Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə102/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   98   99   100   101   102   103   104   105   ...   123

 
308
kimi çıxış edirlər.  Şəhraşublar seksual eyhamlar 
üzərində qurulan poeziyadır. Yenə Məshətidən bir görk:  
 
           
“Mənim qəssabımsan, qəmində yanıram, 
              Bıçaq sümüyə yetişənə qədər çarpışaram. 
              Sənin adətindir ki, kəsdiyini satarsan, 
              Allah xatirinə, məni kəssən də satma” 
     Hərçənd XX əsr Azərbaycan  ədəbiyyatında da 
qədərincə erotik səhnələr mövcud. Hətta məşhur 
mahnılar belə erotik görüntülər, erotik təkliflərlə 
dolu. Onlardan birini təhlil obyektinə çevirək: 
 
 
            
“Sahil sakit, çəkilibdir ayaqlar
               Coşan dalğa qayaları qucaqlar, 
               Deyəndə ki, gəl, qayıqla üzək, yar, 
               Çatıb qara qaşlarını nədən sən, 
               “Olmaz, olmaz” deyirsən...” 
 
     Mahnıda verilən situasiyanın özü erotikdir. Dəniz 
sahili sakitdir və orada bir kimsə yoxdur. Elə bu an 
hansısa bir coşmuş dalğa sahilin sakitliyini pozub 
qayaları qucaqlayır.  Şair “qucaqlamaq” kəlməsilə adi 
təbiət görüntüsünü erotikləşdirir və sonra sevdiyi 
qıza qayıqla üzməyi təklif edir. Qayıq qadın 
başlanğıcını simvollaşdırır, “üzmək” isə intim 
duyğularda qərq olmaq anlamına gəlir. Bu yozumu 
aktualllaşdıran və  şeirin özünü az qala şəhraşublar 
səviyyəsinə yüksəldən sonuncu iki misradır. Yəni 
qayıqda üzmək təklifini eşidəndə  aşiqin sevdiyi qız 
niyə qaşlarını dartıb “olmaz, olmaz” deməliydi? Bax, 
erotikliyin düyünü elə bu həyanı (yasağı) 
eyhamlaşdıran “olmaz, olmaz” kəlmələrindədir. 
     Erotikanın soykökündə yasaq dayanır. Erotika 
yaradıcılıqdır, fantaziyanın məhsuludur. Fantaziya isə 
“yasaq, qadağa” adlı dopinqlərdən güc alır.      
     Simvol,  işarə fikrin geyimidir. Biz simvolların, 
işarələrin mənasını, bildirdiklərini çözəndə, 
aydınlaşdıranda fikri “soyundururuq”. Şəhər də 


 
309
simvoldur, mədəniyyətin və uyqarlığın simvoludur. 
Müasir şəhər simvol və işarələr şəhəridir. Bu şəhərdə 
yaşamaq işarələri “oxumaq” bacarığı deməkdir. Memarlıq 
insanın yaradıcı 
təxəyyülünün 
əsasında dayanan 
obrazları  məkana köçürür. Məkanda gördüyümüz hər bir 
forma işarədir, simvoldur. İnsan beynisə yalnız iki 
forma tanıyır: “in” (qadın) və “yan” (kişi) 
başlanğıclarının formalarını. Fikri bir az da 
sadələşdirməkdən ötrü belə  də demək mümkündür ki, bu 
formalardan biri yonidir, o birisi linqam. Bütün digər 
formalar bu iki formanın variasiyalarından ibarətdir. 
Hərçənd “həya” deyilən bir nəsnə imkan daxilində bu 
formaları tanınmaz edir, yəni işarəyə, simvola 
çevirir. Bu da onu bildirir ki, şəhərin məkanı apriori 
erotikdir. Erotikanın həqiqi məkanı isə fikirdir. 
Məkan və  bədən fikrin gücü ilə erotikləşir. Fikir 
pırpızlığından erotika boylanır. Sənətdə avanqard 
fikir pırpızlığıdır. Avanqardı  şəhər yaşadır.  Şəhərin 
özü avanqarddır. Deməli, erotika şəhərlə birgə 
yaşayır, onun boğanağında, divarlarına hoppuş, 
parklarına çökmüş ehtiraslarda, gecə klublarının 
işıqlarında yaşayır.                              
    Mən yavaş-yavaş qayıdıram məqalənin əvvəlinə. 
    Tarix  boyu  uyqarlıqların,  şəhərlərin dağılması, 
viran qalması elə bu erotika üzündən olmadımı? 
Publisistik bir desant: heç gecə barına da “Möminə 
xatun” adını verərlərmi? Lut peyğəmbərin qövmünü 
xatırlatmaq bəs edərmi ki, müasirlərim öz səhvlərini 
başa düşsünlər? Tanrı torpağı alt-üst çevirmədimi, 
zəlzələlər göndərmədimi ki, insanlar dərs alıb ero-
tikanı özlərinə yaxın buraxmasınlar? Nədən ki, məkr 
erotikdir,  şər erotikdir, fantasmaqoriya erotikdir. 
Dünyanın bu durumundan sonra həmişə mütləq APOKALİPSİS 
gəlir. Apokalipsis dünyanı 
həmişə ehtiraslar 
dünyasının burulğanında haqlayır, haqlayır ki, şəri, 
məkri birdəfəlik təmizləsin, odda yandırsın, sularda 
qərq etsin. Ona görə ki məhz insan erotikanın 
müəllifidir: o, Allahın buyurduqları ilə 


 
310
kifayətlənməyib erotikanı seksual həzzin 
stimulyatoru kimi yaradır. Busa toplumda əxlaq 
pozuntusuna gətirib çıxarır, cəmiyyətin enerji 
balansını pozur, xaosu küçələrə buraxır. 
     Digər tərəfdən isə  Şərqdə erotika, musiqişünas 
Sevil Fərhadovanın yazdığı kimi, “ruhsal enerjiyə 
yiyələnmək vərdişinin cilalanması”
3
 üçün bir 
vasitədir. Ona görə  Şərqdə erotika ilə  həya  əkizdir. 
Əbəs deyil ki, bəzi sufi təriqətlərində erotika ruhu 
bədənin  əsarətindən xilas edəcək güclü enerji kimi, 
“vəhdət əl-vücud”a çatmaq, mütləq elmə yetmək vasitəsi 
kimi qavranılır. Deməli, mən erotikanı beyinlə 
əlaqələndirəndə tam haqlıymışam. Onda belə  çıxır ki, 
erotika özündə, eyni ilə hindus tanrısı  Şivanın 
rəqsləri kimi, özündə  həm yaradıcı, qutsal, müqəddəs 
başlanğıc enerjisini, ağ enerjini, həm də dağıdıcı, 
məkrli başlanğıc enerjisini, qara enerjini özündə 
qapsayır. Yəni erotika kosmosla xaosun bir-birinə 
keçdiyi sərhədin enerji keyyfiyyətidir ki, buradan həm 
kosmosa, həm də xaosa qapılar açılır. 
 
Ədəbiyyat siyahısı: 

Bax: Losev A.F. İstoriya antiçnoy estetiki: pozdniy 
  ellinizm. - M.: İskusstvo, 1980. - s.492-504.    
2
 Mehdi N.M. Şərq mədəniyyətində virtual hicab və  
  kişilərin seksual aqressivliyi // Çətin və dolaşıq  
  durumların kosmolojisi. - Bakı, 2001. - S.160. 
3
 Farxadova S.T. Muqa: monodiiya kak tip mışleniya. - B.:  
  Elm, 2001. - s.129.  
  
 
                                                                                                                                                  
               
GÜZGÜ VƏ KÖLGƏ 
 
                   “Yeddidir, dörd yeddidən bir yeddidir,           
                    Yüz igirmi dörd yenə üç yeddidir, 
                    Evi bir, bacası yeddi, babı üç, 
                    Əhli beyt ilə özü on yeddidir”. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə