Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə51/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   47   48   49   50   51   52   53   54   ...   123

 
154
buludun hərəkətini, başqa sözlə isə,  əbədi həyat 
silsiləsini bildirirlər. ABHRA “AVRAAM/ABRAAM/İBRAHİM” 
sözləri arasındakı linqvistik doğmalıq aşkardır. Ona 
görə  mən tam əminliklə  və inamla söyləyirəm ki, 
“AVRAAM/ABRAAM/İBRAHİM”  buludu eyhamlaşdırır, 
rəmzləşdirir. Farsların “əbr”, yəni bulud sözünün kökü 
də burdadır.  SARA isə İBRAHİMİN, başqa sözlə, BULUDUN 
həyatverici hərəkətinin obrazıdır. Deməli, yəhudi 
müqəddəslərinin bu adları  təsadüfi deyil. Bu xüsusda 
digər bir variantı da nəzərdən keçirək. “SARA” kəlməsi 
hindlilərin  “RASA” (palma şirəsi, dini ekstaz, zövq, 
çiçək, süd, şeh) sözünə son dərəcə yaxındır: hecalar 
və  hərflər eynidir, sadəcə, “s” və “r” samitlərinin 
yerləri dəyişib.  “RASA” anlamının mənalar çənbərində 
SÜD,  ŞEH,  ŞİRƏ  əsas məqamlarda mövqelənir. Bunun özü 
də bir daha imkan verir ki, SARA dünya okeanının 
simvolu kimi yozulsun, qavranılsın. Abraam buluddursa, 
Sara dünya okeanıdır. Buludla dünya okeanı arasında 
əlaqədən isə həyat yaranır. 
     Bütün  bu  mülahizələrdən sonra deyə bilərəm ki, 
AFRODİTA hind mifologiyasının gözəl pərilərindən 
biridir, apsardır. Niyəsi də bu ki, məhz PƏRİ (QADIN, 
İLAHƏ) süd və suyun (şirə,  şeh)  mifoloji obrazı 
qismində varlığın dirildici və 
əlaqələndirici 
həlqəsidir. Çünki gerçəklik müstəvisində  hər  şey 
suya/südə ürcahdır. Bica deyil ki, yunan 
mifologiyasında məhz  AFRODİTA  (transformasiya edilmiş 
ABHRADATTA) sevgi tanrısıdır. 
     Mədəniyyətlərin qohumluq paradiqmasını  cızmaqdan 
ötrü belə təhlildən savayı ayrı bir şey lazımmı? Güman 
eləmirəm. Elə isə intellektual mozaikanın üçüncü 
fiquru. 
 
                    
GİL QAB 
(tanrıya bənzəyən dulusçu) 
    
                   “Dün kaşı kuzəmi daşlara çaldım,  


 
155
                   Sərxoşdum, bilmədim, əlimdən saldım, 
                   Kuzə dilə gəldi, dedi ki: mən də 
                   Sən tək bir cavandım, bu günə qaldım”. 
                                         Məhsəti Gəncəvi 
           
       Kuzə, dolça, badya, küp, kasa, nimçə, masqura, 
piyalə, parç: hələ bir bu qədərini də sadalamıram; 
onların hamısı  “QAB” adlanır. Material Allahın adi 
gilidir, palçığıdır. Bu giL, palçıq KÜNDƏSİNİN tanrısı 
isə DULUSÇUDUR. Fırlanğıc dəzgaha oturdulmuş gil kündə 
onun barmaqları arasında hərlənib-hərlənib, gah 
yumrulanıb, gah yastılanıb, gah “kökəlib”, gah 
“arıqlayıb” müəyyən formaya düşür və sonradan odda 
bişib qaba dönür. Ta binayi-qədimdən bizim günümüzü-
güzəranımızı qablarsız təsəvvür etmək çətin. Məişətin 
ƏLİFBASI ocaqdır, bir də ki QAB.  Mədəniyyət məhz 
bunların energetik şəbəkəsində  təşəkkül tapır.  İnsan 
kasadan, nimçədən yemək yeyir, kuzədən, dolçadan, 
parçdan, piyalədən, fincandan su, çay, şərbət,  şərab 
içir, badyada, küpdə, dopuda dadlı-dadlı azuqələrini 
qoruyub saxlayır.  QAB  İNSAN ÜÇÜN HƏYAT ENERJİSİNİN, 
VARLIQ ENERJİSİNİN ÖLÇÜSÜDÜR. Ol səbəbdən mifoloji 
təfəkkür qablara mistik “don geydirib” onları 
müqəddəsləşdirir,  BÜT kimi qavrayır. Bəşər tarixində 
elə  əski uyqarlıqlar olub ki, orada büt əvəzinə 
qablara tapınıblar. Məhz buradaca tədqiqatçıdan ötrü 
maraqlı müqayisə paraleli aşkarlanır. Bu müqayisə 
paraleli fəlsəfəyə doğru istiqamətlənir: qablar kimi 
bütlər də gildən (palçıqdan) düzəldilir. Beləliklə
büt, insan, qab: onların hər üçü torpaq mənşəli, 
torpaq  şəcərəli. Dini folklora əsasən Allah Adəm və 
Həvvanı palçıqdan xəlq eləyib. Qabları gildən düzəldən 
adam isə dulusçudur. Bu müstəvidə dulusçu tanrıya 
taydır, bərabərdir; insan isə gil qabın qohumudur. 
İnsan üçün də, gil qab üçün də başlanğıc və sonuc 
torpaqdır. Xəmir kündəsi də torpağı simvollaşdırır, öz 
buğda “əcdad”ı ilə konkret bağlantı yaradır. Deməli, 
KÜNDƏ  mətbəx içrə  həm də torpağın obrazıdır. Onda 


 
156
əcəbmidir ki, kuzə  qəfildən dil açıb insan kimi 
danışır, insana müraciət eləyir? Və ya əcəbmidir ki, 
buğda ta qədim zamanlardan gil qablarda saxlanılır? 
Əsla. Çünki torpaq mənşəlidir, torpağa da qovuşması 
labüddür, mütləqdir. Ancaq bunlar da ilgili, poetik-
fəlsəfi bir mündəricə. Halbuki məsələ göründüyündən 
daha mürəkkəb.  
     Sibir  elatlarından biri, - yakutlar, - deyirlər 
ki, “misgər və şaman bir yuvadan çıxıblar”. Sonrasında 
isə söyləyirlər ki, “şamanın arvadına hörmətlə 
yanaşırlar, misgərin arvadına etiqad edirlər”. 
Yakutlarda üçüncü bir məsəl də var: “Misgər, şaman və 
dulusçu qan qardaşlarıdır. Misgər böyüyüdü, şaman 
ortancılı, dulusçu kiçiyi.”
1
 Bir sıra arxaik 
mədəniyyətlərdə misgər də, şaman da “OD SAHİBİ” fəxri 
adının daşıyıcılarıdır.  Əgər dulusçu bu qardaşlardan 
birisə, niyə bu tituldan ona da pay düşməsin? Özü də 
odsuz dulusçuluq peşəsi yox kimi bir şey. Yəni gil qab 
sobada bişməyincə, işin nəticəsi qaranlıq, sirr, 
müəmma. Heç kəs bilə bilməz ki, alovla “görüş”, TƏMAS 
gil qabı  nə  şəklə, nə halətə salacaq, onu nə tövr 
dəyişdirəcək: məhv edəcək, sındıracaq, çatladacaq, 
yaxud “yaşadacaq”. Bişmə müddəti dulusçunu kənar 
müşahidəçiyə, bekar özgəsinə çevirir. Dulusçu prosesə 
qarışmaq iqtidarını itirir: ona yalnız dua edib 
gözləmək qalır. Bundan o yanası artıq alovun 
yaradıcılığıdır. Belə ki, vədə tamam olanda gil qab 
sobanın (yainki xəndəyin, təndirin) “bətn”indən 
“doğulacaq”,  OD  ağzından zühur edib dünyaya gələcək. 
Onun, yəni sobanın vəzifəsi torpağı (unu), suyu, odu 
bir-birinə calaşdırıb bu başlanğıcların  əlaqəsini 
təmin etməkdir. Deməli, gil qabın “soykök”ündə 
palçıqla (su palçığın ayrılmaz hissəsi kimi) yanaşı 
alov da aktiv iştirakçıdır. Hətta bu fikri belə  də 
ifadə etmək mümkündür ki, gil qab haradasa oddan 
törəyir.  
       MİF MÜSTƏVİSİNDƏ PALÇIQ GİL QABI İNSANLA, ALOV 
İSƏ İBLİSLƏ “QOHUM-LAŞDIRIR”. Razılaşaq ki, qəribə bir 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə