Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

 
 
73
 
Seyr edək suların ötüşməsini, 
Sahillə dalğanın öpüşməsini. 
Unudaq dünyanın yaxşı-pisini, 
Başım üstə göylər, önümdə dəniz, 
Bunlardan da böyük bizim sevgimiz.  
 
...Mən səni seçdim ki, mənim bu seçimim dünyanın 
ən böyük möcüzəsini yaratsın. Dünyanın səkkizinci mö-
cüzəsi bu seçim olsun. Dünyanın ən uzun yolu məhəb-
bətlə gedilən yoldur. Dünyanın ən mənalı ömrü maddiy-
yat baxımından qısa da olsa, mənəviyyatca  ən uzun 
ömür sayılan məhəbbətlə keçən ömürdür. Bu ömür dün-
yanın ən ülvi bir körpüsündən başlanır.  
 
Gözlərdən gözlərə körpülər salan 
İki sevən qəlbin öz qüdrətidir. 
 
Bu körpü qüdrətdən yaranmış olduğundan onun me-
marı ancaq pak, ülvi qəlblər ola bilər.  
Məhz bu körpü dünyanın səkkizinci möcüzəsidir!!! 
Mən səni seçdim ki, dünyanın səkkizinci möcüzəsi 
olan bu körpünün memarı biz olaq. 
...Mən səni seçdim ki... 
 
                                    


 
 
74
 
 
ÜLVİYYƏ BAHİR 
 
Ülviyyə Dərdayıl qızı İsmayılova (Quliyeva) 1973-cü 
il iyunun 5-də Bakının Maştağa kəndində anadan olub. 
1991-ci ildə 187 saylı orta məktəbi əla qiymətlərlə biti-
rib. Yaradıcılığa hələ məltəb illərindən başlayıb. İlk şei-
ri 1992-ci ildə “Paklıq” qəzetində  dərc olunub. O za-
mandan dövri mətbuatda müntəzəm çıxış edir. Şeir, he-
kayə və publisistik yazıları “Ulduz”, “Yazıçı qadın” jur-
nallarında və “Azərbaycan XXI əsr”, “Haqqın sədası”, 
“Nüanslar”, “Real-Press”, “Haqqın məhkəməsi” və s. 
qəzetlərdə çap olunmuşdur.  
1996-2000-ci illərdə iranlıların Maştağada təşkil et-
dikləri “Səvadamuzi” kursunda təhsil alıb, fars dilini öy-
rənib, hətta Şəhriyarın qəzəllərini tərcümə edib. 
2006-cı ildə “Sükutumun səsi”, 2008-ci ildə “Etiraf” ki-
tabları  nəşr olunub. 2007-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvüdür. 2010-cu ildə  “İti qələm” respublika 
ədəbi birliyinin “İti qələm” diplomu ilə təltif olunub.  
Maştağa Mədəniyyət Evində  fəaliyyət göstərən 
“Gənc qələm” ədəbi birliyinin sədr müavinidir.  
 
TARİX YAZAN ÖMÜR 
 
Heydər harda, millət də orda! 
12 dekabr 2003-cü il xəbəri Azərbaycan xalqını dol-
muş buluda çevirdi. Millət öz başçısının – Heydər Əli-
yevin ölüm xəbərinə inana bilmədi. Inana bilmədi ona 
görə ki, xalq Heydəri  əyilməzlik, sınmazlıq, məğlube-


 
 
75
dilməzlik rəmzi kimi tanımışdı. Həmişə gurlayan, 
hökmlü, sözü qətiyyətli, xalqın gözü qarşısında yorul-
madan saatlarla ayaq üstə durub nitq söyləyən bir insan 
ölə bilərmi?! Heydər həmişə xalqına gərək olub, bu gün 
də gərəkdir, o, sağlam, düşüncəli vəziyyətdə xalqı üçün 
daha nələr edərdi. Neyləyəsən ki, ilahi bir hökm var – 
ölüm hökmü! O hökmün vaxtı, vədəsi çatanda bütün in-
sanlara oxunan hökmdür. Şah da, adi insan da bu hökm-
dən keçməlidir. Lakin bu hökmə qədər yaşanan ömürlə-
rin hamısı eyni deyil. Necə ki, Heydər ömrü yaşamaq 
hər insana nəsib olmur. Həyat dənizə  bənzər. Fırtınası 
da var, ardı-arası  kəsilməyən, bəzən qabağındakını yu-
yub sahilə atmağa can atan dalğası da, narın-narın, xırda 
qırçınlanan ləpəsi də. Bu fırtınalı, dalğalı, bəzən öz axa-
rında gedən həyatın qoynunda həmişə  məğrur,  əyilmə-
dən, yolunu azmadan yaşamaq hər insanın qisməti deyil. 
Məhz Heydərin qismətinə belə bir ömür payı düşüb. O, 
cismən dünyanı  tərk elədi. Lakin xalqı üçün gördüyü 
əməllərində, qoyub getdiyi yaxşı işlərin təməllərində ya-
şayır. O, Azərbaycan adlı bir kitabı varaq-varaq oxudu, 
yazılmamış yeni tarixlər yazdı  və qoyduğu bünövrənin 
sökülməməsi üçün Azərbaycan adlı kitabı etibarlı əllərə 
tapşırdı. Özünə hörmət qoymayana hörmət etməzlər. 
Heydər özünü milləti sandı, millətini də özü. Millətini 
tanıtdı, özü də tanındı, xalqı üçün ömrünün sonunacan 
layiqli ömür yaşadı, bütün ömrünü xalqına sərf etdi, xal-
qı da Heydərə özünə layiq qiymət verdi. Budur, Heydər 
siyasəti, Heydər siyasətinin aliliyi, nəhəngliyi! Heydər 
xalq üçün yaşadı, xalq üçün yaşayanlarsa heç vaxt öl-
mürlər–xalq ömrü qədər ömr edirlər. Heydərin ömrü 
xalqın ömrü qədərdir. Bunu millət sübut etdi; Heydər 


 
 
76
harda, millət də orda! – deyən qərarında. O qərar 15 de-
kabr 2003-cü ildə millət tərəfindən oxundu. O qərarı 
Azərbaycan milləti imzalamışdı. O qərarın icrasını mil-
lət Heydər Əliyevin dəfn mərasimində nümayiş etdirdi. 
Heydər millət qoynunda son mənzilə yola salınırdı... 
Hər  şey susqun... Hər  şey tutqun... Bu soyuq günlərdə 
havanın soyuqluğu da unudulmuşdu – xalqın isti göz 
yaşlarında... Külək də susmuşdu, qar da, yağış da... San-
ki havanın nəfəs çəkməyə belə ürəyi gəlmirdi. Yanan 
şamları üfürməkdən qorxurdu. Bu şamları xalq öz Hey-
dəri üçün yandırmışdı. Məzarını ziyarətə millətin özü 
sayda gül-çiçək gətirilmişdi. Bəlkə Heydərə ömründə 
heç vaxt bir gündə bu qədər gül-çiçək təqdim edilmə-
mişdi. Güllər hüznlü idi... Millət hüznlü idi... O gün 
hüznlü idi... Bayraqlar baş əymişdi, millətin böyük sayı-
lıb seçilmiş, təkcə öz xalqının tanıdığı yox, dünyanın ta-
nıyıb, siyasətini bəyəndiyi oğlu Heydərinin qarşısında. 
Bu, böyüklüyə ehtiram idi. Millət baş əyirdi həmişəya-
şar rəhbəri önündə. Bu, millətin Heydərin ruhuna olan 
hörməti idi. Heydər Vətən torpağına qovuşdu–həmişə 
sevdiyi, müdafiə etdiyi Vətən torpağına. Ruhu millətə 
baxdı, bir daha xalq üçün, millət üçün yaşamağın ləzzə-
tini duyub yaşadı. Məzarı üstə dikəlmiş şəkli sanki gül-
çiçəyə qərq olmuş ayaqüstə duran bir insana bənzəyirdi. 
Üzü gülürdü... Sanki onu ziyarətə gələnləri özü qarşıla-
yırdı. Məzarı vətən torpağının gül-çiçəyinə qərq olmuş-
du. Yandırılmış şamlar gecəyə qədər davam edən ziya-
rətə  gələnlərin yoluna işıq salırdı. Dəfn zamanı Azər-
baycan himninin sədaları altında atılan toplar, açılan 
yaylım atəşləri, gəmilərin həyəcanlı, hüznlü fiti ağlat-
mışdı bu milləti. Bir dəqiqəlik sükutda millət susmuşdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə