169
çurçunabaz və digərlərilə eyni bir sosial
platformada qərarlaşmışdılar.
İslam mədəniyyəti
çərçivəsində hər bir kef məclisinin, şeir məclisinin
bəzəyi mütrib idi, onun ifa etdiyi rəqs, musiqi idi.
Ola da bilsin ki, m ü t r i b Orta əsrlərin məclis
estetikasında q a d ı n ı əvəzləyirdi. Çünki islamın
əxlaq kodeksi kimisə
əyləndirməyi kişiyə
yaraşdırmırdı. Qadınlarsa aşırı yasaqlar üzündən
kişilərin məclisində iştirak edə bilməzdilər. Odur ki,
mədəniyyətdə bu boş hücrəni mütriblər tutmuşdular:
kişi kimi kişi deyildilər, qadın kimi qadın;
əyləndirməyi peşə etmişdilər özlərinə. Müsəlman
Şərqinin musiqi sənəti də mütriblərin ixtiyarına
verilmişdi. Uzun qərinələr boyu muğamı zil səslə məhz
tenor mütriblər oxuyublar. Şərq məmləkətlərində
istedadlı oğlan uşaqlarını (kimsəsizləri, əsirləri və
ya düşmən övladlarını) axtalayırdılar ki, səsləri
nazik olsun, zil olsun və qadın səsini xatırlatsın.
Deməli, belə çıxır ki, muğam sənəti birbaşa
mütriblərin fəaliyyəti, səs özünəməxsusluğu və estetik
təfəkkürü, zövqü, psixoloji problemləri, sosial
ağrıları inasni qayğıları ilə əlaqədar gəlişib,
formalaşıb. Azərbaycan muğamlarının şikəstə ruhu,
şikəstə qutu, bax, elə buradan gəlir, əlbəttə ki,
mənim bildiyimcə. “Yanıqlı səs”, heç şübhəsiz,
mütriblərdən qalma bir nişanədir. Onlar muğamı yarada-
yarada, oxuya-oxuya öz şəxsi dərdlərini, öz şəxsi
faciələrini danışıblat, şikəstə ruhun, şikəstə bədənin
naləsini gerçəkləşdiriblər.
İslam mədəniyyətində
faciəvilik, şəhidlik psixolojisinin, şikəstə taleyin,
şikəstə ruhun, şikəstə bədənin yaşantısıdır muğaM.:
şikəst mütrib bədəninin ruhu muğam vasitəsilə arınıb,
durulaşıb və mənəvi kompleksin yükündən qismən azad
olub. Füzulinin “Leyli və Məcnun”u da şikəstə bədənin
ağısıdır, naləsidir, bir sevgi şəhidliyinin
təziyəsidir. Məncə yeridir, çözülən problemlə bağlı
bir paralel aparsam. İran tədqiqatçısı Əbülğasim
Cənnəti Ətai ənənəvi fars teatrının köklərini, şəbih
170
tamaşalarının sosial-psixoloji şəcərəsini
araşdırarkən belə bir tarixi fakta toxunmağı da yaddan
çıxarmırdı. Bu faktla ilişikli onun belə bir gümanı
vardı ki, İranda oynanılan şəbih tamaşaları öz
başlanğıcını Çaber adlı kişiliyini itirmiş birisinin
imam Hüseyn təziyəsində küçənin ortasında fəryad
qoparması, oxşayıb ağlaması və
y a n ı q l ı s
ə s l ə
mərsiyə oxumasından götürür.
8
Qəribəsi budur ki,
dərvişlərin səma rəqsləri də mütrib rəqslərinin
qonşuluğundadır, daha doğrusu, kollektiv dərviş
zikrləri mütriblərin rəqslərinə bənzəyir. Dərviş
oxumaları da şiəlikdə faciəvilik, şəhidlik, şikəstəlik
psixolojisinə köklənir. Beləliklə, dairə qapanır.
Mədəniyyət “dərviş” və “mütrib” kimi qütbləri sürətlə
bir-birinə yaxınlaşdırır. İş bu ki, Şərqdə muğam
sənətinin gəlişməsi bir çox hallarda məhz onların, -
dərvişlərin və mütriblərin, - fəaliyyətindən asılı
olub. Özü də muğam Şərqin şiə məmləkətlərinin
fenomenidir, əsasən, Azərbaycana və İrana mənsub
möcüzəli bir təzahürdür. Muğam təziyələr kontekstində
formalaşmış musiqi sənətidir, şəhidliyin, şikəstə
ruhun naləsinin səs obrazlarında ifadəsidir. XVII
əsrin musiqi nəzəriyyəçisi Dərviş Əlinin muğamla
ilişkili söylədikləri cərgəsində mənim diqqətimi bir
fikir cəlb elədi. O, yazır ki, Rast muğamı “Adəmin
dövründən bizə gəlib çatmış və hər şeydən əlini üzmüş
ən birinci insanın cənnət haqqında naləsini təşkil
edir”.
9
Yenə həmin dalğa, həmin koordinat. Cənnətdən
qovulmaq nədir? Cəzadır. Cəza nədir? Kastrasiyadır,
axtalamadır, məhrumiyyətdir. Muğamsa cəzadan sonrakı
nalədir, ahu-fəğandır. Beləliklə, mövzu möcüzəli bir
şəkildə qapanır və
cəza motivində fokuslaşıb
nöqtələnir. Bu fikrin Dərviş Əlidən gəlməsi də
təsadüfi deyil. Çünki dərvişliyin özü hər bir
təzahüründa latent axtalanmadır və sevgi
metamorfozasıdır.
Müsəlman mədəniyyətinin musiqi və teatr genotipi,
bu genotipin səciyyəsi dərvişlə mütribin yaradıcılıq
171
parametrlərilə müəyyənləşdirilir.
İnsan
öyrəşdiyini, vərdiş elədiyini xoşlayır. Qulaq daim
eşitdiyini dinləməyə aludə olur. Onda gözlənilməz heç
nə yoxdur ki, Azərbaycan milli mədəniyyətində üstün
mövqe tenor səslərə məxsusdur və kişilərin nazik, zil
səsi el içində daha yüksək dəyərləndirilib bəyənilir.
GENOTİPİN
səciyyəsindən, xarakterik
əlamətlərindən boylanır millətin musiqisi də, teatrı
da. “Genos” mənbə, mənşə “tipos” isə forma, görk
anlamlarına uyğun gəlir qədim yunan dilindən
tərcümədə. Genotip bədənin şəcərə konstitusiyasıdır,
orqanizmin əcdadlardan aldığı mövcudluq kodudur. Bu,
hər bir insanın bədən quruluşunun, xarakterinin,
davranış üslubunun, mikrosxemidir, mikroproqramıdır.
“Millət və genotip” məsələsini gündəmə gətirdikdə isə
demək olar ki, genotip millətin olum “tumurcuğu”dur.
Millətdə nə varsa, hamısı bu “tumurcuq”dan cücərir.
Mən bu məqalədə “GENOTİP” sözünə müraciət
etməklə vurğulamağa çalışıram ki, mədəniyyətin
genotipi necə olubsa, necədirsə, mədəniyyətin çağdaş
mənzərəsi də tam ona uyğundur. Vaxtilə məhz sosial-
dini qadağalar, mənəvi-əxlaqi yasaqlar, şəriətə bağlı
təpkilər Azərbaycan milli musiqisinin, musiqili
teatrının, teatr mədəniyyətinin genotipini, bu
genotipin strukturunu müəyyənləşdirib. Onun
formalaşmasında şiəliyin də məxsusi payı var. Mən
təsəvvüfə az-çox bələd olan adam kimi güman edirəm ki,
dərvişlik haradasa şiəliyin sünni variantıdır, belə
deyək də, sünniliyin içində yaşayan şiəlikdir. Necə
gəlib çıxmışam mən bu fikrə? Sufi qardaşlıqlarının
böyük əksəriyyəti sünni məzhəbində olsalar da,
silsilələrini həmişə şiələrin birinci imamı Həzrət
Əliyə bağlayırlar. Elə buradaca estetik problem özünün
yeni təhlil müstəvisinə adlayır. Busa artıq islam
mədəniyyəti üçün qlobal məsələdir: araşdırılmasına
ehtiyac duyulur. Hələliksə mənim çoxsaylı ideyalar
üzərində düzənlənmiş məqaləm oldu tamam. Bu ideyaların
tədqiqat perspektivi, inanıram ki, son dərəcə böyük.
Dostları ilə paylaş: |