109
dairə qapanır. Mədəniyyətləri ölüm kabusu,
Apokalipsis kabusu dolaşır. Çünki insan artıq başa
düşüb ki, mədəniyyət təkcə onun xilası olmayıb, həm də
onun məhvinə, Axirətə imza atıb. İnsan artıq başa
düşüb ki, praktiki surətdə
hər bir inkişaf
antiinkişafdır. İnsan artıq başa düşüb ki, inkişaf
ideyasının özü absurddur. “İnkişaf” mədəniyyətdən
impuls alır. Bunu ayrı cür də demək mümkün: mədəniyyət
inkişafdır, inkişaf - mədəniyyət. Hər inkişafın içində
isə mütləq bir ölüm “gəzir”. Təsadüfi deyil ki,
mədəniyyət antibədən mədəniyyətidir, bədənə (təbiətə)
qarşı təcavüz mədəniyyətidir. Mədəniyyət yaranışından
təbiəti korreksiya və ya redaktə etməyə çalışır. Amma
heç nə alınmır. İnsanın hər yeni kəşf etdiyi nəsnə
sonucda çönüb onun məhvinə, ölümünə fərman verir,
yaşamının əleyhinə yönəlir. Bu gün mədəniyyət insanın
(kişinin) fiziki zəifliyindən, gücsüzlüyündən ictimai
ekrana atılmış
mənfi enerjini (öc hikkəsini)
sublimasiya eləyir. Və bu sublimasiyanın nəticəsində
çağdaş mədəniyyət hər şeyə (ideyalara, formalara,
ənənələrə, mənəvi-əxlaqi prinsiplərə) qarşı abırsız,
sırtıq təcavüz, ikrah və inkar mədəniyyətinə,
simulyakr mədəniyyətinə, kölgələrin virtual
mədəniyyətinə çevrilir. Mədəniyyət öz
antimədəniyyətini təşkil edir, təbii ki, bədən və ruh
oyunlarını saxlamaq naminə. Burada isə ruh artıq
intellektual blef, fiksiya kimi, aldanış və ilğım
stratusunda qavranılır.
Müasir dünya mədəniyyəti zibil paketləri kimi
siyasət tərəfindən təkrar-təkrar istehsal olunur.
Həmin paketlər kütlələrin ayrılmaz atributudur. İndi
mədəniyyət tamamilə siyasətə məxsusdur və onun başlıca
təməl “kərpici” informasiyadır. Qəribədir, informasiya
da bədənsizdir. O, yəni informasiya, yəni təməl
“kərpici” mədəniyyəti dağıdan, çürüdən, zibil qalağı
kimi bir yerə toparlayan virusdur. Ona görə də çağdaş
dünya mədəniyyəti bir “mədəniyyətsizləşmək”,
virtuallaşmaq durumu yaşayır. Çünki o, başa düşüb ki,
110
mədəniyyət və əbədiyyət insanla birgə var olur,
insanla birgə də yox olur; ölüm qorxusu isə
uydurmadır. O şey ki olacaq, olasıdır. Kütlə içində
sən ölümə yuxarıdan aşağı baxırsan. Cənnətlə cəhənnəm
isə mədəniyyətin hüdudlarıdır. Mədəniyyət bədənin
normal həyatının əyləcidir. Kütləvi mədəniyyət isə
bütün əyləcləri aradan götürüb bədənlərə instinktlərlə
olmaq imkanı verir. İnstinktlərdən isə dünya qopur.
Kütlə qadağalardan, yasaqlardan çıxanda mədəniyyəti
dağıdır, dünyanı dağıdır.
ƏDƏBİYYAT VƏ İZAHLAR
1
Syökida K. Praktika dzen: jeleznaya fleyta. - M.: 1993. -
s.139
2
Qolosovker Y.E. Mifin məntiqi. - B.: 2006. - s.173-188.
3
Pyat filosofskix traktatov na temu “Afak va anfus”. - M.:
1970. - s.22.
4
Bax: Nazarli M.Q. Kosmoqoniya i tvorenie v sevefidskoy
jivopisi XVI v. // Vostok. - № 1. -1993. - s. 83-98.
5
Qurnanin 41-ci surə 53-cü ayəsində deyilir: “Quranın
haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət
nişanələrimizi onlara həm xarici aləmdə (kainatda,
göylərin və yerin ətrafında), həm də onların öz
daxilində mütləq göstərəcəyik.(Ya peyğəmbər) Məgər
Rəbbinin hər şeyə şahid olması(sənin dediklərinin
doğruluğuna) kifayət deyilmi?” - Qurani-Kərim.
- Bakı-Kiyev, 1994. - s.172.
6
Pyat filosofskix traktatov.., - s.16.
7
Bax: Şukyurov Ş.M. İskusstvo srednevekovoqo İrana.
- M.: 1989. - s.103-104.
8
Bax: Frezer Dj. Zolotaya vetv. - M.: 1980. - s.418-423.
9
Bax: Qanevskaya E.V. Yantra i obraz // Neverbalnoe
pole kulturı. - M.: 1995. - s.26-32.
10
Debarrol A. Taynı ruki. - M.: 2002. - s.267-268.
11
Antoloqiya daosskoy filosofii / Sost. V.V.Malyavin.
- M.: 1994. - s.122-123.
12
Yenə orada, s.162-163.
13
Bax: İdris Şax. Sufizm. - M.: Klışnikov, Komarov
111
i K, 1994. - 446 s.
14
Taqiyev İ. Era vodoleya - zolotoy vek v istorii
çeloveçestva (o planetarnom voznesenii): traktat
v pyati kniqax / Kniqa 4: O sokrovennıx tsiklax i
periodax. - s. 7. - elektronnaya versiya. - 2007.
(kniqa poka ne opublikovana i poetomu avtor prinosit
svoi izvineniyz qospodinu Taqiyevu.)
15
Yenə orada: Kniqa 1: “9” - svyaşennoe çislo Drevneqo
Mira. - c.39.
16
Bax: Mehdiyev N.M. Orta əsrlər Azərbaycan estetik
mədəniyyəti. - B.: 1996. - s.6-47.
17
Sabir M.Ə. Hophopnamə. - B.: 1979. - s.159.
18
Yunan mifologiyasına görə Filoktet başqa igidlərlə
bahəm Troya (İlion) savaşına yollanır. Amma Filoktetin
ayağında pis qoxu verən yara əmələ gəlir. Dostları bu
qəhrəmanı adada tənha buraxıb yollarına davam edirlər.
Lemnos meşələrində Filoktet Heraklın ona bağışladığı
oxlar hesabına dolanır, ac qalmır. Sonradan belə məlum
olur ki, Heraklın oxları işə düşməyincə Troya
savaşında qələbə əldə edilməyəcək. “Kiçik İliada”ya
görə Filoktet Odisseyin onu aldatdığını bilib
müharibəyə getməkdən boyun qaçırır. Bu zaman, mifə
əsasən, Filoktet ilahiləşmiş Heraklın teyfini görür və
məlum olur ki, əgər o, Heraklın oxları ilə döyüşlərə
qatılsa, yarası sağalacaq.
19
Sizif yunan mifologiyasında çar Eol və Enaretin
oğludur. Bir mənbəyə görə o, quldur olub. Ayrı bir
yerdə isə yazılıb ki, Sizif müdrik və ehtiyatlı bir
adam kimi tanınıb. Guya o tanrıların bütün sirlərini
bilirmiş. Sizif məhz Zevsin Eginanı özünə məşuqə
seçdiyini qızın atası Asopa xəbər verir. Bu satqınlığın
üstündə Zevs onu cəzalandırır və cəhənnəmə göndərir.
Onun taleyinə ölmək yazılmayıb, əvəzinə əbədi
işgəncədə bulunmaq yazılıb. Sizif yekə bir daşı hər gün
dağın zirvəsinə qaldırmalıdır. Daş isə hər dəfə zirvəyə
çatar-çatmaz yenidən aşağı yumbalanacaq. Beləliklə,
onun işi heç vədə bitməyəcək, zəhməti azalmayacaq.
20
Edip Fiv çarıdır, bilməməzlik üzündən atasını öldürüb
anasına evlənib, uşaqlarının həm atası olub, həm
qardaşı. Həqiqəti öyrənəndə isə gözlərini çıxardıb,
qızı-bacısı Antiqona ilə Yunanıstanı səyahətə başlayıb.
Fransız strukturalisti K.Levi-Stros Edipin taleyini
Dostları ilə paylaş: |