Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə45/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   41   42   43   44   45   46   47   48   ...   123

 
136
     Bütün 
uçurumların təbiətində isə bir 
virtuallıq gizlənib. Və  əksinə: virtual dünyanın özü 
uçurum kimi bir şey. Hüseyn Cavidin bədii məkanı da 
virtual səciyyəli uçurumlar zonası. Bu virtuallığın 
sahibi canlı insanlar yox, ideyalardır, simvollardır, 
ruhlar və kölgələrdir. Odur ki, mən bica və  təsadüfi 
saymıram professor Timuçin Əfəndiyevin öz tədqiqatını 
“Hüseyn Cavidin ideyalar aləmi” adlandırmasını. Cavid 
əfəndi dramaturq olmamışdan əvvəl Azərbaycanın filosofu 
idi, fikir adamı idi və onun pyeslərində qurduğu bədii-
intellektual sistem müəllifin ideyalarını estetik 
formalarda  şəkilləndirirdi. Mən bu pyesləri Platonun 
ideyalar dünyasınin dramaturji təzahürü qismində 
görürəm. Platon elə hesab edirdi ki, hər nəsnənin 
ideyası var və onlar fəza boşluğundakı ulduzlar kimi 
sayrışıb gerçəkliyi virtualcasına güzgüləndirirlər. 
Düşüncə tarixində virtual dünya obrazını yaratmış 
əvvəlinci filosof məhz Platondur. Pyesləri də Cavidin 
virtuallığa proyeksiya edilmiş, sanki fotoneqativlərdə 
zühura gəlmiş fikir oyunlarıdır. Fotoneqativ səni 
həmişə uçurumda göstərir. O, insanın ruhunun, predmetin 
ideyasının “mistik” surətidir. Cavidin fikir 
oyunlarının sonu isə UÇURUM. Onun qəhrəmanları da 
müəyyən ideyaların qiyafəsi olub uçurum ruhlarına, 
uçurum kabuslarına bənzərlər, varlıqla heçliyin, işıgla 
kölgənin sərhəd zolağında qərarlaşarlar. Hüseyn Cavidin 
pyeslərini oxuyarkən mənim emosional yaddaşım mənə 
nədənsə  həmişə Rixard Vaqnerin “Nibelunqların üzüyü” 
operasını xatırladır.  
     “Ah,  aman,  ya  rəbbim! hər iki tərəfim təhlükəli 
uçurum...” Maral söylər bunu, ölümündən bir az öncə.  
     Şeyx Sənan donuz otarıb, Quranı odda yandırıb, 
boynundan xaç asıb axırda demədimi ki, “uçurumdur 
pənahgah ancaq”.  
     Cavid əsərlərinin hamısında bir UÇURUM mənzərəsi.  
     Və bu azmış kimi onun şeirlərinə  də, “Azər” 
poemasına da gizli bir “uçurum” leytmotivi hakim. 


 
137
     Elə isə istərdim diqqətinizi müəllifin “Bu 
gecə” adlı bir şeirinə yönəldim:  
 
         
“Dərin-dərin uçurumlar, vərəmli fırtınalar, 
           Bütün-bütün sıxıb əzməkdə ruhumu bu gecə”. 
 
     İndi də ayrı bir şeirə fikir verəlim: 
 
         “Uçar, uçar, yenə ruhum diyari-hüznə qoşar
          Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar. 
          Soyuq, soyuq!.. Gecə keçmiş, bütün cahan susmuş, 
          Uzaqda inləyir ancaq zavallı bir bayquş”. 
 
     Cavid  əfəndinin hər misrasından bir UÇURUM 
hayqırır: 
 
          “Önümdə dalğalanır teyflər, qızıl qanlar, 
           Başımda patlayır atəşli, sisli vulkanlar”  
                              (“Hərb və fəlakət” şeiri). 
 
     “Azər” poemasının ovqatı da bir uyqarlıq şəhərinin 
uçurumunu göz önündə canlandırar: 
 
             
“Onlar qoşacaq,  çarpışacaqlar, 
                Bir çox uçurumlar aşacaqlar”. 
 
     Hüseyn Cavidin bədii dünyasına sakin personajların 
monoloqları, dialoqları, nidaları, mahnı 
və 
zümzümələri,  əsəbi gülüşləri, hıçqırtıları sanki 
uçurumlardan səslənir: onların replikaları eləsən işıq 
ili qədər məsafə  qət edib kosmik fəzaya göndərilmiş 
siqnallar qismində bir-birinə çatır. Bu qəhrəmanlar 
qədim yunan tanrıları kimi səmada uçuşub danışar, 
söhbətləşər, sonradan isə uçurumlarda məhv olarlar. 
Cavid 
əfəndinin obrazları 
mənə 
nədənsə bizim 
qalaktikada hərlənən  planetləri xatırladır. Hər bir 
səyyarənin isə öz uçurum parametrləri mövcuddur. 
PLANETLƏR UÇURUMDAN ASILMIŞ YOLKA OYUNCAQLARIDIR: bir 
ritmə köklənib uçduqca uçarlar. 


 
138
     Hüseyn 
Cavid 
əsərlərində zühura gələn 
virtuallığın qayəsi də elə bu. Uçmaq onun 
personajlarının ruhsal təbiətinin nişanəsi: 
     “Uçarız həqqə doğru bərgasa”...    Və ya: “Uçalım, 
haqqa doğru, gəl uçalım”...  Şeyx Sənanın ucuruma 
atılmamışdan öncəki bəyanatı. Haqqa doğru “getmirlər”, 
yalnız müqəddəsləşib “uçurlar”. Bu, cəmi 
peyğəmbərlərdən və Allahın sonuncu elçisi Muhamməddən 
qalma bir ənənə deyilmi? Qüds şəhərinin  əl-Əqsa 
məscidindən merac zamanı göylərə yüksəldiyi bir məqamda  
Muhamməd rəsulullahın mindiyi mifik at “BURAQ” 
adlanırdı ki, bunun da kökü “BƏRQ” sözündəndir. 
Bərqasa, yəni işıq qığılcımı ilə ani olaraq. Qədim 
türklər də  cənnəti uçmaq bilərlər. Quşların uçmağını 
seyr etmək insanlar üçün bir cənnət həzzi. Quşlar 
uçduqca insanlar sanki cənnəti görərlər. Təsadüfi deyil 
ki, mifik təfəkkür quşları ruhlar və mələklərlə yanaşı 
qoyar. Və heç o da təsadüfi deyil ki, ucalmaqda bir 
uçmaq, yüksəlmək, pərvazlanmaq, qanad çalıb yuxarı 
qalxmaq əlaməti var. 
     Öz poetik duyğuları müstəvisində Cavid əfəndi Şeyx 
Sənanı peyğəmbər dərəcəsinə  qədər ucaldar. Nəinki 
mistik sevgilər  Şeyxi, bu ədibin bütün qəhrəmanları 
uçmağa meylli, uçmaqdan ötrü dəli-divanə. Yahu, bəlkə 
də elə bu həvəsdəndir ki, onların leksikonunda “MƏLƏK” 
kəlməsi yamanca bol işlənər? Cavid dünyası  mələk dolu 
bir dünya. Burada kəpənəklərə, göyərçinlərə  də xeyli 
yer ayrılıb. “Şeyda” pyesində Rauf yatıb yuxusunda 
ganadlı  mələklər görər; görər ki, dostu Şeyda da 
göylərin  ənginliklərində uçduqca uçur. Yenə  həmin 
faciədə Anjel söylər: 
 
                  “Mən öncə bir mələkdim
                   Yüksəklərdə uçardım”. 
 
     “Mələklər”, “yıldızlar”, “kəbələklər”, 
“gövərçinlər”... Ruhlar aləminin simvolları. Hüseyn 
Cavidin bədii  şərtilik sisteminin əsas eyhamları. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə