Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə48/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   44   45   46   47   48   49   50   51   ...   123

 
145
Əgər  Şekspiri ilgiləndirən yalxı ehtirasdırsa, bu 
ehtirasın törətdiyi intelektual gəzişmələr və müxtəlif 
qayəli çarpışmalardırsa, Cavidi daha çox intellektin 
duyğuya uyaraq aldanıb cızdığı, dəyişdiyi karmanın, 
taleyin, aqibətin dini-kulturoloji yozumu, insanın 
daxilinə gömülmüş mübarizənin mistik təzahür gözəlliyi 
düşündürür. Bu gözəlliyin, bu idealın, bu 
harmoniyanınsa Cavid dramaturgiyasında yalnız bir 
dağıdıcı qarşıdurumu var: UÇURUM; yəni XAOS. Adəm və 
Həvva cənnətdən qovulanda uçurumdan uçub dünyaya 
sığındılar. Dünya uçurumun dibi kimi çözülməzmi bu 
məqamda? Uçurum cəhənnəm müjdəçisi. 
     Maral,  Şeyda Rəmzi,  Şeyx Sənan, Səyavuş, Knyaz, 
Cəlal, Afət, Arif bilmərrə  UÇURUM  sakinləridir: onlar 
bu virtual məkanda yaşayib elə oradaca qeyb olarlar, 
İBADƏT və ÜSYAN qovğasının alovuna yanıb-yaxılarlar. 
     Fridrix Nitşein “Zərdüşt”ündən tanınan fəci taleli 
TƏLXƏK-KƏNDİRBAZ azərbaycanlı Cavidin bədii dünyasında 
müxtəlif görkəmlərdə zühura gəlir. Bu obrazların hər 
birinin içində bir Nitşe uyuduğunu sübut etməyə heç bir 
hacət yox. 
     HÜSEYN CAVİD DRAMATURGİYASINDA UÇURUM EYHAMDIR. 
     SƏYAVUŞ  İRAN VƏ TURAN UÇURUMUNUN QƏHRƏMAN 
KUKLASIDIR. 
     KNYAZ MEHVƏRİNDƏN ÇIXMIŞ ZAMANIN DƏLİ TƏLXƏYİDİR. 
     UÇURUM  ÜZƏRİNDƏ QANAD ÇALMIŞ  BİR FIRTINA QUŞUDUR 
AZƏR, “ÜSYAN” DEYİB BAĞIRAR. 
     CƏLAL MİSKİN UÇURUM RƏQQASIDIR. 
     AFƏT UÇURUM TÜSTÜLƏRİNDƏ BOĞULAN TÜRK YAVRUSUDUR. 
    Mifik təfəkkür uçuruma atılmağı ölüm tanrısına, şər 
mələyinə qurban kimi qavrayır. 
    UÇURUM  ŞEYX SƏNAN ADLI SEVGİ  DƏRVİŞİNİN SON 
DAYANACAĞIDIR: “FƏNA” NƏDİRSƏ, ELƏ BUDUR. 
     İBLİS UÇURUM BƏLƏDÇİSİDİR. 
     SİBİR SÜRGÜN UÇURUMUDUR. 
     Və bütün bunların hamısı bir cür mənalanır:  YER 
KÜRƏSİNİN YERİ UÇURUM.   


 
146
     CAVİD XX ƏSR AZƏRAYCAN MƏDƏNİYYƏTİNİN FİKİR 
KƏNDİRBAZIDIR. 
     SONUCDA  İSƏ  “İŞTƏ  BİR DİVANƏDƏN BİR XATİRƏ: BİR 
OYUNCAQDIR CAHAN BAŞDAN-BAŞA...”                             
     Çünki İNSAN İBADƏTLƏ ÜSYAN ARASINDA BİR DİVANƏ! 
 
                                  2004-cü il 
   
                                                   
MƏDƏNİYYƏTLƏRİN QOHUMLUQ PARADİQMASI 
(intellektual mozaika) 
 
 
                               “Harada YARADICILIQ varsa,    
                                       orada ALLAH var!” 
                                            Müəllif 
 
 
     MƏDƏNİYYƏT XALQIN KOSMOQONİK BİLGİLƏRİ, 
FANTAZİYALARI  İLƏ ONUN MƏİŞƏTİNİN, GÜNDƏLİK FƏALİYYƏT 
REPERTUARININ BİR-BİRİNƏ CALANDIĞI NÖQTƏDƏ DÜZƏNLƏNİR.  
     Əgər hər hansı bir mədəniyyəti soğan qabığı kimi 
“soysalar”, sonucda içindən mütləq məişət çıxacaq. 
Millətin məişətinin tipologiyasını isə onun mətbəxinin 
xüsusiyyətləri müəyyənləşdirir. 
MƏTBƏX MİLLƏTİN 
MƏDƏNİYYƏTİNİN, XARAKTERİNİN, HƏYAT TƏRZİNİN, MİFİK 
TƏFƏKKÜQRÜNÜN, KOSMİK DÜŞÜNCƏLƏRİNİN VƏ ZÖVQÜNÜN 
RƏNGLİ, QOXULU, DADLI FORMALARDA GÜZGÜLƏNDİYİ 
MÜSTƏVİDİR.  
     Üç  ayrı-ayrı  məqalədən ibarət bu intellektual 
mozaikanın köməyilə 
mən məhz “mətbəx-məişət” 
müstəvisində  mədəniyyətlərin qohumluq paradiqmasının 
parametrlərini, əlamətlərini, nişanələrini aşkarlamağa 
çalışdım. Araşdırmalar, semioloji və semantik 
təhlillər göstərdi ki, arxaik mədəniyyətlərin 
formalaşma tipologiyası 
hər yerdə eyni olub. 
Mədəniyyətlər arasında fərqləri  şərtləndirən cəhətsə 
millətlərin passionarlıq dərəcəsidir. Hərçənd 


 
147
intellektual mozaikanı  qəliz tədqiqata çevirmək 
fikrindən tamam uzağam. Çünki mozaika hər şeydən öncə 
şuxluğu, əlvanlığı, ekspressivliyi və daxili dinamizmi 
hesabına diqqəti özünə  çəkir. Odur ki, mürəkkəb elmi 
süsləmələri qoyuram bir kənara və keçirəm mozaikanın 
ilk fiquruna.   
                     
KÜNDӘ 
(varlığın simvolik obrazı) 
 
      Azərbaycan mətbəxinin yumru, koppuş, sığallı, 
hərdən ağbəniz, hərdən  əsmər “gözəl”inə el içində 
“KÜNDƏ” deyiblər. Bilirəm, bəziləri rişxəndlə  qımışıb 
söyləyəcək ki, hə, nə olsun? Razılaşıram, həqiqətən, 
bu poetik cümləni yazmamaq da mümkün idi. Səbəbi, 
məncə, gün kimi aydın: informasiya minimaldır; bu, 
bir.  İkincisi: azəri türklərinə kündənin nə olduğunu 
anlatmağa çalışmaq, onu “əzizləyib” vəsf etməyə 
çalışmaq,  əsla ki, cəfəng bir iş, teyxa absurd. Yəni 
heç o yan bu yanı yoxdur, kündə elə kündədir, 
vəssalam. 
     Lakin və bir də lakin... 
     KÜNDƏ VARLIĞIN SİMVOLİK OBRAZIDIR, BAŞLAĞICIN 
BİLDİRİCİSİDİR. TANRININ TORPAĞINA, PALÇIĞINA, GİLİNƏ 
EYHAMDIR, TÖRƏDİCİ  VƏHDƏTİN  İŞARƏSİDİR, KOSMOQONİK 
YARANIŞ AKTININ YUMŞAQ, ELASTİK MATERİALININ 
ÖZÜNƏMƏXSUS MODELİDİR, XAOSUN GİZLİ ENERJİSİNİN RƏMZİ 
DAŞIYICISIDIR. 
     Mən məqalənin ideyasını  əvvəldə açıqladım: ancaq 
maraqlısı heç də bu deyil, mənim fikirlərimin sıra 
məntiqinin aşkarladığı qəfil məna bağlantılarıdır. 
     Öncəsi bu ki, KÜNDƏ mətbəx çərçivəsində hər hansı 
bir bişintinin dadını, qoxusunu, rəngini özündə  məxfi 
şəkildə ehtiva eləmiş, konkret öynə qədərincə olan və 
xüsusi nişanə ilə  fərqləndirilməyən neytral xəmir 
kütləsidir. Ona OD  dəyməyincə mahiyyəti, cövhəri, 
batini və zahiri aşkarlanmaz, ləzzəti bəyana gəlməz. 
KÜNDƏ  və  OD arasında  əlaqələndirici vasitə, “körpü” 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə