Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə37/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   33   34   35   36   37   38   39   40   ...   123

 
112
  birbaşa onun fiziki qüsuru, yoğunayaqlı olması ilə 
   
   əlaqəlıəndirir. Bədən naqisliyi onun nəslinə genetik 
   şəkildə mənsub bir keyfiyyətdir. Edipin babası   
   (Labdak) çolaq, atası (Laiy) solaxay idi. Bu, 
   xtonikliyin dəf ediməsi ilə bağlı bir məsələ kimi 
   çözülür. Bu haqda ətraflı bax: Levi-Sross K. 
   Strukturnaya antropologiya. - M.: Nauka, 1985.        
21 
Yelena “İliada”nın əsas qadın personajlarından biridir, 
   Sparta çarı Menelayın arvadıdır, gözəllikdə tayı 
   bərabəri yoxdur. Troya hökmdarı Priamın oğlu Paris 
   Yelenaya vurulur və onu Afroditanın köməyilə qaçırır. 
   Onda Menelayın qardaşı Miken çarı Aqamemnon yubanmadan 
   Troya ilə savaşa girişir. Əslində, Yelena tanrı Zevsin 
   hiyləsinin qurbanıdır. Çünki bu müharibəni Zevs ona  
   görə düzüb-qoşub ki,  Axillesi (özünün qorxu kabusunu) 
   öldürsün.       
22
 Averintsev S.S. Poetika rannevizantiyskoy literaturı. 
   - M.: 1977. - c.80    
23
 Kuzanskiy N. Soç. v 2-x tt. - M.: Nauka,1979. - s.153. 
   
 
                                  1998-2008-ci illər 
                                    
 
 
                                
                                
KƏPƏNƏK 
və ya 
təfsiri-şərhi-hali NƏSİMİ 
(filoloji fantaziyalar
 
               «Buldu Nəsimi çün səni, keçdi qamudan, ey 
sənəm, 
                 Qoydu hərirü ətləsi, girdi əbavü şalinə» 
                           Seyid İmadəddin Nəsimi 
 
     İpəklə atlasın  əba və  şala dəyişdirilməsi bir 
cünunluq, dərvişlik, adi sadəlövhlük  əlaməti, yoxsa 
daha ayrı  nə? Və buna dəyərmi heç? Nəyisə geyinmək 


 
113
üçün soyunmaq gərək. Bu, haqq aşiqlərinə nə yaraşan 
iş? Geyinib soyunmaq da bir oyunmu, yahu? Yəni bu da 
bir quş dilidir, “bunu Süleyman bilir ancaq?” Sual 
etməyinə lüzum yox ki... onsuz da “aşikarədir”. 
    Libas  Nəsimidən ötrü rəmzdir, bildiricidir, onun 
bir sıra mürəkkəb fikir oynatmalarının cövhərini 
açıqlayan və bu məna-cövhərə birbaşa plastik 
materialdan görkəm verən obrazdır. Başqa sözlə, Nəsimi 
geyim vasitəsilə öz fikrinin şəklini çəkir, onu məkan 
içrə formaya salır, “rəngləyib” görükdürür. 
 
  «Bu ərusi-dünya kim gah al geyər, gah da yaşıl, 
       Al ilən aldar səni, olmaya kim aldanasan!». 
       
Nəsimi poeziyasında libas dəyişgənlik və ötərilik 
simvoludur, dünyəvi yalanın, bir-birini fasiləsiz 
əvəzləyən oyun və aldanışların təzahür elementidir, 
fantastik emosionallığa malik bədii işarədir.  Əgərçi 
belə olmasaydı, Nəsimi dünyanı da al və yaşıl geyimli 
rəsm etməzdi ki? Hərçənd... hər geyinməyin də bir 
soyunmağı var axı? 
     İnsan dünyaya çılpaq gəlir və yalnız sonradan 
geyinir. Geyinib də soyuqdan qorunur, abıra minir, 
ictimailəşir, sosial varlıq statusu alır, mədəniyyətlə 
tənzimlənən  əlaqələr sisteminə daxil olur. Əks 
təqdirdə, cəmiyyət onu qəbul etməyəcək.  İctimai 
məkanda çılpaq görünməyi mədəniyyət normaya sığmayan 
tüfah bir iş sayır... və buna bilmərrə qadağa qoyur. 
Toplum içrə çılpaq bədən söyüşdən də betərdi: hamı ona 
nümayişkaranə  şəkildə ikrahla yanaşır. Halbuki bu 
bədəndən hamıda var. Geyim insanın təbiətdən 
mədəniyyətə 
qədər getdiyi yolun əyani 
görükdürücüsüdür. Mədəniyyətə  rəsmən elan edilməmiş 
vəsiqə “geyim” adlanır. Haradasa belə demək mümkündür 
ki, mədəniyyət geyimdən, geyinmək prosesinin və 
şakərinin özündən başlanır. Bunların hamısı düz... və 
mübahisəsiz. Lakin bir məsələni heç cür unutmaq olmaz. 
Yəni insannın geyinmək tələbatı maskalanmaq, 


 
114
məxfiləşmək, gizli qalmaq istəyi kimi də yozulmağa 
caiz. Geyim bədənin maskasıdır: çünki bədən üz kimi 
mimika ilə qoruna bilmir. Bu baxımdan çılpaq bədən 
aldatmaq iqtidarında deyil. Ona görə  də geyim bədən 
defektlərinin, qüsurlarının örtüyüdür, maskasıdır. 
“Soyunmaq” isə içəridə olanı üzə  çıxarmaq, birbaşa 
gözə görünməyəni faş eləmək, sirri aşkarlamaq, maskanı 
tullamaq, örtüyü atmaq mənalarını da özündə ehtiva 
etməyə qabil bir anlam. Müsəlman 
Şərqinin 
düşünərlərindən bəziləri hətta adi insan dərisini də 
geyim, maska qismində görməyə meyilli idilər. Seyid 
İmaməddin Nəsimi bütün ömrü boyu özündən sıçramaq, 
ayrılmaq, qopmaq arzusunda bulunmuşdu... və burada 
qəribə heç nə yox. Çünki hal əhli üçün bu, xarakterik 
bir ovqat. Özündən çıxıb, kənarlaşıb özünə baxmaq, öz 
gözlərindən öz içinə boylanmaq, dərinin altına varıb 
öz bədəninə tam şəkildə nüfuz eləmək, orada 
rahatlanmaq, “ərimək”, “qərq olmaq” marağı, istəyi 
ariflərdən ötrü həmişə dadlı bir intellektual oyuna 
bərabər sayılıb. Bu tövr virtual cəhdlərdən usanan 
Nəbati məyuslaşıb da demirdi ki“yetdi ömrün axirə, 
sən bir Nəbati bilmədin, kimdi bu gözdən baxan, ya 
dildə bu güya nədir?” Virtual dünyanın plastik görkəmi 
insanın öz içinə səyahətinin, gəzintisinin inikasıdır. 
Kamil insanın özünü bütöv, harmonik varlıq kimi dərk 
etməsinin yolu burdan keçir. Virtual gerçəklik insanın 
iç dünyasının gerçəkliyidir. Təbii ki, bu gerçəkliyi 
də öz içində kəşf etmiş insan üçün artıq sirri bəyanə 
gəlməyən heç bir nəsnə qalmır. 
     Mən çox fikirləşmişəm: görəsən necə olub ki, 
dərinin soyulması kimi son dərəcə  işgəncəli bir cəza 
tədbiri məhz Nəsimi  şəxsiyyəti ilə bağlı aktuallaşıb? 
Nəsimini edam etməyə ayrı bir üsul tapılmırdı  bəyəm? 
Niyə Misir sultanı  əl-Müəyyəd hərlənib, fırlanıb elə 
bu sadist cəza formasının üstündə dayanıb?  Əgər 
Nəsiminin dilini kəssəydilər, qurğuşunu 
əridib 
boğazına töksəydilər, deyərdim ki, yeri var. Çünki o, 
məhz “ənəlhəq” söyləyən dilinin ucbatından kafir, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə