202
enerjisi, psixofizioloji ovqatı, ruhi vəziyyəti
təmin edir. Odur ki, ünsiyyət həmişə fərdin şəxsi
həyatının hadisəsidir və eyni zamanda ictimai-sosial
hadisədir. Toplum ünsiyyət “zəncir”ilə yaşayır,
tarixiləşir. Bu “zəncir”də enerji qırıqlığı əmələ
gələndə cəmiyyət problemlərlə üzləşir və topluma
dağıdıcı qığılcımlar səpələnir. Nədən ki, ünsiyyət
insan həyatının ən əsas leytmotividir, insan ruhunun
ən ali həzzidir. Ünsiyyətin “dad”ını ruh bilir.
Deməli, belə çıxır ki, ünsiyyət məndən, səndən, ondan
(bizim istəmdən) asılı olmayaraq bioenerjilərin,
halələrin, ruhların cazibəsidir, iradə dışındadır.
Həcmi, ölçüsü, çəkisi yoxdur ünsiyyətin. Enerji
vahidləri də bura yaramır. Elə isə ruhla, enerjiylə
eyni bir cərgəni bölüşən ünsiyyət idarə edilə bilərmi?
Maraqlısı budur ki, cavab müsbətdir. Ünsiyyət
nəinki idarə edilir, ünsiyyət yaradılır. Və bunu hətta
Ortaçağ müsəlman mədəniyyətində yaxşı anlamışdılar. İş
bu ki, ünsiyyətin gerçəkləşməsi, kontaktın baş
verməsindən ötrü şərait heç də axırıncı rol oynamır.
Elə buna görə də müsəlman aləmində çox erkən başa
düşüblər ki, ünsiyyətin tənzimlənməsi, idarə olunması
vacibdir. Çünki nizamsız, xaotik, spontan proses
qismində dünya efirinə sıçrayan ünsiyyət toplum üçün
zəlzələ, partlayıcı maddə kimi bir şeydir. Bu da ondan
irəli gəlir ki, ünsiyyət müsbət və mənfi emosiya yükü
olan enerji daşıyıcısıdır. Və bir də bundan əlavə...
ünsiyyətin “axacağı” səmt, onun “hərəkət
trayektoriyası” öncədən heç kəsə bəlli deyil.
Ünsiyyətdən ailələr qurulur, uşaqlar doğulur,
toplumlar, dinlər yaranır, elm inkişaf stimulu alır,
proyektlər cızılır, müharibələr və inqilablar baş
verir, oyunlar düzənlənir, bayramlar, paradlar təşkil
olunur. Hərçənd ünsiyyət mafiozi qruplara, cinayətkar
dəstələrə, türmələrə və hətta dəlixanalara da aparıb
çıxara bilir. Elə ona görə də ünsiyyəti nəzarətdə
saxlamaq mühüm bir iş. Amma soruşmaq olar: o şey ki,
gözə görünmür, o şey ki ruha da bənzəyir, kabusa da,
203
ona necə nəzarət etmək mümkün? Müsəlman fikirləşib
bunun çarəsini tapıb, MƏCLİSİ “kəşf” edib və onu bir
tənzimləyici statusunda meydana gətirib.
MƏCLİS. İslam mədəniyyəti şəbəkəsində məclis heç
bir forma tanımayan, düzü, forma içinə sığmayan,
formatlaşması mümkün olmayan ünsiyyətin rəsmi qəlibi
kimi çıxış edir. Hər bir qəlib (forma), öz növbəsində,
çərçivədir, məhdudiyyətdir. Məclis ünsiyyətdən
düzənlənir, yəni o, formasızın formasıdır, qəlibsizin
qəlibidir. Məclis ünsiyyət üçün planlaşdırılır.
Ünsiyyət, təmas isə məclisi gerçəkləşdirir. Deməli,
məclis formadır, ünsiyyət formasıdır. Lakin bununla
yanaşı məclis həm də ünsiyyətin özüdür. Yəni ki məclis
ünsiyyət olanda olur. Ünsiyyət başlamamışdan öncə
məclis də yoxdur. Onda belə çıxır ki, məclisin
müəllifi ünsiyyətdir. Hərçənd müsəlman aləmində hər
məclisin bir sahibi var. Məclisi o, təxmin edir, o,
proqramlaşdırır. Bir sözlə, məclisin təşkili və
məsuliyyəti sahibin boynunadır. Di gəl ki, məclisi
YARADAN, onu “yoxdan var edən”, məclisi məclis edən
ünsiyyətdir. Artıq bu məqam məclisə sərbəst stixiya
statusu verir və
məclis sahibinin rolunu
minimallaşdırır. Nədən ki, indən sonrasına məclisi
ünsiyyət idarə edəcək və məclis açıq enerji
dövriyyəsinə çevriləcək, nəzarətdən çıxacaq, ehtimal
nəzəriyyəsinə görə mövcud olacaq. Yəni məclis hər an
öz-özünə qapana bilər, sönə bilər, qurtara bilər, yox
ola bilər. Maddi dünya ilə ruh dünyasının şəffaf
sərhəddində
məclis zamanın müvəqqəti forması,
müvəqqəti ünsiyyət forması, müvəqqəti ünsiyyət
birgəliyi, ünsiyyət ittifaqı kimi mövcuddur.
Öz
təbiətinə, səslənməsinə, arxitektonik
quruluşuna və sosial-mədəni kontekstinə görə
“məclisun” (cəm şəklində “məcalisu”) sözü ərəbcədir,
“yığıncaq”, “toplantı”, “iclas”, “qonaqlıq”, “əyləncə
gecəsi”, “parlament” və digər bu qəbildən olan
mənaları bildirməyə qabildir. İlk baxışda hər şey gün
kimi aydındır. Sözün səlis, düzgün tərcüməsi var. Amma
204
məsələ təkcə bununla bitmir. İş bu ki, MƏCLİS
müsəlman mədəniyyətinin fenomenidir. Hətta belə də
demək olar ki, islam mədəniyyəti məclis
mədəniyyətidir. Müsəlman aləmində iki və ya daha artıq
adamın az-çox təşkil edilmiş görüşü məclis adlandırıla
bilər. Əksərən müsəlman adicə yığışıb birgə çayiçmə
mərasiminə (vərdişinə?!) də məclis deyir. Məclisdə
müsəlman üçün mərasim siqləti var. Mərasim ideyası
məclisdə həmişə aktualdır. Məclis dini mərasimin,
ritualın kübarcasına stilizə edilmiş variantıdır.
Müsəlaman mərasimlərdə, məclislərdə, etiketlər və
kanonlar dünyasında yaşamığı xoşlayır, bu “çərçivə”lər
içrə bir rahatlıq duyur. Vay o gündən ki, müsəlmanın
etiketdən xəbəri olmasın. Elə həmin andaca müsəlman
xoflanacaq, ətrafını potensial düşmən kimi qavrayacaq,
özünü itirəcək, çaş-baş düşəcək, yazıqlaşacaq, əlacsız
görünəcək. Bu mənada məclis müsəlmandan ötrü ünsiyyət
etiketidir. Necə rəftar edəcəyini bildiyindən o,
məclisdə hədsiz bir asudəlik tapır. Məclis müsəlmanın
ideal həyat modelidir: məclis müsəlman üçün cənnətin
müvəqqəti gerçəkləşən bir parçasıdır. Burada nizam,
qayda öz nümunəvi halına yaxın bir vəziyyətdədir.
Məclisin baş tutması üçün gərək dəvətli iştirakçılar
ola, məclisin keçirildiyi məkan ola, məclisin mövzusu
(toy, yas, qonaqlıq, musiqi, poeziya, dini-fəlsəfi) və
ya özünəməxsus plan-prospekti ola. Məclisdə
iştirakçıların (üzvlərin ya da qonaqların) yerbəyer
əyləşməsi də vacib bir şərt. Hətta bu fakt o qədər
vacib ki, söylənilə bilər: müsəlman aləmində məclis
əyləşmiş adamların məclisidir, onların ünsiyyət
birgəliyidir. Təsadüfi deyil ki, “məclis” sözü ərəb
dilində “oturmaq, əyləşmək” kimi anlaşılan “cələsə”
məsdərindən düzəldilmədir. Müsəlman dünyasında ayaq
üstə dayanmış adamların məclisi olmur. İslam
mədəniyyəti kontekstində insanların ayağa qalxması
məclisin sona yetdiyinə, ünsiyyətin tükəndiyinə bir
işarədir. Məslisdə
əyləşmək mütləqdir. Avropa
mədəniyyətində isə bu, nəzərə alınmır. Hansı tədbir
Dostları ilə paylaş: |