Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   17   18   19   20   21   22   23   24   25

 

 

73 



iqtisadi  səmərə  hesab  olunmur.  Bu  müəssisənin  kapitalının  artımı  ilə  nəticələnmir. 

Göstərilən səbəbdən də, bu cür vəsaitlərin müəssisəyə daxil olması gəlirdən çıxılaraq, 

"Mənfəət və zərər" haqqında hesabatda və kapitalda tanınır. 

       Əməliyyat zamanı yaranmış gəlirin məbləği, bir sıra hallarda müəssisə və aktivin 

alıcısı  və  ya  istifadəçisi  arasında  olan  razılaşma  əsasında  müəyyən  edilir.  Bu  gəlir 

müəssisə  tərəfindən  aktivin    satılması  nəticəsində  əldə  edilmiş  və  ya  əldə  olunması 

gözlənilən  əvəzləşdirmənin  ədalətli  dəyəri  ilə  qiymətləndirilməkdədir.  Bu  zaman 

təqdim  olunmuş  hər-hansısa  satış  etdirimləri  nəzərə  alınır.  Sözü  gedən  bu 

ə

vəzləşdirmə pul vəsaitləri və ya onların ekvivalentləri, qeyri-pul aktivləri, həmçinin 



müəssisənin öhdəliklərinin azalması şəklində oluna bilər. 

       Pul  vəsaitləri  və  ya  onların  ekvivalentlərinin  daxil  olunması  təxirə  salındığı 

halda,  əvəzləşdirmənin  ədalətli  dəyəri  alınması  gözlənilən  pul  vəsaitlərinin 

məbləğinin  nominal  dəyərindən  az  olma  ehtimalı  var.  Misal  üçün,  müəssisə  alıcıya 

faizsiz kredit verə, yaxud da satılmış malların ödənişinə əvəz olaraq bazarda mövcud 

ə

dalətli dərəcədən aşağı olan fazi dərəcəli veksel qəbul edə bilər. Müqavilə maliyyə 



ə

məliyyatını  əks  etdirən  zaman,  əvəzləşdirmənin  ədalətli  dəyəri  bütün  gələcək 

daxilolmaların  şərti  faiz  dərəcəsinin  tətbiq  olunması  əsasında  diskont  edilməsi  yolu 

ilə hesablanılır. 

       Şərti  faiz  dərəcəsi  aşağıda  sadalanan  iki  göstəricidən  də  daha  dəqiq 

müəyyənləşdirilən göstərici hesab olunur: 

  əvəzləşdirmənin  nominal  dəyərini  mallar  və  xidmətlərin  ödənişinin  təxirə 

salınmaması şərti ilə satışın cari qiyməti üzrə diskont edilən faiz dərəcəsi; 

  analoji  kredit  reytinqinə  malik  olan  emitentin  oxşar  olan  maliyyə  alətləri  üzrə 

üstünlüyü olan  faiz dərəcəsi. 

       Faiz gəliri mahiyyət etibarı ilə əvəzləşdirmənin ədalətli dəyəri ilə nominal dəyəri 

arasındakı fərqdir. 

       Mübadilənin  gəlir  əmələ  gətirəm  əməliyyat  hesab  edilməsi  üçün  mallar  və 

xidmətlərin  dəyərinə  və  mahiyyətinə  görə  oxşar  mallar  və  xidmətlər  ilə 

mübadiləsidir. 



 

 

74 



       Öxşar  olmayan  mallar  və  xidmətlərin  mübadiləsiylə  bağlı  olan  əməliyyatlardan 

ə

ldə olunan gəlirlər: 



  alınmış mallar və ya qarşı tərəfin göstərdiyi xidmətlərin; 

  alınmış pul vəsaitləri məbləğinə qədər artırılan və ya verilmiş pul vəsaitlərinin 

məbləğinə qədər azaldılan ədalətli dəyər ilə qiymətləndirilir. Buna baxmayarq, 

alınmış  malların,  yaxud  qarşı  tərəfin  göstərdiyi  xidmətlərin  ədalətli  dəyərini 

etibarlı  əsasla  qiymətləndirməyin  mümkün  olmadığı  bir  şəraitdə,  gəlir  təhvil 

verilən  malların,  yaxud  təqdim  olunan  xidmətlərin  ədalətli  dəyəri  ilə 

qiymətləndirilir. 

       Malların  satışı  zamanı  əldə  olunmuş  gəlir  aşağıda  sadalanan  bütün  şərtlərin 

yerinə yetirildiyi təqdirdə tanınır: 

∗  müəssisə  malları  üzrə  mülkiyyət  hüququ  ilə  əlaqəli  ciddi  risklərin  və 

mükafatların alıcıya təhvil verilməsi zamanı; 

∗  müəssisədə  mülkiyyət hüququ ilə bağlı olan idarəetmədə iştirak edilmədikdə 

və satılmış mallara faktiki nəzarəti saxlanılmadıqda; 

∗  gəlirin məbləğinin etibarlı əsasda qiymətləndirilməsi mümkün olduğu halda; 

∗  əməliyyatla  bağlı  olan  iqtisadi  səmərələrin  müəssisəyə  daxil  olması  ehtimalı 

olduqda; 

∗  əməliyyatla  bağlı  olan  küçmiş  və  gələcək  xərclərin  etibarlı  əsasda 

qiymətləndirilməsi mümkün olduğu halda. 

       Gəlirdən çıxılmış xərclər gəlir vergisini və hüquqi şəxslərə aid mənfəət vergisini 

hesablamaq üçün tətbiq olunur. 

       Gəlirdən  çıxılmayan  xərclər  istisna  olmaqla  gəlirin  əldə  olunması  ilə  əlaqəli 

bütün xərclər, həmçinin qanunla nəzərdə tutulan icbari ödənişlər gəlirdən çıxılır. 

       Gəlirdən  çıxılmayan  xərclərdə  əsas  vəsaitlərin  alınması  və  qurulmasına  çəkilən 

xərclərin  və  kapital  xarakteri  daşıyan  digər  xərclərin  gəlirdən  çıxılmasına  yol 

verilmir.  Misal  üçün,  müəssisə  vətəndaşlardan  mənzillər  kirayə  götürür  və  gəlir 

götürülməsi  məqsədilə  onları  hüquqi  və  fiziki  şəxslərə  icarəyə  verir.  Vətəndaşlarla 




 

 

75 



10000  manat  məbləğində  müqavilə  bağlanılmışdır.  Bu  zaman  müəssisədə  aşağıdakı 

şə

kildə mühasibat yazılışları veriləcək: 



       Gəlirdən çıxılmaqla icarə haqqı hesablanmışdır: 

Debet 721 N-li " nzibati xərclər" hesabı- 10000 manat 

Kredit 538 N-li "Digər qısamüddətli kreditor borcları" hesabı - 10000 manat 

       Ödəmə mənbəyində vergi tutulmuşdur: 

Debet 538 N-li "Digər qısamüddətli kreditor borcları" hesabı  - 1400 manat 

Kredit 521 N-li "Vergi öhdəlikləri" hesabı - 1400 manat 

       Vətəndaşlara icarəhaqqı ödənilmişdir: 

Debet 538 N-li "Digər qısamüddətli kreditor borcları" hesabı  - 8600 manat 

Kredit 221 N-li "Kassa" hesabı - 8600 manat 

       Fiziki şəxslərin fərdi istehlak ilə bağlı və ya əmək haqqının alınması ilə əlaqədar 

xərcləri gəlirdən çıxılmır. 

       Gəlirdən  faizlər  üzrə  çıxılan  məbləğlərin  məhdudlaşdırılması  zamanı  xaricdən 

alınmış  borclar  üzrə,  həmçinin  qarşılıqlı  surətdə  asılı  olan  şəxslərin  bir-birinə 

ödədikləri fazilərin faktiki məbləği faizlərin aid olduğu dövr ərzində eyni valyuta ilə 

oxşar  müddətə  verilən  banklararası  kredit  hərracında  olan,  yaxud  hərraclar 

keçirilmədikdə Azərbaycan Respublikası Mərkəzi Bankında dərc edilmiş banklararası 

kreditlər  üzrə  faizlərin  orta  səviyyəsinin  125%-dən  artıq  olmamaq  şərti  ilə  gəlirdən 

çıxılır.  Bir  misala diqqət  yetirək:  Müəssisə  xaricdən  77000  manatı  illik  13%  olmaq 

şə

rti  ilə  borc  almışdır.  Müvafiq  dövrdə  Mərkəzi  Bankın  dərc  etdiyi  banklararası 



kreditlərə aid faizlərin orta səviyyəsi 9% olmuşdur. Göstərilən halda 8662,50 manat 

gəlirdən çıxıla bilər. Bu aşağıdakı hesablama nəticəsində alınmışdır: 

                                          77000 x 9% x 125% 

       Yerdə qalan 1347,50 manat isə mənfəət və digər mənbələr hesabına ödənilir: 

                                           77000 x 13% - 8662,50  

       Müəssisələrdə  təmirlə  bağlı  xərclərin  gəlirdən  çıxılması  zamanı  hər  il  üçün 

gəlirdən  çıxılmalı  olan  təmir  xərclərinin  məbləği  əsas  vəsaitlərin  hər  bir 

kateqoriyasının  əvvəlki  ilin  sonuna  olan  qalıq  dəyərinə  müvafiq  olaraq  əsas 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə