Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə71/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   67   68   69   70   71   72   73   74   ...   123

 
214
haradasa canlığı xatırladır. Onu sol tərəfdən 
tumana bərkidirlər, sağ  tərəfdən isə açıq 
qoyurlar. Tənnurənin belə biçimi hərlənmə zamanı 
dərvişlərin aldıqları pozanın quruluşuna, 
eydetikasına xələl gətirməməkdən ötrüdür. Ağ 
rəngli tənnurə 
həm də 
dərvişlərin kəfənə 
büründüyünü bildirir. Fırfıra dərvişlər bellərinə 
əlif-lam formasında dörd barmaq enində bir qurşaq 
da bağlayırlar. Bu, “lə ilahə illəllah” 
(“Allahdan başqa məbud yoxdur”) kəlməsini eyham-
laşdırır. Tənnurənin üstündən dərvişlər qara 
rəngli xirqə (Ortaçağ miniatürlərində xirqənin 
rəngi yaşıl verilir) geyinirlər. Xirqə 
dərvişlərin qəbrinə  işarədir. Onların başlarına 
qoyduqları konusvari tünd qəhvəyi rəngli papaqsa 
“sikkə” adlanır. Mövləvilər onu öz qəbirlərinə 
başdaşı bilirlər. Avropalı üçün silindr, konus 
şəkilli papaq kimi görünən sikkə  əslində  “Ya 
Həzrət Mövlana” 
kəlməsinin kalliqrafik 
quruluşunun inikasıdır. Fırfıra dərvişlərin 
simvolik geyim tərzi hansı  mənaları ifadə edir? 
Sufilikdə  “fəna” (yoxluq, ölüm, heçləşmək) 
təriqətin sonuncu dayanacağı, özünü təkmilləşdir-
məyin, mənəvi kamilliyin zirvəsi hesab olunur. 
Mövlananın bilgisinə görə “fəna” son deyildir, 
başlanğıcdır,  “şəb-e  ərus”dur, toy gecəsidir, 
tanrı ilə  vəsl gecəsidir,  əbədiyyət astanasıdır. 
İnsanı 
vəslə yetirənsə 
eşqdir. Ona görə 
dərvişlərin geyimi cismani ölümü, dünyaya qarşı 
biganəliyi, səma isə  fəna məqamından sonra eşqlə 
cuşa gələn ruhun uçuşunu,  İstəkli ilə  vəslini, 
bəqanı, yəni  əbədiliyi simvollaşdırır. Mövlana 
deyir ki, toy gecəsində biz öz fərq 
nişanələrimizi itirib, “mən”liyimizdən azad olub 
Allah nişanələrini güzgü kimi özümüzdə  əks 
etdirərik, Onun nişanələrini qəbul edərik. Sevgi 
olmasa, “şəb-e  ərus” mümkünsüz. İnsan sevmək və 
sevilmək üçün yaradılıb. Hərçənd Cəlaləddin Rumi 


 
215
anladır ki, bütün eşqlər ilahi eşqə yalnız bir 
körpü... 
       Onda  bəs  dönmək  nəmənə? Mövləvi bilgisinə 
görə dünyada hər  şey fasiləsiz  şəkildə dönməkdə-
dir. Maddəni təşkil edən atomlar daim dönər; Yer 
kürəsi həm öz oxu, həm də Günəş  ətrafında dönüb 
də fırlanar; damarlardakı qan dönməklə hərəkətini 
davam etdirər, insana həyat verər. Belə ki, 
dönmək kainatın yaranış qanunu... Varlıq dönürsə, 
demək, yaşayır... 
       Mövləvi qardaşlığının səma məclisləri 
dəqiq və  səliqə ilə  işlənmiş struktura malikdir. 
Bu struktur səma məclislərində Sözün, Rəqsin və 
Musiqinin harmonik vəhdətini təmin edir.  
       Səma məclisi beş bölümdən (Qərb 
tədqiqatçılarının yazdıqlarına görə isə iki 
hissədən) ibarətdir: 
       Dərvişlər səmazənbaşının (“rəqs ustası”) 
rəhbərliyi ilə  səmavi sədalar otağına daxil 
olurlar.  Şeyx,  səma məclislərində  ən hörmətli 
şəxs, səmazənlərin (rəqqas dərvişlərin) arxasınca 
gəlir. Dərvişəlr bir-birinə başla təzim edib, 
bir-birini başın fırlanğıc hərəkətlərilə 
“salamlayıb” cərgəyə düzülürlər. 
Şeyx, 
səmazənbaşı,  Axçı  Dədə (“aşpaz dədə”, yəni səma 
məclislərində  iştirak etmək üçün dərvişləri 
“bişirən”, hazırlayan, onları müxtəlif sınaq 
mərhələlərindən keçirən  şəxs) ağ sikkə qoy-
duqlarına görə digər dərvişlərdən fərqlənirlər. 
Dərvişlər aram yerişlə qırmızı rəngə boyanmış qoç 
dərisinə yaxınlaşırlar. Bu, Günəşin simvoludur ki, 
ona da farsca “Şəms” deyilir. “Təbriz” sözü də 
Günəşi bildirir. Deməli, səmazənlərin Günəşin 
simvoluna təzimi sufilikdə 
işıq kultu, 
Mövləvilərdə isə  Şəms  əd-Din Təbriziyə qarşı 
ehtiram hissilə bağlıdır. Dərvişlər hərəkətin 
ahəstə ritmini saxlamaq şərtilə öz yerlərinə 
keçib dairə boyunca əyləşirlər. Hafiz, Quranı 
əzbər söyləyən  şəxs,  “Fatihə” surəsini və “Rast” 


 
216
muğamı üstündə dini musiqi formasında 
bəstələnmiş  “Nət-i  Şərif”i (sözləri Ruminindir) 
oxuyur.  Bu, birinci bölümdür:  məqsədi Muhamməd 
Mustafanı, onu xəlq eləmiş Allahı  və digər tanrı 
peyğəmbərlərini mədh etməkdir.  
       “Nət-i  Şərif” tamamlanan kimi “təqsim”, 
yəni neyin improvizəsi başlayır. Dərvişlər bu 
zaman diz üstündə oturub “tənhalar sirdaşı” neyin 
səsini dinləyir və gözlərini qapayıb yerlərində 
yırğalanırlar. Bu, ikinci bölümdür: hər  şeyə can 
verən ilahi nəfəsin təmsilçisidir. Nəfəssiz bütün 
canlılar cansızlığa məhkum. 
       Neyin  naləsi qurtaran andaca dərvişlər 
cəld bir hərəkətlə  əllərini yerə vurub qiyamət 
gününə  və  qıl körpüyə çatdıqlarını bildirirlər. 
Onlar ayağa qalxıb  şeyxin ardınca saat əqrəbinin 
əksi istiqamətində dairə perimetri boyunca 
gəzişirlər.  Üçüncü  bölüm başlanır. 56/4 ritmik 
qəlibi gözlənilmək  şərtilə mövləvi musiqisinin 
“pişrou” və ya “peşrev” adlanan giriş hissəsi 
çalınır. Bu zaman dərvişlər başlarını çevrə 
cızmaq şərtilə yavaşca hərlədə-hərlədə bir-birini 
salamlayırlar. Beləliklə,  Sirr bir dərvişdən 
digərinə ötürülür və 
səma məclisinin 
kompozisiyasında  əyaniləşir. Başın çevrə boyunca 
hərəkət etdirilməsi  əslində “salamlamaq” yox, 
sufisayağı “zikr”dir. “Zikr” anmaq, yada salmaq, 
xatırlamaq deməkdir və təlqin formulu sayılan “lə 
ilahə illəllah”dan ibarətdir. Bu, dil üçün olan 
zikrdir. Dil ağızda dönür və Allahı anır. Sufilik 
islamın ezoterik aspekti olduğu üçün burada ey-
hamla danışmaq, mənanı  işarə xarakteri daşıyan 
bədii obrazla ifadə etmək daha güclüdür. 
Sufilikdə zikr passiv meditasiyanın aktiv 
qarşıdurumudur. Passiv meditasiya fikirdir, aktiv 
meditasiya – zikr. Mövləvilərsə deyir ki, Allahı 
təkcə dildə yox, baş, əllər və ayaqlar vasitəsilə 
də anmaq mümkündür. Dərvişlərin dönməsi elə möv-
ləvi zikrlərinin toplusudur. Zikr zamanı baş 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə