Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə94/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   90   91   92   93   94   95   96   97   ...   123

 
283
özəlliyi, ictimai-sosial fəaliyyətinin 
əsas 
manipulyativ vasitəsi, seçmək qabiliyyətinin 
gerçəkliyi, yaşam vektorunun başlıca oriyentirləri.  
 
 
 
Ədəbiyyat: 

Bax: Rezvan Y.A. Etiçeskie predstavleniya i etiket v Korane 
// Etiket u narodov peredney Azii. -  M, 1988. -  
 s.49. 
   
                                    2001-ci il 
 
 
                                                             
M E Y X A N A 
      (meyin kulturoloji mədhiyyəsi) 
                             “Mey ağızda qürub eləyir:  
                              zühuru yanaqlardadır”. 
                                      Dəqiqi 
                                                                    
                 “Fəthi-meyxanə üçün oxuyalım fatihələr, 
                  Ola kim, üzümüzə açıla bir bağlı qapu”. 
                                               Füzuli               
 
     Bugün  Azərbaycanın tele və radio məkanına 
intensiv  şəkildə meyxana “əkilir”. Sabah kim nə 
biçəcək, heç kəs deyə bilməz. Amma fakt bu ki, çoxluq 
meyxanaya aludə. Çağdaş Azərbaycanda meyxanaçı olmaq 
gəlirli və prestijli bir şey. Hərçənd efirdən eşidilən 
meyxanaların böyük əksəriyyəti söz palçığı: dadsız-
duzsuz gəvəzəlik, çərənçilik, çənə-boğaz döymək və 
yorucu, bezdirici təkrarlar. Millət meyxana və estrada 
ulduzlarının zövqü ilə böyüyür. Odur ki, mən bəzi 
mətləbləri meyxana ilə bağlı aydınlaşdırmaq istədim. 
                    *** 
       Yaxın və Orta Şərq mədəniyyətinin dövrəsinə 
hərləndiyi mərkəzlərdən biri də meydir. MEY şərabdan, 


 
284
çaxırdan daha lətif olub əyan süfrələrinin,  şeir, 
musiqi və kef məclislərinin bəzəyi sayılan məstedici 
içkidir, farsların Ortaçağ islam mədəniyyətinə 
“bağışladığı” bədii obrazdır, eyhamdır, çoxsaylı 
simvolik mənalar bildiricisidir. Şərqin mistik-
intellektual oyunları  şəbəkəsində mey birbaşa günəş 
şüalarından törənəndir, günəş enerjisinin 
daşıyıcısıdır, Yerin (torpağın) və Göyün (günəşin və 
yağışın) cövhərini özündə birləşdirəndir, kosmik 
harmoniya  əlamətidir. Ortaçağ islam mədəniyyətində 
yandırılmış kofedən (qəhvədən) hazırlanmış xüsusi 
dumanlandırıcı içkiyə  də mey deyirdilər: sufilər isə 
ondan vəcdə gəlmək üçün yararlanırdılar. 
       Bundan əlavə: Şərq mədəniyyəti kontekstində mey 
ruhun içkisidir, eşqi görükdürəndir, təzahürlər 
dünyasında onun təbiətinin rəmzidir. Füzuli meyin 
insana gətirdiyi işıq və  hərarəti eşqdən bilir; daha 
doğrusu, meyə xas energetika günəşdəndir, Allah 
eşqindəndir: 
 
            “Eşqdir ol nəşeyi kamil, kim ondandır müdam, 
             Meydə tənvirü-hərarət, neydə təsirü-səda”. 
 
       Nədən ki, mütləq gözəlliyə  və ilahi kamilliyə 
doğru aparan sufi yolunun bir üzü zöhddür, digər üzü - 
nəşə.  Eşqin kef səltənətində ruha mey bələdçilik 
eləyir. Orta əsrlər  Şərq poeziyasında mey dirilik 
suyudur,  Şeyx Cüneydə görə isə qocaların südüdür, 
ruhun müqəddəs iksiridir. 
       Xaçpərəstlikdə 
şərab 
İsa Məsihin qanına 
işarədir. Müqəddəs həvari Markın “İncil”ində  əbəsdən 
yazılmayıb ki, “Və bir kasa götürdü, şükr edib onlara 
verdi və hamı ondan içdi. Onlara dedi: “Bu, mənim 
qanımdır, bir çoxları  uğrunda tökülən  Əhdi-Cədidin 
qanıdır. Doğrusunu sizə deyirəm ki, Allahın 
padşahlığında təzə  şərab içəcəyim günə  qədər üzüm 
məhsulundan bir daha içməyəcəyəm”. Xristianlarda 
Allahın padşahlığı da şərabsız ötüşmür. 


 
285
       Qurani-Kərim  şərabı birbaşa yasaq buyurmur. 
Hətta mey cənnətdə paylanacaq içkidir. Lakin... Quran 
mey içənlərə heç vaxt dəstək verməz, onları qorxudar, 
hədələr söylər: “Ey iman gətirənlər.  Şərab da (içki 
də), qumar da, bütlər də, fal oxları da şeytan 
əməlindən olan bir şeydir. Bunlardan çəkinin ki, bəlkə 
nicat tapasınız” (5:90). “Ən-Nəhl” surəsində Quran 
şərabdan adi həyat faktı kimi, pafosa uymadan, tam 
sakit bir tərzdə danışır: “Siz xurma ağaclarının 
meyvəsindən və üzümdən  şərab (yaxud sirkə) və gözəl 
ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) 
düzəldirsiniz.  Şübhəsiz ki, düşünənlər üçün bunda da 
bir ibrət vardır” (16:67). Bu ayələrdən belə 
aydınlaşır ki, mey islam aləmində  təkcə neqativlər 
cərgəsində deyil, həm də pozitivdə özünə yer alır və 
konkret vəziyyətə uyğun qiymətləndirilir. 
       Ortaçağ müsəlman mədəniyyətinə  MEY  qədim 
yunanların adət və şakərlərinin, məişətinin ekspressiv 
bir elementi kimi daxil olur və tez bir zamanda 
“sufiləşir”, mistik yozumlar cədvəlinə “dürtülüb” 
simvollaşır. Qədim yunan mədəniyyəti kontekstində  MEY 
müqəddəs nektar, yəni müşki-ənbər (ambroziya), yəni 
Olimp tanrılarının şərabı (dirildici iksiri) sayılıb. 
       Düyüdən çəkilmiş araq, - sake, - yaponların 
sakral mənşəli içkisidir. Onlar sake ilə hətta... qüsl 
eləyirlər.  İndusların da dini mərasim  şərabı var - 
soma. Sözümün canı bu ki, MEY müxtəlif mədəniyyətlərdə 
özünə qutsal bir hücrə bula bilir və haradasa eyni cür 
semantikləşir. Burada MEY, SOMA, SAKE  vahid mənanın 
fərqli mədəniyyətlərdə ifadə müxtəlifliyini 
şəkilləndirir, invariantlar çoxluğunu aktuallaşdırır.  
     Ortaçağ müsəlman mədəniyyətində yandırılmış kofe 
dənələrindən hazırlanmış xüsusi içkiyə  də MEY 
deyirdilər. Bunu şərab saymırdılar. Lakin həmən bu 
meyin də  məstedici və gözəgörünmələri aktivləşdirəcək 
keyfiyyətləri vardı  və ruhun içkisi sayılırdı ki, 
sufilər də ondan tez-tez yararlanırdılar. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə