Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə43/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   39   40   41   42   43   44   45   46   ...   123

 
130
“kəpənək” obrazı ilə hürufi birliyi üzvlərinin başlarına 
qoyduqları xüsusi sarığa işarə edilir: güman ki, iki-üç 
rəngli olduğundan onu kəpənəyə bənzətmişlər.  Şair deyir ki, 
kəpənəyə oxşar mərdlər (məna anlamsızdır. Mərdlər də 
kəpənəyə oxşadılar? - kursiv A.T.) papağını başıma qoyandan 
bu kəpənək-papaq onun Allahdan uzaqlıq dərdinə  dərman olub. 
Kəpənəyə oxşar baş sarğısı  hətta ona “röyətə uçuşundan” 
əvvəlki üşütmələrini - əsmələrini də rahatlaşdırıb. Mərifət 
əhlinə kəpənək ulduzsuz səma boşluqlarını papaq edib və buna 
görə cahillərin papaq geyməsi rəva deyil”. Bu da Rəhimin 
yazdıqları... 
     İndi bir neçə mətləbi Rəhim bəyə izah eləyək. 
     Birincisi  ondan başlayaq ki, papağı  əyinə  çəkmək 
(“çəkəli  əynimə bu sikkeyi-mərdan kəpənək”) olmaz. Papağı 
başa qoyarlar. Hərçənd “papağını geyin” ifadəsindən də biz 
yararlanırıq. Yalnız kürkü, köynəyi, yapıncını,  şalvarı, 
şəltəni əyinə çəkmək mümkün.  
     İkincisi: papağa don (“yeri gey, xirqə  ərənlər 
donudur”) deməzlər. Məncə, Nəsimi paranoik olmayıb, papağı 
paltar bilməyib. Məəttələm ki, bu cür adi detallara Rəhim 
necə diqqət eləməyib.  
     Üçüncüsü:  Nəsimi kəpənəyi xirqəyə tay tutur, onu 
mərifət  əhlinin xirqəsi bilir. Papağı da xirqə güman 
edərlərmi, yahu?  
     Dördüncüsü:  nə vaxtdan mərd papağı  “ətləsi-xas” 
sayılır?  
     Beşincisi: bu şeir, heç şübhəsiz ki, Nəiminin 
müridlərinə göndərdiyi xəbərdarlıq məktubundan sonra yazılıb, 
yoxsa bu münasibətlə söylənilmiş başqa bir şeirində  Nəsimi 
vurğulamazdı ki, “qeyri bir tayfadanam, bu kəpənək 
fəxrimdir”. 
     Altıncısı: “sikkeyi-mərdan” farscadan tərcümədə kişi 
xarakteri mənasına uyğun gəlir. Və bundan əlavə hürufilər 
heç vədə mövləvilərin “sikkə” adlanan papaqlarını başlarına 
qoymazdılar.  Əlbəttə ki, bir sadə  səbəbə görə. Çünki 
konusformalı uzunsov mövləvi papağı “Ya Həzrət Mövlanə” 
ifadəsinin kalliqrafik obrazının təcəssümüdür. Bu nə Nəimiyə 
xoş gedərdi, nə  də  Nəsimiyə. Bundan əlavə mövləvilərin 
papağı ya qəhvəyi olurdu, ya da ağ.   
     Yeddincisi: mən öz məqaləmin janrını ona görə “filoloji 
fantaziya” kimi müəyyənləşdirmişəm ki, mən Nəsiminin 
tədqiqatçısı deyiləm. Amma buna baxmayaraq yazdıqlarımın 


 
131
hamısının elmi sübutları mövcuddur. “Fantaziya” isə 
Rəhimə  məxsusdur. Nəsimi “ulduzsuz səma boşluqlarını” özünə 
papaq bilsəydi, bu günki şairlərdən fərqlənərdimi heç? Yəni 
Nəsimidə məsələ bu qədər birmənalı, primitiv ola bilməz. 
     Səkkizincisi: Nəsiminin “Tapdım” rədifli  şeirində 
kəpənək birbaşa xirqə adlandırılır.  
     Doqquzuncusu: xirqənin rəngi isə, adətən, sufilərdə 
tünd göy rəngində (qaraya yaxın) olurdu. Xirqə zərif yapıncı 
deyilmi? Bu da bir daha onu göstərir ki, filoloq Rəhim 
Əliyevin gümanı səhvdir.  
     Onuncusu:  mövləvilərin papğı  kəpənəyə oxşamır və  əlvan 
rənglərlə  bəzədilmir. Ona görə  də  Rəhim  şübhələnib “papaq” 
sözünü “baş sarğısı” ifadəsilə  əvəzləyir. Baş sarğısı 
dedikdə isə  həməncə  əmmamə düşür adamın yadına: həm yumru, 
gümbəz formalı olduğundan, həm də müsəlmanın kəfəni kimi 
anlaşıldığından bunun kəpənəklə nə ilişgisi? Əgər bu kəpənək 
papaqdırsa, onda  Nəsiminin “İkilik pərdəsindən keçib birlik 
bacasından baxan insan gizli sirləri görə bilər. Gizli 
sirləri anlayan isə Allahdır” fəlsəfi müddəasını nə ilə izah 
edəcək Rəhim: papağı və ya baş sarğısını ikiyə böləcək? Axı 
baca qapadılmaz! İnsanın başındakı papağı da baca ola bilməz 
və  əgər olsa da ordan papaq yiyəsi heç nə görməz. Aydın 
görünür ki, Rəhim papaqları  əməllicə qarışdırır və  məsələni 
predmetiv olaraq təsəvvür edə bilmir.  
     On birincisi: papaq (və ya baş sarğısı) heç cür 
“kəpənək”liyini aşkar edib əbcədə  gəlmir.  Əbcəd isə 100 
Rəhim kimisinin söylədiyindən min qat mötəbərdir. “Kəpənək 
geydiyimə kimsələr eyb eyləməsin”. Papaq da eyib sayılarmı? 
Və ya Rəhimin dediyi papaq-kəpənək nə tövr olub ki, ona eyb 
eləyiblər.  
     On ikincisi: nə vaxtdan papaq (baş sarğısı) zindana 
bənzədilir? Papaq nə zindan kimi ağır olur, nə  də adamın 
türməsi olur. “Kəpənək” hürufi şairinin poeziyasında onun 
fəlsəfəsinin paradiqmasıdır və xirqəni, paltarı (onun 
təsadüfən dağ  kəndində tapıb geydiyi yapıncını bildirir) 
eyhamlaşdırır.  Əgər hürufilər öz papaqlarına “KƏPƏNƏK” 
deyirdilərsə  və onun simvolik mənalarını bilirdilərsə, 
Nəsimi kəpənəkdə yenidən nəyi tapırdı ki?..  
 
 12
 Mənazil – verilmiş ədədin 28-ə bölünməsindən qalan 
   qalıq. 
   Bürcət – verilmiş ədədin 12-yə bölünməsindən qalan 


 
132
   qalıq. 
   Səyyarat – verilmiş ədədin 7-yə bölünməsindən qalan 
   qalıq.    
   Çaharat – verilmiş ədədin 4-ə bölünməsindən qalan  
   qalıq. 
13
  Şimmel A. Mir islamskoqo mistisizma. -  M.: Alateya, 
Eniqma, 1999. - s.66. 
 
 
                                                                    
P.S. Mənim bu məqaləmdən sonra  bəzi tədqiqatçılar dəridən-
qabıqdan çıxa-çıxa sübut eləməyə çalışdılar ki, Nəsiminin 
dərisi, ümumiyyətlə, heç soyulmayıb. Digərlərisə 
“soyulmağın” bir rəmz olduğunu isbata yetirmək cəhdində 
bulundular. Dedilər ki, soyulmaqla bağlı  Nəsimi  şeirlərinin 
əksəriyyəti ona yox, müridlərinə aiddir. Gəlin, araşdıraq. 
Mən hər iki variantı  qəbul eləyirəm. “Mümkündür”, - 
söyləyirəm. Lakin və bir də lakin... Nəsiminin dərisinin 
soyulması faktını tarix yox, bütün Şərq dünyası olmuş bir 
hadisə kimi yaddaşlarda, pritçalarda qoruyub saxlayıb, 
yaşadıb. Və bunun özündən böyük fakt ola bilməz. Yəni 
Ortaçağ müsəlman mədəniyyətində bu fakt insanlara o qədər 
güclü təsir edib ki, onlar bu müdhiş olayı 6 əsr  ərzində 
unuda bilməyiblər.  Əgər bu mövzuya Nəsimidən  əlavə onun 
davamçıları da müraciət ediblərsə, bu şairin dərisinin 
soyulmasının tarixi gerçəkliyindən xəbər verir. 
 Digər tərəfdən ərəb tarixçilərindən düz üçü bu məsələ 
ilə bağlı sultan fərmanlarının olduğunu, Nəsiminin bir neçə 
müddət zindanda saxlanıldığını söyləyirlər. Görünür ki, 
Nəsimi dərisinin soyulacağını gözləyə-gözləyə elə o cür 
şeirlər yazıb. Bunu ki heç kim inkar etməyəcək. Yəni 
yormayın özünüzü, cənablar!Hər şey sadədən də sadədir! 
 
    
                          2000-2008-ci illər 
 
 
ÜSYAN VƏ CƏZA: 
FİKİR “KƏNDİRBAZI”NIN AQİBƏTİ 
(esxatoloji ovqat) 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə