Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə64/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   60   61   62   63   64   65   66   67   ...   123

 
193
məhəllə qarşısında hesabat verirmiş kimi yaşayır. 
Elə buna görədir ki, müsəlman hər hansı bir şəhərdə 
(ölkədə, bölgədə) öz şəhərində olduğundan daha sərbəst 
davranır. Məhəllə  şəhər içrə sanki müsəlmanı izləyən 
müşahidə zonasıdır. Məhəllə  hər bir sakin haqqında 
qeyri-rəsmi məlumatlar bankıdır. Bu məlumatlar 
hekayətləri, gümanları,  əfsirləri də  nəzərə alır. 
Müsəlman barəsindəki xəbərlər mütəmadi  şəkildə onun 
məhəlləsinə axışır. Hər hansı bir xəbər məhəllədə 
təsdiqini tapdımı,  şəhərdə “ayaq tutub yeriyir”. 
Müsəlmanın imicini məhəllə formalaşdırır. Onun ictimai 
münasibətlərinin tənzimləyicisi və 
təminatçısı 
məhəllədir. Məhəllə müsəlman üçün icmadır, milli 
məclisdir, onun real azadlığını, hüquq və 
vəzifələrini, 
əxlaq kodeksini müəyyənləşdirən 
özünəməxsus konstitusiyadır. 
 
            
BAKIDA MӘHӘLLӘ PRİNSİPİ  
 
     Ortaçağ müsəlman  şəhəri məhəllənin nə olduğunu 
bilmir. Ona görə ki, Orta əsrlərdə müsəlman şəhərinin 
özü elə böyük bir məhəllədir. Və yaxud mümkündür deyim 
ki, Ortaçağ islam mədəniyyəti kontekstində  şəhər bir 
mərkəzi nöqtə  ətrafında hərlənərək dəfələrlə spiral 
kimi  əyilib burulan vahid, homogen yoldan (küçədən) 
ibarətdir. Biri elə bizim Bakı, yəni İçəri şəhər, yəni 
ki, içərisi  şəhər olan yer... Bir zamanlar Bakı elə 
Qala divarlarının cızdığı hüdudlar qədərdi. Özgəsi 
İçəri  şəhərdə  həməncə çaşıb qalır yolun ortasında, 
sanki labirintə düşür, hara gedir, məkanın eyniliyilə 
üzləşir və  təbii ki, bundan xoflanır, sarsılır, 
sıxıntı keçirir. Ona elə  gəlir ki, bu şəhər üstüaçıq 
quyu kimi və ya iri qəbir qismində bir şeydir. Səmt, 
istiqamət yoxdur, sağ, sol, ön, arxa fərq nişanələri 
bilinməyən  daş divarlardır, divarlar arasında isə 
balaca qənbər cığırlar... Hayana getsən, yenə  əvvəlki 
yerə dönəcəksən: hərəkət mənasızdır. Fəaliyyət 
cəhdlərinin hamısı ya daxili nurlanmaya, ya da sakral 


 
194
kontakta yönəlib. Ayrı bütün cəhdlər absurddur. 
Bunun izahı islam mədəniyyətinin fundamental 
ideyalarındadır. Müsəlman  şəhərinin  ÜZÜ  səmayadır. 
Onun evinin pəncərələri evin gümbəzindən birbaşa 
səmaya baxır: daha doğrusu, panoram hər yerdə səmadır, 
Allah dərgahıdır.  Şəriət hətta üzüqoylu yatmağı da 
müsəlmana günah sayır: yuxuda belə Allahına arxa 
çevirmək  şəriət qanunlarına görə yasaqdır. Müsəlman 
məkanın təşkilində  həmişə bu prinsipi rəhbər tutur. 
Odur ki, Ortaçağ müsəlman memarlığında tikilinin 
görkəmi heç vədə böyük önəm kəsb eləmir.  İslam 
şəhərlərində evin, əksərən, pəncərəsiz arxa divarı bir 
qayda olaraq küçəyə düşür.  İçəri  şəhərdə binalar elə 
bil ki,bir-birinə arxa çevirib dayanıb. Burada 
tikililər bir-birinə yüzdə yüz oxşayır və  şəhərin 
görkəmində dekorativ heç nə olmur. Ol səbəbdən küçələr 
bir-birinin 
əkizinə çevrilir. Əslində müsəlman 
şəhərində küçə heç küçə deyil, iki ən yaxın nöqtəni 
birləşdirən mini dəhlizdir. Bu küçə-dəhliz labirint 
kəsimidir: oradan üfüq görünmür, oradan çıxış yoxdur, 
hər yan teyxa daşdır, divardır, dalandır; oradan 
yalnız səmanı seyr etmək mümkündür. Müsəlman şəhərində 
küçə-dəhliz elə bil ev fraqmentidir, olsun ki, bəlkə 
də qəbir variantıdır. MÜSƏLMAN ŞƏHƏRİ MÜSƏLMANIN QƏBRİ 
TİMSALINDADIR. Bunun da dini-fəlsəfi bir əsası var. 
Dünya çapında tanınan islamşünas Seyid Hüseyn Nəsr 
yazır ki, “müsəlman  şəhəri torpağın üstündə yavaş-
yavaş, ustufca meydana gəlib ucalır, ona gərəkli təbii 
resursları maksimal dərəcədə  mənimsəyir, sakinlər 
tərəfindən tərk edildikdən sonra isə asta-asta uçub-
dağılıb yenidən torpağa qarışır”.
1
  Müsəlmanın  şəhəri 
başqa cür də ola bilməz. Çünki onun şəhəri onun həyat 
fəlsəfəsinin təcəssümüdür. Muhamməd peyğəmbər buyurur 
ki, müsəlmanın qəbrinin də yerlə yeksan olması gərək. 
Yəni heç nəyə bağlanma... Heç nə səninki deyil... Heç 
nə  əbədi qalmır... Fanilik ideyasının aşkar, gözönü 
təzahürü müsəlman  şəhəridir.  Əbədi olan Allahdır, bir 
də onun evi Kəbə... Əgər insan bu dünyaya qonaqdırsa, 


 
195
deməli,  şəhər (hər hansı bir digər bölgə) onun 
müvəqqəti dayanacaq yeridir, karvansarasıdır və bu 
karvansarada dünyanın yalnız bir mənzərəsi var: 
SƏMA... Karvansarada isə məhəllə olmur, nədən ki, hamı 
kompakt yaşayır, özünəməxsus kommunada yaşayır, 
təsadüfən təşkilatlanmış icmada yaşayır... 
     Məhəllə sistemi müsəlman 
şəhərlərində XIX 
yüzildən virtual xassələrə malik bir simulyakr (o, 
icmanın əvəzidir, şəhərin mikroçipi, mikroyaddaşı kimi 
bir  şeydir) qismində formalaşmağa başlayır. Məhəllə 
özündə icmanı, şəhəri imitasiya eləyir. Təbii ki, XIX 
əsrdə bu müsəlman  şəhərlərinin orta çağlardan ayrılıb 
yeni zamanlarda böyüməsi, genişlənməsi, və belə deyək 
də, daha çox avropalaşması ilə ilişikli bir proses 
idi. 
     Ola bilsin ki, dünyanın heç bir ölkəsində məhəllə 
duyğusu Azərbaycanda, xüsusilə Bakıda, Abşeironda 
olduğu kimi güclü təzahür etməyib. Məhəllə XIX yüzildə 
İçəri şəhərin çölündə tikilməyə başlayan Bayır şəhərin 
fenomenidir. Bakıda hər bir məhəllə  həmişə potensial 
İçəri şəhər olub və özünü icma mərkəzinin simulyakrına 
çevirib. Bu, düz, lap düppədüz. Hərçənd Bakıda məhəllə 
özgürlüyünə  təsir edən faktorlardan biri də odur ki, 
bura Qafqazdır.  Məhəllə  İslam və Qafqaz ənənələrinin 
sintezindən formalaşmış möcüzəli ruhsal əlaqələr 
sistemidir. Qafqaz dünyanın dağlar zonasıdır. Hər 
məhəllə isə özündə mütləq şəkildə müsəlman icması ilə 
birgə Qafqazı yaşadır, qafqazlı yaddaşını yaşadır, 
qafqazlı 
vərdişlərini, qafqazlı simvollarını, 
qafqazlıların mərdlik nişanələrini yaşadır... Bakıda 
məhəllənin qeyri-formal sahibləri həmişə kişilər
xüsusilə  də “qədeş”lər (Bakı dialektində “qardaş” 
sözünün deyilişi) olublar. Qədeşləri qoçuların sovet 
gerçəkliyinə inteqrasiya variantı da saymaq mümkündür. 
Onlar özlərində müsəlman qoçusunun, qafqazlı 
cəngavərinin əlamətlərini birləşdirib məhəllənin əxlaq 
kodeksinin nəzarətçisi kimi çıxış edirdilər. Təbii ki, 
bu məqamın təkcə pozitiv bir şey kimi qələmə verilməsi 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə