Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə49/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   45   46   47   48   49   50   51   52   ...   123

 
148
QADINDIR.  Məhz qadın adi xəmir kündə üzərində 
tanrının  YARANIŞ  aktını  təkrarlamağa qadirdir. Həyat 
zəncirində  KÜNDƏ odla suyun təbiətini bir-birinə 
calaşdıran keçid həlqəsidir. Kündə vasitəsilə qadın 
özünü simvola, obraza, eyhama çevirir. İstər un 
(torpaq), istərsə 
də su qadın başlanğıcının 
bildiricisidir.  OD isə kişi başlanğıcını  işarələyir. 
Kündənin odla təmasından həyat “doğulur”, yeyiləcək 
qida əmələ gəlir. 
     İndisə  məqamdır, aydınlaşdıraq görək, “kündə” 
sözünün semantik çənbərinə hansı  mənalar daxil? Siftə 
hüzurunuza onu ərz eləyim ki, “kündə” türkün 
leksikonunda yad sözdür; özgəsininkidir. Linqvist 
olmasam da duyuram ki, “knd” tərkibi türk sözlərində 
dominant rol oynamır, türkcə “cingildəmir”. Qonşumuz 
farslarda isə, əksinə, əsası bu tərkibdə olan ifadələr 
yetərincədir. Bu da onlardan bir neçəsi: farslarda 
buğda saxlanılan  GİL QABI “kəndu” sözü nişan verir. 
“Kəndu” adlanan gil qab böyük olur, haradasa çəlləyi 
xatırladır. 
BUĞDA isə potensial UNDUR, kündə 
materialıdır. Farsların “kənde” sözü isə “qazımaq” 
felindəm 
əmələ 
gəlib çuxuru, xəndəyi, çalanı 
eyhamlaşdırır. Çala, xəndək, çuxur isə balaca QUYU 
qismində başa düşülür, mağara variantları kimi yozulur 
və qadın başlanğıcının bildiricisi sayılır. Kötüyə, 
girdinə, təpəliyə (o nəsnələrdə ki yumruluq var) də 
farslar “konde” deyir. Ayağa vurulan taxta qandal da 
“konde” adlanır. Azəri türkləri bunu “kündə” kimi 
tələffüz eləyirlər. Heç unutmaq olmaz ki, “KƏND” sözü 
də bu linqvistik sırada cərgələnib  təbii landşaft 
içrə insanların məskunlaşdığı  YERİ, YURDU, OCAĞI 
verbal qatda işarələyir. KƏND toposferanın KÜNDƏSİDİR. 
Ən maraqlısı budur ki, insanın beyni də kündə 
şəklindədir. Beləliklə, “kəndu”, “kənde”, “konde” 
sözlərinin, və deməli, “knd” linqvistik tərkibinin 
işarələdiyi nəsnələrin ümumi, xarakterik keyfiyyəti 
onların yumruluğu, girdəliyi, dairəviliyidir. Hətta bu 
yöndə adi xəmir kündəni təpənin mikromodeli kimi də 


 
149
yozmaq mümkün. Qədim insanların yaşayış  məskənləri 
(kənd modeli) də  həmişə yumruca olub, beynin 
quruluşuna oxşayıb. Amma ki, bütün bu sıra bizi aparıb 
mənanın mənşəyinə çıxarmır. 
     Doğrusu, fars dilində aradığım bənzər sözlər 
“kündə”nin semantik şəbəkəsinə  məğz etibarı ilə yeni 
heç nə  əlavə eləmədi; “kündə”  ətrafında mahiyyəti 
bəlirtəcək mənalar zəncirbəndi  əmələ  gətirmədi. Ona 
görə bir az da uzağa getmək zəruri. Cavab Hind-İran 
mədəniyyətinin iç laylarında gizlənib. Nədən ki, Hind-
İran mədəniyyətinin kontekstində  “SU-OD” silsiləsi 
həmişə son dərəcə aktual olub. Odur ki, burada QUYU, 
gil qabların bişirildiyi  XƏNDƏK, TƏNDİR, OCAQ eyni 
quruluşa malikdir, strukturca bir-birinə müsavidir və 
“SU-OD” başlanğıclarının vəhdətini simvollaşdırır. 
Quyu su üçündür, təndir (xəndək, ocaq) od üçün. 
Sanskrit dilində “quyu”, “ocaq”, “təndir”, “xəndək” 
anlamlarının hamısını bir “KUNDA” sözü ilə ifadə edir. 
Bizim “kündə”nin  şəcərəsi bura pərçimdir,  şübhəsiz. 
Qədim Hindistan civarında ilan da bu mənşədən olan 
sözlə bildirilir: sanskritcə ilan “KUNDALİNİ” 
deməkdir.  İlansa xtonik heyvandır, torpağın rəmzidir, 
xaosun obrazıdır, “yığılmış”, “yumrulanmış”, aşağı 
çakralarda toplanmış enerjinin işarəsidir. Yəni həyat 
torpaqdan boy atır, aşağıdan yuxarı yönəlir.  Əslində, 
məhz bu  faktiki məlumatlar kündənin həqiqətini 
aşkarlayır. KÜNDƏ suyun, torpağın (un formasında) və 
odun təbiətini özündə  cəmləşdirib ocağın, quyunun, 
təndirin simvolik modelinə çevrilir və məxfi ağ enerji 
kütləsini eyhamlaşdırır.  
     Hamilə qadının qarnı da kündədir. 
     Qədim mədəniyyətlərdə qadınlar xəmiri yerdə 
yoğurublar, ayaqlarının arasında kündə açıblar. Hətta 
Azərbaycanda el içində “kündə tökmək” ifadəsinə  də 
rast gəlinir. Yəni kündəni qadının körpəsinin obrazı 
kimi də mənalandırmaq mümkün. 
     Kündə həm də günəşdir. 


 
150
     Ancaq  mən məsələni bununla da tamamlamaq 
istəməzdim. 
     Allahın məşhur  “OL”  əmrinin, ayrı sözlə, 
imperarivinin  ərəbcə ekvivalenti “KUN” (farsca “KON”
sözüdür ki, bu da yenə  həmin “k” və “n” samitlərinin 
birləşib qısa tərkib yaratmasıdır. Bu rakursdan 
yanaşanda bizim kündəni “OL” sakral imperativinin icra 
materialı kimi  çözmək imkanı da yaranır.  
    Nəhayət, məsələnin sonucu bu ki, MƏTBƏX özündə 
UNİVERSUMU güzgüləyən bir hücrədir, mifopoetik 
təfəkkürün qida materialında sərgiləndiyi, 
vizuallaşdığı bir yerdir. Mətbəx sakral və urvatsız 
aləmlərin bir-birindən ayrıldığı  sərhəddə mövcud olub 
əkslikləri, qütbləri, qarşıdurumları  əlaqələndirir. 
Mətbəx mədəniyyəti yaradır, mədəniyyət isə  mətbəxi öz 
estetik hüsnünə görə formalaşdırır. Makro və mikro 
dünyalar mətbəx kontekstində sakitcənə yan-yanaşı 
dayana bilir. Hər bir xalqın mifologiyası onun 
mətbəxində latent, gizlin şəkildə yaşayır. 
Mədəniyyətlərin qohumluq paradiqmasının bildiriciləri 
mətbəx müstəvisində  əyaniləşir və konkretləşir. 
Dünyanın hər küncündə, hər bir mahalında mətbəxin cəmi 
bir funksiyası var: zövq verə-verə insanları 
doyuzdurmaq.  Di gəl ki, bu zövq dünyasına müxtəlif 
mədəniyyətlər öz müxtəlif  
mətbəxlərindən müxtəlif qapılar açır. 
 
SÜD 
(“idrak içkisi”nin metafizikası) 
 
     SÜD  təmiz, pak, qidalı, sakraL, ağ mayedir, qan 
və  zəhərin qarşıdurumudur, kosmoqonik yaranışın ilahi 
“yapışqanı”dır, mifoloji olaylar və münasibətlər 
məkanının dirildici nektarıdır, dərmanıdır, unikal 
içkidir, tərkibcə idealdır. Nə sudur, nə çörək: ancaq 
hər ikisinin funksiyasını yerinə yetirməyə qabildir; 
yəni həm doyuzdurur, həm susuzluğu yatızdırır. 
Təbiətdə elə bir bitki və ya canlı yoxdur ki, içində 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə