Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə35/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   31   32   33   34   35   36   37   38   ...   123

 
106
göstərir, ya da boğazlarının üstündə düz qara 
xəttlər (ərəb-mesopatam məktəbi) çəkir. Yəni mənim 
rəsm etdiyim canlı deyil, ölüdür, meyitdir və tanrı 
yaradıcılığına heç bir iddiam yoxdur. Bunun da 
şəcərəsi uzaq-uzaq keçmişlərdədir. Tarixdən bəllidir 
ki,  insanlar öz üz və  bədənlərini “bəzəməyi” 
öyrənməmişdən öncə meyitləri qrimləməyi, maskalamağı 
bacarırdılar. Bəşər mədəniyyəti tarixində ilk bəzənən 
nəsnə  TOTEM oldu: totem ölmüş (öldürülmüş) Atanın 
maskası idi. Bəzənmək, yəni olduğu kimi görünməmək, öz 
həqiqi üzünü faş etməmək ölümün xüsusiyyətidir. 
Dünyanın bir çox aborigen tayfaları meyitlərini 
bəzəndirib ölüm səltənətinə yola salardılar, ayrı cür 
desəm, ölü bədəndən potensial kukla düzəldərdilər. 
İnsanı maska, qrim, geyim, bəzəklər vasitəsilə 
kuklalaşdırmar (və ya meyitləşdirmək) mədəniyyətlərdə 
mövcud dəblərin  ən sürəklisidir. Bəyəm lələklərlə  və 
rənglərlə bəzədilmiş aborigenlər avropalılarda həməncə 
kukla təəssüratı oyatmır? Məgər Misir fironları 
qrimlənib taxt-taca çıxanda meyitə, kuklaya 
oxşamırlarmı? Onlar özlərini Günəş elçiləri 
sanırdılar. Uşaqların çəkdikləri 
şəkillərdə, 
düzəltdikləri kuklalarda hər zaman Günəş güzgülənir. 
Dünyanın  ən böyük kuklası Günəşdir. Bununla belə  
kukla həmişə meyit bərabəridir. Günəş tanrıdır və 
kukladır: natarazdır və plastik deyil. O, daim 
marginal sərhəd zolağında yaşayır. Günəş 12 saat diri 
bədəndir, 12 saat ölüdür, qaranlığa gömülmüş meyitdir, 
cansızdır.  
     Və bundan əlavə...  
     Düşmən ordusu qənşərində  kəl kimi tərpənməz 
əyləşmiş, emosiyaları “0” nöqtəsini göstərən yapon 
imperatoru kukladır, yoxsa meyit? Hərəkətlərini 
katalar içrə ideal mexanizm kimi sahmanlamış karate 
ustası kuklanı xatırlatmırmı? Və yaxud... mediativ 
pozada özünü unutmuş, sanki meyitləşmiş hindistanlı 
yogin (yoqa müdriki) məgər ruhsuz kukla ilə assosasiya 
yaratmır? 


 
107
     Qısası, bu fəlsəfi eskizlərdə  mən hansı 
mədəniyyətə sarı getdimsə, orada gördüm ki, mədəniyyət 
ölümdən qaçmaq, ölümü aldatmaq, ölüm qorxusundan azad 
olub 
əbədiyyət qazanmaq vasitəsinin, imkanının 
gerçəkləşdirilməsi cəhdidir. Ölümü o zaman aldatmaq 
olur ki, ölüm səni diri bilməsin, elə başa düşsün ki
sən meyitsən. Ona görə  də  mədəniyyət özünün hər bir 
təzahüründə 
həyatın maskasıdır və ya həyatın 
mumiyalanmış invariantıdır.  Mumiya isə insana yox, 
meyitə yaraşır.  MƏDƏNİYYƏT HƏYATIN VƏ  TƏBİƏTİN 
MEYİDİDİR. Çünki bildiricilərlə doludur. Hər bir 
bildirici isə onu bildirir ki, cansızdır, ölüdür, 
oyuncaqdır, meyitlə bir sırada cərgələnir.  Bu bir. 
İkincisi:  mədəniyyət ölüm qorxularına refleksiyadır, 
bu refleksiyaların obrazlar şəbəkısidir.  Üçüncüsü: 
mədəniyyət ağrısızlıq vakuumudur, ağrıların 
virtuallaşması  və neytral işarələrə “hopdurulması” 
imkanıdır, Z.Froydun sözü ilə desək, sublimativ 
ikiölçülü ekrandır. Məhz burada demək olar ki
mədəniyyət “mən” üçün komfortdur. Bədəndən ötrü isə 
mədəniyyət darıxdırıcı asılqandır. Bədən  ən çox 
geyimlərdən darıxır və bu darıxqanlıq zaman-zaman 
müəyyən dozalarla “mən”in xarakterinə, yaşamının 
ayrılmaz bir hissəsinə çevrilir. Yalnız insan darıxa 
bilir. Belə ki, onun bədəni mədəniyyətə əbədi əsirdir. 
Dördüncüsü:  mədəniyyət  əbədi rekviyemdir, itirilmiş 
təbiət barəsində rekviyemdir, bədən üstündə universal 
ağıdır, bədənin yuğlanmasıdır.  Beşincisi:  mədəniyyət 
meyit üzlərindən çıxarılmış maskaların muzey-
sərdabəsidir. Burada adət-ənənə, dəb, etiket də maska 
kimi götürülür. Adət-ənənə nə vaxtsa canlı bir əməlin 
ayinə, rituala keçmiş maskasından başqa bir şey deyil. 
Qəribə  də  səslənsə, amma fakt budur ki, mədəniyyət 
canlı  nə varsa, hamısına qənimdir. Mədəniyyət 
canlıların fotoalbomudur, ensiklopedik bir xatirə 
albomudur ki, orada şəkillər (və ya kölgələr, 
xəyallar, “mumiyalar”) saxlanılır. Nədən ki, uzaq-uzaq 
əsrlərdən bəri mədəniyyət (bunu yaza-yaza içimdə 


 
108
sarsılıram)   zəif, xacə, axta kişilərin, 
“bədənsiz” kişilərin, “problemli” kişilərin 
mədəniyyəti kimi formalaşıb, onların qorxusuna və 
iddiasına bəraət kimi formalaşıb... və bu faktdan biz 
heç yana qaça bilməyəcəyik. Çünki mədəniyyət həmin 
kişilərə qadınları “ovlamaq” şansı verirdi.  
     Bu  əsnada mən sonuncu etirazı qabaqlamaq 
istəyirəm: bəs XX yüzildə  bədənin yenidən çılpaq 
görünməsi nə ilə izah ediləcək? Bunun cavabı üzdədir 
və  aşkardır. XX əsr bədəni çılpaq yox, lüt göstərdi, 
onu həyasızcasına “zorlayıb” təhqir etdi. XX YÜZİL 
MƏDƏNİYYƏTİ MƏDƏNİYYƏTƏ QARŞI ÜSYAN MƏDƏNİYYƏTİDİR. Bu 
mədəniyyət öz qiyamında o yerə çatdı ki, əbədyyətə də 
arxa çevirdi və özünü rüsvay etdi, ələ saldı.  Əski 
yunan uyqarlığı kontekstində zühur edən tanrının ideal 
bədəni XX əsrdə maneken və xonsa bədəni kimi göründü. 
Podiumlarda skelet qadınlar gözəllik idealı kimi 
təbliğ olunmağa başladı.  Onlara dəb paltarlarını 
geyindirmirdilər, onlardan dəb paltarlarını asırdılar. 
XX yüzilin sonunda Amerika Birləşmiş  Ştatlarının 
dünyalarca məşhur qara dərili müğənnisi Maykl Cəksın 
tineycerlərin idealına çevrildi və onun “Ay yerişi” 
adlanan səhnə mizanı az qala hər küçədə  imitasiya 
obyekti oldu. Plastik əməliyyat nəticəsində irqini 
dəyişmiş, yəni ağ insana dönmüş estrada ulduzu, 
əslində, skelet qadın manekenlərdən heç nə ilə 
fərqlənmirdi. Məsələ bu ki, doğrudan da Maykl Cəksının 
üzü ölümün üzü idi, onun “Ay yerişi” mizanı da ölümün 
yerişini təsəvvürə  gətirirdi. Məlum olduğu kimi Ay 
planetinin (peyki) özünün də ölüm səltənətilə birbaşa 
ilişkisi var. Müasir tineycer rəqsləri XX yüzilin 
sonundan XXI əsrin ilk onilliyinə kimi kütləvi şəkildə 
kuklalaşmaq iddiasını ortaya qoymurmu? Azərbaycan 
rejissoru V.İbrahimoğlu  “ölüm teatrı” konseptinin 
müəllifi polyak rejissoru Tadeuş Kantorun ardınca öz 
teatrını “Yuğ” (qəbir, ölüm, yas) adlandırmadımı? Əsr, 
uyqarlıq, bəşər, yoxsa mədəniyyətmi yuğlanır, yahu? 
Mədəniyyət üçün qəbirmi, yasmı, əcəba? Əla! Beləliklə, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə