Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə43/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

- zərərçəkənlərə yardım göstərmək; 
- təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək; 
-  karantin-observasiya  tədbirləri,  xilasetmə  işləri  aparılan  rayonlarda  içtimaiasayişi  təmin 
etmək; 
-  zərər  çəkmiş  rayonlarda  əhalinin  həyatının  təmin  edilməsi  üzrə  ilkin  tədbirləri  həyata 
keçirmək; 
- epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirləri görmək; 
-  zərər  şəkmiş  rayonlardakı  əhalinin  ruhi  sabitliyini  təmin  etmək  üçün  kompleks  tədbirlər 
həyata keçirmək. 
 
Xilasetmə və təxirəsalınmaz işlərin səmərəliyi bu tədbirlərlə təmin edilir: 
-  ixtisaslı  mülki  müdafiə  qüvvələrini  (qoşun  hissələri,  ştatda  olan  qəza-xilasetmə,  qəza-
bərpa  dəstələri  və  hərbiləşdirilməmiş  dəstələr),  habelə  ixtisaslı  sahə  dəstələri,  könüllü 
xilasetmə qüvvələrini əvvəlcədən yaratmqa və fəaliyyətə hazırlamaq; 
- sahə tabeliyindən asılı olmayaraq digər qüvvələri, müəssisələri, habelə könüllüləri lazım 
gəldikdə xilasetmə işlərinə cəlb etmək; 
-  əvvəlcədən  əldə  edilmiş  razılaşmalar  əsasında  xarici  ölkə  mütəxəssislərini  və 
xilasedicilərini işə cəlb etmək; 
- əvvəlcədən idarəetmə orqanlarını işə hazırlamaq, xüsusi fəaliyyət planlarını tərtib etmək; 
-  xilasetmə  və  digər  təxirəsalınmaz  işləri  aparmaq  üçün  texniki  avadanlıq  hazırlamaq  və 
istehsal etmək; 
-  zərərçəkənlərin  ərzaqla,  digər  gündəlik  tələbat  əşyaları  ilə  təchizatı,  həyati  təminatını 
təşkil etmək; 
-xilasetmə işlərində iştirak edən insanların təhlükəsizliyi üzrə tədbirlərə ciddi riayət etmək, 
fəlakət zonasında əhalinin davranış rejimini müəyyənləşdirmək; 
- fövqəladə halların xarakterini və miqyasını nəzərə almaqla xilasedici qüvvə və vasitələri 
tədricən artırmaq; 
-  xilasetmə  işlərində  iştirak  edən  qüvvələrin  mühəndis,  kimyəvi,  tibbi,  nəqliyyatla 
təminatını, maddi və texniki təminatını müntəzəm təşkil etmək. 
10.  Mühafizə üsulları  və  vasitələrindən istifadə etmək,  yaralılara  ilk  yardım  göstərmək, 
xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı işçilərə müəssisələrdə. 
Idarə  və  təşkilatlardahabelə  yaşayış  yerlərində  yarana  biləcək  real  təhlükənin  xarakterinə 
uyğun olaraq, öyrədilir.  Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr almaq üçün hər 
cür şərait yaradılır. 
Yerlərdə  ehtimal  olunan  fövqəladə  hallar  zamanı  fəaliyyət  və  davranış  qaydaları 
qabaqcadan  kütləvi  informasiya  vasitələrilə,  yaxud  xüsusi  yaddaş  kitabçaları  paylamaqla 
bütün əhalinin nəzər-diqqətinə çatdırılır. 
 
5.  Sülh  dövründəki  fövqəladə  hallarda  əhalinin  mühafizəsini    təşkil  etməyin 
xüsusiyyətləri 
 
1. Sülh dövründə əhalinin mühafizəsinin əsasını fövqəladə halların qarşısını alan, yaxud 
azaldan təşkilati, mühəndis-texniki və digət tədbirlərin yerinə yetirilməsi, əhalinin vaxtında 
xəbərdar edilməsi və insanların təhlükəli zonadan çıxarılması; 
- əldə olan mühafizə vasitələrindən istifadə olunması; 
-  fövqəladə  hallar  yaranan  rayonlarda  xilasetmə  və  digər  təxirəsalınmaz  işlər  aparmaq 
üçün qüvvə və vasitələrin hazırlanması təşkil edir. 
Bu məqsədlə: 
- Azərbaycan Respublikasının ərazısındəki müvafiq obyektlərdə işin təhlükəsizliyini təmin 
etmək üçün dünya standartlarına uyğun vahid tələblər müəyyən edilir; 


-  təhlükə  potensiallı  obyektlərdə  qüsurlu  qovşaqları  aşkar  etmək  məqsədilə  istehsalatın 
təhlükəsizliyi müntəzəm surətdə araşdırılır və təhlil edilir; 
- qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı işlənir və yerinə yetirilir; 
-  yeni  tikilən  təhlükəli  istehsalatlar  hesablanıb,  elə  yerləşdirilir  ki  burada  qəzalar  baş 
verərsə, onun zədələyici amilləri insanlar yaşayan sahələrə yayıla bilməsin. 
2.  Fövqəladə  hallarda  mühafizə  tədbirləri  sülh  dövrü  üçün  müəyyən  edilmiş  xüsusi 
meyarlar nəzərə alınmaqla yerinə yetirilir. 
3.  Ehtimal  edilən  zəhərlənmə  zonalarında  yaşayan  əhaliyə  daimi  istifadə  üçün  fərdi 
mühafizə vasitələri respublika hökümətinin və yerli icra hakimiyyəti başçılarının qərarlarına 
ə
sasən pulsuz verilə bilər. Bu məqsədlə, müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin 
bir qismindən müəyyən edilmiş qayda üzrə istifadə etmək olar. 
 
6. Müharibə dövründə əhalinin mühafizəsini təşkil etməyin xüsusiyyətləri 
 
1.  Müharibə  dövründə  əhalinin  mühafizəsinin  əsasını  mühafizə  qurğuları  fondu,  fərdi 
mühafizə  vasitələri,  tibbi  avadanlığı  ehtiyatları  yaradılması  və  onlardan  istifadə  olunması, 
təhlükəli  rayonlardan  və  zonalardan  əhalini  köçürmək  üzrə  tədbirlərin  əvvəlcədən 
hazırlanması və yerinə yetirilməsi təşkil edir. 
2.  Respublikanın  iqtisadi  imkanlarına  müvafiq  olaraq,  “məqsədyönlü  və  kifayətdir” 
prinsipi  əsasında  əhalinin  mühafizəsi  üzrə  tədbirlərin  bir  qismi  (xəbərdarlıq  sisteminin, 
sığınacaqlar  və  daldalanacaqlar  fondunun  bir  hissəsinin,  fərdi  mühafizə  vasitələri 
ehtiyatının yaradılması) əvvəlcədən, hələ sülh dövründə həyata keçirilir, qalanı isə (kütləvi 
ssurətdə mühafizə vasitələrinin verilməsi) təhlükəli dövr yaranarkən və hərbi əməliyyatlar 
başlanarkən yerinə yetirilir. 
 
7. Əhalinin mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları 
 
1. Əhalinin mühafizəsinin əsas prinsipləri Azərbaycan Respublikası Prezidentinin, Milli 
məclisin  və  Nazirlər  Kabinetinin  verdiyi  müvafiq  qərarlarla,  habelə  mühafizə  məsələləri 
üzrə normativ sənədlər sisteminə uyğun olaraq: 
- xalq təsərrufatı planlarına mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə dair xüsusi 
bölmə daxil edilməsi; 
-  Naxçıvan  Muxtar  Respublikasında,  Azərbaycan  Respublikasının  digər  şəhər  və 
rayonlarında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizə vasitəsi 
ilə təminatına dair xüsusi proqramlar hazırlanması və yerinə yetirilməsi (mühafizə qurğuları 
fondunun  yaradılması,  fərdi  mühafizə  vasitələri  ilə  təchizat,  xəbərdarlıq  sistemlərinin 
inkişaf etdirilməsi məsələlər üzrə əməli tədbirlərlə birlikdə); 
-  təhlükə  potensiallı  obyektlərdə  çalışan  işçilərin  və  belə  obyektlərin  yaxınlığında 
yaşayan əhalinin mühafizəsi üzrə birtipli planların işlənib hazırlanması; 
-  istehsalat-ərazi  mülki  müdafiə  orqanlarının  fəaliyyətə  hazırlanması.  Habelə  əhaliyə 
mühafizənin öyrədilməsi ilə həyata keçirilir. 
 
2-ci sual. Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə vasitələri.   
Mülkü  müdafiənin  əsas  üsullarından  biri  mühafizə  qurğularından  istifadə  edilməsidir. 
Sülh  və  müharibə  dövrlərində  baş  vermiş  fövqəladə  hadisələr  zamanı  əhalinin 
sığınacaqlarda  yerləşdirilməsi  xüsusən  böyük  şəhərlərdə  əhalinin  evakuasiya  edilməsi 
mümkün olmadıqda çox böyük əhəmiyyətə malikdir. Təkcə müharibə dövründə deyil, sülh 
şə
raitində  də  baş  verən  fövqəladə  hadisələrdə  əhalinin  sağlamlığı  və  həyatının 
qorunmasında mülki müdafiənin sığınacaq və qurğularından istifadə olunur. 
Sığınacaqlar sığınan insanları nüvə silahının zədələyici amillərinin təsirindən, müasir adi 
qırğın  vasitələrinin,  həmçinin,  bakterial,  zəhərləyici  maddələrin  təsirindən,  güclü  təsirli 
zəhərləyici  maddələrin,  nüvə  enerjisi  qurğularında  qəzalar  zamanı  parçalanan  radioaktiv 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə