118
«Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə»
Və ya:
«Bu nə bərgüzidə
6
candır ki, gəzər bu can içində»
Yaxud:
«Bu canı tərk edib keçdim cahandan»
Və hətta:
«Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,
Məkana sığmayan ol biməkan məkanı nedər!».
Yəni məkandan bilmərrə imtina və hər cür köçün,
səfərin sonu. Təbii ki, burada qəribə, təəccüblü,
gözlənilməz heç nə yox. Çünki orta əsrlər müsəlman
Şərqinin poeziya dünyası sufi ideyalarına ürcah. Ötəri
bir paralel. Məgər Sənai də Nəsimi deyəni demirdi ki,
“cism və canda mənzil tutma gəl, biri ikrah doğurur, o
biri sevgi, hər ikisini tərk elə, nə onda ol, nə
bunda”
7
. Beytdə laməkan ideyasının dominantlığı
şəksizdir. Bəs belə olan surətdə bu məsələni Nəsimi
ilə bağlı məxsusi qabartmağına dəyərmi? Elə bilirəm
ki, dəyər. Çünki bu, Sənaidən ötrü yalnız mənəvi
imperativdir, ruhla ilişikli oyundur, intellektual
macəradır. Nəsimi isə buna həqiqət, reallıq, həyat
məqsədi kimi baxır, bütün varlığı ilə məkansızlığa can
atır və öz məkansızlığından az qala bir ayin yaradır,
onu kulta çevirir. Məkansız olduğuna Nəsimi bir şair
kimi yox, bir insan kimi inanır... və hətta bunun
sübutuna çalışır. Mənim fikrim budur ki, Nəsiminin
laməkan kulturoloji ideyasına münasibəti də onun
karması ilə diktə edilir. Hətta şairin təxəllüs seçimi
də, mən elə düşünürəm ki, onun karmasının birbaşa
təsiri ilə gerçəkləşmişdir. Çünki “Nəsimi”
119
təxəllüsünün mənası ilə şairin ideyaları və tale
yazısı arasında qəribə bir əlaqə, bağlantı aşkarlanır.
Azərbaycan ədəbiyyatşünaslığında qəbul edilmiş rəsmi
bilgi ondan ibarətdir ki, «Nəsimi» təxəllüsü «Nəimi»
sözünə həmahəng səsləndiyinə görə, şair Seyid Əli
tərəfindən bəyənilib. Seyid Əli, yəni İmadəddin
Nəsimi, Şərq mədəniyyəti ənənələrinə uyğun Ustadına
kəc baxmayıb və Nəimiyə bəslədiyi sevgisini, öz
sədaqəti ilə birgə təxəllüsündə də rəmzləşdirib.
Şübhəm yoxdur ki, bu, bir həqiqətdir. Ancaq mən onda
da bir “əmma” buldum. “Nəimi” «cənnət adamı»,
«cənnətməkan» deməkdir. Quranda zikr edilən iki cənnət
bağından birinin adı
Nəimdir. Hürufiliyin
pərvərdigarı, ustad Fəzlullahın təxəllüsü də buradan
gəlir. «Nəsimi» təxəllüsü isə «nəsim» sözündən
alınmadır. Ərəb dilində «nəsim» kəlməsi ilə səba yeli,
səhər mehi bildirilir. «Nəsimi» deyəndə səhər mehi
içrə yaşayan, kökü, şəcərəsi səhər mehinə bağlı olan
adam başa düşülür. Və bundan əlavə önəmli sayılacaq
başqa bir çalar: müsəlman mədəniyyəti şəbəkəsində
insan ruhunun təbiəti meh kimi, hava axını kimi
təsəvvürə gətirilir. «Nəimi» və «Nəsimi» təxəllüsləri
bir-birinə həmqafiyə, lakin onlar arasındakı məna
fərqi böyük, haradasa lap ziddiyyətli: biri konkret
təsvirə malik məkanla bağlı, digərinin isə məkanı
bulunmaz. Nəsimi məhz bu məqamda Nəimi ilə qütbləşir
və
hətta onu “üstələyir”: “nəsimi” “nəimi”
konkretliyindən daha geniş, uca və əlçatmazdır.
Həqiqətən, o, yalnız yeldir ki, nə məkana sığar, nə
bəyana gələr, nə yeri məlum olar, nə də görkəmi.
Qısası, problemin məğzı ondan ibarətdir ki, Nəsimi
timsalında şəxsiyyət ilə təxəllüs eyniləşib, qəribə
şəkildə bir-birinə nüfuz edib psixoloji fenomen
yaradır: təxəllüs “böyüyüb” nəsimiliyə çevrilir və
şairi öz içində
“əridir”. Nəsimi ömrünün
dolanbaclarından boylandıqda görürsən ki, şair sanki
bilərəkdən həyatını öz təxəllüsünün bəraətinə həsr
eləyir. Bəlkə elə buna görədir ki, Nəsimi bir yerdə
120
lövbər salıb uzun müddət qalmağı heç cür
bacarmayıb, məkana, bəyana sığmadığını söyləyə-söyləyə
səba yeli, sübh mehi kimi cümlə cahanı dolaşır. Yəni
belə şey olurmu heç? Möcüzəmi, ilahi? Doğrudan da
təəccüblənməyə bilmirsən: TƏXƏLLÜS hürufi şairinin
ideyalarının, poeziyasının və
HƏYATININ
paradiqmasıdır, CƏDVƏLİDİR, bir növ onun şəxsi lövhi-
məhfuzudur. Qəribədir, təxəllüs şairdə yox, şair
təxəllüsündə yaşayır. Belə bir təxəllüsün seçilməsi
adi təsadüfdür, zərurətdur,
şairin özü ilə
intellektual oyunudur, sonucda Nəsimidən öc alacaq
fələyin qurduğu tələdir, ya nədir? Bəlkə karma
dedikləri elə bu? Dəqiq söyləmək çətindir. Hər halda
bir məsələ gün kimi aydındır: təxəllüs şair Seyid
Əlinin sakral həyatının nişanəsidir, verbal
bildiricisidir, onun ilahi dünya ilə birbaşa
əlaqəsinin təminatçısı və mənəvi, ruhi ömrünün
simvoludur:
«Meraca çıxdı ruhi Nəsimi Buraq ilən»
Həqqən ki, Nəsimi bütün ömrü boyu özünü səhər
nəsimi, səba yeli, yaranış mehi bilib: heçdən zühur
edib, qəfil gəlib, qəfildən də heç olub gedib. Onun
üçün merac bəyana gəlməyən şəffaf çılpaqlığa ürcah
formasız və çəkisiz ruhun meracıdır. Bu baxımdan
həyatda «nəsimi» olmaq elə meracda zamansız və
fasiləsiz bulunmaq de-məkdir. Məhz buradaca yazı-
fantaziyanın tamam yeni və haradasa gözlənilməz bir
dönümü. Əcəba, Nəsiminin “kəpənəkliyi” də bu səbəb
üzünə yozulmazmı? Nədən “Fəzl ilə həqqə çatmış olan”
Nəsimi özünü “pərvaneyi-nicat”, yəni “nicat pərvanəsi,
nicat kəpənəyi” adlandıra? KƏPƏNƏK nəsimin, mehin
vizual dəlaləti ola bilməzmi? Bəlkə kəpənək səhər
nəsiminin, sübhdəm mehinin məkan içrə zühur
formasıdır, bəyanda görükmək tərzidir? Yenə birbaşa
cavabı olmayan suallar. Təbii ki, əsas məsələ nə
sualdır, nə cavab: əsas məsələ suala qədər cızılan
Dostları ilə paylaş: |