187
harada ki yasaq var, yoxlama var, nəzarət var,
orada karnaval yaşamır. Karnaval stixiyadır. Onu idarə
etməyə çalışanda, nəzarətə götürəndə karnaval dönüb
parad olur, nümayiş olur, yasaqlarla çərçivələnmiş
yürüş olur. Karnaval familyar ünsiyyətdir. İslam
aləmində isə bazar münasibətlərinin normativləri
məsciddə “təsdiqlənir”. Həqiqətən, müsəlman şəhərində
məscid kimi, karvansara kimi bazar da aktiv ünsiyyət
bölgəsidir və bu ünsiyyətin “qəlib”ini şəriət
imzalayır.
Lakin... və bir də lakin... Bazar nə qədər şəriət
qanunları ilə
tənzimlənsə
də, yenə meydan
ənənələrindən, meydana xas hüzur karnavallığından əl
çəkmir. Əslində isə, tam əksinədir: BÜTÜN DÜNYA
MEYDANLARI BAZARDAN YARANIB. Nədən ki, meydanı meydan
eləyən bazar olur. Meydan permanent şəkildə bazardır.
Çünki bazar onun zühur müstəvisidir. Bazar olmasa,
meydan olmaz. Açıq məkanı meydana çevirən bazardır.
Bazar meydandan götürüldükdən sonra da meydan bazarı
yaddaşında saxlayır. Bazar xalqındır, məscid
mominlərin: biri kütlənindir, o biri elitanın. Şərqdə
xalq dünyaya bazar və məbədgahdan baxır. Bu baxım
bucağında gerçəkləşən sintez şərqlini karnaval içində
əriyib itməyə qoymur. Ona görə da Şərq aləmində
karnaval nonsensdir. Hərçənd bu fakt bazar meydanı
üçün xas dəyərlərin (dünyəvi, intellektual, ruhsal,
mənəvi-əxlaqi) təftişi məsələsini aradan götürmür.
Bazar nırx (qiymət) meydanıdır. Burada Sözün, Fikrin,
Əməlin və Adamın əsl həyat gücü və yaşamaq hüququ
sınağa çəkilir. Ancaq müsəlman harada olursa olsun, nə
iş görürsə görsün, istər ibadətdə bulunsun, istərsə də
ticarətdə, bir an da unutmur ki, Allah onunladır.
Başımızın üstündə Allah, bizə şah damarımızdan yaxın
olan Allah, bizim içimizdə Allah.... Əgər Allahdan
gizlənməyə yer yoxsa, onda karnaval alınmır.
Ortaçağ Avropa mədəniyyəti meydanda kilsəni
karnavallaşdırırdı; Covanni Bokaçço ilə İeronim Bosx
isə bu karnavalın qütblərini, gerçəkləşmə
188
amplitudasını müəyyənləşdirdi. Təbii ki, müsəlman
dünyası öz bazar meydanında məscidi (məbədi)
karnavallaşdırmağı bacarmadı, Allahı avropalılardan
özünə daha yaxın duydu, daha yaxın bildi. Belə ki,
islam aləmində hər yer Allah evidir, hamı Allah
qonağıdır. Ona görə bazardan Allah kəlamı heç vədə
əskik olmaz. Məscid əbədiyyətin, bazar dünyəviliyin
simvoludur: karvansara isə bu yolun yolçularının
müvəqqəti dayanacaq məkanını eyhamlaşdırır. Məscid,
bazar, karvansara müsəlmanın həyat tərzinin
xəritəsidir. Müsəlman yaşamının və mədəniyyətinin
ritmi, ahəngi, qayəsi və qiyafəsi MƏSCİD, BAZAR və
KARVANSARA ilə müəyyənləşir.
Əgər Allah hər
yerdədirsə, mövcudiyyətin, varolmanın müəllifi Odursa,
onda nə fərqi var ki, bura Məsciddir, Karvansaradır,
yoxsa Bazar?!
Ədəbiyyat və izahlar:
1
Muslim Saints and Mystiks / Episodes from the “Tazkirat
al-Auliya” (“Memorial of the Saints”) by Farid ad-din
Attar: translated by A.J.Arberry. - Chikaqo, 1966. -
p.64
2
Ardalan N., Baxkhtiar L. Sense of unit: the sufi
tradition in Persian architecture. - Chikaqo & London,
the University of Chikaqo Press, 1976. - s.73
3
Nəsimi İ.Seçilmiş əsərləri. - B.: Maarif, 1985. - s.42.
4
Yenə orada.
5
Yenə orada, s.23.
6
Bu barədə bax: Salqanik M. Qarmoniya islama: zametki na
polyax odnoy kniqi // İL, № 5-6, 1992. - s. 304.
7
Yenə orada.
8
Grabar O. The formation of İslamic art. - London: Yale
University press, 1973. - s.108-109.
9
Bammat N. Konsepsiya prostranstva v musulmanskom mire
// Kulturı: YUNESKO. - № 1. - 1983. - s. 45.
10
Bax: Baxtin M.M. Tvorçestvo Fransua Rable i narodnaya
kultura Srednevekovya i Renessansa. - M.: Nauka, 1965.
- 527 s.
189
11
Qurani-Kərim / Tərcümə Nəriman Qasımoğlunundur.
1993-cü il
MÜSƏLMAN VƏ MƏHƏLLƏ
(ruhun labirinti)
Dünyada müsəlmana məhəllə qədər əziz olan ikinci
bir yer tapmaq çətindir, əlbəttə ki, şəriətin nişan
verdiyi qutsal məkan bölgələrindən savayı. Çünki
məhəllə müsəlmanın ictimai evi kimi bir şeydir,
müsəlmanın kommunal küçəsidir. Məhəlləni müsəlman öz
doğma evinin davamı bilir. Bura insanların,
vərdişlərin, ənənələrin təmas nöqtəsidir. Məhəllə
hamının evinin EVİDİR, BİZİM EVLƏRİMİZİN EVİDİR.
Hamının qapısı məhz bu tavansız ÜMUMİ EVƏ açılır.
Məhəllə mənim tanışlarımın, qonşularımın toplaşdığı və
mütəmadi ünsiyyətdə olduğu məkandır. Doğru. Lakin...
və bir də lakin... Məhəllə müsəlman mədəniyyətinin
unikal anlayışıdır. Əslində, “məhəllə nədir” sualına
cavab yoxdur. Çünki “məhəllə”yə dəqiq, konkret elmi
definisiya, təyin vermək olmur. Hərçənd müsəlman
şəhərində azan səsi harayacan gedib çatırsa, bax,
məhəllə həmin hüdudlaracandır. Bu təyinin də aydınlığı
nisbidir. Səslə məkanı ölçmək nə demək? Bu sözü başqa
dillərə çevirməyin də müşkülü var. “Məhəllə” ərəbcədən
ruscaya “yer”, “məkan mövqeyi”, “yaşayış yeri” kimi
tərcümə edilir. İngilislər məhəlləni “blok” kimi başa
düşürlər. Bura nə rayondur, nə küçədir, nə dalandır,
nə nə də məskunlaşma ərazisi. “Yaşayış yeri” anlamı da
amorf bir bildirici: semantik çənbərinə ölkə də, küçə
də, ev də daxil olmağa şanslı. Rayonun, küçənin,
dalanın, həyətin, mənzilin konkret məkani hüdudları
bəlli: yəni buradan ora qədər. Di gəl ki, məhəllə
harada başlayır, harada qurtarır, məlum eləməz: hər
şey təqribi, tin hesabı götürülər. Ona görə mən elə
Dostları ilə paylaş: |