157
qrşıdurum.
Bəlkə də gil qab ALLAH - İNSAN - İBLİS
üçbucağının ortaq övladıdır. Olsun ki, onların
birgəliyinin obraz şərtiliyidir. Məncə, bu yöndə
masştablı fəlsəfi-etnoqrafik araşdırmanın yeni spektri
işıqlanır. Hərçənd azəri türkcəsində
“dulus” sözünün
semantik çənbəri mövzunu tamam ayrı bir səmtə
yönəldir.
Mən elə fikirləşirəm ki,
DULUS “su ilə dolu”
deməkdir. “Dulus” sözü o qədər güclü çənbərə malikdir
ki, “ulu” və “ulus” kəlmələrinin mənalarını da maqnit
kimi çəkib özünə yapışdırır. Dolmaq qabın
xüsusiyyətidir. Bu aspektdə dulus/dulusçu qabları su
ilə, yem ilə dolduran mənasında anlaşılır.
Təsadüfi
deyil ki,
“DOL” və
“DÖL” sözlərinin mənaları eyni bir
semantik çənbərə ürcah. Belə ki, əgər bətn dolmasa,
döl əmələ gəlməz. Dolça dölün yeridir.
“
Dul” bu iki sözün (dol və döl) antitezidir:
bildirir ki, döl yaratmaq imkanı sıfra bərabərdir.
Azəri türkcəsi sanki
“dulus” sözünün mistik örtüyünü
kənara itələyib onun arxaikasını gündəmə gətirir.
Arxaika isə bundan ibarətdir ki, qədim zamanlarda
dulusçuluqla
QADINLAR məşğul olublar. Məhz
QADIN
gildən özünə bənzərini istehsal edib. Gil qab qadın
başlanğıcı rəmzləşdirir. Başqa sözlə, hər bir
GİL QAB
potensial
QADINDIR. Gil qab haradasa sulu bətndir,
qadın döşüdür; yedizdirmək, içizdirmək, doyuzdurmaq
qabiliyyətinə malikdir.
MƏTBƏXİN DİLSİZ QADINI GİL
QABDIR. Bəlkə elə buna
görədir ki, aşpazlıq sənətinin
ən mahir biliciləri kişilərdir. Palçıq (gil) və ya
xəmir kündə qadının övladıdır, onun davamıdır, onun
bətnindən düşəndir. Bu model hər bir vaxt qadının
qarşısındadır. Əgər nəzərə alsaq ki, keçmiş çağlarda
qadınlar yalnız yerdə (həsir, palaz, xalça üstündə)
əyləşib iş görərdilər, onda bu məqamın çözülmə
perspektivi daha da çoxalar. Bu perspektivin
üfüqlərini mən aşkar təsəvvür edirəm. Amma hələliyə
“bəs” deyim ki, oxucu yorulmasın.
158
“İntellektual mozaika” kiçik bir araşdırma
silsiləsini qapatmaq, tamamlamaq üçün düşünülmüşdü.
Zənnimcə, o öz missiyasını yerinə yetirdi. Xalqların
yaşam
tərzindən ötrü, daha doğrusu, bu yaşam tərzini
diktə edən adi, zəruri, gündəlik məişət tələbatı
mədəniyyətlərin qohumluq paradiqmasının özəyini,
millətlərin passionarlığı isə mədəniyyətlərin fərq
cədvəlinin strukturunu, mətris düzümünü
müəyyənləşdirir. Müxtəlif millətlərin arxaik
mədəniyyətlərinin açarını onların mətbəxində tapmaq
mümkündür. Bütün mədəniyyətlər mətbəxlə qəbiristanlıq
arasında şifrələnmiş sistemlərdir.
Ədəbiyyat:
1
Eliade M. İzbr. soç.: Aziatskaya alximiya. - M.: Yanus-K,
1998. - s.184.
2000-ci il
İSLAM MƏDƏNİYYƏTİNDƏ SƏS:
TEATR VƏ MUSİQİ
(“şikəstə ruh”un havacatı)
“Fəhm qıl,gör ki, nədir cəngü dəfü bərbətü ud,
Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud,
Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud,
Ud hər ləhzə gəlib şurə deyər: ya məbud,
Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar”.
Seyid Əzim Şirvani
Fəhm qıl! Yəni idrak elə, qulaq as!
Haradan Seyid Əzim başlayırsa, çalışaq ora gedək,
görək, fəhm qılsaq, nələri aşkar edəcəyik.
Hər hansı bir mədəniyyətdə ki,
“DİNLƏMƏK”
“BAXMAQ”DAN əfzəldir, qutsaldır, mübarəkdir,
ol yerdə
159
SEYR estetikasının qapıları yavaşca qapadılar.
Sufilər bica söyləmirdilər ki, “əgər Allahı dərk etmək
istəyirsənsə, gözlərini iynə ilə tik”, yəni
baxışlarını sənə mane olacaq fanidən, zahirin ötərgi
gözəlliyindən ayır, batinə yönəlt və tam daxili
sakitliyin, rahatlığın içində Onu dinlə, Onu eşit.
Məhz bu, “ürəyi mənəvinin səltənətinə doğru” aparmağa
qadir. Orta çağların islam dünyasında “seyr”
estetikası heç vədə dəstəklənməyib. Şaşırıb da
soruşacaqsınız ki, niyə? Cavablayıram. Çünki seyr
müsəlman üçün tamah, həsəd, şəhvət, qürur, hirs
təhrikçisi. İnsan görüb də paxıllıq edir, paxıl olur,
bulud
kimi tutulur, rəng verib rəng alır. Əbəs yerə
hədislər Muhamməd peyğəmbərin
“dinini, malını, bir də
arvadını gizlin saxla” deyimini müsəlmanın gündəmindən
ötrü vacib saymırlar ki? Dinləmək fəhmlə bağlıdır,
baxmaq nəfslə. Buna görə də seyr neqativdədir, qeyri-
rəsmi şəkildə yasaqlanır: gərçi qutsal sayılsaydı,
müsəlman aləmində şahlar, sultanlar və müqəddəslər
hicablanıb, pərdə arxasında əyləşib
SƏS vasitəsilə
ünsiyyətə üstünlük verməzdilər. Bir də islam
mədəniyyəti çərçivəsində baxılıb da
SEYR ediləsi nə
var ki? Ornamentdir, şəbəkədir, miniatürdür,
tikmələrdir, xalçadır. Hərçənd bu sıranı bir
balaca da
uzatmaq mümkün. Lakin görk üçün bir neçə önəmlisi elə
bunlardır: hamısı da bəzəkdir, yaraşıqdır; utilitar
mahiyyət daşıyır, kontekst elementidir, müşayərçidir,
diqqəti heç vaxt mənadan, cövhərdən yayındırıb özünə
çəkmir, məişətin içində “əriyib” itir, adiləşir. Nədən
ki, gərək ibadətə, Allah zikrinə heç nə əngəl olmaya,
fikri azdırmaya, möminin diqqətini tanrısından
yayındırmaya. Bu, birinci motiv. İkinci motiv də budur
ki, “dünya
duracaq yer deyil, ey can, səfər eylə”:
yəni nə mövcudsa, fanidir, yox olacaq! Ona görə də
baxıb heç nəyə mehr salma, heç nəyə həsəd aparma, heç
nəyə bağlanma, heç nəyə təəssüflənmə və yalnız Allahın
ətəyindən tut ki, əbədi Odur! Hər bir
SEYR isə
vurğunluq astanasıdır, sevginin başlanğıc məqamıdır,