Microsoft Word lord talibzadeh doc


Mahiyyətsə budur ki, çoban kürkü canlı  kəpənəyin



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə41/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   37   38   39   40   41   42   43   44   ...   123

 
124
Mahiyyətsə budur ki, çoban kürkü canlı  kəpənəyin 
cansız materiyada predmetləşmiş formasıdır, bilmərrə 
onun bənzəridir. Yapıncının da sanki iki “qanadı” var, 
sağı soluna müsavidir, birətərdir, bütövdür, tamdır, 
ideal harmoniya obrazıdır, eynən əsl kəpənək kimi. Bu 
məqamda yapıncı–kəpənək İmadəddin Nəsimidən ötrü artıq 
fəlsəfi eyham statusu alır, onun birucu kosmosa bağlı 
fikirlərinin qrafik rəsmini görükdürən fakturaya 
çevrilir:  “İkilik pərdəsindən keçib birlik bacasından 
baxan insan gizli sirləri görə bilər. Gizli sirləri 
anlayan isə Allahdır”.  Kəpənəyin (pərvanənin) tən, 
bir-birini güzgüvari şəkildə  əks etdirən qanadları 
İKİLİK  pərdəsi, “əlif” hərfinə  bənzər bədəni  BİRLİK 
bacası  kimi yozula bilməzmi? Heç bir qırıq da şübhəm 
yoxdur ki, hürufi Nəsimi elə belə də edib. Nəsimi üçün 
KƏPƏNƏK  onun fəlsəfi ideyaları müstəvisində  cızılan 
dünya konsepsiyasının obyektiv vizual görkəmidir
gerçək aləm içrə ikiliyin əyani surətdə  vəhdətə 
gəlməsinin, cütün təkə plastik çevriminin canlı nümunə 
formasıdır. Odur ki, Nəsiminin fəlsəfi paradiqmasına 
düzülmüş biliklər kəpənək geyinən, yəni ikilik 
pərdəsindən (qanadından) keçib birlik bacasından 
(boğazından) boylanan şəxsi, insanı tanrı saymağa, 
Allah kimi qəbul etməyə rüsxət verir. Çünki CÜT 
uyuşqan şəkildə formasını dəyişib TƏK olur. Bu mənada 
«kəpənəkpuş  Nəsimi» ifadəsi ilə hürufi şairi özünün 
Allaha döndüyünü, Allah olduğunu, Allah kimi zühur 
etdiyini bildirir: 
 
  
«Kəpənəkpuş
10
 Nəsimini edib Fəzli-ilah, 
         Onda həm cənnəti, həm huriyi-qılman tapdım» 
 
     Beləliklə, Nəsimi fikirlərini bir yerə toplayıb 
da bu qənaətə  gəlmək mümkündür ki, hürufilərin 
simvolik bildirmələr sistemi içində  KƏPƏNƏK MÜQƏDDƏS 
GEYİM kimi qavranılır: çünki kəpənəkpuş, yəni kəpənək 
geyinmiş Nəsimi Fəzlullah olur. Bu sistem çərçivəsində 
KƏPƏNƏK  insanın sakral dünya ilə  əlaqələndiricisidir, 


 
125
özünə  məxsus bir mediatordur, ötürücüdür, iki 
cahanın rəmzi modelidir, mikrokainatdır.  Əlavə onu da 
deyim ki,  KƏPƏNƏK hürufiliyin Nəsimi tərəfindən 
verilmiş  şifrəsidir.  Bu  şifrə açılıb oxunanda 
hürufiliyin cövhəri bəyana gəlir.  Əbcədə istinadən 
aparılan hesablamalar da bunu sübut edər. “Kəpənək” 
sözündəki hərflərin kiçik əbcəddə
11
 göstərilən rəqəm 
ekvivalentlərini toplayanda «102» alınır. Bu, 
kəpənəyin cəbri bildiricisidir, rəqəmlərdə görükən 
şəklidir.  Ərəb  əlifbası sağdan sola oxunur. Əgər 
KƏPƏNƏK, yəni «102» sağdan sola oxunsa o zaman aydın 
olacaq ki, «2» (ikilik pərdəsi) sıfır “boğaz”ından 
keçib «1»-ə (birlik bacasına) çevrilir, vahidə dönür. 
Hürufi kosmoqoniyasında «102» həm də «1» + «101» kimi 
qəbul edilir. «1» ilə «101» ərəb inkar şəkilçisi 
“la”dır yəni “əlif” və “lam” hərflərinin birgəliyidir. 
“La” müsləman zikrinin simvoludur, Allahı anmaq üçün 
işlədilən “La ilahə illəllah”
 
(“Allahdan başqa məbud 
yoxdur”) müqəddəs deyiminin qısaldılmış formasıdır. 
Deməli, hürufilərə görə  KƏPƏNƏK zikrin plastik 
obrazıdır. Həqiqətən, kəpənəyin qanadları arxaya 
qatlanıb cütləşəndə adamda belə bir təəsürat yaranır 
ki, sanki “əlif” və “lam” qoşalaşıb məkan içrə 
gəzintiyə  çıxıblar. «102» bir, sıfır və ikinin 
kombinasiyasıdır. Bu üç rəqəmin cəmi  «3»  eliyir. «3» 
riyazi mistika aləmində kosmosun, “vəhdət əl-vücud”un, 
mütləq harmoniyanın  şərti ifadəçisidir, insan, təbiət 
və  cəmiyyətin, adamlar, heyvanlar və bitkilərin, 
keçmişin, indinin və gələcəyin rəmzidir. Bir məqam da 
gərək burada yaddan çıxarılmasın:  ərəb  əlifbasında 3-
cü hərf “cim”dir ki, hürufilər onu ruhi aləmin simvolu 
sayırlar. «102»-nin MənaziL, Bürcət, Səyyarat və 
Çaharatının
12
  aşkarladığı  rəqəmləri üst-üstə  gələndə 
nəticə «30» olur. «30» bir 3-dür, bir 0; yəni birbaşa 
həmin 3-dür ki, var. «3» isə özündə həmişə «1» və «2»-
ni ehtiva edir. “Kaf”, “pe”, “nun”, “kaf”, yəni 
“kəpənək” sözünü təşkil edən hərflərinin böyük 
əbcəddən məlum rəqəm ekvivalentlərinin cəmi «330»-dur. 


 
126
«330» isə artıq iki 3 və bir 0-dan ibarətdir. Bu, 
bir növ fəlsəfi təkrirdir,  “KƏPƏNƏYƏ”  pərçim məna və 
ideyaların gücləndirilmiş variantda təqdimidir. İki 3-
ümüz 6-dır. Mistik rəqəmlər cərgəsində  «6» dörd 
cəhətin, göyün və yerin işarəsidir.  KƏPƏNƏK  də iki 
qanadlıdır: hər qanadı bir 3-dürsə, iki qanadı 6 
eləyir. Deməli, kəpənəyin qanadlarına dünyanın coğrafi 
məkanı bütövlükdə  sığır. Keçək sonrasına. «330»-un 
MənaziL, Bürcət, Səyyarat və Çaharatını toplayanda 
«31» alınır. Kəbənin hər bir divarının özülünə 31 daş 
qoyulub, qalan iki daş göylə yer hesabınadır. Ona görə 
də daşların ümumi sayı 33 (yenə iki 3) götürülür. «31» 
həm də bərabərdir «1» üstəgəl «30». Kiçik əbcəddə bu, 
bir daha “əlif” və “lam” deməkdir; «1» əlifdir, «30» 
isə lam. Aydındır ki, «31» zikrin kiçik əbcəddə olan 
nömrəsidir. «102» ilə «330»-un cəmi müsavidir «432»-yə. 
Mahiyyətcə «432» elə  həmin «1» və «2»-dir. Çünki 
dörddən üçü, üçdən ikini çıxdıqda yerdə yenə «1» qalır. 
«4», «3» və «2»-nin cəmi isə  «9» eləyir. Hürufi 
mistikasında «9» ərəb hərfi “ta”nı simvollaşdıran 
rəqəmdir. “Ta” kəlamın paroludur; mənası da budur ki, 
hərf və nöqtələrin qiymətinin, Kəlamın, “Lövhi-
məhfuz”un bərabər gəlməsi  “tanrı–insan”  eyniyyətinə 
dəlalət edir. Digər tərəfdən «9» üç dəfə «3»-dür və 
Nəsimi ideyasının, Nəsimi fikrinin artan silsilə üzrə 
təsdiqinə bir eyhamdır. «432»-nin MənaziL, Bürcət, 
Səyyarat və Çaharatının cəmindən  «17» alınır. Bu da 
hürufilərdə çox məşhur bir rəmzdir ki, onun mənası 
Nəsimi  şeirindən bəlli olur: “əhli beyt ilə özü on 
yeddidir”. Belə ki, Muhammədin ailəsi, mələklər və 
Allah «17» rəqəmilə bildirilir. Rəqəmlərin simvolika 
cədvəlində «17» fars əlifbasının “je” hərfi ilə 
işarələnir.  Hürufilər “je” hərfinə insan ruhunun 
parolu kimi baxırlar. Bu da o deməkdir ki, kainatın 
əbədi sirlərini insanın ruhunda axtarmaq lazımdır. 
Ancaq bu hələ harasıdır? Onu da qeyd edim ki, 
“KƏPƏNƏK” sözünün kiçik və böyük əbcədlərdən 
çıxarılmış qiymətlərinin və onların cəminin bütün 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə