Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə65/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   61   62   63   64   65   66   67   68   ...   123

 
196
heç də düzgün olmaz. Çünki qədeşlər məhəllədə 
neqativ enerjinin daşıyıcılarına da çevrilə 
bilirdilər.  
      İçəri  şəhərin dışında Bayır  şəhər inşa olunmağa 
başladığı çağdan Bakı “Yuxarı  məhəllə”, “Aşağı 
məhəllə”, “Cühudlar məhəlləsi” (Bakıda yəhudilərə 
həmişə “cühud” deyiblər), “Dağlı məhəlləsi” kimi nüfuz 
bölgələrinə  və palanlara ayrılmışdı. Abşeironun 
kəndlərində də bu prinsip gözlənilirdi. Maştağada əsas 
etibarı ilə “Seyidlər məhəlləsi”, “Keçəllər 
məhəlləsi”, “Xonxarlar (“xonxar” farsca “qantökən” 
deməkdir) məhəlləsi” kimi “folklorlaşmış” yaşayış 
bölgələri məşhurlaşmışdı. Onlardan hər birinin adı 
oranın sakinlərinin xarakteri, xasiyyəti, milli 
mənsubiyyəti haqqında məlumat verirdi və  həmin 
məhəllənin 
əfsanəsini, nağılını eyhamlaşdırırdı. 
Məhəllələrdən başqa Bakı bir də öz palanlarına görə 
tanınırdı. Palan küçə deyil, müəyyən peşə sahiblərinin 
toplaşdığı  məkandır. “Zərgərpalan”da  ancaq zərgər 
dükanları yerləşirdi. Nökər, hambal tutmaq üçünsə 
camaat “Həmşəri palan”ına gedirdi. Burada əsasən 
İrandan gəlib öz fiziki qüvvəsini ucuz qiymətə satan 
adamlar məskunlaşırdı. Məsələnin məğzi isə ondan 
ibarət ki, şərqli, müsəlman, qafqazlı yaşadığı  məkanı 
“mən”ləşdirməyi,  şəxsləndirməyi, onu canlı  həmsöhbətə 
çevirməyi xoşlayır və öz fəaliyyətində buna çalışır. 
    Bakı məhəllələrinin formalaşması da etnos və etnik 
qrupların mövcudluq cədvəlində böyük önəm kəsb edən 
passionarlıqla ilişiklidir. Bayır 
şəhərin 
məhəllələrini təşkil edənlər bir vaxt İçəri  şəhərdən 
qovulmuş, ya özxoşlarına oranı  tərk etmiş (müxtəlif 
məişət səbəbləri üzündən), ya da rusların ekspansiyası 
dövründə evləri müsadirə olunmuş insanlar idilər. 
Onların arasında elə ailələr də vardı ki, Azərbaycanın 
ayrı-ayrı bölgələrindən Bakıya təşrif buyurub İçəri 
şəhərdə  məskunlaşmaq istəyirdilər. Təbii ki, onlar 
buna nail olmayanda İçəri şəhər ətrafında yurd salmaq 
məcburiyyətində qalırdılar. Odur ki, məhəllə  və ya 


 
197
palanın təşəkkülünün 
əsas elementlərini 
passionarlıq moduslarında axtarmaq gərəkir. Bu 
subpassionarlıq məhəllə  çərçivəsində özünəməxsus bir 
İçəri  şəhər təşkil edirdi, onun imitasiyasına 
çalışırdı. Məhəllə İçəri şəhərin yaşam tərzinin, İçəri 
şəhərli davranışının, onun rəftar etiketinin 
mutasiyasından yaranan bir sistem idi. Elə ona gərə də 
məhəllə (bu özünəməxsus subpassionarlıq) haradasa 
yüzilə yaxın bir zaman müddətində yaşayıb XX əsrin 
sonundan etibarən dağılmağa başladı: öz subkültürünü 
yaratdı  və dağıldı.  İndi artıq məhəllə yoxdur, 
 
məhəllə  qədeşləri də. Çünki Bakıya olan güclü axın 
məhəllə subpassionarlığını pozdu, məkanı özünə tabe 
elədi və toposferi dəyişmək işinə girişdi, qədeşlərisə 
sınıq saxsı oyuncaqlar kimi kənara tulladı. 
Azərbaycanda gerçəkləşən iqtisadi siyasətin bir 
hissəsi kimi modern şəhərsalma da bu prosesi 
sürətləndirdi, məhəllələrin sökülməsinə imza atdı. 
Əvəzində yaşayış massivləri yarandı: Əhmədli, Günəşli, 
Yasamal və sairə... Yəni meqapolis və onun modern 
“kəndləri”... Meqapolislərdə isə heç kim bir-birini 
tanımır, tanımaq belə istəmir: hamını  şəhərə yalnız 
onun işi bağlayır. Modern meqapolis əhalisi kuklalar 
olan ölü şəhərdir, kompüter şəhəridir, virtual 
şəhərdir. Belə  şəraitdə  şəhər modernləşə-modernləşə 
iri bir proyektlər idarəsinə çevrilir. Nəticədə,  
meqapolis içrə yalnız işinə görə yaşayan özgələr 
ordusu meydana gəlir: insanlar ünsiyyətsizlik zolağına 
düşürlər və beləliklə, intiharlara qapı açılır... 
 
Ədəbiyyat: 
 

Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy 
 kniqi// İL, № 5-6, 1992. - s. 305.   
  
    
 
 


 
198
                            1993-2008-ci illər 
 
 
 
MÜSƏLMAN VƏ MƏCLİS 
(filosofsayağı  söyləmələr) 
                                
                     “Həyatda insanların ünsiyyyətindən  
                              gözəl zinət yoxdur”. 
                                  A.Ekzüperi 
 
     DÜNYA  FORMA  KİMİ.  İnsan dünyanı formalar dünyası 
kimi tanıyır, formalar toplusu kimi qavrayır, onu 
formaların kompozisiyası bilir. Forma təkcə  məkanla 
bağlı  təzahür deyil, zamanla üzləşən bir nəsnədir, 
zamana təpkidir, məkanın zamana göndərdiyi bir yarış 
ismarıcıdır. Zaman çürümür, cəng atmır, əbədi yerişinə 
haram qatmır, nə  tələsir,  nə yavaşıyır, nə dayanır. 
İnsan zamanı formalara yığıb görür. Zaman yoxdur və 
əbədidir. Onu insan əbədiyyətdən çəkiclə vurub 
heykəltaraş kimi qəlpə-qəlpə qoparır.  Əbədiyyət 
preslənmiş vaxt aysberqidir. Zaman bu aysberqin 
çabalayan elektronlardan ibarət aktiv bir hissəsidir. 
Daha doğrusu, zaman o şeydir ki, məkanda silueti 
cızılmış formalarda zühura gəlir. “Zühur” bütün 
vəziyyətlərdə formanın tamaşasıdır. “Mən” həmişə 
zühurdur və Allaha hüzur gətirir. “Mən” varsa, görkəm 
var, qiyafə var. Qiyafə isə gerçək formadır. Forma 
özünü məkan içrə enerjinin forması, cövhərin forması 
kimi tanıtdırır. Bir cövhərin (ilahi substansiyanın və 
ya hahut aləminin) milyon görkəmi, milyon zühuru, 
milyon qiyafəsi ola bilər. Bundan cövhər heç vaxt 
dəyişməz. Çünki cövhər formasızdır. Formasız 
(zühursuz) olan nəsnə isə  məxfidir; nişansızdır, amma 
əlamətlərini görükdürə bilir. Forma teatral-dekorativ 
faktordur, cövhərin simvol şəklində üçölçülü məkana 
proyeksiyasıdır. Zühur həmişə hadisədir, olqudur, 
cövhərin (ruhun, enerjinin, tanrının) dünyaya hüzur 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə