Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə99/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   95   96   97   98   99   100   101   102   ...   123

 
298
təcavüzündən qurtulmaq cəhdidir, həyasızlığı, 
abırsızlığı həyalı etmək cəhdidir. Həya ambivalentdir: 
həm müsbət işarəlidir, həm mənfi; həm pozitivdir, həm 
neqativ.  Həya psixoloji fenomendir:  şəxsiyyətin mühit 
içrə özünə reaksiyasıdır.  İnsan həyanın köləsinə 
çevriləndə nevrozlar astanasına gəlib çıxır. Bu 
nöqtədən isə qapılar açılır klinikalara və türmələrə. 
Aşırı  həya da, aşırı  həyasızlıq da xəstəlik 
əlamətidir. Həya insan qavrayışında gizli düşüncələri, 
yaşantıları büruzə verməmək, tərif və  tənqidləri 
özünəxas bir şəkildə analiz etmək, onlara reflektor 
olmaq istəyindən formalaşır. Həya “mən”i 
məxfiləşdirir: “mən” məxfiləşəndə içi aqressiya ilə 
dolur. 
    Adətən, biz kimi həyalı sayırıq? O adamı  həyalı 
sayırıq ki, ayıb bir söhbət, ya söyüş eşidəndə utanıb-
qızarsın, leksikonunda pis sözlər işlətməsin, öz 
seksual istəklərini reklam eləməsin, özündən 
yaşlıların yanında ağzına gələni danışmasın, böyüyün-
kiçiyin hörmətini gətirsin, halal pul qazansın,  şər 
işlərə qurşanmasın, danlananda cavab qaytarmasın, 
başını aşağı salsın. Gələnəksəl Azərbaycan mədəniyyəti 
müstəvisində belə davranış  tərzi həyalı, urvatlı 
davranış  tərzidir və deməli,  bizim müsəlman top-
lumunun  əxlaqına bir görkdür. Amma elə oradaca xalqın 
məntiqi bu həyanı, bu pozitiv əxlaq sxemini reviziya 
eləyir və deyir ki, utananın oğlu-qızı olmaz. Yəni tö-
rəyib çoxalmaq üçün sıpçınıb həya paltarından çıxmaq 
gərək.  
    Təbiətdə  nə varsa, hamısı  çılpaq. Orada həya və 
erotikaya heç təsadüf edilməz. 
    Hərçənd həya ilə erotika daimi rabitədə. Utanmaq 
haradasa özünü özgələr  əhatəsində sirrə, müəmmaya 
çevirmək cəhdinin bir variantıdır. Bu baxımdan həya 
etmək nəyisə gizlətmək, məxfiləşdirmək, özünkülərin və 
yadların tənəsindən yayınmaq istəyi kimi də yozula 
bilər. Həyanın bir ucu hörmətdir. Hörmət insana həya 
saxlamağı, həyalı olmağı diktə eləyir. Bu, toplumda 


 
299
sahman yaratmağın  ən urvatlı yoludur. Həya insanın 
mənəvi paltarıdır, “mən”in mərifətinin təzahürüdür. 
Ancaq bununla belə onu da qeyd etmək gərəkir ki, məhz 
paltar (don) bədəni erotikləşdirir.  Əbəs deyilmir ki, 
gözəllik ondur, doqquzu dondur.  
       Lakin  geyim  çılpaqlığı örtməklə  bərabər  insanı 
daha çox “soyundurur”. Aborigen tayfalarda bir kimsə 
paltar geyinməz, çılpaqlığından da utanmaz. Belə ki, 
onlar bütün bədənlərini öz üzləri qismində 
qavrayarlar, yəni bədəndə urvatlı olanla urvatsızı 
fərqləndirməzlər. Həya öz hissindən, öz istəyindən, öz 
içindən, öz bədənindən utanmaqdır. Elə ona görə  də 
erotikanın əynində həmişə həya paltarı olur
    Qədim Yunanıstan  əhlisə Erosu yalnız çılpaq 
təsəvvür edirdi. Platonun danışdığı mif versiyasında 
bu tanrının ata-anası tamam başqa kimsələr göstərilir. 
Həmin mifə görə Erosun atası Porosdur, anası Peniya. 
Poros loqosdur, Peniya isə loqosun maddiliyi. Mifdə o 
da qeyd olunur ki, Eros Peniyanın bətninə Zevsin 
bağında düşmüşdü. Bu da onu eyhamlaşdırır ki, qədim 
yunan mədəniyyəti kontekstində Erosun nəcibliyi  şübhə 
doğurmur. Elladanın digər filosofu Plotinə görə isə 
Eros qəlbin affektidir, tanrıdır, dahidir
    Yazıb-yazıb biz belə bir nəticəyə gələ bilərik ki, 
çılpaq Eros həyanın nə olduğunu bilmir, özünü 
təbiətdən ayırmır. Deməli, Erosda erotika yoxdur. 
Çünki Eros, qədim yunanların fəlsəfi və estetik 
süsləmələrinin əla araşdırıcısı A.F.Losevin yozumunda, 
pak, saf bir enerjidir.

    Eros-tanrı... 
    Eros-dahi... 
    Fərqləri universal ruhun fərdi ruha münasibəti 
kimidir. Bu, Platondan yox, Plotindən qalma bir 
izahatdır. Buradan belə aydınlaşır ki, Eros “erotika” 
anlamının aşkarladığı mənaları özündə qapsamır. 
    Bəs nə vaxt Eros erotikadan ötrü mövcudluq 
platforması hazırlayır, daha doğrusu, saf enerjidən 
imitasion xarakterli seksual tamaşa-mərasimə çevrilir? 


 
300
Yox, mən yanılmıram, erotika mərasim xislətlidir: 
o, teatrallığı sevir, o, şəhər təmtərağını, şəhər dəb-
dəbəsini sevir, şəhərin boğanaqlığını, 
şəhərin 
ədabazlığını sevir. Yunanlar üçün erotikanın müəllifi 
də nahaqdan deyil ki, ellinizmdir. Skopasın “Menada”sı 
Rodenin “Öpüş”ü kimidir. Məhz ellinizm çılpaqlığı 
gizlətməklə erotikaya meydan açır. 
    Buradan 
isə artıq Orta əsrlərə, Ortaçağ 
mədəniyyətinə bir addımlıq yol var. 
    Hər bir dövr, hər bir toplum insanlara öz erotik 
standartlarını sırıyır. 
    Ellinizm  şəhərlilərin yaşam, düşüncə  tərzinin 
avanqardı qismində yozulmaq üçün də  əsas verir. 
Şəhərdə insanların sıxlığı ruhları  xəstələndirir. Ruh 
xəstələnəndə şəhər kabusların ixtiyarında qalır. 
    Əxlaqın repressivliyi erotikanı coşdurur. 
    Odur  ki,  Orta  əsrlər mədəniyyəti başdan-başa 
erotika ilə  aşılanıb. Burada hər bir jest, hər bir 
kəlmə çoxmənalıdır, erotikdir, çünki nəyisə 
bəlirtməkdən daha çox gizlədir. Digər tərəfdən isə 
Ortaçağ  mədəniyyətində  bədən yox, ruh aktuallaşır. 
Erotika isə bədənin deyil, ruhun oyunudur.  
    Orta  əsrlərdə  məkr, küfr erotikləşir.  Məkrin, 
küfrün böyründə isə mütləq iztirab, işgəncə,  əzab 
dayanır.  
    İyeronim Bosx: “Kapriççios”; yəni ağlın yuxusundan 
qorxunc əjdəhalar doğulur. 
    Ortaçağ xristian qarabasmalarından bir erotika 
püskürür. 
Əksərən onların iştirakçıları 
şəhər 
kabuslarıdır. Xristianlığın bütün vampirləri (quyruqlu 
şeytanlar,  əcinə  və ifritələr) erotizmin simptomatik 
təzahürüdür, seksual basqıların törətdiyi 
fantaziyalardır. 
    Bokaççonun  “Dekameron”u  xristian  qarabasmalarının 
xalqın gülüş  mədəniyyətində davamıdır.  Ən qəribəsi də 
budur ki, “Dekameron”dan sonra qapılar birbaşa Dante-
nin cəhənnəminə açılır; bu fikrin əksinə oxunması da 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə