208
bu sayaq: özündə bu funksiyanı yaşadır.
Məclis
ötürücü, astana, sərhəd olur məişətlə toplum, təbiətlə
mədəniyyət, maddilə mənəvi arasında.
Məclis iştirakçısı həmişə astana adamıdır.
Məclis üçün real xronotop
“astana xrotonopu”dur.
Məclis məişətin “gündəlik” əməl, fakt və vaxt,
hadisə zəncirində
əməlsizlikdir, hadisəsizlikdir, real
zaman axımında fasilədir, taym-aut variantıdır,
münasibətlərin, mövqelərin sivil qaydada tənzimlənməsi
aracıdır.
Müsəlman aləmində fərdin sosial-ictimai statusu,
toplumsal
dəyəri məclislə və məclisdə müəyyənləşir;
belə ki, məclis ünsiyyət meyarıdır. Şəxsiyyəti toplum
üçün məclis “kəşf” eləyir, məclis aşkarlayır.
Məclis sınaqdır, tanıtımdır, “agahetmə”
mərasiminin uyqarlıq modelidir.
Məclis müsəlmanın mədəniyyət və
mərifət
dünyasına, ruhsal dünyaya
qeyri-rəsmi vəsiqəsidir.
Məclis metastrukturdur, yəni hər hansı bir
struktur fövqündədir və istənilən mövzuya həsr olunmuş
söhbəti haşiyələyir, çərçivə içinə salır, “astana”da
yaşanan prosesə düzən verir. Məclis ünsiyyəti sanki
şəbəkə formasında qurur.
Başqa sözlə, məclis
ünsiyyətdən
şəbəkə timsalında hörülmüş virtual
kompozisiya çərçivəsidir.
Məclis
məişət “gündəliyinin” ornamentidir, yəni
nəbati naxışıdır.
Məclis
ünsiyyət intizamı, ünsiyyət etiketi
deməkdir.
Bu sözün heç bir dini və qutsal mənası olmasa
da
5
, “məclis” anlayışı islam dünyasının yüksək
ünsiyyət mədəniyyəti
üzərində bərqərar olduğunu,
gəlişdiyini eyhamlaşdırır.
Ədəbiyyat:
1
Füzuli M. Seçilmiş əsərləri. - B.: Yazıçı, 1984. - s.44
2
Kratkiy psixoloqiçeskiy slovar. - M.: Politizdat, 1985.
- s.213-215.
209
3
Yenə orada.
4
Bax: Smirnov A.V. Velikiy şeyx sufizma (opıt
paradiqmalnoqo analiza filosofii İbn Arabi). - M.:
Nauka, 1993. - s.187-192.
5
İslam: ensiklopediçeskiy slovar. - M.: Nauka, 1991. -
c.149.
1993-1995-ci illər
VIRTUAL MERAC TEATRI
(aşiqlər ibadəti)
Bir gün birisi məndən xahiş elədi ki,
Mövlanaya həsr olunmuş bir verilişdə
dönən
dərvişlərin səma məclislərindən danışım. Etiraz
eləmədim. Tədqiqatçı üçün
hər deyəndə belə bir
şans ələ düşmür ki. Amma sonradan verilişə
baxanda gördüm ki, naşılar mənim sözlərimi yun
didən kimi elə didiblər ki, heç Həllac beləsini
görməyib. Ol səbəbdəndir ki, əhli irfandan, bir
də tələbələrimdən
xəcalət çəkdim və təzədən
“bismillah” söyləyib bu mövzuya bir daha
dönməyi
özümə borc bildim.
Bu məqaləni eksklüziv olaraq AzTV-də
“Qobustan” toplusunu hazırlamış qələm sahiblərinə
ünvanlıyıram. Mövlana “Fihi-ma-fih” əsərində
buyurur ki, “bunu anlayan anlasın,
anlamayanın....”
İstəyənlər fikrin gerisini
özləri axtarıb tapa bilərlər.
Mövləvi dərvişlərinin səma məclisləri
“Təsəvvüf intellekt və nəfəs üzərində
nəzarətdir”.
Əbu Bəkr əş-Şibli
Fırfıra, mövləvi şeyxlərinin
təbirincə isə,
dönən dərvişlərin səma məclisləri Ortacağ
210
müsəlman mədəniyyətinin möcüzə ilə sərhədləşən,
heyrətlə seyr edilən min bir nağıl gecəsindən
biridir, bircəsidir. Səma məclislərinin Konya
(Türkiyə) şəhərində XIII yüzildən üzü bəri
düzənlənməsinə baxmayaraq bu hadisə bütün islam
dünyasına mənsubdur və
ərəb, fars, türk
mədəniyyətlərinin qəribə bir sintezini sərgiləyir.
Dərvişlər
müsəlman aləminin ən ifadəli, ən aktiv,
ən kosmopolit gəzərgi fiqurlarıdır.
İslam
ölkələrinin inkişafı tarixi üçün dərvişlərin
intellektual, əməli və psixofiziki çabalarının
önəmi son dərəcə böyük olub. Onların Yaxın və
Orta Şərq mədəniyyəti şəbəkəsindəki qaydasız, da-
ğınıq maarifçı, mənəvi-əxlaqi, kulturoloji,
duyğusal və ruhsal fəaliyyətinin cövhəri səma
məclislərində konkret məkani obrazlarda, plastik
formalarda güzgülənir.
Bəzi
şərqşünaslar,
xüsusilə
Qərb
tədqiqatçıları
fırfıra
dərvişlərin səma
məclislərini
“ayin rəqsi”, “spiritik konsert”,
“mistik balet” adlandırmaqla Şərq mədəniyyətinin
bu fenomenal təzahürünə Avropa incəsənəti
tarixində adekvat forma bulmağa çalışmışlar. Özü
də məsələnin izahı, şərhilə bağlı onların
seçdikləri metodoloji aparat, problemə yanaşma
yönü bu mütəxəssislərin elmi definisiyalarına tam
bəraət qazandırır. Lakin bu müəyyənləşdirmələrin,
təyinlərin hamısı birtərəflidir və
səma
məclislərinin hüsnünü, təbiətini, poeziyaya
çevrilmiş plastikasının yaraşığını, cazibəsini
ifadə etməyə qabil deyil.
Ona görə Ortaçağ
müsəlman mədəniyyətinin bu hadisəsini
dönən
dərvişlərin səma məclisləri adlandırmaq daha
məqsədəyönlüdür. Hərçənd türklərin özü bunu
“səma
törəni”, yəni səma mərasimi, səma ayini, səma
ritualı qismində qavrayırlar. Şübhəsiz, şərti
şəkildə qəbul ediləsi bir təyin. Amma razılaşaq
ki, hər həftə təkrarlanan lokal bir olaydan
mərasim, ritual olmur. Digər tərəfdən isə “ayin”,