Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə101/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   97   98   99   100   101   102   103   104   ...   123

 
304
xəcalətilə  pərdələmək istəyir. Bax, budur təsvirdə 
erotikanı gücləndirən. Burada qorxunun özü də  həya 
invariantı kimi götürülə bilər, yəni “dedim və peş-
manladım” situasiyası. Peşmanlamaq həmişə  aşkar və 
latent qorxu ucbatından olur. Əslində, erotika ilə 
bədən yox, beyin, şüursuzluq yox, bilincaltı  məşğul 
olur. Ona görə hedonizm (hedone - ləzzət, həzz) bədən 
üçün deyil, beyin üçündür.  
    Ol 
səbəbdən də 
mən deyirəm ki, erotika 
antireallıqdır, daha doğrusu, düşüncə parametrlərinin 
virtual reallığıdır, dünya içində dünyadır.  Erotika 
seksin teatral dil sistemidir. 
    “Əlfiyyə  və  Şəlfiyyə”, “Həvəsnamə” (özünəməxsus 
“Kama-sutra” variantları) kimi risalələr Ortaçağ 
müsəlman mədəniyyətinin pornoqrafik lüğətidir və 
seksin metodologiyasının kataloqudur. Bu metodologiya 
insan təxəyyülü ilə interpritasiya edildikdə erotika 
hüsnündə təzahür eləyir. Folklor da bu prosesdə aktiv 
iştirakçı: 
            “İksimiz bir köynəkdə 
                yaxası dar oleydi”. 
                                                       
    Köynəksiz sevgililər pornoqrafik görüntü obyekti 
olurlar. Köynək burada xalqın abır-həyasıdır. Elə məhz 
bu həya obrazı erotikləşdirir; və eyni zamanda 
qəribəsi budur ki, onu legitimləşdirir. 
Şərq 
mədəniyyətində həya həm də seksual oyunların sərhədini 
cızır: bura başqaları  gələ bilməz.  İki sevgiliyə bir 
köynəkdə xoşdursa, deməli, bu “köynək” onların azadlıq 
hüdudlarını işarələyir: 
 
            “Gəlmişəm otağına oyadam səni” 
və ya 
 
            “Süpürmüşəm sarayı,    
             Həsri basma, dolan, gəl. 
             Gözlərəm təzə ayı... 
             Həsri basma, dolan, gəl.” 


 
305
 
Yaxud 
 
            
“Dur, gəl, sən bizə, 
             Duraq üz-üzə 
             Ay işığında”. 
 
ya da 
 
             “O yana döndər məni, 
              bu yana döndər məni” 
 
kimi nümunələr mənim söylədiklərimi təsdiqləyir. 
Sevgililərin intim məkanı özgələrdən ötrü qapalıdır və 
toxunulmazdır (ya köynəkdir, ya otaqdır, ya da 
saraydakı  həsirin üstüdür). Hər bir sənətçi (yazıçı, 
şair) isə  məhz bu məkandan “reportaj aparmağa”, bu 
məkanı  və bu məkandakı yaşantını öz seyrçisinə (oxu-
cusuna) görükdürməyə, onu legitimləşdirməyə çalışır. 
Əgər biz bu məkana daxil oluruqsa, birmənalı  şəkildə 
“üçüncüsü” oluruq. “Üçüncü”nün baxışı  məqamı artıq 
apriori, yəni öncədən və 
şərtsiz-filansız 
erotikləşdirir. Bu baxımdan müsəlman aləmində hicab 
(çarşab, pərəncə) qadını “üçüncü”nün erotizmindən 
qorumaq məqsədi güdür. Hicab bildirir ki, başqasının 
bu sevgi məkanında yeri yoxdur. Digər tərəfdən isə 
sirr, müəmma duyğusunu  çarşab bir az da gücləndirir. 
    Milli  ədəbi-bədii təcrübə, islam ənənəsinin 
cızdığı 
sərhədləri vurub-dağıdaraq, Azərbaycan 
qadınını sanki həmişə çarşab dışında, çarşab içindən 
çıxarıb vəsf etməyə çalışıb. Professor Niyazi Mehdi
intellektual fikir müstəvisində milli düşüncə faktı 
kimi təqdim olunacaq qədər dəyərli, “Şərq 
mədəniyyətində “virtual hicab” və kişilərin seksual 
aqressivliyi” məqaləsində bu məsələnin inkişaf 
dinamikasını belə çözür: “Əski türklərdə, Dədə 
Qorquddan görürük ki, “qaz yerişi”nin diktə etdiyi 
bədən silueti qadın erotikliyinin göstəricisi imiş. 


 
306
Sonrakı çağların poeziyası göstərir ki, mədəniyyət 
“çəkiliş kamerası”nı qadın yerişindən çevirib qadın 
gözünə, zülfünə, dodaqlarına, yanaqlarına yönəldir. 
Azərbaycanda yalnız Vaqif poeziyasında “çəkiliş 
kamerası”nın görüm dairəsi genişlənir, qadının döşləri 
(gərdəni, sinəsi, beli də  həmçinin - A.T.) poeziyaya 
girir. Bütün bu axırıncılar da “bədənlərin tarixi” 
ideyasının elm üçün relevantlığını (məsələyə  dəxli 
olan)”
2
 aşkarlayır.  
    Konseptual  planda  yanaşsaq Qərbə nisbətən  Şərqdə 
erotikanın semiozisi daha geniş  və daha mürəkkəbdir. 
Şərq mədəniyyəti erotik saçmalardan qaynayıb daşır. 
Təsadüfi deyil ki, XX yüzilin hər bir mərhələsində 
özünü avanqard kimi tanıtmış  sənət və  ədəbiyyat 
təmayüllərinin şəcərəsi Şərq uyqarlığından gəlir.  
    İslam ölkələrinin klassik poeziyasında “gül və 
bülbül” sevgidən bir az artıq seksual-erotik 
münasibətləri eyhamlaşdırır. Bu poeziyaya “türkün 
sözü” ifadəsinin semiozisindən yanaşanda qutlu 
mətnlərdə ayıb mənalar aşkarlanır. “Türkün sözü”nün 
patoloji karnaval suggestiyası  həmin mətnlərdəki 
yüksək ideya və idealları sürətlə  aşağılayır, Teksti 
bir kontekstdən çıxardıb başqa kontekstə yükləyir və 
üzü astara çevirib daşı daş üstdə qoymur. Həqiqətən
poeziyada hər sözün öz erotik sızdırmaları var: ayrı 
cür desək, poeziyada hər söz erotikdir. Məsələn;  
                              
             
“Yenə qondu şax budağa”;  
  
və ya poetik  nəsrdən bir nümunə: 
 
          “Bülbül sinəsini qızıl gülün tikanına o qədər 
           sürtdü ki, bağrı qan oldu”; 
 
və yaxud: 
 
          “Mail oldum sənin incə belinə, 
          Canım qurban olsun dadlı dilinə. 


 
307
          Aşiq olub sənin hüsnün bağına 
          Qırmızı güllərin dərməyə gəldim”; 
ya da ki: 
 
     
    “Əmərəm ləblərini ta nəfəsim var mənim, 
         Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim”  
                               
    Şərq erotikasının semiozisi şəhraşublarda qəşəngcə 
sərgilənir və bir daha erotikanın  şəhər kültürü ilə 
bağlılığını eyhamlaşdırır.  “Şəhraşub” sözü bir 
tərəfdən, professor Rəfael Hüseynovun yazdığı kimi, 
“hüsnü, cəmalı ilə şəhərə fitnə salan” gözəlləri, baş-
qa cür desək, afətləri bildirir, digər tərəfdən isə 
şəhərdə  səs-küyə, qarışıqlığa səbəb olan adamı. Bax, 
elə ona görə  də islam poeziyasında erotik şeirə 
“şəhraşub” deyilir. Əgər müəyyən qədər epataja varsaq, 
onda belə  çıxacaq ki, şəhraşublar  şəhərə qarma-
qarışıqlıq gətirən  şeirlərdir,  şəhər harmoniyasını 
pozan,  şəhər kültüründə deqradasiyanı eyhamlaşdıran 
şeirlərdir. Şəhraşublara haradasa poeziyanın geyşaları 
qismində baxmaq mümkün. Əlbəttə ki, misallar XII əsr 
Azərbaycan şairəsi Məhsətidəndir: 
 
             “Mənə töfhəsini çörəkçi dilbər 
              Cəhalətlə deyil, naz ilə verər. 
              Qəmiylə xəmirə döndərdi məni, 
              Qorxuram oda verə məni bu səhər” 
 
və ya; 
 
             “Bənzər, dərzi oğlu, üzün qəmərə, 
              Sənə yüz Məhsəti dönər çakərə. 
              Əlindəki saptək əlim düşə kaş, 
              Şəkər dodağına gündə yüz kərə”   
                                
     Farsdilli  ədəbiyyatda  şəhraşublar intim-seksual 
münasibətlərin bədii-simvolik təsvirini verir. İslam 
mədəniyyəti kontekstində  şəhraşublar erotik poeziya 
nümunələri olub şəhvani hisslərin qıcıqlandırıcıları 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə