Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   12   13   14   15   16   17   18   19   20

 
 
81
təsəlli verir. Qədir də doğma yurdunun düşmən tapdağı 
altında inləyəcəyini, Qarabağ  həsrətiylə  əriyəcəyimizi 
qabaqcadan hiss edib duymuşdu sanki. Sənətkar ürəyi
aşiq ürəyi susa bilməmişdi. Dilə gəlmişdi oxuduğu mu-
ğamlarda, inləmişdi, sızlamışdı öncədən hiss edib duy-
duğuna inanmaya-inanmaya. Sən demə Qədirin səsində-
ki yanğı, ah-nalə bu gün həqiqətə çevrilib, Laçın dağla-
rında  əks-səda verəcəkmiş. Qədirin sona bülbülləri fə-
ğan edəcəkmiş. 
 Qədir, sənin əbədi yaşamağın üçün təkcə “Sona bül-
büllər”in bəs edər. Sənin “Sona bülbüllər”in həmişə nalə 
çəkəcək, dinlədəcək, Qədirə olan sevgisiylə alışıb-yanan 
ürəkləri göynədəcək, inlədəcək. 
 Xoşbəxt o insandır ki, bu dünyadan köçəndə yaratdı-
ğı, düzüb-qoşduğu, əbədi varlığının möhürünü vurduğu 
əsərləri ona yas tutur. Xoşbəxtdir o insanın yaşadığı mə-
nalı ömrü də, bənzərsiz ölümü də... 
 Mən elə ölümlərə qibtə edirəm; - ölümüylə ölümsüz-
lüyə yol açan aşiq-sənətkar ömrünün əbədiliyinə. Sən də 
yaşayırsan Qədir, yaşadırsan, Qədir. Yaşayacaqsan, ya-
şadacaqsan, Qədir. Səsin gəldikcə, sona bülbüllərin dərd 
çəkib ah-fəğan etdikcə, Qədirin varlığını bu gün də, sa-
bah da, gələcəkdə də hiss etdirdikcə, sənin qəlb dünya-
nın, sənət dünyanın, eşq dünyanın vurğunu olanlar sənin 
sənətə olan dərya eşqinin qarşısında baş əyəcək, varlığı-
na, ruhuna qibtə eləyəcək. 
 Ağlat bu dünyanı, Qədir. Sən məhəbbət, sevgi atə-
şində  ağlada bilən aşiqsən. Ağlat bu dünyanı ki, sənə 
olan sevgisindən axan göz yaşlarında qüdsiyyətə qovuş-
sun. Qədir dünyasının ağuşunda Qədir dünyasının sevgi 
atəşində.  


 
 
82
SEVGİ ŞAİRİ 
 
Raqif Nazimoğlu. Nə qədər ki, bu adı, simanı mətbu-
at səhifələrində, ara-sıra əlimə düşən kitablarında görür-
dümsə, mənə  sərt, daxili aləmi buludlu bir insan təsiri 
bağışlayırdı. O zaman ki, özünü həyatda gördüm, fikir-
lərim dəyişdi. Mən özümü o cəhətdən xoşbəxt adam sa-
yıram ki, insanların daxili aləmini görə və duya bilirəm. 
Raqif Nazimoğlunu görəndə təsəvvürümdəki dünya də-
yişdi. O sərtliyin arxasından mülayimlik, buludlar arxa-
sından sevgi dolu bir günəş boylanırdı. Bu haqsız dün-
yamızda yaşamağa güc, qüvvət verən sevgi günəşi. Bu 
günəşin istisində iradəsinə, qətiyyətinə sığınıb, inamına 
sarılıb bu dünyamıza kömək etmək eşqilə döyünən şair 
ürəyi. 
Hər bir insan dünyaya sevgiylə  gəlir.  İllər keçdikcə, 
yaşının üstünə yaş gəldikcə sevgisinə aldandığını, dün-
yanın möhnət yuvasında qonaq olduğunu dərk edirsən. 
Kimi bu vəfasızlığın qarşısında söz tapmayıb susur, ki-
mi də Raqif Nazimoğlu kimi “Bələnmişəm dərdlərinə 
dünyanın” deyib etirazını bildirir. Beş günlük vəfasız 
dünyaya beş kəlmə sözünü deyə bilir: 
 
Ay vəfasız olan dünya, 
Şərti şumda kəsmədikmi? 
Bir göy altda qərar tutub, 
Bir can üstdə əsmədikmi? 
 
Dərdlərinə bələndiyi dünyanın ən göynədici dərdi yük-
lənir  şair qəlbinə. Vətəninə, torpağına olan haqsızlıq, 


 
 
83
namərd düşmənin xəyanəti, tapdalanmış namus-qeyrəti-
miz, mərd oğullarımızın namərdcəsinə ölümü, harayı qə-
həriylə boğulan torpaqlarımız... Bu dərdləri duyan şair 
qəlbi “Mən belə dünyadan necə küsməyim” şeirində deyir: 
 
Analara övlad dağı çəkilir, 
Ataların vaxtsız beli bükülür, 
Torpağıma haqsız qanlar tökülür, 
Mən belə dünyadan necə küsməyim? 
 
İnsanın özü kimi sirli-sehrli dünyanın nə yazından, nə 
yayından, nə payızından, nə qışından baş açmayan şair 
dünyadan hey gileylənir.  Şair Raqif Nazimoğlu üçün 
Vətən, Torpaq, Ana müqəddəsliyi danılmazdır.  Əzab 
verən dünya hayına yetməyəndə yenə ana yetər dada. 
Ana özü də bir dünyadır. Lakin qəddar dünyamızdan 
fərqli olaraq mərhəmətli, doyulmaz, isti qoynunda övlad 
bəsləyən dünya. 
 
Şair Raqif çək bu qəmi, 
Alışdın, yandın yenəmi? 
Vətən kimi, Torpaq kimi
Allah kimi birdi Ana... 
 
Şairin dərd qoxuyan gecəsinin gözlərindən ümüd do-
lu yuxu süzülür. Yenidən ümüd dolu səhərə göz açmaq, 
sabahı salamlamaq üçün şairin gecəsi də dincini almalı-
dır.  Ən azından “sabahın borcunu” daşımaq üçün. Şair 
doğulmaq da dünyanın bir möcüzəsidir. Mən  şairlərə 
sevgi günəşi deyirəm. Onların qəlbinin hərarəti adi həra-


 
 
84
rət deyil. Sevgi günəşi insanlara yalnız xeyirxahlıq, sev-
gi bəxş edə bilər. 
 
İşığa inandım hələ uşaqkən, 
Od-ocaq gəzdirib köksümdə ürək. 
İşıq axtarmışam ürəklərdə mən, 
Səmtim Günəş olub günəbaxan tək. 
 
Şair Raqif Nazimoğlu da günəş taleyi yaşayır. Nə qə-
dər ki, dünya var, nə qədər ki, insanlar var, Raqifin də 
sözü yaşar... Günəş taleli, Günəş ömürlü insan! Sevgiyə 
möhtac dünyamızla birgə yaşayacaqsan! 
 
 
İŞIQ HƏYATDIR 
 
Müasir həyatımızı bu gün işıqsız təsəvvür etmək 
mümkün deyil. Hər şeyin elektrikləşdiyi zamanda sanki 
işıqdan asılı qalmışıq. Hətta adi məişətimizdə bir gün 
işıqsız qalanda elə bil qaranlıq bir dünyaya düşürük və 
qaranlıqda işığın nə demək olduğunu daha yaxşı başa 
düşürük. Gözlərimizdə ilahinin bəxş etdiyi nur, evləri-
mizdə Allahın bəndələrinə verdiyi neməti idarə edən in-
sanların vasitəsilə yandırdığımız işıq. Allah-təala gözü-
müzdən nuru, evimizdən işığımızı əksik etməsin. Ömrü-
nü, gününü bu sahəyə həsr edən insanların xalq üçün də-
yəri böyükdür. Enerji sahəsi üzrə ixtisaslaşıb, bu sahədə 
həvəs və maraqla çalışanlardan biri də Vüqar Tahir oğ-
ludur. Cəmiyyətdə yeri, sözü, adı  çəkilən Vüqar Tahir 
oğlu kimdir?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə