Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   17   18   19   20   21   22   23   24   25

 

 

70 



onun  ödənilməsi  anına  olan  dəyəri  arasındakı  amortizasiya  olunan  fərqin  məbləği 

daxil edilir. 

       Faiz gəliri gətirən borc alətləri üzrə faiz hesablandıqdan sonra, sözü gedən alətlər 

bu  faizlərin  alınmasından  əvvəl  əldə  oluna  bilər.  Faiz  gəliri  gətirən  borc  alətləri 

dedikdə, borc qiymətli kağızları və onlara oxşar müqavilələr başa düşülür. Bu zaman, 

sonrakı dövrdə əldə olunmuş faizlər bu borc alətlərinin əldə olunmasından əvvəl və 

sonrakı  dövrlər  üzrə  bölüşdürülməsi  vacibdir.  Sözü  gedən  faizlərin  əldə 

olunmasından sonrakı dövrdəki hissəsi yalnız və yalnız gəlir olaraq tanınır. 

       Dividendlərin  müvafiq  olaraq  kapital  alətlərinin  ilkin  dəyərindən  çıxılması  və 

dividend  gəliri  kimi  tanınması  üçün  müəsisə  tərəfindən  əldə  edilmiş  kapital  alətləri 

üzrə  olan  dividendlər,  həmin  kapital  alətlərinin  əldə  olunmasından  əvvəl  qazanılan 

kapitalın  bütövlükdə  və  ya  qismən  bölüşdürülməsi  dövrünə  aid  olması  lazımdır. 

Kapital  alətlərinə  paylı  qiymətli  kağızlar,  onlara  bənzər  müqavilələr  daxildir.  Əldə 

olunmuş  dividendlərin  ümumi  məbləğinin  bu  kapital  alətlərinin  əldə  edilməsindən 

sonrakı  dövrə  görə  gəlir  olaraq  tanınması  o  zaman  baş  verir  ki,  bu  bölüşdürməni 

mülahizələrə  əsaslanan  üsuldan  daha  fərqli  bir  üsulla  həyata  keçirilməsi  çətinlik 

yaradır.  Buna  baxmayaraq,  kapital  alətinin  ilkin  dəyərinin  bir  hissəsini 

ə

vəzləşdirməsini  birmənalı  olaraq  əks  etdirən  məbləğ  dividend  gəliri  qismində 



tanınmalıdır. Göstərilmiş bu məbləğ kapital alətinin ilkin dəyərindən çıxılmalıdır. 

       Royalti formasında yaranan gəlirin tanınması və hesablanması, bir çox hallarda 

müvafiq müqavilələrin şərtlərinə uyğun olur. Belə ki, bəzi hallar istisna ola bilər. Bu 

zaman  müqavilənin  mahiyyətinin  nəzərə  alınması,  sözü  gedən  gəlirin  sistematik  və 

məqsədəuyğunluq  əsasında  tanınması  daha  doğrudur.  Burada  hadisə  və 

ə

məliyyatların  hüquqi  forması  deyil,  iqtisadi  mahiyyətinə  əsaslanaraq  üstünlüyün 



verilməsi prinsipi əsas götürülür. 

       Fazilər,  royalti  və  dividend  formasında  yaranmış  gəlirlərin  tanınması,  sadəcə 

ə

məliyyat ilə bağlı əldə olunacaq iqtisadi səmərənin müəssisəyə daxil olacağı əsaslı 



surətdə ehtimal olunması ilə baş verir. Buna baxmayaraq, əvvəllər gəlir kimi tanınmış 

məbləğin  sonrakı  dövrlərdə  alınması  ilə  bağlı  qeyr-müəyyənliklərin  yaranmaq 




 

 

71 



ehtimalı  var.  Belə  hallarda,  alınan,  yaxud  da  əvəzi  ödəniləcəyi  artıq  ehtimal 

olunmayan  məbləğ  əvvəlcədən  tanınan  gəlirə  düzəliş  qismində  deyil,  hesabat 

dövründə xərc olaraq tanınır.  

 

3.3. 

Gəlirlərin 

hesabatda 

təqdim 

edilməsi 

və 

açıqlanmasının  mövcud  vəziyyəti  və  təkmilləşdirilməsi 

imkanları; 

Gəlirlərin  hesabatda  təqdim  edilməsi  və  açıqlanması  bir  sıra  qanunlarla 

tənzimlənir.  Bunlardan  ən  əsası  Azərbaycan  Respublikasının  "Gəlirlər  üzrə" 

kommersiya təşkilatları üçün 6 N-li Milli Mühasibat Uçotu Standartıdır. 

Sözü  gedən  standart  müəssisədə  aşağıda  adı  çəkilən  əməliyyat  və  hadisələr 

nəticəsində yaranmış gəlirlərə tətbiq edilməkdədir: 



əssisə  tərəfindən  satış  məqsədli  istehsal  olunmuş  və  ya  yenidən  satılması 

məqsədilə alınmış malların, torpaq sahələrinin və digəəmlakın satışı; 

Xidmət göstərilməsi; 

Faiz,  royalti  və  dividentlər  əldə  edən  müəssisənin  aktivlərindən  digər  şəxslərin 

istifadəsi; 

Aşağıda adı çəkiləəməliyyat və hadisələr istisna olmaqla bütün digəəməliyyat 

və hadisələr. 

  

Sözü  gedən  standart  aşağıdakı  əməliyyat  və  hadisələr  nəticəsində  yaranan 



gəlirlərə tətbiq olunmur: 

  iştirak  parı  metoduyla  uçota  alınan  investisiyalar  nəticəsində  yaranmış 

dividendlər; 

  icarə müqavilələri; 

  sığorta şirkətlərinin sığorta müqavilələri; 



 

 

72 



  maliyyə  aktivləri  və  maliyyə  öhdəliklərinin  ədalətli  dəyərinə  daxil  olan 

dəyişikliklər və onların satışı; 

  sair qısamüddətli aktivlərin ədalətli dəyərində olan dəyişikliklər; 

  kənd  təsərrüfatı  fəaliyyətinə  aid  olan  bioloji  aktivlərin  ədalətli  dəyərinə 

daxil olan dəyişikliklər və onların ilkin tanınması; 

  kənd təsərrüfatındakı məhsulların ilkin tanınması; 

  tikinti müqavilələri ilə birbaşa əlaqəli olan xidmətlərin göstərilməsi; 

  faydalı qazıntıların hasilatı; 

  2 N-li "Kapitalda dəyişikliklər haqqında" Milli Mühasibat Uçotu Standartı 

üzrə  və  sair  MMUS_ların  tələblərinə  uyğun  olaraq  kapital  hesablarında 

bilavasitə  uçota  alınmış  sair  gəlirlərin  yaranmasına  səbəb  olan 

ə

məliyyatlar və hadisələr. 



       6 N-li standartın tətbiqi sahəsinə daxil olunmuş gəlirlər, onlar ilə əlaqəli gələcək 

iqtisadi səmərənin müəssisəyə daxil olacağı ehtimal olunan və bu səmərənin dəyəriin 

etibarlı səviyyədə qiymətləndirilməsi tələb olunan anda "Mənfəət və zərər" haqqında 

hesabatda tanınması zəruridir. 

       Malların  satışından  əldə  olunmuş  gəlir  aşağıdakı  şərtlərin  yerinə  yetirildiyi 

hallarda tanınır: 

∗  Müəssisədə malların mülkiyyət hüququ  ilə bağlı olan risklərin və mükafatların 

ə

həmiyyətli dərəcəsinin alıcıya ötürüldüyü zaman; 



∗  Müəssisədə  mülkiyyət  hüququ  ilə  əlaqəli  olan  idarəetmədə  iştirak  edilmədiyi 

və satılmış mallar üzərində nəzarətin saxlanılmadığı zaman;  

∗  Gəlirin məbləğinin etibarlı əsasda qiymətləndirilməsi mümkün olan zaman; 

∗  Əməliyyat  ilə  əlaqədar  iqtisadi  səmərələrin  müəssisəyə  daxil  olması  ehtimal 

edildikdə; 

∗  Əməliyyat  ilə  əlaqədar  keçmiş  və  gələcək  xərclərin  etibarlı  əsasda 

qiymətləndirilməsi mümkün olduqda. 

       Gəlirlər  yalnız  müəssisəyə  daxil  olmuş,  yaxud    daxil  olacaq  iqtisadi  səmərənin 

mədaxilini əks etdirir. Üçüncü tərəf adından yığılmış vəsaitlər müəssisəyə daxil olan 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə