Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə93/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   89   90   91   92   93   94   95   96   ...   123

 
280
arxası simmetriya bildiricisidir; görüş  və ayrılıq 
kimi mənalandırılır: qənşərimizə 
gələn adamla 
görüşürük, arxasını çevirib gedən adamdan ayrılırıq. 
Bizim psixikamızda simmetrik insan fiqurunun oyatdığı 
təəssüratdı bu: assosativ təfəkkürdə özünə yer eləmiş 
rəmz kimi, bildirici kimi də yozula bilər. Bəs 
asimmetriya? Asimmetriya insanın yandan, böyürdən 
görünüşüdür, yəni siluyetdir; nə görüşməkdir, nə 
ayrılıq: hədər, bica, əbəs kimi qiymətləndirilir. 
Cərgədə mini var, siluyet isə həmişə birincinindir və 
həmişə birdənədir. Məlumdur ki, simmetriya həm də 
bərabərlikdir (müsavatdır), eynilikdir, oxşarlıqdır, 
harmoniyadır. Asimmetriya isə  həm də qaydanın, 
bərabərliyin, hüququn pozulması deməkdir; apriori 
topaldır. Problemin düyünü bu ki, ilk asimmetriya 
örnəyi sağ  və soldur. SAĞ  və SOL nə  qədər bir-birinə 
bənzəsə  də, heç vədə eyni olmur. Məhz bu da insanı 
məcbur edir ki, o, horizontal üzrə daima simmetriya 
axtarsın. Məhz sağ və sol arasındakı asimmetriya bizi 
fərqləndirməyə, araşdırmağa, saf-çürük eləməyə, 
təhlilə çəkməyə, doğma və yad cizgilər axtarıb tapmağa 
meylləndirir. Sağ  və solun əmələ  gətirdiyi horizontal 
insanın analitik fəaliyyətinin vektorudur. Bu isə 
insan üçün bəyənmək, sonalamaq və seçmək imkanı 
yaradır. Uşaq erkən çağalıq dövründə, o vaxt ki, 
beynin yarımkürəciklərinə xas asimmetriya hələ tam 
formalaşmayıb, horizontal üzrə düzülmüş predmetlər 
sırasından  ən vacibini rahatcana seçib götürə bilir. 
Və... get-gedə onda belə bir təəssürat, fikir, rəy 
təsdiqlənir ki, iş görmək, fəaliyyət göstərmək üçün 
xüsusilə yararlı vektor horizontaldır. Digər tərəfdən 
horizontal simmetriya, yəni horizontal münasiblik 
cərgə, dəstə, komanda ünsiyyətinin təminatçısıdır, 
onun məkan formasıdır. Simmetriya gözlənilməzsə, 
kollektriv iş alınmaz.  Əkin, məhsul yığımı, taxıl 
biçini, torla balıq ovu buna əyani misal. Ölçü, tərəzi 
həmişə assosativ simmetriyadır. 


 
281
     Əgər horizontal fəaliyyət vektorudursa və bu 
vektor özündə intellekti, zövqü, etik qanunları ehtiva 
edirsə, onda nədəndir ki, bütün müsbət işarəli 
bildiricilər sağda cəmlənib, mənfilər solda? Hərdən 
müşkülləri bir sadə cavab o qədər aydınlaşdırır ki... 
Məsələnin kökü bu ki, sağ əl işlək əldir, oraq, çəkic, 
balta tutan əldir, sülh əlidir, salam əlidir. Amma 
bununla yanaşı sağ  əl həm də  hərb  əlidir, qılınc, 
nizə, dəyənək, toppuz götürən  əldir, oxu yaydan 
buraxan  əldir, vuran, zərbə endirən  əldir. Kollektiv 
fəaliyyət məqamında işlək, aparıcı əl permanent olaraq 
sağdadır. Döyüşdə isə  hər  şey tərsinə çevrilir. Axı 
rəqib də sağ əllə vuruşur! Deməli, zərbələr (sağ əlin 
gücü) davamlı  şəkildə sola endirilir. Ürək solda 
olduğu üçün qalxan (müdafiə sipəri) da ilk növbədə 
solu qoruyur. Üz-üzə dayanmış  rəqiblərin hədəfi 
soldur. Onda belə  çıxır ki, hərb meydanında, döyüş 
meydanında, mübarizə meydanında ölüm soldan gəlir. 
Qədim zamanlardan insan bunu aşkar görüb, duyub, 
yaşayıb və özü üçün əbədilik qan yaddaşına köçürüb. 
Odur ki, SOL insan qavrayışında təhlükə, hədə, ağrı 
səmti kimi formalaşıb. Çoxsaylı müşahidələrin, 
psixoloji testlərin nəticəsində  aşkarlanıb ki, insan 
harasa baxanda birinci sola baxır, solu görür, solu 
qimətləndirir. Çünki hücumu, təcavüzü bir qayda kimi 
soldan gözləyir. Bax, elə solun məşumluğunun səbəbi də 
buradadır. Ona görə sağ hər zaman məqbuldur, qolaydır, 
rahatdır, sol isə yox: naqolaydır, narahatdır. 
Doğrudanmı, bu həmişə belədir? 
     Əsla.  İctimai-siyasi platformada SAĞ  və SOL öz 
məna tutumunu aktivcəsinə  dəyişməyə çalışır. Səthi 
yanaşmada aydın görünür ki, toplumsal ilişkilər 
şəbəkəsində sol pozitiv məna çalarları qazanır, sağ 
isə,  əksinə, “mənfi”ləşir. Hərçənd bu yalnız zahiri 
effektdir. Bəs həqiqətdə  nə baş verir? Məsələ ondan 
ibarət ki, siyasi aləmdə “sağ” və “sol” bu və ya digər 
partiyanın ictimai mövqeyinin, əqidə  mənsubluğunun, 
ideya yönümünün rəmzi bildiricisinə çevrilir. Özündə 


 
282
siyasi mübarizənin qütblərini, portretini və 
atmosferini ehtiva edən “sağ” və “sol”un ictimai 
hərəkatın  əsas qütbləri kimi tarixən formalaşması 
birbaşa burjuaziyanın adı  və iddiaları ilə bağlıdır. 
“SAĞ” və “SOL” anlayışlarının siyasi çəkişmələr 
dünyasına sızdırdığı  mənalar XVIII əsrin ikinci 
yarısından üzü bəri gəlişməkdədir. Bu kontekstdə SOL 
inqilabın, üsyanın, tərəqqinin, proqressiv düşüncənin, 
mübarizənin rəmzidir, təmsilçisidir; bilmərrə 
demokratlardır, reformatorluq iddiasında 
bulunanlardır, cəmiyyətdə yeni koordinal 
dəyişiklikləri dəstəkləyənlərdir. SAĞ isə ictimai-
siyasi proseslərin mühafizəkar (konservator, türbədar) 
qanadını eyhamlaşdırır. Bu mövqedə dayananlar sosial 
balansı, cəmyyətdəki qüvvələr nisbətini, ənənəvi yaşam 
qaydalarını,  əxlaq normalarının stabilliyini, milli 
mənəvi dəyərləri qoruyub saxlamağa can atırlar. SOL 
təmsilçilərisə permanent inkişaf naminə bütün 
vasitələri yararlı sayırlar. Hətta üsyan onlara mənəvi 
ədəbsizlik kimi görünmür. Hərçənd ki, hər bir lokal 
götürülmüş  məkanda və ictimai-sosial durumda  sağ  və 
solun bildirdiyi mənalar  şəraitə, milli xarakterə, 
temperamentə, mentalitetə, xalqın adət-ənənələrinə, 
inanc və  vərdişlərinə uyğun  şəkildə yozulur. Burada 
bir qayda yox. Onsuz da hakimiyyətə  gəldikdə onlar 
arasındakı  fərqlər minimuma qədər azalır. Siyasətdə 
“sağ” və “sol”, sadəcə, mübarizə imicidir.  
     Lakin...  və bir də lakin... ictimai-siyasi 
arenaya proyeksiya olunan “sağ” və “sol” burada 
da qavrayış streotiplərini dağıda bilmir. Hökumət 
həmişə “sol”dan, solluqdan qorxur, çəkinir, 
ehtiyatlanır və 
tədricən “sağ”a, “sağ”ların 
tənzimləyici ideyalarına doğru “əyilir”. Axı hökumətlə 
xalq da bir-birində güzgülənən oppozisiyalardır! Məhz 
elə burada “özünü soldan qoru” imperativi bilincsizlik 
səviyyəsində yenidən aktuallaşır. 
     Beləliklə, gəlib çatdım finala. SAĞ  və SOL 
insanın psixoloji məkanının faktı, onun qavrayışının 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə