Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
30
AĞIL HİSSLƏRƏ  
DARAQDIR 
 
Xəyalların quşlar kimi 
Səmalarda süzər, oğlum. 
Arzuların nəhəng gəmi,  
Limanını gəzər, oğlum. 
 
Ehtiyat ərə yaraqdır, 
Ağıl hisslərə daraqdır, 
Həyat çətin bir sınaqdır, 
İmanlı kəs dözər, oğlum. 
 
Gözünün rəngi qarışıq, -  
Bu da sənə bir yaraşıq, 
Üzündəki o ağ işıq 
Həyatımı bəzər, oğlum. 
 
Namus, qeyrət, arın vardır, 
Dağ kimi vüqarın vardır, 
Bir vəfalı yarın vardır, 
Qoy dəyməsin nəzər, oğlum. 
 
“OĞUL DÜŞMƏN 
ÇƏPƏRİDİR” 
 
Dünən evin uşağıydı, 
Oğlum əsgər gedir bu gün. 
Bir evin yaraşığıydı, 
Elin igididir bu gün. 
 


 
 
31
Bilirəm ki, lazım gəlsə 
Döyüşə də girəcəkdir. 
Vəzifəsi hər nə isə, 
Öhdəsindən gələcəkdir. 
 
Dözümlüdür, təpərlidir, 
Gözlərində ümid parlar. 
Qorxu bilməz, hünərlidir, 
Bir zəfərli səhəri var. 
 
“Oğul düşmən çəpəridir”, 
Oğullar vətənə dirək. 
Vətən bu gün əldən gedir
Oğullar sərhəddə gərək. 
 
El üçün böyütməlidir 
Hər bir ana öz oğlunu. 
Beşikdən öyrətməlidir 
Vətənin nə olduğunu. 
 
Dünən evin uşağıydı, 
Oğlum əsgər gedir bu gün. 
Bir evin yaraşığıydı, 
Elin igididir bu gün. 
 
İÇİNİ NƏ İSƏ DİDİR 
 
Odun-alovun səngiyir, - 
Közə çevrilirsən hərdən. 
Hərdən bir dağa bənzəyir, 
Düzə çevrilirsən hərdən. 
 


 
 
32
Hərdən yalana bürünür
Hərdən palana bürünür, 
Hərdən astardan görünür, 
Üzə çevrilirsən hərdən. 
 
Gah üz-gözün düşür qıra, 
Gah da boyanırsan nura. 
Hərdən dönürsən sıfıra, 
Yüzə çevrilirsən hərdən. 
 
İçini nə isə didir, 
Bir bilmədim dərdin nədir. 
Hərdən ağlın yerindədir, 
Nəsə, çevrilirsən hərdən. 
 
Olsan da nə cür, nə sayaq, 
Qürurumu sındıraraq 
Sətir-sətir, varaq-varaq 
Sözə çevrilirsən hərdən. 
 
VARMI XƏBƏRİN 
 
Sevgilim, xəbərdən varmı xəbərin, - 
Yuxum çəkilibdir yenə bu gecə. 
Mən əsiri olub qafiyələrin 
Sənə şeir yazdım yenə indicə. 
 
Bütün dincliyimi alıb apardın, 
Sənli fikirlərin qoruna düşdüm. 
Elə gərək gəlib məni tapardın?! 
Yenə də sözlərin toruna düşdüm. 
 


 
 
33
Yaşayırdım bir az adamsayağı, 
Məni dəli, gic və sair elədin. 
Çoxdan tərgitmişdim şeir yazmağı, 
Sən məni yenidən şair elədin. 
 
BİR SEHRLİ KƏLMƏ 
SÖYLƏSƏM SƏNƏ 
 
Bir sehrli kəlmə söyləsəm sənə, 
İçindəki buzlar, de, əriyərmi? 
Ürəyin gələrmi görən yerinə? 
Ürəyim deyəni o da deyərmi? 
 
Mən nələr çəkirəm əlindən sənin, - 
Anlarmı gözlərin, qəlbin bilərmi? 
Bir xoş söz çıxarmı dilindən sənin? 
Bircə yol gözümə gözün gülərmi? 
 
Ruhumuz köklənib eyni pərdədə, 
Eyni hava üstdə görən dinərmi? 
Bir nurlu səhərdə, aylı gecədə 
İtirdiklərimiz geri dönərmi? 
İtirdiklərimiz geri dönərmi? 
 
SƏN BU VAXTA QƏDƏR 
HARDA İDİN BƏS 
 
Deyirsən bu yaşda sevim yenidən? 
Sən bu vaxta qədər harda idin bəs? 
Ay mənim ruhumu yerindən edən, 
Ay mənim bir ömür axtardığım kəs. 
 


 
 
34
Bir ocaq çatmısan qəlbimdə mənim
Söndürə bilməyə gümanım yoxdur. 
Ay məni özünə möhtac edənim, 
Səni anmadığım bir anım yoxdur. 
 
Mən sənin tayınam, sən mənim tayım, 
Bir ola bilmirik nədənsə ancaq. 
Ay səmadan enmiş səadət payım, 
Bizim axırımız necə olacaq? 
 
Deyirsən bu yaşda sevim yenidən, 
Sən bu vaxta qədər harda idin bəs? 
Ay mənim ruhumu yerindən edən, 
Ay mənim bir ömür axtardığım kəs. 
 
ÇAŞIB AĞLIM 
“HƏ” DEMİŞƏM 
 
Heç bilmirəm ki, nə zaman 
Sən düşmüsən ürəyimə. 
Onu bilirəm ki, yaman 
Sən düşmüsən ürəyimə. 
 
Axı səndə nə görmüşəm, - 
Çaşıb ağlım, “hə” demişəm. 
Hələ yer də göstərmişəm, 
Əyləşmisən ürəyimə. 
 
Varımı-yoxumu alıb, 
Gözümdən yuxumu alıb, 
Rahatca yer-yataq salıb 
Yerləşmisən ürəyimə. 
 


 
 
35
İstəyirəm yıxam, sökəm, 
Gücüm çatmır dartam, çəkəm, - 
Zalım balası, nə möhkəm 
İlişmisən ürəyimə... 
 
Heç bilmirəm ki, nə zaman 
Sən düşmüsən ürəyimə. 
 
 
SƏN MƏNDƏN DƏLİSƏN, 
MƏN SƏNDƏN DƏLİ 
 
Lap bir-birimizə tay yaranmışıq, 
Sən məndən dəlisən, mən səndən dəli. 
Gör bir hansı yaşda sevdalanmışıq, 
Sən də gülməlisən, mən də gülməli. 
 
Bizdən danışanlar çoxalır yaman, 
Biri zurna çalır, biri balaban. 
Hərdən düşünürəm: dayanır zaman... 
Sən də “ölməli”sən, mən də “ölməli”. 
 
Hər yandan yolları bağlayacaqlar, 
Bilirəm, olacaq çox olacaqlar. 
Bizi qovuşmağa qoymayacaqlar, 
Sən də bilməlisən, mən də bilməli. 
 
Gör bir hansı yaşda sevdalanmışıq, 
Sən məndən dəlisən, mən səndən dəli. 
 


 
 
36
SƏNİ BİR ANLAYAN, 
DUYAN OLMAMIŞ 
 
Səni bir anlığa fikir apardı, 
Mən nələr görmədim baxışlarında. 
İllərin əzabı, kədəri vardı 
Ürəkdən yol almış göz yaşlarında. 
 
Bir qərib iztirab sarmış çöhrəni, 
Ömür vaxtsız salmış saçına dəni. 
Taleyin ən acı oyunu səni 
Erkən haqlayıbmış–gənc yaşlarında. 
 
Kimsə sənə həmdəm, həyan olmamış, 
Olduğun tək bilən, sayan olmamış. 
Səni bir anlayan, duyan olmamış 
Qəlbinin şaxtalı, sərt qışlarında. 
 
Çox arzun ürəkdə qalıb gəlmisən, 
Dərdini içinə salıb gəlmisən, 
Üst-üstən yaralar alıb gəlmisən 
Həyatın çeşidli savaşlarında. 
Mən nələr görmədim baxışlarında... 
 
KİMSƏ GÖRƏ BİLMƏZ 
MƏN GÖRƏN SƏNİ 
 
Hərdən şikayətim olsa da səndən, 
Gözümdə hamıdan ucasan yenə. 
Laqeyd görünərəm bəlkə də gendən, 
Ancaq hamıdan çox yanaram sənə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə