80
60
Lakin partiyanın XXVI qurultayının qərarları ilə əlaqədar olaraq bu
sahədə bütün işimizi yüksəltmək üçün əlavə tədbirlər hazırlayıb
həyata keçirmək lazım gəldi.
Bu məqsədlə Azərbaycan KP MK bürosu bir sıra əməli tədbirlər
gördü. Kənd təsərrüfatı istehsalını, o cümlədən heyvandarlığı və
yem istehsalını daha da inkişaf etdirmək məsələləri bu il martın
17-də Sov.İKP XXVI qurultayının yekunlarına həsr olunmuş
respublika partiya fəalları yığıncağında ətraflı nəzərdən keçirildi.
Bu məsələlər mayın 15-də keçirilən və XXVI qurultayın qərarlarını
yerinə yetirmək sahəsində təşkilat-siyasi tədbirləri müzakirə edən
Azərbaycan KP MK plenumu iclasına və kənd təsərrüfatına dair
respublika partiya-təsərrüfat fəalları yığıncağına çıxarıldı.
Əliyev yoldaş daha sonra demişdir: Heyvandarlıq və yem is-
tehsalı sahəsində yetmişinci illərdəki fəaliyyətimizin yekunlarından
danışarkən qeyd etməliyik ki, bu dövrdə biz xeyli irəliləmiş və az
müvəffəqiyyət qazanmamışıq. Doqquzuncu və onuncu beşilliklərin
bütün illərində respublika heyvandarlıq məhsulları istehsalı və
tədarükü planları ardıcıl surətdə yerinə yetirilmişdir. Biz 1980-81-
ci ildə mal-qaranın qışlaması sahəsində və yeni beşilliyin birinci
ilinin altı ayının yekunları üzrə yaxşı göstəricilər əldə etmişik.
Əvvəllər də deyildiyi kimi, bunlar ölkədə ən yaxşı göstəricilərdən
biridir.
Lakin əldə edilmiş nəticələr bizi hələ razı salmır, respublika
partiya təşkilatımızın rəyi belədir. Bu rəy ona əsaslanır ki,
heyvandarlıq məhsulları istehsalının və tədarükünün artım sürətinin
yüksək olması ilə bərabər, mal-qaranm məhsuldarlığı sahəsində
Azərbaycanın göstəriciləri orta ittifaq səviyyəsindən geri qalır,
respublikanın böyük imkanlarından hələ heç də tamamilə istifadə
80
61
edilmir. Bir sözlə, biz indiyədək kiçik addımlarla irəliləmişik.
Yoldaşlar, heyvandarlığın və yem istehsalının əsaslı yüksəlişinə
nail olmaq lazımdır və bu gün biz buna tamamilə hazırıq. Buna
görə də indi vəzifə elə tədbirlər həyata keçirməkdir ki, onlar bizə
heyvandarlıq və yem istehsalı sahəsində əsaslı dönüş yaratmaq
imkanı versin. Azərbaycan Kommunist Partiyasının baş xətti
belədir və onu sözsüz həyata keçirmək lazımdır.
Başqa bir cəhət. Son vaxtlar respublikada əkinçiliyin bütün
sahələri sürətlə inkişaf edir. Yetmişinci illərdə pambıq, üzüm,
tərəvəz, meyvə, tütün istehsalı yüksək səviyyəyə çatdırılmışdır.
Taxılçılıqda da müvəffəqiyyət az deyildir. Nailiyyətləri obyektiv
qiymətləndirərək qeyd etmək lazımdır ki, heyvandarlığın və yem
istehsalının inkişaf sürəti bitkiçiliyin inkişaf sürətindən xeyli geri
qalır. Bu da istifadə edilməmiş böyük imkanlar olduğunu göstərir.
O adamlar ki, 50-ci və 60-cı illərdə Azərbaycanda pambıqçılığın
perspektivsizliyindən danışırdılar, yüksək məhsuldarlığa nail
olmağı və bol pambıq yetişdirməyi mümkün saymırdılar, onlar indi
yəqin etmişlər ki, şəkk-şübhələri və kəmetiqadlıqla çıxardıqları
nəticələr nə qədər səhv, hətta respublikamız üçün nə qədər zərərli
idi. Yetmişinci illərin əvvəllərində az adam inanırdı ki, biz qısa
müddətdə üzümçülükdə böyük sıçrayışa nail ola bilərik. Kəhrəba
salxımlar istehsalının inkişafında Azərbaycan kommunistlərinin,
bütün Azərbaycan zəhmətkeşlərinin təcrübəsi və müvəffəqiyyətləri
indi təkcə respublikamızda yox, həm də bütün ölkədə yüksək
qiymət almış və şöhrət qazanmışdır. Səbəb nədir ki, biz keçmişdə
son dərəcə bərbad vəziyyətdə olan bu sahələrdə çox böyük
müvəffəqiyyətlər qazanmışıq, vaxtilə bitkiçilikdən daha çox geri
qalan heyvandarlıqda isə lazımi
80
62
dönüş yarada bilməmişik? Səbəb aydındır, biz bu barədə dəfələrlə
danışmışıq, lakin mən bir daha xatırlatmaq istəyirəm. Səbəb budur
ki, biz heyvandarlıq və yem istehsalı problemlərinə respublikanın
hər yerində, aşağıdan-yuxarıyadək əsl maraq göstərilməsinə nail
olmamışıq.
Əgər biz indi həqiqətən də düzgün yola düşmüşüksə və
həqiqətən bu mühüm sahələrin əsaslı yüksəlişini təmin etmək
istəyiriksə bu işə ən yüksək məsuliyyətlə və ən böyük diqqətlə
yanaşmalıyıq. Bu isə, əlbəttə, bizim qüvvəmiz və imkanlarımız
daxilindədir.
Yoldaşlar, üzümüzə gələn dövr üçün, bütün on birinci beşillik
üçün vəzifə belədir. Bunu əsas götürərək, Azərbaycan KP Mərkəzi
Komitəsi bu ilin dördüncü kvartalında heyvandarlıq və yem
istehsalı məsələləri üzrə MK-nın xüsusi plenumunu keçirməyi
nəzərdə tutur. Heyvandarlığı inkişaf etdirmək işində bu plenumun
dönüş mərhələsi olması üçün ona çox ciddi və hərtərəfli
hazırlaşmaq lazımdır. Elə hazırlaşmaq ki, plenum kənd təsərrüfatı
istehsalının bu çox mühüm sahələrində fəaliyyətimizin nəinki əsas
istiqamətlərini müəyyən etsin, həm də heyvandarlığın və yem
istehsalının əsaslı yüksəlişi üçün konkret tədbirləri nəzərdən
keçirsin və təsdiq etsin.
Şəxsən mən vəzifəmizi belə təsəvvür edirəm. Azərbaycan KP
MK bürosunun üzvləri də bu fikrə şərikdirlər. Buna görə də biz
plenuma hazırlaşmaq üçün respublikada geniş miqyaslı iş
aparmalıyıq, bu işin gedişində hər bir təsərrüfatda, hər bir fermada
həll edilməli məsələlərin hamısı müzakirə olunmalı və götür-qoy
edilməlidir. Həmin işə geniş əməkçi kütlələri, heyvandarlıq və yem
istehsalı mütəxəssisləri, alimlər, partiya, sovet, təsərrüfat işçiləri
cəlb olunmalıdırlar. Bir sözlə, plenuma konkret
80
63
və müfəssəl təkliflərlə gəlmək üçün biz son zamanlar respublikada
toplanmış bütün təcrübəni və biliyi səfərbərliyə almalıyıq.
Əliyev yoldaş qeyd etmişdir ki, plenuma hazırlıq kompleksində
biz bu seminar-müşavirəni də keçirməyi qərara almışdıq. Etiraf
edim ki, bu barədə çoxdan düşünürdük. Özü də bax belə bir
səpkidə düşünürdük. Bir tərəfdən, bu tədbiri elə təşkil etmək
lazımdır ki, yaxşı əməli fayda, lazımi səmərə versin, formal
xarakter daşımasın. Digər tərəfdən isə istəyirdik ki, heyvandarlığın
və yem istehsalının inkişafı sahəsində Kalinin adına kolxozun
zəngin təcrübəsi respublikanın bütün ferma əməkçiləri arasında
yayılsın. Azərbaycan KP Mərkəzi Komitəsi bu qabaqcıl
təsərrüfatın işinin nəticələrini digər kolxozlara və sovxozlara
dəfələrlə nümunə göstərmişdi. Respublika partiya-təsərrüfat
fəallarının bu yaxınlarda keçirilən yığıncaqlarda Nikitin yoldaş
çıxış edərək kolxoz heyvandarlarının diqqətəlayiq işləri haqqında
yenidən danışdı, bir sıra tənqidi mülahizələr söylədi və qiymətli
təkliflər irəli sürdü. Respublika seminar-müşavirəsini məhz burada
İvanovka kəndində keçirmək haqqında qəti qərara da elə o zaman
gəldik. Azərbaycan KP MK buna tərəf dar çıxdı və indi burada
müvəffəqiyyətlə həyata keçirdiyimiz xüsusi qərar qəbul etdi.
İvanovkaya toplaşmış bütün seminar-müşavirə iştirakçıları
görülmüş işlərdən, zənnimcə, son dərəcə razıdırlar, mənə elə gəlir
ki, qarşıya qoyduğumuz məqsədə çatmışıq. Biz yaxşı bir tədbir
hazırlayıb həyata keçirməyə müvəffəq olmuşuq, ən başlıcası isə
tədbirimiz işgüzarlıq, qarşılıqlı anlaşma, yaradıcılıq və demokratiya
şəraitində keçmişdir. Biz gün ərzində aktual məsələləri və
problemləri ətraflı müzakirə etmişik və seminar-müşavirənin
yekunlarından ümumən razı ola bilərik.
Dostları ilə paylaş: |