Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə104/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   100   101   102   103   104   105   106   107   ...   123

 
314
çevrilmə  sığortalanmayıb. Güzgü mənə  əksdə, yəni 
inikasda, yəni məndən dışarıda, yəni virtuallığın 
qapısında məni görmək imkanı  bəxş edir. Əslində isə 
“əks” deyilən bir şey yalnız kölgənin işıqllandırılmış 
görkəmidir. O mənada ki mənim qənşərimdə dayanmış 
əksim mənim işıqda aydınlaşmış kölgəmdir. Kölgə bütün 
yozum variantlarında virtuallığın təmsilçisidir. 
Güzgüdə kölgə  mənə artıq mənim yox, özünün virtual 
görünüşünü tanıtdırır. Qəribədir, fotoşəkilləri də 
kölgələrin (neqativlərin) üzündən çıxarırlar. 
Neqativlər insanların kölgələrini “tutub” saxlayırlar. 
İnsan  şəkilə dönməmişdən öncə obyektiv vasitəsilə 
kölgələşdirilib fotoapparatın içinə “salınır”. XIX 
əsrin “ayaqlı” və “çadralı” fotoapparatları ilə ilk 
dəfə qarşılaşan eskimosların tayfa başçısı 
fotoapparatın 
əksetdirici qurğularına proyeksiya 
edilmiş adam kölgələrini görərkən qorxub şaşırmışıdı. 
Qışqırmışdı ki, “qaçın, dağılışın, o, bizim 
ruhlarımızı qutuya yığıb”.
3
 Çox simptomatikdir və 
ruhun, kölgənin, güzgünün qohumluğunu sanki bir daha 
xatırladır, gündəmə  gətirir. Deməli,  əslində, mənim 
şəklim mənimki deyil, mənim kölgəmin surətidir. Mənim 
şəklim mənim neqativə hopmuş kölgəmdən çıxarılır. 
“Əks”, “kölgə”, “ruh”, “surət”... onların hamısının 
cövhəri və  təbiəti birdir, yalnız təzahür cildlərinin  
hüsnünə görə adları başqa-başqadır.  
     Güzgüdə (fotoapparatda, kinokamerada) görünən nə 
varsa, gerçəkdə mövcud olanın  əsli yox, surətidir. 
Güzgüdə  mən heç vaxt mən olmuram. Yalnız işıq orada 
məndən bir əks, bir əkiz yaradır. Fikir vermisinizmi, 
bu  əks bizə gah xoş görünür, gah da biz onu 
bəyənmirik. Halbuki bütün variantlarda güzgünün 
içindəki biz özümüzük. Amma bir məqamda var: güzgüdə 
görünən mən deyiləm, mənim kölgəmin üzüdür. Güzgüdəki 
surət mənim məhz kölgəmin  əksi olduğu üçün onun heç 
bir duyğusu, hissi yoxdur. Mənsizlikdə  mən... qəribə 
və eyməndirici...      


 
315
     Güzgüdəki  əksim mənim bədən görkəmimi  almış 
kölgəmdir. Məsələ bu ki, əksin canı yoxdur. Kölgəyə də 
can verilməyib. Kölgə  də heç nəyi hiss etmir. Kölgə 
mənim qara neqativdə olan əksim kimi bir şeydir. Kölgə 
işığın kor köləsidir; yəni işıq necə düşdüsə, o da 
eləcə oynayır və olsun ki, işıqla mənim  ətrafımda 
“rəqs edir”. Onun bütün iradəsi işığa tabedir. Bütün 
kölgələrin tanrısı  işıqdır. Doğrudanmı? Təbii ki, 
kölgənin (və  həmçinin  əksin) görünməsindən ötrü gərək 
mütləq işıq ola, kölgə salan obyekt ola və bir də 
kölgənin düşdüyü yer. Bu bir aksiomdur, amma kölgə 
üçün kifayət deyil. Nədən ki, zülmət (qaranlıq) 
olmasa, kölgə bilinməz. Absolyut işıq kölgələri yox 
eləyir. Elə buradaca Ortaçağ islam mədəniyyətinin 
“dahi  şeyxi”
4
  İbn  Ərabiyə  əsaslansam, deyəcəyəm ki, 
kölgə “nə  işıqdır, nə zülmət”... yalnız onların ikisi 
bir-birinə qarışanda kölgə yaranır. Kölgə  işıqla 
zülmətin sərhədində peyda olur. İşığın gözəlliyi, 
alicənablığı nurdur, xiffəti, xəcaləti - kölgə. Kölgə 
“mən”in metafizikasıdır. Təkcə zülmət (absolyut 
qaranlıq) kölgələri “udur”, yox edir, onların olmaq, 
görünmək  şansını  sıfra endirir. Əgər absolyut işıq və 
ya absolyut qaranlıq içində kölgəm məni buraxıb 
gedirsə, mənim onu özümünkü bilməyə ixtiyarım çatmır. 
Deməli, kölgə mənim iradəmə tabe deyil. Kölgə kosmosla 
(işıqla) xaosun (zülmətin) təmas zolağında mövcuddur. 
Böyük mənada o, xaosun, neqativin əlamətidir.  İnsan 
qavrayışında da bu, belədir. Sosium da kölgəni pis 
(əskik) bir şey kimi səciyyələndirir. “Kölgə 
iqtisadiyyatı” iqtisadiyyatla cinayətkarcasına məşgul 
olan, dövlətə ziyan vuran qurumun fəaliyyətini 
eyhamlaşdırır. “Kiminsə kölgəsi olmaq” anlamı toplum 
içrə kiminsə kiməsə yaltaqlıq etdiyini, ləyaqətini 
itirdiyini, qürursuzlaşdığını, kiçildiyini bildirir. 
“Gözü kölgəli” ifadəsi  cəmiyyətdə kiminsə  xəcalətli, 
ayıblı, dili qısa, hörmətsiz olduğunu işarələyir. 
Azəri türkləri ifrat ehtiyatlı  şəxsi  ələ salıb ona 
“kölgəsindən qorxan Əhməd” deyirlər. Bir sözlə, toplum 


 
316
kölgə ilə ilişikli nə varsa, hamısına qarşı  mənfi 
münasibətdədir.  İnsanın psixi qavrayışı da kölgəni 
urvartsız, zərərli bir nəsnə hesab edir. Buna səbəb 
nə? Bəlkə insan kölgəsini öz rəqibi bilir? Bəlkə insan 
kölgəni özünü müdafiə qabiliyyətindən məhrum aciz 
sayır? Bəlkə insan kölgədə potensial təhlükə görür? 
Cəhd eləyim, bir aydınlıq gətirim bu məsələyə. Kölgə 
işıqda görünür, amma özü qaradır deyə, qaranlığı 
təmsil edir. Bu baxımdan  kölgə xaosun xof və vahimə 
qarışıq vizual effektidir. Güzgünün gördüyündə  və 
göstərdiyində  də gizli bir xof var. Bilirsiniz, bu 
xofun müəllifi nədir? 
Əlbəttə ki, SƏSSİZLİK. 
Kölgələrin, ruhların, əkslərin səsi olmur. Səssizlikdə 
potensial qorxu, xof, vahimə uyuyur. Səssiz adam isə 
kölgə timsalındadır. Qəribədir, lallar, korlar və 
karlar da kölgə kimi səssizdirlər. Elə buna görə  də 
normal adamlar həmişə onlardan ehtiyatlanırlar. 
Səssizlikdə bir bilincsizlik, bir xaos, azman bir güc, 
məxfilik yaşayır. Səssizlik qorxularla doludur.  Hay-
küy içində  şok yoxdur. Şok səssizlikdən gəlir. Kölgə 
“mən”lə yaşayan o biri dünyanın, səssiz dünyanın, ölüm 
dünyasının nümayəndəsidir. Bax, burada gizlənib xofun 
mənbəyi, kölgənin mistikası. Məkan içrə  ən sakit yer 
qəbiristanlıqdır: insanlara həmişə elə  gəlir ki, 
kölgələr qəbiristanlıqdan gəlir, və oradaca qeybə 
çəkilirlər. Amma bu, aldanışdır, nağıldır: nədən ki, 
kölgə  həmişə  mənimlədir. Kölgə  mənim ruhumun kosmik 
şəklidir.  
     Bunu  sufilərin dünya konsepsiyasından da duymaq 
mümkün. Ortaçağ islam mədəniyyəti kontekstində 
təsəvvüfə  bənd olmuş  dərvişlər güzgü və kölgəni 
Yaranışın sirrini açan rəmz, işarə, eyham bilirdilər. 
Sufilərə görə dünya Allahın kölgəsidir. Bu fikrin 
fərqli bir paraleli də var: Allahın güzgüsü dünyadır. 
Məqamı bir az daha gəlişdirək. XII-XIII əsrlərin 
hərəsində təqribən 40 il yaşamış Muhiddin İbn Ərabinin 
fəlsəfə “pəncərə”sində “Allah” anlayışı “işıq” 
obrazından ayrı götürülür. Bu pəncərədə tanrı 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə