsdən “Ares” və “Eros” 
sözləri az qala eyni cür səslənmir ki? Ona görə  də 
savaş tanrısının oğlu Eros dəcəldir,  şələşurdur: 
hərçənd həmişə anası Afroditanın yanında qanadlı 
oxatan oğlan, mələksimalı uşaq kimi təsvir olunur. Lap 
öncələr Eros xaosdan sahmanlı dünya yaradan idi, öz-
özünü törədən kosmoqonik qüvvə idi. Çox-çox sonralar 
isə  qədim yunanlar ona tanrı valideynlər tapdılar və 
Erosun funksiyasını müəyyənləşdirdilər:  iki nəfər 
arasında sevgi, seksual coşqu oyatmaq.   
    Deməli, Eros hələ  qədim yunan mədəniyyəti 
müstəvisində ziddiyyətli fiqur, kontrastlı xarakter və 
mübahisəli personaj kimi qavranılırdı. Hamı başa 
düşürdü ki, Afrodita kimdir. Bəs sevgi tanrısı olan 
yerdə Eros nə  iş görür? Bax, bu məqamda onunla bağlı  
konkretlik və aydınlıq buxarlanıb yox olurdu. Düzdür, 
Erosu tanrı Afroditanın köməkçisi kimi də yozmaq 
mümkün idi. Amma bununla iş tamamlanmırdı. Eros 
müstəqillik nişanələri görükdürürdü.  
      Gələsinə tarixdə onun müşkülləri daha da artdı. 
Nədən ki, erotika rüsvayçılığa tay tutuldu. Beləliklə
əxlaq erotikanın düşməni oldu, təxəyyül isə  şəriki. 
Seksual basqılar düşüncə ilə sazişə  gələndə erotika 
üçün yaşıl işıq yandırılır
    Erotika  nədir?  Seks üzərində qurulmuş tamaşa, 
oyun; intim əlaqələri primitivlikdən uzaqlaşdırmaq 
cəhdi, düşüncəyə ünvanlanmış mesaj. 
    Sokratla  Platon  Erosu  ruh dünyasının  əlaməti 
bilirdilər. Platon elə hesab edirdi ki, Eros gözəllik 
ideyasının dərkinə olan vurğunluqdur, sevgidir. Burası 
xalis fəlsəfə. 
    Erotika 
orgiyanı 
şərtləndirəndə toplumun 
harmoniyası üçün, insanların  əxlaqı üçün qorxu və 
təhlükə  aşkarlanır. Çünki orgiya kordur və  xəstə 
cəmiyyətin, xəstə uyqarlığın simptomudur, 
qızdırmasıdır. Orgiya sayıqlayır və heç kimi tanımaq 
istəmir. Bu qədim Yunanıstanda da belə olub, indi də 
belədir. Tanrı Dionisin şərab pərizadəsi Aqava orgiya 


 
297
yaşantılarından coşub, özündən çıxıb, affektə uyub, 
kefdən başı dumanlanıb öz doğma oğlu Penfeyi parça-
tikə eləyir. Erotikanın sonucu gəlib orgiya ilə yekun-
laşır. Orgiya çərçivəsində isə artıq erotika özünə yer 
tapa bilmir. Səbəb də bu ki, orgiya dəliliyin və 
cəhənnəmin sərhədidir.  
    Orgiyada erotizm minimal həddə enir. Belə ki, 
burada  həya fenomeni aradan götürülür. Orgiya zamanı 
heç kim bir-birindən yaşınmır. Bu vaxt insan yenidən 
sürüyə qayıdır. Erotizm bədənin yox, fikrin 
xassəsidir. Erotika psixoloji faktordur: təbiətini 
təxəyyül müəyyənləşdirir. 
    Orgiya  həya üzərində qalibiyyəti simvollaşdırır. 
Bununla isə uyqarlıq öz ölümünə imza atır
    Həya həqiqətlə birlikdə vətəndaşlığın dirəyidir. 
    Amma  əslində... elə  həyanın özü erotikdir. 
Həyasızlıq isə pornoqrafiyadır, və əksinə. 
    Bu  söyləmlər qədərincə  cəlbedici olub da diqqəti 
həməncə özünə çəkməyə qadir. 
    Həya itirilən kimi erotika da itir. Bundan o 
yanası əzələ çalışqanlığıdır. 
    Azərbaycan  ənənəvi mədəniyyəti  şəbəkəsində  həya 
pozitiv işarəli bir təzahür kimi daim qiymətdədir. 
    Həya nədir? Təbiətdə buna bir görk bulmaq imkanı 
sıfır. Fəlsəfə də bu suala birbaşa cavab verməyib ki, 
biz də bilək, görək, həyanı nə cür qavramaq caiz. Heç 
“erotika” anlayışının da yüzfaizli aydın izahı yox. 
S.İ.Ojeqovun “Rus dili lüğəti”ində bu söz hissiyyat
cinsi  əlaqəyə  və onun təsvirinə meyl, həvəs kimi 
mənalandırılır.  
    Həya ailənin keyfiyyətidir. Burada o nizamlayıcı, 
qoruyucu funksiya daşıyır, instinktləri cilovlayır, 
onları geyindirir. Mədəniyyəti yaradan da elə həyadır
Bəlkə bu fikri belə  də ifadə etmək olar: mədəniyyət 
ona görə mövcuddur ki, həya var. Mədəniyyət nəyisə 
ört-basdır etmək deməkdir, instinktləri göstərmədən 
onlar haqqında danışmaq, onları  nəzarətdə saxlamaq, 
onların xislətini anlamaq, onların sosial “mən”ə qarşı 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə