Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə57/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   53   54   55   56   57   58   59   60   ...   123

 
172
 
 
 
                                                             
Ədəbiyyat:
 

Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy kniqi 
// İL, № 5-6, 1992. - s. 302-305.  
2
Rodionov M.A. Muruvva, asabiyya, din: k interpretasii 
blijnevostoçnoqo etiketa // Etiket u narodov peredney Azii. 
-  M, 1988. - s.61.   

Hinduizmdə qəbul olunmuş kastalardan ən aşağısı.         

Mövləvi sufi qardaşlığının yaradıcısı Rumi nəzərdə      
  tutulur.      
5
Səma islamdan öncəki musiqi kompozisiyalarını,  əgər belə 
demək mümkünsə, təşkil elədi, “orkestrləşdirdi”, onları 
müsəlman Şərqini qutsal “simfoniyasına” çevirdi.  

Mehdi N.M. Çətin və dolaşıq durumların kulturolojisi. - B: 
Qanun, 2001. - s. 50-52.  
7
 Mütrib və ya mütrüb: ərəbcə üç cür anlaşılır; 1) çalıb-
oynayan; 2) xanəndə; 3) şövq verən, fərəhləndirən, 
şənləndirən.   
8
 Bax: Ətai Ə.C. Bonyade nomayeş dər İran. - Tehran: 
 1977.   

Zöhrabov R. Muğam. - B.: 1991. - s.103-104. 
 
                                 2002-ci il 
 
 
MÜSƏLMANLARIN MƏSCİD VƏ BAZAR
(üzü qibləyə) 
 
         
     Ön  söz  əvəzi bir sufi hədisi,  əlbəttə ki, mənim 
sərbəst təqdimatımda:  “Bir gün Bəlxin padşahı  İbrahim 
ibn  Әdhəmin  əyləşdiyi otağa eybəcər, çirkin bir şəxs 
daxil olur və heyrətindən  şaşırmış saray adamları 
arasından keçib düz taxt-tacın qarşısında dayanır. 
İbrahim ibn Әdhəm təəccüb və marağını gizlətmədən bu 
kimsədən soruşur: 


 
173
-
 
Nə istəyirsən? 
-
 
Məni elə indicə bu karvansaradan qovurdular - 
deyə həmin şəxs cavab verir. 
       Bu  sözə  İbrahim ibn Әdhəmin acığı tutur, 
qeyzlənir, hikkə ilə deyir: 
-
 
Sən ağlını itirmisən, nədir? Nə hətərən-pətərən 
danışırsan? Bura karvansara deyil, mənim 
sarayımdır! 
      Həmin  şəxs sakit-sakit, təmkinini pozmadan 
İbrahim ibn Әdhəmdən xəbər alır: 
-
 
De görüm, bu sarayda sənə qədər kim yaşayıb? 
-
 
Mənim atam. 
-
 
Bəs ondan qabaq? 
-
 
Әlbəttə ki, mənim babam. 
-
 
Bəs babandan öncə bu sarayda kim olurmuş? 
-
 
Filankəs. 
-
 
Bəs filankəsdən əvvəl? 
-
 
Filankəsin atası. 
-
 
Yaxşı, söylə görək, hardadı indi bu adamlar? 
-
 
 Hamısı ölüb çıxıb gedib, - deyir İbrahim ibn 
Әdhəm, cavabında isə eşidir: 
-
 
 Onda bura karvansara deyilsə, bəs nədir? Biri 
gəlir, biri gedir. 
     Bu  sözlərdən  İbrahim ibn Әdhəmin qəlbi nurlanır, 
içində bir rahatlıq duyur. Söhbətini davam etdirmək 
istəyəndə isə görür ki, qərib yolçu artıq qeyb olub. 
Sən  demə, bu adam bütün yer üzünün sahibi Xızr 
peyğəmbər imiş”.
1
  
 
                   *** 
     Mən bu sufi hədisini XIII yüzilin görklü filosofu 
Fərid  əd-Din  Əttarın “Övliyaların təzkirəsi” adlı 
risaləsinin ingiliscəyə olan tərcüməsindən götürmüşəm. 
Lakin indi önəmlisi bu fakt deyil, sufi hədisinin 
yaranmasına səbəb olan fikirdir. 
     DÜNYA KARVANSARADIR.  Hələ sufilərdən də  əvvəl bu 
fikir “gəzirdi” müsəlmanlar arasında və bu fikrin 


 
174
modifikasiyaları islam mədəniyyəti hüdudlarında 
boydan. Biri elə bizim azəri türklərində: deyərlər ki, 
“dünya bir pəncərədir, hər gələn baxar, gedər”.  Yəni 
“karvansara” ideyası burada da aktual.  
     “Hər aşiqin öz dövranı var” deyiminin də  mənası 
bu ki, karvansarada yaşamaq vaxtı müxtəlif və fərqli. 
     Ərəbin səhrası da ərəbə görə bir karvansara 
timsalı:  “suyu içib doydunsa, quyu üstündə yubanma, 
yerini başqasına ver”. Müsəlman aləmində statikaya 
ürcah heç nə yox. Müsəlman ilinin “gəzərgi” ayları 
içində sən bir qonaqsan, müsafirsən! 
     Bu,  islam  fəlsəfi fikrinin topluma, bəşərə 
ünvanladığı  əsas konseptual ismarıc, zaman və  məkan 
içrə varolmanın parametrlərini, yaşam tərzini 
müəyyənləşdirən aparıcı tendensiya.  Müsəlman dünyanı 
karvansara bilir və onunla karvansara kimi davranır. 
     Karvansarada  heç  kəs  əbədi qalmır. Bura bir 
fasilə, bir istirahət yeri, müvəqqəti tamaşaxana. 
Müsəlmanın dünyayaya laqeydliyi və biganəliyi də 
nümunəvi. “Nə  işim var?” yaşam kodeksinin kökü elə 
burada. Dünyadan ikiəlli yapışmaq nə demək? Məgər 
hamımızı ölüm gözləmir? Müsəlman üçün dünya karvansara 
kimi açılır: mən yaşadım və oranı  tərk etdim. İndi 
karvansara başqalarına qalıb. Amma onların da 
həmişəlik olmayacaq. Insan yaşamağa ezam edilir. Bu, 
bir səfərdir.  Əgər səfərdirsa, karvansara ehtiyacı 
mütləq. 
     KARVANSARA HƏYAT TƏRZİDİR, MÖVCUDLUQ ÜSLUBUDUR
SON DƏRƏCƏ PRİMİTİV, SADƏ VƏ RAHAT YAŞAM FORMASIDIR. 
     Bu  karvansaranın sahibi tanrıdır,  əbədiyyət 
yalnız Ona məxsusdur və  cəmi karvansara möminlərinin 
ibadəti, duası bir tək Allaha ünvanlanıb. Karvansarada 
tox yatmaq, dolanmaq üçün bazar lazımdır, ruhun 
rahatlığına çatmaq  üçün məscid. Elə isə görək, 
karvansara içrə BAZAR və MƏSCİD nə demək? 
 
                     *** 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə