Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə73/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   69   70   71   72   73   74   75   76   ...   123

 
220
təxəyyül, yuxu və  həyat arasındakı  sərhəd 
aradan götürülür, əbədiyyətlə an bir-birinə 
bərabər tutulur, insan tanrı kimilaməkan olur. 
Getdikcə  dərvişlərin fırlanma sürəti o qədər 
artır ki, hərəkətlə statika arasındakı zahiri 
fərq sanki yoxa çıxır. Elə bil ki, hərlənən 
dərvişin pozası 
əbədiyyətin yeganə 
və 
təkrarolunmaz fotoşəklidir. Bu fotoşəkil sanki 
qalaktikanın spiralvari formasının və dünya 
burulğanının inikasıdır. Üçüncü salamın sonuna 
yaxın10/8 ritmik qəlibində səslənən “Axsaq səmai” 
çalınır və dönmələr getdikcə yavaşıyır. 
       Dördüncü salamın mənası: bu salam 
səmazənlərin mənəvi yolçuluğunun, meracının 
tamamlandığını, dərvişlərin  əbədiyyətə dönüşünü 
bildirir. Yenidən  “Evfer” çalınır.  8/6 ritmik 
ölçülü musiqi parçası zamanı ekstaza düşənlər 
indi bütün fikirlərini batinlərində 
cəmləşdirirlər. Elə  təəssürat yaranır ki, güya 
dərvişlər yerin cazibəsindən qurtulub qaranlıq 
fəza içində 
ağ 
tənnurələrilə 
fırlanırlar. 
İnstrumental musiqi qurtardıqdan sonra “təqsim” 
bir daha səmaxana fəzasına hakim kəsilir. 
       Bu,  artıq finaldır,  beşinci bölümdür, 
ikinci hissənin tamamıdır. Hafiz avazla Qurandan 
parçalar söyləyir. Indi Şeyxin növbəsidir. O, 
“Hu” kəlməsi ilə bitən “Gülbəng” adlı dini duanı 
oxuduqdan sonra rəqs ustası ilə bahəm səmaxananın 
ortasında fırlanmağa başlayır. 
İnstrumental 
musiqi öncə “pişrou”dan, sonra isə “Yürük 
səmai”dən hissələr səsləndirir. Burada Şeyx 
Günəşi, səmazənbaşı isə Ayı simvollaşdırır. 
Beləliklə, səma məclislərinin kompozisiyasında 
fəza cismlərinin hərəkətinin canlı  şəkli alınır. 
Günəşlə Ay, gecə ilə gündüz Şeyxlə səmazənbaşının 
timsalında yerlərini növbə ilə bir-birilərinə 
verib fırlanırlar.  Ətraf sakitlikdir. Yalnız 
“Allah” sözünün qısaldılmış  əvəzləyicisi olan 
“Hu...” nidasının sürəkli pıçıltısı  eşidilir. 


 
221
Dərvişəlr gerçək varlığa laqeydlik bildirən üz  
ifadəsilə  səmaxananı bir-bir tərk edirlər.  İndi 
onlar tamam başqa bir dünyaya mənsubdurlar.  Bu 
dünya MÜTLƏQ GÖZƏLLİK və 
İLAHİ KAMİLLİK 
dünyasıdır.  Bir azdan “Huva” (Odur) və “Hu” (O) 
pıçıltıları da eşidilməz olur. Əbədi sükut 
səmaxananın yeganə sahibinə çevrilir. Lakin elə 
bu zaman yenidən hafizin səsi eşidilir və o, 
“Fatihə” surəsini oxumaqla səma məclisinin sona 
yetdiyini bəyan edir. 
       Göründüyü 
kimi 
səma məclislərinin 
kompozisiyası çox sadədir və adi, aramsız 
hərlənmələrdən ibarətdir. Ancaq elə ilk baxışdan 
sadə  və adi təsir bağışlayan bu hərəkətləri 
yerinə yetirmək üçün dərvişlər Axçi Dədənin 
rəhbərliyi altında uzun sürən asketik təlim-məşq 
prosesi keçirdilər. Bu, ondan ötrü idi ki, 
dərvişlər mənəvi təmizliyə, saflığa çatsınlar və 
fırlanğıc hərəkətlərin ideal icrasına nail 
olsunlar. Dərvişlər Mövləvi xanəgahında  1001 gün 
müddətinə  sığışan sınağa çəkilirdilər. Bu sınaq 
“çillə” adlanırdı. 1001 günlük çillə  25x40 
üstəgəl 1 prinsipi üzrə qurulurdu. Dərvişlər 25 
dəfə 40 gün ərzində müxtəlif sahələrdə fiziki 
əməklə 
məşğul olmalı, dilənməli və dini 
biliklərini artırmalı idilər; zikr praktikasını 
mənimsəməliydilər. Sonrakı bir gün isə səmaxanada 
düzəldilən imtahana verilirdi. 
       Dönən dərvişlərin səma məclisləri Ortaçağ 
müsəlman mədəniyyətinin virtual merac teatrıdır, 
simvollar teatrıdır. Biomexanika qanunlarına 
əsaslanan bu zikr teatrının, vəcd teatrının sadə 
kompozisiyası çərçivəsində poeziya, musiqi, rəqs, 
natiqlik sənəti, hətta kalliqrafiya belə vahid 
bir inkişaf xətti  ətrafında yüksək gözəllik və 
ölçü duyğusu ilə sintez olunur. Vahid inkişaf 
xəttinin, konkret məqsədin, teatral obrazlılığın, 
dəqiq ritmik strukturun, güclü sintezin 
mövcudluğu səma məclislərini teatr tamaşaları ilə 


 
222
qohumlaşdırır. 
Şərq teatrının aparıcı 
prinsiplərinə söykənən mistik-dini pafoslu səma 
məclislərinin struktur elementlərində, onların 
ard-arda düzülmə münasibətlərində Orta əsrlər 
müsəlman mədəniyyəti üçün xarakterik dünya mode-
linin, sufi kosmoqoniyasının qrafik sxemini 
görmək mümkündür. Bu məclislərin dini təfəkkürlə 
sıx  əlaqəsinə baxmayaraq onlar Orta yüzillərin 
demokratik xarakterli mədəniyyət hadisəsi olub 
əsas etibarı ilə  şəhər  əhalisinin, sənətkar 
təbəqəsinin ovqatını  əks etdirmişdir. Hətta 
Mövlananın vaxtında səmaxanalarda qadın zikrləri 
də keçirilmişdir.  Əksər hallarda səma məclisləri 
bollu yemək-içməklə müşayət olunmuşdur. Bu faktın 
özü də mövləvi zikrlərini, dərvişlərin səma 
məclislərini  Şərq teatrı müstəvisində öyrənməyə 
bir şans verir. 
 
 
 
 
YUXULU ŞƏHƏRİN SAKİNLƏRİ VƏ MİRZƏSİ 
(ictimai psixozun şərti) 
 
 
    Əgər mən desəm ki, Əbdürrəhimbəy Haqverdiyevin 
yeri Azərbaycan mədəniyyətində xüsusidir (yazıçı, 
dramaturq, rejissor, dirijor, publisist, tədqiqatçı), 
hücrəsi təkdir, elə bilin ki, mən heç nə deməmişəm. 
Çünki bunların hamısı artıq çoxdan deyilib. Deyilib 
ki, Haqverdiyev Azərbaycan adlı bir məmləkətin son 
dərəcə böyük sənətçisi və  ədibidir. Burası tarixən 
həqiqət kimi formalaşıb və  tədricən çevrilib olub 
taftalogiya, yəni sözü qurtarmış  aşığın fasiləsiz 
çalıb-çağırdığı “yram, yaram” təkriri. Taftalogiya - 
tükənmə sindromu, cəfəngiyyat  əlaməti, mənasız küy. 
Təbii ki, mən buna qol qoymaram. Əbdürrəhimbəyi “ölü 
klassiklər”, “cansız korifeylər” cərgəsində 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə