205
ayaq üstə keçirilirsə, onun öz-özünə dağılması
təhlükəsi daha çox olur. Mitinqlər buna əyani sübut.
Şərqli mitinqin nə olduğunu əsrlər boyu bilməyib.
Mitinq Qərb mədəniyyətinin küçələrə atdığı bir ideya,
bir sosial ünsiyyət, sosial mübarizə forması. Bura
toplaşanlar adətən ayaq üstə dayanırlar. Mitinqdə
ünsiyyət prosesi ötəridir, nizamsızdır, xaotikdir.
Miitnq qırıq-qırıq monoloqların kompozisiyasıdır.
Məclis isə sahmanlı söhbətdir, “mən” və “sən”
dialoquna köklənmiş bəstə-improvizədir, bu söhbətin
şərti sərhədləridir.
Müsəlmanın gündəlik ailə həyatı məclissiz ötüşür.
Düzdür, doğmaların hər gün eyni vaxtda eyni bir
məkanda nahar etməsinə də mərasim (məclis) rudimenti
kimi yanaşmaq mümkündür. Olsun, amma iş bu ki,
birincisi: mütəmadi yeksənəq təkrarlar məclisi
“öldürür”, onun təşkililə bağlı ideya və mənaları
tükədir, bayağılaşdırır; ikincisi: məclis “mən”in
daha geniş ünsiyyət çevrəminə düşmək istəyinə bir
işarədir. Nədən ki, hər hansı bir leqal və qeyri-leqal
informasiyanı cəmiyyətdə “gəzdirmək” üçün ən yaxşı
vasitələrdən biri məclisdir. Onun köməyilə informasiya
həməncə ictimai şəbəkəyə çıxarılır və tezliklə ağız
ədəbiyyatı üçün potensial materiala çevrilir. Məclis
həmişə gündəlik məişətin fövqündədir: məişətin
tamamlandığı nöqtədən məclis başlayır. Hətta urvatsız
kef məclisləri belə məişətlə əlaqəni kəsir. Məclis
gündəlik məişət içrə mini-bayram zonası yaratmaq,
mərasim dünyasına qatılmaq cəhdidir və bütün
vəziyyətlərdə teatral təmtəraq deməkdir. Lakin bu onu
bildirmir ki, məclis məişətin qarşıdurumudur,
oppozisiyasıdır. Əsla. Məclis məişət üzərində qurulur,
onun davamı kimi meydana çıxır və maddi sfera ilə ruh
sferasının kəsişdiyi nöqtədə bərqərar olur, ötürücü
olur, transformator funksiyasını yerinə yetirir.
Məclis məişətin zirvə durumudur, bayramıdır,
təntənəsidir və eyni zamanda süqutudur. Məişətin son
divarı kimi bir şeydir məclis. Ondan o yana məişət
206
yoxdur, yalnız ünsiyyət var. Müsəlman mədəniyyəti
kontekstində
məclis seyrçilərdən ötrü deyil,
iştirakçılardan ötrü tamaşadır, “özüm” üçün tamaşadır,
ünsiyyət oyunudur, teatral davranışlar, ədalar,
monoloq və dialoqlar sistemidir. Məclis teatral-bədii
təbiətə malik virtual ünsiyyət sistemidir.
Lakin... və bir də lakin... İslam mədəniyyətində
məclis nadir təzahürlər cərgəsinə düşmür. Belə ki,
müsəlman yaşadığı dünyada, toplumda və öz ailəsində
permanent olaraq məclis qurmağa, məclisdə bulunmağa
bəhanə və imkan axtarır, məclis düzənləmək üçün
minimal şansdan da yararlanır. Müsəlmanın aləmində
cəmiyyət məclislərdən qurulmuş bir mozaikadır. Dövlət
idarəçiliyi şəbəkəsində parlament, şura, divan,
partiya və məhkəmə iclaslarının, dini moizələrin
hamısı müsəlman üçün məclisdir. Məişət səviyyəsində
məclis toydur, yasdır, hər hansı bir münasibətlə kef
dostları və həmsöhbətlər üçün verilən ziyafətdir.
Mədəniyyət qatında isə müsəlman poeziya, musiqi
gecələrini, mürşid və ariflərin toplantılarını,
dindarların Quran və şəriətlə bağlı moizələrini məclis
sayır. Onda belə çıxır ki, müsəlmandan ötrü dünyanın
özü elə sonu bilinməyən məclisdir və müsəlman Allah
məclisinin iştirakçısıdır. Bu xüsusda diqqətinizi bir
fars kəlməsinə yönəltmək istərdim. Fikir verin “bəzmi-
əzəl” sözünə.
“Bəzmi-əzəl” farscadan tərcümədə
“başlanğıc məclisi”, “ilk məclis” mənalarında
anlaşılır. Bu ifadə ilə farslar Allahın dünyanı
yaratdığı məqamı, yəni Allahın dünyanı yaratdığı
məclisi, eyhamlaşdırırlar. Bəzmi-əzəl dünyanın heçdən
var olduğu məclisdir. Deməli, müsəlman mədəniyyətində
dünyanın özü məclis mənşəlidir, məclis ünvanlıdır.
Başqa cür desəm, dünya Allahın məclisidir. Bəzi
xırdalıqlara varaq. Farslar məhz kef məclisini
bildirmək üçün “bəzm” sözünə müraciət edirlər. Onda
“bəzmi-əzəl”in sətri tərcüməsi “birinci kef məclisi”
mənasını aşkarlayır. Bu da öz növbəsində maraqlı
düşüncələr üçün əla müstəvidir. Bəlkə elə “birinci kef
207
məclisi”nə, yəni “bəzmi-əzələ” işarə eləyib Allahın
dünyanı özünə
əyləncə yaratdığını söyləyirlər,
insanları kuklalara, kölgələrə, Tanrını isə kuklaçıya,
xəyalçıya bənzədirlər.
4
Həqiqətən, əgər “bəzmi-əzəl”
ideyası islam mədəniyyətində olmasaydı, bu sayaq
düşüncələr və yozumlar haradan meydana gələ bilərdi?
Müsəlman mədəniyyətində məclis məişət adiliyinin
estetikliyə, ünsiyyətin sənətə keçidi məqamıdır. Dünya
Allahın adi günlərini, əbədiyyətini bəzəyən məclisdir,
oyuncaqdır, Onun əyləncəsidir. Bu məclisin yeganə
seyrçisi də elə tanrının özüdür. Yer üzündə nə qədər
canlı
məxluq varsa, onların hamısı islam
mədəniyyətində məclis əhli kimi təsəvvür olunur. Bu
siyahıya insanlarla birgə heyvanlar, quşlar,
həşəratlar da daxildir, mələk və əcinələr kimi mifik
personajlar da. Məsələ ondan ibarətdir ki, məclisi
müsəlman varlığın bütün qatlarına, bütün sferalarına
transformasiya edə blir. Çünki məclis olduqca uyuşqan,
mütəhərrik və açıq strukturdur. Heç bir məclis
digərinin təkrarı olmur. Onlar bir-birlərinə bənzəyə
bilərlər, amma heç vədə eyniləşməzlər. Bir çaya iki
dəfə girmək mümkün olmadığı kimi bir məclisə də iki
dəfə düşmək mümkünsüz. Məclislər də tamaşalar kimidir:
təkrarlanırlar, di gəl ki, aralarında heç vədə
eyniyyət olmur. Çünki tamaşa da, məclis də həmişə
ünsiyyətlə, ovqatla və vaxtla bağlı. Azərbaycan
dramaturqları çox-çox əvvəllər öz pyeslərini
“məclis”lərə bölərdilər. Bu o deməkdir ki, müsəlman
Şərqində hətta teatr belə məclisin bir təzahür
varianntı kimi qavranılıb. Sonucda yenidən dönək
öncəki suala: məclis nədir? Onun təsəvvürü və təsviri
nəmənə? Əgər məclis ünsiyyətin qəlibidirsə, və bu
ünsiyyətin özünün heç bir forması-filanı yoxdursa,
yəni ünsiyyət ruh kimi, nəfəs kimi gözəgörünməz bir
şeydirsə, onda məclisin plastik görkəmi nə tövrdür?
Ortaçağ müsəlman mədəniyyəti kontekstində MƏCLİS
HAŞİYƏDİR, ÇƏRÇİVƏDİR. Çərçivə isə təbii və süni,
təxəyyül və gerçəklik arasında ötürücüdür. Məclis də
Dostları ilə paylaş: |