Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə72/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   68   69   70   71   72   73   74   75   ...   123

 
217
sanki çevrə  sərhəddi üzrə  hərəkət etdirilir. 
Baş qarın nahiyyəsi istiqamətindən hərəkətə 
gətirildikdə “lə” kəlməsi, yuxarıya doğru 
qaldırıldıqda “ilahə” sözü, sol çiynə sarı 
aparıldıqda isə “illə” deyilir. Sonuncu “llah” 
kəlməsini başın ürəyə doğru endirilməsi bildirir. 
Bu zikr türkcə “dörd vuruş”, fars dilində isə 
“dörd qapı” adlandırılır və  dərvişlərin səma 
məclislərində dünyanın bütün əksliklərinin, dörd 
yönünün eşqlə coşan ruhun ekstatik atmosferində 
birləşib vəhdətə gəlməsinə işarə edir. Mövlananın 
“biz birləşdirmək üçün gəldik, ayırmaq üçün yox” 
deyimi də bu fikri təsdiqləyir. Sufisayağı zikr 
şəriətə  əsaslanan improvizədir. Elə improvizədir 
ki, sonradan kanonik formaya çevrilib dərvişlərin 
səma məclislərinin kompozisiyasının başlıca 
konstruktiv elementi kimi özünü büruzə verir. 
Təsadüfi deyildir ki, ingilis tədqiqatçısı  İra 
Fredlənder  dərvişlərin dairə boyu zikrini “canlı 
mandala” (buddizmə bağlı miflərdə dünya modeli) 
adlandırır. 
       Səma məclislərinin bu hissəsinə  Mukabele, 
dərvişlərin dairə perimetrilə  gəzişinə isə 
“halqa” deyilir. Bu gəzişmə üç dəfə təkrar olunur 
və Ruminin böyük oğlunun  şərəfinə  “Dövr-i Sultan 
Vələd” və ya “Dövr-i Kəbir” adlanır. Burada halqa 
planetlərin sonsuz kəhkəşanda cızdığı  əbədi 
hərəkət yolunun, əbədi dönüşünün simvoludur, 
dünyada mövcud olan şəkil və surətlərin bir-
birinə salamıdır.  
       Halqa  üç  dəfə  təkrarlandıqdan sonra şeyx 
öz yerinə keçir. Buradan səmazənlər və 
musiqiçilər aydın görünür. Dərvişlər çevikcəsinə 
xirqələri  əyinlərindən çıxarıb öpür və yerə 
atırlar. Axçi Dədə  və  səmazənbaşı bu xilqələri 
yığıb bir kənara qoyurlar. Tək bir tənnurədə 
qalmış 
dərvişlər 
əllərini çarpazlaşdırıb 
çiyinlərindən tuturlar və 
Şeyxin hüzuruna 
addımlayırlar. Sinədə çarpazlanmış qollar “əlif-


 
218
lam”dır, “lə ilahə illəllah”ın kalliqrafik 
işarəsidir. Bu zaman səmazənbaşı  Şeyxin  əlindən 
öpüb onun beş addımlığında dayanır və buradan 
rəqsə  rəhbərlik edir. Digər dərvişlər də onun 
kimi davranıb öz yerlərinə keçirlər. 
       Beləliklə, üçüncü bölüm (və ya birinci 
hissə) qurtarır, xanəgahın sükutu səmavi sədalar 
otağında bir anlığa bərqərar olur. Rəqs ustasının 
və ya Şeyxin ağ başmağının xirqənin altından 
görünməsi “dörd salam”dan ibarət ikinci hissənin, 
yaxud  dördüncü bölümün, yəni səmazənlərin rəqsə 
başlaması üçün şərti siqnaldır. Dördüncü bölüm 
dörd salamdan ibarətdir. 
     Birinci salamın mənası: insan bilgisiylə 
həqiqətin aydınlığına çatır, Allahı və özünün ona 
bir qul olduğunu dərk edir. Bu vaxt “dü-yek” 
ritmində  “Dövri Rəvan” adı verilmiş melodik 
musiqi çalınır. Dərvişlər aramla dönüb fırlanmağa 
başlayırlar. Fırlanma məqamında sinə, ürək 
nahiyyəsi göylərə paralel olmalıdır. Ona görə  də 
qollar yana açılır, baş isə çiynə doğru  əyilir. 
Səmazənin azacıq yuxarı tuşlanmış açıq sağ  əli 
Allahın, göylərin mərhəmətini, xeyr-duasını sanki 
ovuc içinə toplayır. Sol əlin döşəməyə 
perpendikulyar olan barmaqları isə bu xeyir-duanı 
aşağı dünyaya ötürür. Belə pozada dərvişlərin 
bədəni sakral və urvatsız dünyalar arasında 
mediator rolunu ifa edir. Fırfıra dərvişlərin 
səma zamanı  hərəkətlərinin quruluşu sufilikdə 
ayaq zikrinə uyardır. Ayaq zikri mövləvilərdə 
batində xatırlanan  “İsmi Cəlal”ın (tanrının adı) 
zahirdə, məkanda yaradılan konfiqurasiyasıdır. Bu 
zikr sağdan sola doğru yerinə yetirilir. Səmazən 
sol ayağını geri çəkib təzədən sola   dönür və 
beləliklə, səmaxana boyu fırlana-fırlana gəzişir. 
Zikr vəcdin astanasıdır, vəcdə çatmağın yoludur, 
sufilikdə “hal” məqamına yetişmək üçün vasitədir. 
Səma isə vəcdin zirvəsidir, vəcdə gəlib bayılmaq, 
özünü unudub İstəkliyə qovuşmaqdır.      


 
219
       İkinci salamın mənası:  bu salam zamanı 
insan Allahın yaratdıqlarında təzahür edən ilahi 
əzəmətinin müşahidəsinə qapılır, Allahın 
böyüklüyünə  və qüdrətinə heyran olub heyranlıqla 
dönməyə davam edir. Zikr gücləndikcə  dərvişlərin 
fırlanma sürəti də artır. Melodiyaların ritmik 
strukturu ardıcıl olaraq dəyişir, “dü-yek” 9/8 
ölçüsündə ifa olunan “Evfer”lə əvəzlənir. 
       Salamdan  salama  keçid  küdüm  (türk  zərb 
aləti) səsiylə müşayət edilir və bu səs dərvişin 
ruh “nərdivan”ında mərtəbədən mərtəbəyə 
yüksəlişini və Allahın “KUN” (OL) əmrini 
simvollaşdırır. 
       Üçüncü salamın mənası: bu salam bildirir 
ki, artıq heyranlıq duyğusu eşqə çevrilmişdir; 
yəni bu məqam vüsal məqamıdır, sevgidə yox olmaq, 
heçləşmək məqamıdır. Üçüncü salamda yaşanan ha-
lətə sufilikdə “fənafillah”, buddizmdə isə 
“nirvana” deyirlər. Burada dərvişlərin fırlanma 
tempi özünün ən yüksək nöqtəsinə çatır. Odur ki, 
musiqi kompozisiyası iki hissəyə ayrılır: öncə 
sazəndələr 24/8 ritmik qəlibinin ölçülərini 
gözləyirlər. Dərvişlər ara vermədən dönürlər. 6/8 
ritmik qəlibində ifa edilən becid “Yürük səmai” 
eşidiləndə üçüncü salamın ikinci hissəsi başlayır. 
Dönmələr sürətlənir və tezləşir.  Səmazənlər indi 
dairə boyunca düzülüb aramsız  şəkildə  hərlənən 
iri, ağ  fırfıraları xatırladırlar. Dərvişlərin 
tənnurələri bu zaman hava ilə dolub şişir və  ağ 
yelkənlərə  bənzəyir. Elə yelkənlərə  bənzəyir ki, 
sanki bu dəqiqə 
hərlənib-hərlənib səmaya 
qalxacaqdır. Səmaxanada bir-birilə  kəsişən kiçik 
və böyük dairələr  əmələ  gəlir. Kənardan baxdıqda 
sanki maddi əsası olmayan, səmavi təsvirə malik 
tablo alınır. Dərvişlər dayanmadan fırlanırlar, 
Y.E.Bertelsin bənzətməsinə görə, saatın kiçik 
əqrəbi kimi fırlanırlar; fırlanırlar ki, mənzil 
başına tez çatsınlar: həmin mənzilə ki, orada 
zaman və  məkan duyğusu itir, gerçəklik və 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə