Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   23   24   25   26   27   28   29   30   31

83 
 
inkişafı,  təhsil  səviyyəsinin  yüksəldilməsi  layihələrini  dəstəkləyir.  2009-cu  ilin 
sentyabrın  30-na  olan  məlumata  görə  «AtaHoldinq»  ASC-nin  aktivlərinin  həcmi 
308,8  milyon  manat  təşkil  edib  ki,  bu  da  ilin  əvvəli  ilə  müqayisədə  39,0  milyon 
manat və ya 39% çoxdur. 
Həmin  tarixdə  «AtaHoldinq»  ASC-nin  maliyyə  yatırımlarının  həcmi  116,1 
milyon  manat  bərabər  olub.  «AtaHoldinq»  ASC-nin  ödənilmiş  kapitalının  həcmi 
isə 69,8 milyon manat təşkil edir. 
Gələcəkdə VTB qrupu Azərbaycanda biznesin pərakəndə, sərmayə qoyuluşu 
və digər istiqamətlərini də inkişaf etdirmək niyyətindədir. 
Bank  VTB  ASC-nin  darə  Heyətinin  Prezident-Sədri  Andrey  Kostin  acılış 
mərasimdə  xüsusi  olaraq  bəyan  emişdir  ki,  «Azərbaycanın  çox  böyük  sənaye  və 
ticarət  potensialına  malikdir  və  bu,  regionu  investisiyalar  üçün  cəlbedici  edir. 
MDB  ölkələri  VTB  qrupu  üçün  prioritet  bazardır.  Azərbaycan  bazarına  çıxış  – 
məntiqi  addımdır  və  bu  addım  VTB  qrupuna  MDB  ölkələrinin  inkişaf  nöqteyi-
nəzərindən daha perspektivli bazarlarını əhatə etməyə imkan verəcək». 
VTB qrupu Rusiyanın aparıcı maliyyə qruplarından biridir. Qrup Rusiya və 
MDB  ölkələrində  zəngin  iş  təcrübəsinə  və  20-dən  artıq  ölkədə  nümayəndəliklərə 
malikdir.  VTB-nin  əsas  səhmdarı  85,5%-lik  payla  –  RF  Hökumətidi.  Digər 
səhmdarların  nizamnamə  kapitalında  payı  7,01%-lik  qlobal  depozit  təqsimlərinin 
sahiblər də daxil olmaqla, cəmi 14,5%-dir [50]. 
 
 
Şə
kil 6. MDB regionunda qarşılıqlı birbaşa investisiyaların xəritəsi 


84 
 
Qeyd  etmək  lazımdır  ki,  VTB  qrupu  Azərbaycanın  bank  bazarına  2008-ci 
ilin sonunda, daha sonra isə 2009-cu ilin martın 11-də çıxıb [23].  
VTB  Rusiyada,  bəzi  MDB  ölkələrində,  Qərbi  Avropa,  Asiya  və  Afrika 
ölkələrində  geniş  spektr  korporativ,  pərakəndə  və  sərmayə  bank  xidmətləri  təklif 
edir. 
2009-cu ilin iyunun 30-na olan məlumata görə, VTB qrupu aktivlər (3 637,3 
mlrd.  rubl)  və  müştəri  vəsaitləri  üzrə  (1  561,8  mlrd.  rubl)  Rusiyanın  ikinci  iri 
maliyyə qrupu olub [50]. 
VTB-nin  Rusiyada,  MDB  və  Avropada  regional  şəbəkəsi  966  satış 
nöqtəsindən  ibarətdir  ki,  bunun  sayəsində  də  qrup  Rusiyanın  Ən  iri  pərakəndə 
banklar üçlüyünə daxildir. 
VTB-nin  2008-ci  ildə  əsası  qoyulmuş  nvestisiya  biznesi  çərçivəsində 
Moskva, London, Sinqapur və Dubayda əməliyyatlar həyata keçirilir.  
 
3.3.  Azərbaycanın MDB regionunda investisiya əməkdaşğının iqtisadi 
perspektivlərı 
 
Azərbaycan MDB regionu cərcıvəsində iqtisadi əlaqələrinin gələcək inkişafını 
faydalı tərəfdaşlıq strategiyası əsasında müəyyənləşdirməkdədir. Regionda Rusiya 
Federasiyası  ilə  əlaqələrin  prioritetliyi  bu  strategiyada  xüsusi  əhəmiyyət  daşıyır. 
Azərbaycan  perspektiv  əlaqələrin  inkişaf  mexanizmlərinin  rolunu  və  fəaliyyətini 
xüsusilə  genişləndirməkdədir.  Bu  sırada  Rusiya  Federasiyasının  Ticarət 
nümayəndəlıyinin fəaliyyətinin praktiki əhəmiyyətini qeyd etmək olar. 2006-cı ilin 
mart  ayından  Bakıda  Rusiya  Federasiyasının  Ticarət  nümayəndəliyi  fəaliyyət 
göstərir. 
Fəaliyyətə  başladıgı  dövrdən  ayrı-ayrı  Federasiya  subyektləri  ilə  səmərəli 
ə
laqələrə  nail  olunmuşdur.    2010-cu  ildə  Ticarət  Nümayəndəliyinin  təşkilati 
dəstəyi  ilə  Bakıya  Penza  T P  nümayəndələrinin  səfəri  baş  tutumuşdur.  Vilayətin 


85 
 
çoxprofilli kompleksi neft qaz emal edən, kimya, elektrotexnika, tikinti və s. kimi 
doqquz müəssisənin rəhbərləri ilə təmsil olunmuşdur.  
Rusiya Ticarət Nümayəndəliyinin məlumatına görə, 30-dan artıq Azərbaycan 
ş
irkəti  qarşılıqlı  əlverişli  əməkdaşlığa  maraq  göstərir.  lk  əlaqələrin  nəticələri 
ümidvericidir.  Görüşün  nəticələrinə  görə  Ticarət  Nümayəndəliyində  nümayəndə 
heyətinin işi haqqında fikir mübadiləsi aparıldı, Azərbaycanda biznesin aparılması 
ilə  bağlı  məsləhətlər  verildi  və  gələcək  qısamüddətli  zamana  müştərək  fəaliyyət 
planı  müəyyən  olundu.  Nümayəndə  heyətinin  üzvlərinin  Azərbaycan-Rusiya 
işguzar  əməkdaşlıq  palatasının  və  «Nikoil»  nvestisiya  Kommersiya  Bankının 
rəhbərliyi, AR FHN-nin Regionlarla iş üzrə idarəsinin rəisi ilə görüşləri, “Russkiy 
traktor” ASC baş direktoru ilə danışıqlar təşkil olundu.  
Azərbaycan  Respublikası  RF  Ticarət  Nümayəndəliyi,  MDB 
cra 
hakimiyyətinin  və  Azərbaycan  beynəlxalq  bankının  dəstəyilə  MDB  Maliyə-bank 
Ş
urasının  təşkil  etdiyi  “Maliyyə  institutları  –  MDB  ölkələrinin  iqtisadiyyətinin 
struktur modernizasiyasının əsası” III Bakı beynəlxalq konfransının işində regional 
ə
həmiyyətli əməkdaşlıgın yeni strateji istiqamətlərinə xüsusi önəm verilmişdir. 
Yeni səraitdə biznes forum və konfranslar regional iqtisadi əlaqələrin realızə 
olunmayan  potensiallarını  aşkarlamağa  imkan  verir.  Bakıda  hər  il  keçirilən 
“Tikinti”  16-cı  Beynəlxalq,  eyni  zamanda  fəaliyyət  göstərən  “Mebel,  interyer, 
dizayn”  8-ci  Xəzər  beynəlxalq  və  “Qızdırıcı,  ventilyasiya,  kondissionerləşmə,  su 
təminatı,  santexnika,  ətraf  mühitin  qorunması  texnologiyaları,  xovuzlar”  kinci 
Beynəlxalq  sərgilərdə  iştirak  etmişdir.  Rusiya  iştirakçıları  ( ƏM-in  10-n  artıq 
iştirakçısı)  ilə  görüşlərdə  Rusiya  məhsul  istehsalçılarının  Azərbaycan  bazarına 
çıxmasının  problemli  məqamları  göstərildi,  mövcud  suallara  aydınlıq  gətirildi  və 
hüquqi məsləhətlər verildi.  
Ticarət  nümayəndəliyi  “Rusiya  dəmir  yolları”  ASC  və  “Azərbaycan  dəmir 
yolları” QSC təşkili ilə keçirilən “Strateji partnyorluq: Qafqaz regionu” Beynəlxalq 
regional  dəmir  yolu  biznes  forumunda  iştirak  etmişdir.  Qafqaz  regionunun 
nəqliyyat  infrastrukturlarının  təkmilləşməsi  və  “Şimal-Cənub”  M K  effektiv 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə