Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə92/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   88   89   90   91   92   93   94   95   ...   123

 
277
mənasında başa düşülür.  Əgərçi  YAR YARILMASA NƏSİL 
YARANMAZ. Yəni Yaranış prosesinin özü ikiləşməyə
ikiyə bölünməyə ürcahdır. “SAĞ” və “SOL” məhz bu sayaq 
bölgünün məhsuludur. Hər bölgü isə simvolik yarmaq, 
parçalamaq prosesidir. TAM yarılmasa, SAĞ və SOL əmələ 
gəlməz. Nə etməli, yaranışın şərti belədir. 
     Və bu şərtə əsasən kişi həmişə sağdadır, qadın - 
solda, təbii ki, özlərinə görə. Qadın kişinin ürəyinə 
maksimal yaxınlıqda dayanır. Kişi qadına ürəyini (sol 
tərəfini, yəni az müdafiə olunan tərəfini) “həvalə” 
edir. Məkan içrə kişi sağın yiyəsidir, qadın - solun. 
Seyrçiyə münasibətdə isə yerlər koordinal surətdə 
dəyişir: kişi sola keçir, qadın - sağa. Bu, sadəcə, 
güzgü effektidir, lakin onun mədəniyyətə  təsiri 
qabarıq və böyük. Məsələ bu ki,mədəniyyətin bütün 
vizual proyektlərində (televerilişlərdə, konsertlərdə, 
heykəllərdə, tablolarda, fotolarda) tamaşaçı kişini 
daima solda, qadını sağda görür. Əslində, isə kişi 
özünə görə  hər bir vaxt rahat sağ mövqeyindədir, 
qadınsa - narahat sol. Qadınla kişi yan-yanaşı 
dayananda kişinin sağı, qadının isə solu açıq qalır; 
yəni real fiziki aktivlik bütövlükdə kişinin 
ixtiyarında olur. Bunun səsəblərini arayıb araşdıraq. 
Öncə SAĞ  və SOLUN bildirdiyi mənalar cədvəlinə  nəzər 
yetirin. 
     SAĞ sağlıqdır, olumdur, rahatdır, müqəddəsdir, 
sakraldır, cənnətdir, xeyirdir, bərəkətdir, 
imtiyazdır, gücdür, qüvvədir, hakimiyyətdir,, 
hökumətdir, özünüidarədir, hökmdardır, sultandır. Sağ 
əl hökm, fərman,  əmr  əlidir, iradə  əlidir;  əsas 
aparıcı  əldir, düzlüyə, doğruluğa dəlalət eylər. 
Verbal andiçmənin (and sözlərinin) vizual gerçəkliyi, 
plastik təsdiqidir sağ əl. Bu hələ qədim misirlilərdə 
də belə idi. Antik dövrlərin yunan və romalıları da 
gücü, düzgünlüyü, ədliyyəni, xeyirxahlığı, ədaləti sağ 
əllə bağlayırdılar, daha doğrusu, sağ  əli bütün 
bunların simvolu sayırdılar. Hind rəqqaslıq sənətində 
barmaqları bitişik formada çiyin bərabərliyinə 


 
278
qaldırılmış sağ  əl qələbə, günəş, sultan və  şir 
deməkdir. Sağ həmişə qutludur, alidir.  
     Əvəzində isə sol solmaqdır, ölümdür, kəsrdir, 
cəhənnəmdir, naqolaydır, naqisdir, zəifdir,  əyridir, 
xəstəlikdir, ağrıdır, 
şərdir, qüsurdur, günah 
rəmzidir, qeyri-normativdir, qaydanın pozulmasıdır. 
Qədim zamanlarda hesab edilirdi ki, insanın 
bədbəxtliklərinin hamısı sol əl ucbatındandır. Nümunə 
üçün uzağa getmək lazım deyil. Yunan mifologiyasında 
şəcərəsi faciəyə ürcah bir nəslin taleyində  bədənin 
solu ilə ilişikli  şikəstlik məşum faktor kimi 
vurğulanır: yoğunayaq Edipin atası Laiy solaxaydır, 
babası Labdak sol ayağın axsağıdır. Bu mif fransız 
Klod Levi Srtossun yozumuna görə əzəli bir dilemmanın 
axtarışında bulunur: insan kişi və qadından törənir, 
yoxsa bitki kimi torpaqdan əmələ  gəlir? Mif bu 
məsələni birbaşa cavablamır, problemin gəlişməsinə 
şərait yaradır. Burada solaxaylıq,  şikəstlik mifoloji 
şübhənin, tərəddüdün bildiricisidir, insanın avtoxton 
mənşəyinin, torpaq şəcərəsinin dəlilidir. Nə üçün məhz 
sol? Torpağın solla nə  əlaqəsi? Cavab çox sadədir. 
Çünki Göy kişidir, torpaq - qadın. Kişilərsə sağda 
qərarlaşırlar, qadınlar isə solda. Əgər torpaq 
anadırsa, deməli, solun təmsilçisidir. Solaxaylıq isə 
ulu anadan qalma nişanədir. Edip məhz bu nişanənin 
daşıyıcısı olduğuna görə müdhiş hadisələrlə qarşılaşıb 
faciəvi (cəhənnəm  əzabı ilə müqayisə edilkəcək) bir 
həyat yaşamalı olur. Heç də bica deyil ki, rahat 
cənnət həmişə göydədir,  əzablı  cəhənnəm - yerin 
altında. 
     Axı niyə bu tövr olmalıdır, bir halda ki sağ da 
mənimdir, sol da? Bu düz. Amma razılaşaq ki, solda 
məxfi bir özgəlik, daha dəqiq ifadəyə çalışsam, bir 
ögeylik duyulmaqda. Bu, indi bizi keçmiş  qərinələrdə 
olduğu kimi sarsıtmasa da, hər halda yüngülcə 
diksindirir. Solaxay adam həmişə maraq və latent 
heyranlıq obyektidir. Çünki solaxay bizdən fərqlidir, 
bizə oxşamır, bir başqa cürdür, qeyri-adidir. Bundan 


 
279
əlavə solaxay həm də qorxu hissinin, şübhənin 
gizlin təhrikçisidir. Axı o bizə  bənzəmir, bizdən 
seçilir, ayrılır. Biz özümüzü onda tanıya bilmirik: ya 
o, defektlidir, ya biz. Məgər təsadüfdür ki, bədii 
ədəbiyyat nadir istedadları  və “dahi” caniləri həmişə 
solaxay təsvir edir? Nə çox görk var buna. Elə isə 
insan qavrayışında formalaşmış bu təsəvvürlərin kökü 
haradan gəlir? Təbii ki, gerçəkliyin özündən, gündəlik 
həyat problemlərindən, yaşam müəmmalarını anlamaq, 
dərk etmək tələbatından... Mən biləni, məsələni bir 
balaca sadələşdirib xırdalasam yaxşı olar. 
     İnsanın psixoloji məkanının koordinatları 
sistemində, yəni bədənə görə 
tərəflərin 
müəyyənləşdirilməsi cədvəlində HUL (vertikal) yuxarı 
və aşağıdır, SAGİTTAL ön və arxadır, HORİZONTAL (üfqi) 
sağ  və soldur. Hul və sagittal məkan içrə  hərəkət 
istiqamətlərini nişan verirlər: hər ikisi dinamikdir, 
aktivdir. Yəni yuxarı qalxıb aşağı düşmək, önə  və ya 
arxaya getmək hər iki vektorda mümkün olur. Horizontal 
isə  əksinə: statikdir, sükunəti panoramlaşdırır, 
mediativdir, hərəkət vektoru deyil.  Onu statikadan 
qurtarmaq üçün gərəkdir ki, adamlar yan-yanı 
gəzsinlər. Busa absurd bir şey. Real məkanda sağa və 
sola hərəkət yoxdur: insan sağa və sola burulub, 
faktiki surətdə, həmişə önə gedir. Lakin buna 
baxmayaraq horizontal sıra vektorudur, insanın başlıca 
yaşam vektorudur, simmetriya və asimmetriyalar 
vektorudur, sosial-ictimai vektordur. Cəmiyyət məhz bu 
vektor üzrə düzülmüş adamlardan ibarətdir. SAĞ və SOL 
düzülmək üçün, toplanmaq üçündür. Horizontal 
istiqamətə “paylanmış”, “yayımış” toplumsal həyat, 
əslində, beynin sağ  və sol yarımkürəciklərinin 
insandan ötrü dişarı dünyaya tulladığı oyun-
tapmacadır. Amma bu barədə azacıq sonra...  
     Ondan başlayım ki, insanın bədəni praktiki olaraq 
simmetrikdir. Bundan o yana bəzi məqamlarda mən 
psixoloq A.Brodetskinin tədqiqatından bəhrələnəcəyəm. 
İnsanın üz və kürək görkəmi, başqa sözlə, önü və 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə