Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə91/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   87   88   89   90   91   92   93   94   ...   123

 
274
yazırdı ki, bütün “nəcib” işlər sağ  əllə (və ya 
ayaqla) görülməlidir, “natəmiz” işlər - solla. İnsan 
gərəkdir ki, kandarı sağ ayaqla adlayıb keçsin, 
dəstəmaza, yeməyə, içməyə sağ  əllə başlasın, paltarı 
və ayaqqabını sağ  əllə geyinsin, sol ilə soyunsun.
1
  
Müsəlman mifologiyasına görə insanın xeyirxah, nəcib 
əməllərini gündəlik qismində yazıb “arxivləşdirən” 
mələk sağ, alçaq, ədəbsiz, şər əməllərini “qeydiyyata” 
götürən mələklər isə sol çiyində  əyləşirlər. Quranın 
“Zəlzələ” surəsinin 6-cı ayəsində deyilir ki, “o gün 
(yəni qiyamət günü - kursiv A.T.) əməllərinin özlərinə 
göstərilməsi üçün (qəbirlərindən məşhərə) dəstə-dəstə 
çıxacaqlar (Cənnətliklər sağ  tərəfdə, cəhənnəmliklər 
sol tərəfdə olacaqlar)”. Deməli, islam mifologiyasında 
cənnət sağda yerləşir, cəhənnəm - solda. Folklor 
güzgüsündə (müxtəlif xalqların nağıl və 
rəvayətlərində) “cəhənnəmə enən nərdivan” da sola 
burulur. Yəhudilərin Tövratı da bəyan edir ki, Rəbbin 
sevgili qulları Onun sağında  əyləşəcəklər. Beləliklə, 
dini təfəkkür heç bir tərəddüdü,  şübhəni yaxına 
buraxmadan  sağı cənnətəsolu cəhənnəmə müsavi tutur. 
     Bu cür yanaşma tərzi dil qatında da təsdiqlənir. 
Din sözlərin semantik mənalarını, sadəcə, mifik 
obrazlara çevirir. Yəni dildən dinə milyon qapı  və 
pəncərə var. Məsələ burasındadır ki, latınca “sol” 
məşum, faciəvi deməkdir. Deməli, latın dilində “sol” 
sözünün məna tutumunda “cəhənnəm” ideyası  apriori       
eyhamlaşdırılıb. Almanca “sol” əyridir. Farslar da 
solu “çəp” kimi başa düşür. Sağ isə, əksinə, hər yerdə 
düzdür, dürüstdür, düzgündür; daha doğrusu, bir çox 
millətlərin qavrayışında bu, belədir. 
     Biz  türklərdə SAĞ  “diri olmaq”, “var olmaq”, 
“yaşamaq”  fellərinin aşkarladığı  mənalar fəzasına 
daxildir. SOL isə “OL” imperativinə oppoziyadır, yəni 
“sağ”ın qarşıdurumudur. Çünki sağ “OL”un (olumun) 
özüdür, sol isə əksi. “Sol” həm də “solmaq” məsdərinin 
məna kontekstinə 
pərçimdir, həyat enerjisinin 
azalmasına, tükənməsinə, ölümə  işarədir. OL – SOL 


 
275
oppozisiyası OLUM – ÖLÜM qarşıdırumunun eynidir. 
“Solmaq”, yəni “sol olmaq” sağlığını, sağlamlığını, 
gücünü, qüvvəsini itirmək deməkdir. Buradan da belə 
görünür ki, türklər cəmi digər millətlərdən fərqli 
olaraq “sağ” və “sol” qarşıdurumunu “olum” və “ölüm” 
müstəvisinə çıxarıb ona ontoloji status verirlər; yəni 
sağ birbaşa olum kimi, sol da ölüm kimi 
mənalandırılır. Beləliklə, türklərdə “sağ” və “sol” 
əksliyi “düz” və  “əyri” konkretliyini adlayıb kosmik 
əndazələrə proyeksiya edilir, Yaranışın və Axirətin 
eyhamına çevrilir. 
     Həqiqətdə isə sağ  və sol tamın, bütövcənin tən 
ortadan YARILIB ikiyə parçalanmasının nəticəsində 
peyda olur. Müsəlman mədəniyyətində “istiva” deyilən 
xəyali bir cizgi mövcuddur ki, insan üzünü yuxarıdan 
aşağı ikiyə bölər, ideal simmetriya görükdürər. Hürufi 
Nəsimi yazır ki, “həm cənnətü hurü həm liqadır, Rəhman 
ilə  ərşü istivadır”. Beytin məzmunundan və  şairin 
fikir plastikasından aydınlaşır ki, İmadədin Nəsimiyə 
görə  İnsan Allahın yarısıdır. Səbəb də bu ki, istiva 
məkan içrə üfüq olub, Yerlə Göy arasından keçib onları 
iki bərabər hissəyə ayırır. Belə olan surətdə Tanrı 
yuxarıda qalır, Insan - aşağıda.  Əksər xalqların 
mifolojisində tanrı dünyanı  və insanları özündən, öz 
bədən materialından xəlq edir. Bu aspektdə tanrı  və 
dünya qarşıdurumlar müstəvisinə  gəlir.  İnsan tanrının 
həm sağ olan, həm də ölən, solan formasıdır. Tanrı hər 
dəfə insanla bərabər yaşayır, və insanla bərabər də 
ölür. Daha doğrusu, ölən tanrının zühur bədənidir, 
olqular aləmində vizuallaşan  şəklidir. Belə ki, 
insanın fiziki bədəni ölüb torpağa qarışır, mentaL, 
astral bədənlər isə  çəkilib Göyə gedir, başqa sözlə, 
tanrıya qayıdır. Onda zaman içrə hürufilərin Ortaçağ 
müsəlman mədəniyyəti kontekstində  bəyan etdikləri 
yenidən fəlsəfənin gündəmində özünə yer alır: insan 
tanrı  bədəninin görsənən qiyafəsidir, yəni insan 
tanrının obrazıdır, onun astraL, mental bədəninə 
“geydirilmiş” materiyadır. İnsanda ruh, astral, mental 


 
276
bədən Göyə məxsusdur, ət, sür-sümük - torpağa və ya 
od (su, hava) stixiyasına. Deməli, alov (eləcə  də 
torpaq, su, hava) ətin, sür-sümüyün yuxarı dünyaya 
transformasiya vasitəsidir. Bu da o anlama gəlir ki, 
dörd ünsür, həqiqətən, transformatorlardır, tanrı  və 
insan arasında ötürücülərdir, birin (vahidin) 
dövriyyəsinin və özünü çoxaltmasının təminatçılarıdır. 
Tanrı insanın astral invariantıdır, insanlarsa 
tanrının müxtəlif variantları. Bu mənada hər yan 
tanrıdır, hər yan insandır.  İnsanın müəllifi tanrıdır 
və tanrı daim insanın içində yaşadılır. Tanrının da 
yaradıcısı insandır. 
     Kosmoqonik  akt  ikiyə bölünmədən, parçalanmadan, 
bütövcəni Yerə  və Göyə ayırmadan başlayır. Tanrı  və 
Adəm ilk dixatomiyadır. Onsuz bu yoxdur, bunsuz o. 
Adəm tanrının bir “qəlpəsi” (dörd ünsür-
transformatorun birgəliyi) kimi tanrıdan sıyrılıb 
düşür Yer üzünə  və tanrı olmaq istəyir; istəyir ki, 
tanrını  təkrarlasın, yamsılasın. Təsadüfi deyil ki, 
yəhudilərin, nəsranilərin və müsəlmanlanların 
folklorunda o, Həvvanı öz qabırğasından yaradır. Ol 
səbəbdən Həvva Adəmin YARISI (yarası) və YARI qismində 
qavranılır. Adəm tanrıdandır, Həvva Adəmdən. Deməli, 
emanasiya, sadəcə, bölünmədir, variantların 
çoxaldılmasıdır. Həvvanın yaranması üçün gərək Adəmin 
böyrü yarılsın ki, oradan qabırğa çıxsın. Bu məqamda 
diqqətinizi bir məsələyə yönəltmək fikrindəyəm: el 
içində söz gəzər ki, kişi və qadın evlənməyincə, daha 
doğrusu, qabırğa, əgər belə demək mümkünsə, öz yerinə 
qayıtmayınca hər iki məxluq yarımçıqdır, naqisdir. 
(İnsanın qərinələr boyunca tanrıya qovuşmaq çabaları 
da bununla izah olunmazmı?) Elə bu üzdəndir ki, 
kişiylə qadının bir-birinə yetməsi (birləşməsi, bir 
olması) kəsrin aradan götürülməsi kimi anlaşılır. 
Azəri türkcəsində  “yar” (sevgili, canan, məşuqə  və 
həmçinin, qadın, övrət, arvad) sözü “yaratmaq”, 
“yarı”, “yardım”, “yarmaq” sözlərilə eyni bir semantik 
şəcərəyə  mənsubdur. “Yarmaq” ikiyə bölmək, çoxaltmaq 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə